Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə18/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   14   15   16   17   18   19   20   21   ...   99

 
65 
anlamında  buyurulan  ayələr.  (əl-Furqan,  25/48-49; 
Qaf, 50/9). 
 
ZƏM-ZƏM SUYU 
 
Müqəddəs  hesab  olunan  zəm-zəm  suyunun  tarixi 
hz. Ibrahimin (ə.) dövründən başlayır. Hz. Ibrahim (ə.) 
Allahın  əmri  ilə  arvadı  Həcəri  və  südəmər  oğlu  hz. 
Ismayılı  (ə.)  bugünkü  Zəm-zəm  quyusunun  olduğu 
yerə aparır. O zaman Məkkədə hələ heç kim yaşamırdı 
və  içməyə  su  da  yox  idi.  Hz.  Ibrahim  (ə.)  arvadı  və 
oğlu  üçün  bir  az  xurma  və  bir  miqdar  da  su  qoyaraq 
oradan  ayrılır.  Yeməyin,  suyun  olmadığı  bu  kimsəsiz 
yerdə  qalmaq  Həcər  üçün  çox  çətin  idi,  ancaq  onları 
orada  qoymasını  hz.  Ibrahimə  (ə.)  Allah  əmr  etdiyinə 
görə,  düşünmək  yersiz  idi,  çünki  ruzi  verən  Allah, 
əlbəttə, onların vəziyyətini də görür. 
Bir  müddət  sonra  hz.  Ibrahimin  (ə.)  onlar  üçün 
qoyduğu  su  bitir.  Hz.  Ismayıl  (ə.)  ağlamağa,  su 
istəməyə  başlayanda  anası  nə  edəcəyini  bilmir.  Süd 
yoxdur  ki,  əmizdirsin,  su  yoxdur  ki,  içirtsin.  Hz. 
Ismayılın  (ə.)  ağlamalarına  dözməyərək  Səfa  təpəsinə 
çıxır.  Kimisə  görmək  ümidilə  sağa-sola  baxır,  amma 
heç  kimi  görmür.  Səfa  ilə  Mərvə  arasında  qaçmağa 
başlayır. Yeddinci dəfə Mərvəyə çıxanda bir səs eşidir. 
Zəm-zəm  quyusunun  yanında  hz.  Cəbraili  (ə.)  görür. 
Cəbrail (ə.) qanadı ilə (bəzi mənbələrdə ayağı ilə) yeri 
qazır.  Su  görünəndə  Həcər  buna  sevinir  və  suyun 
axdığını görəndə “dayan, dayan” mənasını verən “zəm-
zəm”  -  deyir  və  suyun  axmasına  mane  olmaq  üçün 
önünü  kəsib  hovuz  kimi  bir  çuxur  düzəldir.  Tələsik 
qabını  doldurur.  Qabı  doldurduqdan  sonra  sudan  içir 
və  hz.  Ismayılı  (ə.)  əmizdirməyə  başlayır.  Bu  zaman 


 
66 
Cəbrail (ə.) Həcərə xitabən: 
“Qətiyyən  “həlak  olarıq,  zərər  çəkərik”  -  deyə 
qorxmayın.  Bura  Beytullahın  (Kəbənin)  yeridir.  O 
beyti uĢaqla atası tikəcək. Cənab-ı Haqq o iĢi görən 
insanı zay etməz” - deyir. 
Zəm-zəm  quyusunun  ortaya  çıxması  bu  şəkildə 
nəql edilir: 
Həcər  suyun  önünü  kəsməsəydi,  bu  su  çay  kimi 
axardı.  Peyğəmbər  (s.ə.v.)  bir  hədisində  bu  həqiqəti 
belə bəyan edir: 
“Allah Ismayılın (ə.) anası Həcərə rəhmət etsin. 
O,  zəm-zəmi  öz  axarına  buraxsaydı,  zəm-zəm  axıb 
çay olardı”. 
Zəm-zəm  çox  mübarək  və  qidalı  bir  sudur.  Həcər 
və hz. Ismayıl (ə.) uzun müddət yemək yemədən bu su 
ilə dolana bildilər. Bir hədisdə Peyğəmbər (s.ə.v.) zəm-
zəmin  bu  xüsusiyyətinə  işarə  etmişdir.  Bir  digər 
hədisdə  isə  “zəm-zəm  suyu  hansı  məqsədlə  içilsə, 
ona Ģəfa olacaq” deyə buyrulur. 
 
Zəm-zəm suyunun ayaq üstə içilməsi 
 
Ibn  Abbasın  söylədiyi  bir  rəvayətdə  Peyğəmbəri-
mizin  (s.ə.v.)  zəm-zəm  suyunu  ayaq  üstə  içdiyi 
göstərilir. Ibn Abbas belə nəql edir: “Mən Rəsulullaha 
(s.ə.v.) zəm-zəm suyu ikram etdim, o, ayaq üstə içdi”. 
Bildiyimiz kimi, Peyğəmbərimiz (s.ə.v.) hədislərin 
birində  ayaq  üstə  su  içməyi  qadağan  etmişdir.  Bu 
minvalla  hədis  alimləri  bunun  kimi  müxtəlif  rəvayət-
ləri  birləşdirmişlər.  Səhih-i  Müslim  Şarihi  Nəvəvi  bu 
iki  müxtəlif  hədis  haqqında  deyir:  “Bu  hədislərdəki 
qadağalar  müqəddəs  hesab  edilərək  məkruhdur.  Ayaq 
üstə su içmənin caiz olduğunu bəyan etmək üçündür”. 


 
67 
Imam  Suyuti  də  Peyğəmbərin  (s.ə.v.)  zəm-zəm 
suyunu ayaq üstə içməsini belə izah edir: “Rəsul-i Ək-
rəmin (s.ə.v.) zəm-zəm suyunu ayaq üstə içməsi bunun 
caizliyini açıqlayır”. 
Hənəfi alimləri Ibn Abbasın rəvayət etdiyi hadisə-
yə  əsaslanaraq,  zəm-zəm  suyunu  ayaq  üstə  içmənin 
münasib olduğunu hökm etmişlər. 
 
Zəm-zəm içmək 
 
Hədis-i şəriflərdə buyuruldu ki: 
“Zəm-zəm  doyurucu  və  xəstəyə  şəfavericidir” 
(Bezzar). 
“Zəm-zəm suyunu bəlalardan qorunmaq niyyəti ilə 
içəni Allah-Tala qoruyur” (Hakim). 
Abdullah  Ibn  Mübarək  “Rəsulullah  (s.ə.v.)  “zəm-
zəm  suyu  içildiyi  niyyətə  görə  faydalı  olur”  buyurub. 
Mən  də  qiyamətdə  susuzluqdan  yaxa  qurtarmaq  üçün 
zəm-zəm suyu içirəm” - deyirdi (Ibn Macə). 
Ibn  Abbas  da  zəm-zəm  suyu  içərkən  “Ya  Rəbb, 
səndən faydalı elm, bol ruzi və hər cür xəstəlikdən şəfa 
istəyirəm” - deyə dua edirdi. 
 
Zəm-zəm suyu ilə bağlı fərzlər 
 
-
 
Vida  təvafını  edib  təvaf  namazını  qıldıqdan 
sonra bol-bol zəm-zəm suyu içmək. 
-
 
Zəm-zəm  suyunu  ayaq  üstə  və  Beytullaha 
(Kəbəyə) baxaraq içmək. 
-
 
Zəm-zəm suyunu yalnız içmək lazımdır, yemək 
bişirmə zamanı istifadə olunmamalıdır. 
-
 
Seyid  Əbdülhakim  Arvasi  buyurur  ki,  “zəm-
zəm  suyunu  hər  dəfə  qabırğalar  şişənə  qədər  içmək 
lazımdır”. 


 
68 
Ən sağlam su: Zəm-zəm 
 
Dünya  Səhiyyə  Təşkilatının  (DST)  hesabatına 
görə,  dünyanın  ən  sağlam  sularından  biri  olan  zəm-
zəm suyunun sirri müasir texnologiyalar vasitəsilə apa-
rılan  araşdırmalara  baxmayaraq,  hələ  də  müəmmalı 
olaraq qalır. 
Mənbəyi  məlum  olmayan  su  ilə  dənizin  arasında 
80 km olmasına və ətrafında heç bir quyunun olmama-
sına  baxmayaraq,  uzun  illərdir  qurumaması  tədqiqat-
çıları təəccübləndirir. 
Həcc  dövründə  milyonlarca  hacının  bütün  su  eh-
tiyacını  1,5  m  dərinliyindəki  quyunun  ödəməsinə 
baxmayaraq,  suyun  səviyyəsi  azalmır.  Insanın  aclığını 
və  susuzluğunu  yatırdan  suyun  sirrini  tapa  bilmək 
məqsədilə alimlər xeyli tədqiqat işləri aparmışlar. 
Avropa  laboratoriyalarında  aparılan  tədqiqatlarda 
zəm-zəm  suyunun  tərkibində  çox  az  miqdarda  kükürd 
olduğu  aşkar  olunmuşdur.  Amerikada  aparılan  testin 
nəticələrinə  görə  isə  zəm-zəm  suyu  tərkibində 
mikroorqanizm və bakteriya olmayan yeganə sudur. 
Zəm-zəm  quyusu  haqqında  elmi  araşdırmalar 
aparmaq  məqsədilə  35  il  əvvəl  institut  təşkil  edilmiş-
dir. Bu müddət ərzində quyunun və suyun xüsusiyyət-
lərini  araşdıran  institut  qeyri-müsəlman  alimləri  tərə-
findən  idarə  olunmuşdur,  ancaq  onların  (qeyri-müsəl-
manların)  Məscid-i  Harama  girməsi  qadağan  olundu-
ğundan uzun müddət üçün görmədikləri quyudan gələn 
su  haqqında  polemikaya  girmişlər.  Son  iki  ildir  Zəm-
zəm  Suyunun  Tədqiqatı  və  Inkişafı  Institutunun 
rəhbəri  dünyanın  ən  məşhur  yeraltı  su  ekspertlərindən 
biri  olan  professor  Zəkai  Şəndir.  Z.Şən  500  nəfərlik 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə