Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə15/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   11   12   13   14   15   16   17   18   ...   99

 
54 
Su  itkisi  zamanı  qəbul  olunan  su  ilə  yanaşı 
mineralları da nəzərə almaq vacibdir. 
Orqanizmə lazım olan suyun miqdarının hesablan-
masında iki üsuldan istifadə olunur: 
1)
 
Insan  bədəninin  kütləsinin  hər  kq-ı  32  qrama 
vurulur. Məsələn, 70x32=2240 ml. 
2)
 
Gündəlik  qəbul  etdiyiniz  hər  kalori  üçün  1  ml. 
Əgər  2500-3000  kalori  qəbul  edirsinizsə,  onda  2,5-3 
litr su içməniz vacibdir. 
Əgər çörək, kreker kimi quru qidalar yeyirsinizsə, 
isti  iqlimdə  yaşayırsınızsa,  müntəzəm  idman  edir  və 
sauna,  ya  da  buxar  vannası  qəbul  edirsinizsə,  həddən 
artıq su içməlisiniz. 
Gündə  8-10 dəfə  sidiyə  çıxmaq  optimal miqdarda 
su  içdiyinizin göstəricisidir. Hamilə qadınlar  daha  çox 
su  içməlidirlər.  Normada  qadın  hamiləlik  dövrü  öz 
çəkisini 12,5 kq artırır. Bunun 6-8 kq-ı sudan ibarətdir. 
Çox  zülal  və  duz  qəbul  etmə,  ishal,  tərləmə, 
hərarətli xəstəliklər, isti ərazidə yaşamaq və işləmək su 
tələbatını artırır. 
Su  çatışmamazlığından  ən  çox  əziyyət  çəkən 
orqanizmin aşağıdakı hissələridir: 
-
 
immun sistemi; 
-
 
ürək və qan dövranı sistemi; 
-
 
həzm sistemi. 
Suyu necə içməli? 
1.
 
Yuxudan duran kimi iki fincan su içmək  daxili 
orqanları fəallaşdırır. 
2.
 
Yeməkdən 30 dəqiqə əvvəl bir fincan su içmək 
həzmə yardım edir. 
3.
 
Hamama  girməzdən  əvvəl  bir  fincan  su  içmək 
qan təzyiqini normallaşdırır. 


 
55 
4.
 
Yatmazdan  əvvəl  bir  fincan  su  içmək  infarktın 
və insultun qarşısını alır. 
 
Su və inanclar 
 
Türkiyənin Mardin vilayətində aprel ayında yağan 
yağış suyunun şəfalı olduğuna inanılır. Buna bənzər bir 
inanc  Vanda  da  mövcuddur.  Cənubi  Azərbaycanın 
Şəbüstər mahalında da aprel ayında yağan yağışın suyu 
müqəddəs  sayılır.  Hətta  suyun  müqəddəsliyi  ilə  bağlı 
hədislər də var. Deyilənə görə Muhəmməd Peyğəmbər 
(s.ə.v.)  yağış  yağanda  başını  açar  və  “sən  məndən 
sonra  gəldin,  ya mübarək” -  deyərmiş.  Burada  əski  və 
yeni inanclarda Göy-su və müqəddəslik birləşir. Bu za-
man Göy Tənqri müqəddəs Yer-subun sahibsiz qalma-
ması üçün xaqanı (hökmdarı) göndərməsi yada düşür. 
Ağacları, qayaları, suları müqəddəs saymaq islam-
da  Tanrıya  şərik  olaraq  qəbul edilmiş və dinə  zidd  ol-
duğu  üçün  də  qadağan  olunmuşdur.  Bu  cür  inanclara 
islam  ölkələrində,  demək  olar  ki,  rast  gəlinmir,  ancaq 
Altayda,  Tuvada,  Xakasyada,  Yunanıstanda  bu  inanc-
lar özünü daha çox göstərir. 
Araşdırılmağa ehtiyac duyan məsələ bəlkə də “pir” 
anlayışının mənbəyi və ona aid edilən xüsusiyyətlərdir, 
məsələn,  Türkiyədəki  Üryan  baba  bir  pirdir.  Türbəyə 
sahiblik  edən  Üryan  babadır.  Üryan  baba  türbəsinin 
dilək  bağlanan  barmaqlıqları  kimi  ətrafındakı  çır-çırpı 
və ağaclar da onun malı sayılır. Bəzi türbələrdə olduğu 
kimi,  Üryan  babanın  da  bir  çeşməsi,  ya  da  su  quyusu 
ola bilərdi. Üryan baba ağaclara və ya suya mənəvi güc 
verən  biri  kimi  xalq  arasında  da  məşhurdur.  Bu 
ağacların  quru  yarpaqları,  ya  da  suyun  bir  neçə 
qurtumu inanca görə hikmətlidir. 


 
56 
Türkmənistanda  türbələrə  “qala”  deyilir,  məsələn, 
Çoban baba qalası, Çoban babanın məzarı və ona yaxın 
olan  əraziləri  əhatə  edir.  Bunun  sahiblik  sferası, 
mənəvi  mülkiyyəti  Çoban  babaya  aiddir.  Məzar  isə 
Babanın  stalaqmitidir.  Gön  dəri  və  üzərindəki  diləklər 
onun bayrağıdır. Ona dilək bağlayanlar, ya da uşağının 
olması  üçün  nəzir  edənlər  ona  nəzirləyərlər,  digər 
pirlərdə oduğu kimi onun qoruması altına girirlər. 
Pirlərə  aid  müqəddəs  hesab  edilən  sular  olduğu 
kimi, pir olaraq bilinən sular da var. Bir çox müqəddəs 
çayın və su hövzəsinin yanında ayrıca bir məzar, ya da 
türbə  yoxdur.  Bu,  “ocaq”  olaraq  bilinən  ailələrə  aid 
şəfa  verən,  problemləri  həll  edə  bilən  su  mənbəyi 
olaraq bilinir. Burada müqəddəsliyinə inanılan suya bu 
keyfiyyəti  verən  hər  hansı  pirin,  yiyənin  olduğunu 
görürük.  Türk  xalqlarının  inanclarında  and  içilən, 
yardım  istənilən  və  sığınacaq  yeri  olan  suyun  pir 
olaraq təriflənməsinə tez-tez rast gəlinir. 
Su  mədəniyyətinin  bir  təzahürü  olaraq  suyun  mü-
qəddəs  olduğu  yerlərdə  çirkabların  su  ilə  paklanma-
dığına, suyun çirkaba qarışmasının onun müqəddəsliyi 
ilə  düzgün  gəlmədiyinə  inanılır.  Müqəddəs  yerlərin 
balıqlarını  da  suyun  müqəddəsliyinə  hörmət  əlaməti 
olaraq ovlamırlar. 
Sudan şəfa və rahatlıq ala bilmək üçün onun çirk-
ləndirilməməsi  vacib  sayılmışdır.  Naxçıvanda,  Təb-
rizdə,  Salmasda,  Qarsda,  Ağrı  dağında,  Daşlıçayda 
baharda  yuyunmaq  üçün  çaya  girəndə  bütün  ilin 
sağlam  və  hüzurlu  keçməsi  üçün  üç  dəfə  “ağırlığım-
uğurluğum, kəlliyim-keçəlliyim bu suya” - deyilir. 
Su  ilə  bağlı  bir  sıra  dualar  da  var:  “Ağzı  dualının 
qarşısına  pak  su  çıxsın”,  “Allah  suyunu  bol  eyləsin”, 


 
57 
“Allah  axar  suyunu  bulandırmasın”,  “Allah  səni  sel-
suların qada-bəlasından iraq eyləsin”. 
Su  yiyəsinə  xeyir,  bərəkət  və  sağlamlıq  gətirə-
cəyinə  və  ya  əksinə  bulanıq  suyun  da  uğursuzluq  və 
zərər gətirə biləcəyinə inanılır. Suyun şəfaflığı ağ əyə, 
selə dönmüş halı isə torpaq əyə ilə eyniləşdirilmişdir. 
Görkəmli folklorşünas Mürsəl Həkimovun araşdır-
malarında  su  ilə  bağlı  bir  çox  diləyə  –  məsələ  rast 
gəlirik:  “Balan  bəxt-iqbal  suyundan  əl-üzünü  yusun”, 
“Suyun sulara qarışsın”, “Suyun Ayşə-Fatması balala-
rının  pənahı  olsun”,  “Su  ilahəsinə  qurban  olum”  və  s. 
M.Həkimovun  tədqiqat  işlərindən  seçilmiş  bu  misal-
larla məzmun etibarilə Anadoludan toplanmış məsəllər 
arasında çox az fərq var. Anadoluda “Su kimi əziz ol”, 
“Su kimi aydın ol”, “Su kimi ömrün uzun olsun”, “Su 
verənin  çox  olsun”,  “Verdiyin  su  ölənlərinin  canına-
ruhuna  dəysin”  (bu  məsəl  Azərbaycanın  bəzi  bölgə-
lərində  “Verdiyin  su  ölənlərinin  ehsanı  olsun”  kimi 
işlənir),  “Yol  böyüyün,  su  kiçiyin”  kimi  bir  çox 
məsəllər vardır. 
Su ilə bağlı qarğışlar da az deyil: “Ağırlığını-uğur-
luğunu  yumağa evində bir ovuc su tapmayasan”, “Ağ-
zundan  qara  su  gəlsin”,  “Ağlın  qar  suyuna  dönsün” 
(qar  suyunun  şəffaf  olmadığına  işarə  edilir),  “Allah 
axar  suyunu  qurutsun”,  “Allah  suyunu  bulandırsın”, 
“Allah  uğuruna  su  çıxarmasın”,  “Allah  yurduna  su 
bağlasın”, “Atanın cənazəsini yumağa su tapmayasan”, 
“Balan bulaq başında boynu bükük qalsın”, “Bulaqdan 
yeni  ildə  su  götürməyə  qalmayasan”,  “Var-dövlətin 
sellərə-sulara qərq olsun”, “Ilin ilk çərşəmbəsində fala 
baxmağa  təmiz  su  tapmayasan”,  “Su  ilahəsi  sənə 
qənim  olsun”  və  “Suyun  Ayşə-Fatması  dərdinə  dəva 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə