Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə19/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   15   16   17   18   19   20   21   22   ...   99

 
69 
qrupla  zəm-zəm  quyusundakı  suyun  keyfiyyəti  və  xü-
susiyyətləri haqqında araşdırmalar aparmışdır. Institut-
dakı  vəzifəsinə  Qurana  əl  basaraq  strateji  məlumatlar 
və  araşdırmaların  incəlikləri  haqqında  heç  bir  şərh 
verməməyə  and  içərək  başlayan  Z.Şən:  “Imanlı  bir 
insan  idim.  Zəm-zəm  quyusu  ilə  bağlı  araşdırmalar 
apardıqca  imanım  daha  da  artdı,  lakin  elmin  izah  edə 
bilmədiyi çox şey var. Elmin izah edə bilmədiyi yerdə 
iman başlayır” - demişdir. 
Dünyanın ən quraq bölgələrindən biri olan Ərəbis-
tan  yarımadasının  ən  quraq  vadisində  yerləşən  bu  bol 
və  keyfiyyətli  suyun  1,5  m-lik  quyudan  çıxmasının 
möcüzəli  hadisə  olduğunu  dilə  gətirən  Z.Şən  zaman-
zaman  tərkibindəki  mineralların  nisbətləri  dəyişsə  və 
debiti  qismən  azalsa  da,  zəm-zəm  quyusunun  yüz 
illərdir su verməyə davam etdiyini deyir. Həcc zamanı 
çox  böyük  motorlarla  ildə  bir  milyon  m
3
-dən  çox  su 
çəkilməsinə  baxmayaraq,  suyun  azalmadığına  diqqəti 
cəlb edən Z.Şən Zəm-zəm quyusunun mənbəyi haqqın-
da  məlumat  toplamağa  çalışdıqlarını  qeyd  edir.  Zəm-
zəm  quyusuna  üç  əsas  xətdən  su  gəlməsini  güman  et-
diklərini,  ancaq  mənbəyin  dəqiq  harada  olduğunu  bil-
mədiklərini deyən Z.Şən bu barədə bəzi düşüncələrinin 
olduğunu söyləyir. Bu məqsədlə apardıqları araşdırma-
lar zamanı  yüksəkliyi 2000 m olan Taif dağına getmiş 
və bu dağa hər gün yağış yağdığını görmüşlər. Alimlər 
quyunun  mənbələrindən  birinin  burada  olduğunu 
düşünürlər. 
 
Zəm-zəm - Altı min illik möcüzə 
 
Zəm-zəm quyusu 1,5 m dərinliyindədir və buradan 
min  illərdir  milyonlarla  ton  su  çəkilmişdir.  Buna 


 
70 
baxmayaraq,  suyun  mənbəyinin  hələ  də  bilinməməsi 
bir  möcüzə  sayılır.  Zəm-zəm  quyusuna  yaxın  ərazi-
lərdə  irili-xırdalı  bir  çox  quyu  (birinin  adı  Davuddur) 
mövcuddur. Ancaq bölgənin geoloji quruluşuna əsasən 
bu sular  ya həddən artıq mineral,  ya da duzludur. Heç 
birinin tərkibindəki mineralların nisbəti zəm-zəm qədər 
tənzimli və keyfiyyətli deyildir. Professor Zəkai Şənin 
fikrincə,  bir-birinə  bu  qədər  yaxın  olan  quyuların  heç 
birinin  suyunun  zəm-zəmin  normal  dəyərlərinə  yaxın-
laşa  bilməməsi  onun  qeyri-adiliyini  isbat  edir.  Z.Şən 
zəm-zəm suyunun son illərdə həccə gedənlərin sayının 
çoxalması  ilə  bağlı  tükənmə  təhlükəsi  qarşısında 
qalması  barədə  söyləyənlərə  isə:  “Uzunmüddətli  elmi 
araşdırmalarımıza  görə,  zəm-zəm  suyunun  tükənmə 
ehtimalı  yoxdur.  Hələ  qaynağının  harada  olduğunu 
belə  tam  şəkildə  müəyyən  edə  bilməmişik,  amma 
oradan  çox  və  keyfiyyətli  su  axır.  Nə  qədər  çəkiriksə, 
quyu o qədər də su verir” - deyə cavab verir. 
 
Suyun ruha təsiri 
 
Müsəlmanlığın vacib şərtlərindən olan dəstəmazın 
Tanrıya  səcdə  etmək  üçün  deyil,  orqanizmin  bioelek-
trik  enerjisinin  sudakı  enerjidən  qidalanmasıdır.  Su 
olmayan  şəraitdə  edilən  təyəmmüm  isə  orqanizmdəki 
sabit elektrikin torpağa keçməsini təmin edir. 
Allahın  rəsulu  hz.Muhəmməd  (s.ə.v.)  “dəstəmaz” 
alarkən  dua  edirdi  və  hər  kəsə  də  belə  etmələrini 
tövsiyə edirdi. Nə üçün? 
Insanların  Tanrıya  səslənib,  “ey  Tanrı,  sənin  pey-
ğəmbərinin  dediyini  edirəm,  sən  də  məni  nur  eylə”  - 
demələri üçündür, yoxsa bunun başqa bir səbəbi var? 
Insan  əslində  dəstəmaz  alarkən  dua  etməklə 


 
71 
müəyyən  məna  kəsb  edən  beyin  dalğaları  ilə  su  kris-
tallarını dəyişdirərək və təsir göstərərək (ionlaşdıraraq) 
bədəninə  yararlı  su  ionlarının  daxil  olmasını  təmin 
edir.  Su  içərkən,  ya  da  yemək  yeyərkən  bəsmələ  oxu-
mağın  beyin  dalğalarını  içilən,  ya  da  yeyilən  qidaya 
yönləndirmənin mənası yalnız budur. 
Qurğuşun tökdürmək dini ritual deyil, toplanan və 
ruhi  sarsıntıya  yol  açan  sabit  elektrikin  ərimiş 
qurğuşuna  boşaldılması  məqsədilə  həyata  keçirilir.  Su 
kristallarının  insanların  düşüncələrinə  görə  formasını 
dəyişməsi mikroskopla açıq şəkildə görünür. 
Insan  beyninin  bilərəkdən  və  ya  bilməyərəkdən 
yaydığı  dalğalar  suya  və  sudan  yaranmış  canlılara 
sürətlə təsir göstərir. Buna görə də Quranda surələrdən 
biri  “...Siz  ürəyinizdə  olanı  zahirən  çıxarsanız  da, 
çıxarmasanız  da  Allah  ona  müvafiq  sizinlə  haqq-
hesab çəkər...” mənasını ifadə edir (əl-Bəqərə, 2/284). 
Dəstəmaz alarkən dua oxumaq düşüncəni və diləyi 
beyin  dalğaları  şəklində  suya  yönləndirərək  su 
kristalını şəkilləndirir və o suyu osmos yolu ilə bədənə 
daxil  edir.  Insan  bədəninin  təxminən  70-80%-nin 
sudan ibarət olduğu üçün sudan istifadə edildiyi zaman 
müsbət,  ya  da  mənfi  düşüncə  dalğalarının  təsirinə 
məruz qalır. 
 
Su haqqında hədislər 
 
Həzrəti Əli (ə) buyurub:  
1. “Asimandan gələn suyu için, çünki o bədəni pak 
edir, dərdləri dəf edir”. 
2.  “Qaynanmış  su  hər  şeyə  faydalıdır  və  heç  bir 
şeyə zərər verməz”. 
3. “Hamama daxil olanda üç ovuc isti su için ki, o, 


 
72 
üzün nurunu artırar və bədəndən dərdləri aparar”. 
Imam Cəfər Sadiq (ə) buyurub:  
1.”Behişt əhlinin içdiyi şeylərin ağası sudur”. 
 2. “Zəm-zəm suyu bütün xəstəliklərə şəfadır”. 
 3.  “Məbadə  çox  su  içəsən,  çünki  bu  iş  bütün 
naxoşluqların mayasıdır”. 
4.  “Əgər  insanlar  suyu  az  içsələr,  bədənləri 
istiqamət tapar, möhkəmlənər”. 
Əbu Teyfur təbib rəvayət edir ki, mən Imam Musa 
Kazıma  (ə)  su  içməyi  məsləhət  görmədim,  lakin  o 
Cənab  (ə)  buyurdu  ki,  bunun  heç  bir  qorxusu  yoxdur. 
Su,  mədədə  təamı  əridib  həzm  edir,  səfranı  aparır, 
qəzəbi sakit edir, dərrakəni artırır, hərarəti söndürür. 
 
Firudin Batmanqılıncın su ilə bağlı düĢüncələri 
 
Firudin  Batmanqılınc  həyatının  20  ilini  suya  və 
bəşəriyyətə  xidmət  etməyə  sərf  etmişdir.  Onun  “Xəstə 
deyilsiniz,  susuzsunuz”  və  “Bədəniniz  sizdən  su  istə-
yir” adlı əsərlərindəki su ilə bağlı düşüncələri diqqətə-
layiqdir. 
Müəllifin  fikrincə,  bədənimiz  45  əsas  səbəbə  görə 
suya ehtiyac duyur: 
1.
 
Heç bir canlı susuz yaşaya bilmir. 
2.
 
Nisbi  su  çatışmazlığı  bədənin  bəzi  funksiyala-
rını əvvəl basdırır, sonra öldürür. 
3.
 
Əsas enerji mənbəyidir. 
4.
 
Bədənin  hər  hüceyrəsində  elektrik  və  maqnetik 
enerji istehsal edərək bizə yaşamaq üçün güc verir. 
5. Hüceyrənin quruluşundakı maddələri bir-birinə 
bağlayan bir yapışqandır. 
6.
 
DNT  zədələnməsinin  qarşısını  alır  və  bərpa 
mexanizmlərinin  daha  yaxşı  işləməsinə  yardım  edir. 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə