80
içirdirik. O, içənlərin boğazından rahat keçər.
(Qanın və ifrazatın dadı, qoxusu və rəngi əsla südə
qarışmaz. Əksinə, südə elə bir təm verərik ki, içənlərə
xoş gələr)”. (əl-Nəhl, 16/66).
“Onların (o heyvanlarda başqa-başqa) mənfəət-
ləri və içəcəkləri (südləri) də var. Hələ də Ģükür et-
məzlərmi?” (Yasin, 36/73).
Ayələrdə haqqında bəhs edilən bağırsaq içərisi və
qan ibarələri kimyanın və həzm fiziologiyasının əldə
etdiyi inkişafla müasir dövrdə yeni-yeni anlaşıla bilin-
mişdir. Bu bilgilər Həzrəti-Peyğəmbərin (s.ə.v.) zama-
nında dəqiq elmin nöqteyi-nəzərində tamamilə məchul
idi. Bunlar ancaq XXI əsrin ortalarında aşkarlanmışdır.
Ərəb alimi Ibni Nəfs 1242-ci ildə insan bədənin-
dəki qan dövranı haqqında ilk dəfə düzgün olaraq ifadə
edən şəxs olmuşdur. Ingilis həkim Vilyam Harveyin
1628-cı ildə elan etdiyi qan dövranı modeli isə mövzu
haqqındakı məlumatların yayılmasında təsirli olmuş-
dur. Dolayısı ilə Quranda südün tərkibinin əsl mənbəyi
əsrlərlə əvvəl ən düzgün tərzdə tərif edilmişdir. Məmə-
lilərin həzm sistemi, qan dövranı ilə bağlı ixtisaslaşma
tələb edən bu məlumatın Quranın göndərildiyi dövrdə
insanlar tərəfindən bilinməsinin mümkün olmayacağı
məlum məsələdir. Göründüyü kimi, “Nəhl” surəsinin
66-cı ayəsində südün bioloji proseslər nəticəsində əmə-
lə gəlməsi ilə bağlı şərh edilənlər fiziologiya, anato-
miya kimi elmlərin günümüzdə ortaya qoyduğu məlu-
matlara tam uyğundur.
Deməli, südün əmələ gəlməsi haqqındakı Allah
kəlamı qan dövranı kəşf edilməzdən 10 əsr əvvəlki
dövrə təcadüf edir. Başqa sözlə Vilyam Harvey
tərəfindən 1628-ci ildə kəşf edilmiş, qan dövranı
81
“Qurani-Kərim” nazil olandan, təxminən 10 əsr
sonrakı zamana aiddir.
Bu
deyilənlərə
əsasən,
“Qurani-Kərim”-in
ayələrində gözə çarpan bu elmi həqiqət özlüyündə
sübut edir ki, bu elmi görüşlər heç bir vəchlə bəşəri bir
qaynaqla izah edilə bilməz. Bütün bunlar bir olan
Allahın izni ilə təbiətdə baş verən proseslərdəndir.
Biz hamımız süd içmişik. Bu təbii qida Allahın
izni və möcüzəsi ilə təbiətin insanlara bəxş etdiyi və
qadınların orqanizmindən (eləcə də sağmal heyvanla-
rın) ifraz olunan xüsusi tərkibli maddədir. Bu bir
möcüzədir ki, erkək və dişi hayvanların hər ikisi eyni
yemlə bəslənir, süd isə yalnız dişi heyvanların süd və-
zilərində əmələ gəlir və nəslin əsas qidası üçün istifadə
edilir. Hələ qədimdən vəhşi heyvanlar əhilləşdirilib on-
ların yeni cinsləri artırılarkən, həmin heyvanlar bala-
larının qidasından artıq süd verməyə başladılar. Həmin
süd insanlar üçün sağlam və dəyərli qida mənbəyinə
çevrildi. Süd çox təmiz bir qidadır. Bu onun ağ rənginə
görə bilinir. Süd eyni zamanda dişi heyvanların və qa-
dınların orqanizmində əmələ gələn digər ifrazatlar kimi
onların orqanizminə lazım olmayan bir məhsuldur.
Deməli süd sağlam ev heyvanlarının orqanizmində
daima yenidən əmələ gələn məhsuldur. Lakin elm
sübut etmişdir ki, süd birbaşa yemdən əmələ gəlmir.
Yemin tərkibində olan qidalı maddələr (karbohidratlar,
yağlar, azotlu maddələr, o cümlədən zülallar), vitamin-
lər, mineral maddələr və digər bioloji fəal maddələr
həzm prosesi nəticəsində qana sovrulur, qan heyvan
orqanizmində dövran edir və süd vəzilərindən keçər-
kən orada süd hasil olunur. Hasil olunan süd heyvanın
süd vəzilərində (yelində) toplanır və müəyyən vaxt-
82
larda (gündə iki dəfə - səhər və axşam, bəzən üç dəfə,
günorta da) sağılır və müxtəlif qida məhsullarının
hazırlanmasında istifadə olunur. Göründüyü kimi
qanın heyvanın yaşaması üçün orqanizmdə dövr etməsi
südün də əmələ gəlməsinə səbəb olur. Müəyyənləş-
dirilmişdir ki, 1 litr südün əmələ gəlməsi üçün hey-
vanın yelinində 2000 litr qan dövr etməlidir.
Süd nəslin artırılması və insanların qidası üçün
çox vacib qidalı və pəhriz əhəmiyyətli bir qida məh-
suludur.
Süd haqqında olan ibrətamiz hikmətin əsas mənası
da Yaradanın hökmü ilə təbiətdə baş verən möcüzəli
dəyişikliklərdir ki, bu da insanların rifahı üçün nəzərdə
tutulmuşdur. Bütün bunlar Yaradanın buyuruqlarının
hikmətinə işarə ilə onun mahiyyətini əks etdirir. Çünki
yağış torpağa yeni həyat verdiyi kimi süd və ondan
alınan məhsullar, arı balı, xurma və üzümlərdən alınan
məhsullar insanların yaşaması üçün vacib hesab edilən
qida məhsuludur.
Südün və süd məhsullarının qidalılıq dəyəri və
pəhriz əhəmiyyəti müasir elmi tədqiqatlarla sübuta
yetirilmişdir. “Qurani-Kərim” – də ananın öz uşağını
iki il əmizdirməsi barədə ayə nazil olmuşdur.
Ana südü
Burada ana südü ilə əlaqədar bir həqiqəti də nəzərə
çatdırmaq
yerində
olardı.
“Qurani-Kərim”-də
buyurulur:
“Analar (istər boşanmış, istərsə də boşanmamış
olsunlar) uĢaqlarını əmizdirmə müddətini tamam-
latmaq istəyən (atalar) üçün tam iki il əmizdirsin-
lər” (əl-Bəqərə, 2/233).
83
Başqa bir ayədə oxuyuruq:
“Biz insana ata-anasına (yaxşılıq etməyi, validey-
ninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə
etdik. Anası onu (bətnində) çox zəif bir halda daĢı-
mıĢdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində
olur” (Loğman, 31/14).
Bu iki ayədən bəlli olur ki, ana öz körpəsinə tam
iki il döşündən süd verməlidir.
Lakin uşaq bəslənməsində südün əhəmiyyəti nə-
zərə alınaraq digər mənbələrdə uşağın ən azı 9 ay ana
südü ilə bəslənməsi vacib sayılır. Çünki bu gələcək
nəslin sağlam və gümrah böyüməsi üçün zəruri şərtdir.
Bu gün inkişaf etmiş tibb elmi də bu nəticəyə
gəlmişdi ki, uşağı iki il əmizdirmənin həm ananın, həm
də körpənin sağlamlığında mühüm əhəmiyyəti vardır.
Ana südü ilahi qüdrətlə əfsunlanmış bir süddür.
Onda körpənin həyatı ehtiyac duyduğu mühüm vita-
minlər, hormonlar, orqanizmi qoruyan maddələr və
mikroblarla mübarizəedici bioloji fəal maddələr vardır.
Ana südündə eyni zamanda ananın xarakterini mənən
uşaqda təşəkkül etdirəcək sirli-sehrli amillər mövcud-
dur.
Ana südündə insanın böyüməsi cəhətdən əsas qi-
dalı maddələr olan protein, şəkər, yağ, fosfor və vita-
minlərin optimal miqdarı uşağın vücuduna uyğun gə-
ləcək şəkildə çox ahəngli bir nisbət və ölçüdə mövcud-
dur. Ən başlıcası, bu nemətlər ilahi tərəfindən tənzim
edilir.
Ana südündə körpəni ilk altı ay içində bütün mik-
rob təbiətli xəstəliklərdən qoruyan əvəzsiz maddələr
vardır. Bu və ya digər başqa səbəblərlə körpənin, xü-
susilə ilk altı ayda ancaq südlə bəslənməsi bioloji bir
Dostları ilə paylaş: |