Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə21/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   17   18   19   20   21   22   23   24   ...   99

 
76 
olur. 
39.
 
Susuzluq  və  aclıq  hisslərini  ayırd  etməyə 
yardım edir. 
40.
 
Çəkini azaltmağın ən yaxşı yolu su içməkdir. 
Müntəzəm  su  içmək  ciddi  rejim  saxlamadan  arıqla-
mağa  yardım  edir.  Ac  olanda  həddən  çox  qida  qəbul 
etmək  olmaz,  amma  susuzluq  zamanı  bol  su  içmək 
vacibdir. 
41.
 
Dehidratasiyanın  toxuma  boşluqlarında,  oy-
naqlarda, böyrəklərdə, qaraciyərdə, beyində və dəridə 
toplanmasına  səbəb  olduğu  zəhərli  çöküntüləri 
tənzimləyir. 
42.
 
Hamiləlikdə  sübh  çağı  ürək  bulanmalarını 
azaldır. 
43.
 
Zehin  və  bədən  funksiyalarını  çulğalaşdırır, 
qərarvermə  və  hədəfi  müəyyənetmə  qabiliyyətini 
artırır. 
44.
 
Qocalıqda  yaddaş  itkisinin  qarşısının  alın-
masına  yardım  edir.  Altsheymer,  dağınıq  skleroz  və 
parkinson xəstəliyinə tutulma riskini azaldır. 
45.
 
Kofein,  alkoqol  və  bəzi  dərmanlara olan  ası-
lılığın azalmasına yardım edir. 
 
Qeyd: 
“Susuz  həyat  yoxdur”  başlığı  altcnda  verilən 
məlumatlar  Əli  Poladın  “Bir  damla  su”  (Taksim,  İstanbul. 
2011)  adlı  kitabından  istifadə  etməklə  və  müəllifin  öz 
tədqiqatları əsasında yazılmışdır. 
 
 
 
 
 


 
77 
SÜD  HAQQINDA  ĠSLAMĠ  DƏYƏRLƏR 
 
Ət və balıqdan sonra qidalılıq cəhətdən insan orqa-
nizmi üçün  ən əhəmiyyətli  olan qida  məhsulu süddür. 
İnsanın  anadan  olduğu  andan  südlə  qidalanmasını 
nəzərə alsaq, süd ən vacib həyat məlhəmidir. Dahilərin 
dediyi kimi süd təbiətin insanlara bəxş etdiyi əvəzedil-
məz qida məhsuludur.  
Süd  haqqında  “Qurani  Kərim”-in  əl  –  Bəqərə  - 
2/233,  ən  –  Nəhl  –  16/66,  əl  –  Muminun  –  23/21, 
Loğman  –  31/14,  Yasin  -36/73 surələrində  ayələr var-
dır. Qurani Kərim  – də  buyurulan mənəvi qida  dünya 
aləmin  möcüzəli  bəhrəsi  misalında  yada  salınır.  Allah 
Təbarəkə  Təalanın  buyuruqlarının  hikmətlərindən  biri 
də  təbii  aləmdə  müşahidə  olunan  möcüzəli  dəyişik-
liklərdir.  
Südün  qidalanmada  çox  böyük  fizioloji  əhəmiy-
yəti  vardır.  Lakin  heyvanın  sağlam  olması  vacibdir. 
Əbu Bəkr Razinin südlə bağlı söylədiklərini bu gün də 
qəbul etmək olar: “Təzə südün qidası çoxdur. Ancaq 
süd lazımınca qaynadılmalıdır.” 
İmam  Həsən  (ə)  buyurub  ki,  Rəsuli  –  Əkrəm 
(s.ə.v.)  cənabları  südü  çox  xoşlayırdı  və  həmişə  süd 
içəndə  buyurardı:  “Ey  mənim  Allahım,  onu  bizə 
mübarək  qıl  və  onu  bizə  artır.”  Peyğəmbərimiz 
(s.ə.v.)  təmr  (qurudulmuş  xurma)  ilə  südü  –  “iki  ən 
pak  və  xoĢ  Ģey”  adlandırmışdır.  O  Həzrət  süd  içəndə 
əvvəlcə məzməzə edib (tamsınıb), sonra içərdi və əlavə 
edərdi: “Onda yağ var.” 
Bir kişi İmam Cəfər Sadiqə (ə) ərz edir ki, ya Əba 
Əbdəllah, mən süd içirəm, mənə zərər verir. O Cənab 
(ə) buyurur ki, süd əsla zərər verməz, amma sən onunla 


 
78 
birlikdə  başqa  şey  yeyirsən;  sənə  zərər  verən  də  o 
şeydir;  amma  sən  güman  edirsən  ki,  süd  sənə  zərər 
edir. 
Həzrət Əli (ə) buyurur ki, “inək südü dərmandır.” 
O  Cənabdan  (ə)  inəyin  sidiyi  barəsində  xəbər 
aldılar və dedilər ki, bəzi adamlar onu içir. Buyurdu ki, 
əgər  dərman  kimi  ona  ehtiyac  olsa,  onu  içməyin  eybi 
yoxdur. 
Məlumdur  ki,  ərəblər  dəvənin  sidiyini  içirlər.  Bu 
barədə  İmam  Rza  (ə)  buyurub:  “Dəvənin  sidiyi 
südündən  yaxşıdır,  lakin  Allah  Təala  şəfanı  onun 
südündə qərar veribdir.”  
Süd və süd məhsulları azərbaycanlıların qidasında 
qədimdən  istifadə  olunur.  Müxtəlif  süd  məhsullarının, 
o  cümlədən  nəhərə  kərəsi,  qatıq,  qaymaq,  ayran, 
süzmə,  şor,  motal  pendiri,  qurut,  müxtəlif  pendirlərin 
hazırlanması  heyvandarlıqla  məşğul  olan  azərbaycan-
lıların  gündəlik  süfrə  təamları  olmuşdur.  Bizim 
şənliklərimizdə, bayramlarda, qonaq qəbulu zamanı və 
eləcə  də  bəzi  dini  mərasimlərdə  içilən  şərbətlər 
içərisində süd şərbəti öz layiqli yerini tutur. 
HaĢiyə:
 
Müsəlman 
xalqları 
arasında 
Peyğəmbərimizin (s.ə.v.) anadan olduğu gün (Rəbiül-
Əvvəl  ayının  17-si)  dini  mərasim  kimi  icra  edilən 
mövlud  oxunması  el  arasında  sərin  südlü-ədviyyəli 
şərbətin  yayılmasına  səbəb  olmuşdur.  Mövlud 
oxunması mərasimində plovdan  sonra  hamıya  şərbət 
verilir.  Həmin  şərbətə  gülab,  reyhan,  keşniş  toxumu 
və  hil  qatılır.  Bədii  formada  yazılmış  mövludun 
avazla  oxunmasından  məlum  olur  ki,  Muhəmməd 
Peyğəmbər  (s.ə.v.)  anadan  olandan  sonra  anası 
Əminəxatunun ürəyi yanarkən ona qar kimi ağ, buz 


 
79 
kimi  sərin,  bal  kimi  şirin  və  ətirli  ıüd  şərbəti 
veriblərmiş.  Həmin  mərasimin  icra  edilməsidir  ki, 
Azərbaycan  şərbətləri  içərisində  südlü  şərbət  xüsusi 
yer tutur. 
 
Qan dövranı və südün təĢəkkülü 
 
Bədənin  qidalanmasını  təmin  edən  əsas  maddələr 
həzm  sistemindəki  kimyəvi  reaksiyalar  nəticəsində 
əmələ  gəlir.  Həzm  olunan  bu  qida  maddələri  daha 
sonra  bağırsaq  divarından  sorularaq  qan  dövranı 
sisteminə  keçir.  Beləliklə,  bu  qida  maddələri  qan 
dövranı nəticəsində müvafiq orqanlara ötürülür. 
Bədənin  başqa  toxumaları  kimi  süd  vəziləri  də 
onlara  qan  dövranı  yolu  ilə  gətirilən  həzm  olunmuş 
qida  maddələri  ilə  qidalanır.  Buna  görə  də  qan 
qidaların  yığılıb  ötürülməsində  çox  mühüm  rol 
oynayır.  Süd  də  bütün  bu  mərhələlərdən  sonra  süd 
vəziləri tərəfindən ifraz edilir və həzm edilmiş qidanın 
qan  dövranı  ilə  ötürülməsi  nəticəsində  əmələ  gəldiyi 
üçün onun qidalılığı və dəyəri çox yüksəkdir. Bununla 
da  insanların  birbaşa  istehlak  edə  bilməyəcəyi  qandan 
və  yarımçıq  həzm  olunmuş  qidadan  qidalandırıcı  süd 
əmələ gəlir. 
Südü  əmələ  gətirən  ünsürlərin  heyvan  vücudunda 
meydana  gəldiyi  məqam  haqqında  “Qurani-Kərim”-
dəki buyuruqlar müasir dövrdə elmin çatdığı nəticələrə 
eyniylə uyğundur. 
Mövzu  ilə  əlaqəli  “Qurani  Kərim”  –  də  süd 
haqqında belə buyurulmuşdur: 
“ġübhəsiz  ki,  davarda  (sağmal  heyvanlarda)  da 
sizin  üçün  bir  ibrət  vardır.  Biz  onların  qarınla-
rındakı qanla ifrazat arasında olan təmiz südü sizə 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə