77
SÜD HAQQINDA ĠSLAMĠ DƏYƏRLƏR
Ət və balıqdan sonra qidalılıq
cəhətdən insan orqa-
nizmi üçün ən əhəmiyyətli olan qida məhsulu süddür.
İnsanın anadan olduğu andan südlə qidalanmasını
nəzərə alsaq, süd ən vacib həyat məlhəmidir. Dahilərin
dediyi kimi süd təbiətin insanlara bəxş etdiyi əvəzedil-
məz qida məhsuludur.
Süd haqqında “Qurani Kərim”-in əl – Bəqərə -
2/233, ən – Nəhl –
16/66, əl – Muminun –
23/21,
Loğman –
31/14, Yasin -
36/73 surələrində ayələr var-
dır. Qurani Kərim – də buyurulan mənəvi qida dünya
aləmin möcüzəli bəhrəsi misalında yada salınır. Allah
Təbarəkə Təalanın buyuruqlarının hikmətlərindən biri
də təbii aləmdə müşahidə olunan möcüzəli dəyişik-
liklərdir.
Südün qidalanmada çox böyük fizioloji əhəmiy-
yəti vardır. Lakin heyvanın sağlam olması vacibdir.
Əbu Bəkr Razinin südlə bağlı söylədiklərini bu gün də
qəbul etmək olar:
“Təzə südün qidası çoxdur. Ancaq
süd lazımınca qaynadılmalıdır.”
İmam Həsən (ə) buyurub ki, Rəsuli – Əkrəm
(s.ə.v.) cənabları südü çox xoşlayırdı və həmişə süd
içəndə buyurardı:
“Ey mənim Allahım, onu bizə
mübarək qıl və onu bizə artır.” Peyğəmbərimiz
(s.ə.v.) təmr (qurudulmuş xurma) ilə südü –
“iki ən
pak və xoĢ Ģey” adlandırmışdır. O Həzrət süd içəndə
əvvəlcə məzməzə edib (tamsınıb), sonra içərdi və əlavə
edərdi:
“Onda yağ var.”
Bir kişi İmam Cəfər Sadiqə (ə) ərz edir ki, ya Əba
Əbdəllah, mən süd içirəm, mənə zərər verir. O Cənab
(ə)
buyurur ki,
süd əsla zərər verməz, amma sən
onunla