Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə11/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   7   8   9   10   11   12   13   14   ...   88

Məhəmməd  əl-Kəmali  ət-Tiflisi,  nücum  elmlərində  Nəsirəddin 
Tusi,  tibb  elmlərində  Ömər  ibn  Osman,  Məhəmməd  Bərgüşadi, 
Hüseyn  Hadi,  Mahmud  ibn  İlyas,  İsa  ər-Raqi  ət-Tiflisi, 
Müzhəbəddin  ət-Təbrizi,  Fəxrəddin  Əbu  Əbdullah  Əhməd  ibn 
Ərəbşah  ən-Naxçıvani,  Əkmələddin  ən-Naxçıvani,  coğrafiya 
elmində  Əbd  ər-Raşid  əl-Bakuvi  və  s.  məşhur  olmuşlar. 
Azərbaycanda  xəttatlıq  və  rəssamlıq  işində  istifadə  olunan 
maddələrin  və  boyaların  hazırlanması  üsullarına,  müxtəlif xətlərlə 
yazı üslublarına dair xüsusi əsərlər yüksək  qiymətləndirilirdi.  Orta 
əsrlərdə  Şərq  dünyasında  tanınmış  rəsm  ustası  Məhəmməd  ibn 
Hinduşah  Naxçıvani  olmuşdur.  “Məhəmməd  ibn  Hinduşah 
Naxçıvani  rəsm  ustalığına  dair  məsləhətlərini  dini-əxlaqi  öyüd- 
nəsihətlərlə əlaqədar şəkildə təbliğ edirdi” (49,  s.  162).
Haqlı 
olaraq 
tanınmış 
Amerika 
şərqşünas 
alimi 
F.Rouzental  qeyd  edirdi  ki,  “müsəlman  xəttatlığında  din  ilə 
incəsənətin qovuşması həqiqətə çevrilmişdir” (51, s.  33).
Orta  əsrlərdə  Azərbaycanda  kitab  incəsənəti  geniş  intişar 
tapmışdı.  Kitabın  bədii  tərtibatında  müxtəlif  ixtisas  sahibləri  -  
xəttatlar,  rəssamlar,  ləvvahlar  (naxış  ustaları),  cədvəlkeşlər, 
ciidçilər  və  başqa  sənətkarlar  iştirak  edirdilər.  Azərbaycan 
sənətkarlarının  kufi,  nəsx,  reyhani,  rüqə,  təliq,  nəstəliq  xətt 
üslubunda  bədii  şəkildə  tərtib  etdikləri  əlyazmaları  miniatür  rəsm 
mədəniyyətinin inkişafına güclü təsir göstərmişdir.  Hətta XIV-XV 
əsrlərdə  Azərbaycanda  yaşamış  Mirəli  Təbrizi  tərəfindən 
“nəstəliq”  xətti  icad edilmişdir.  O  bunu keçmiş  ərəb xətləri “təliq” 
və “nəsx” in əsasmda yaratmışdır.
Orta  əsrlər  Azərbaycanda  miniatür  məktəbinin  əsas 
şəxslərindən  biri  Sultan  Məhəmməd  Təbrizi  olmuşdur.  “Onun 
miniatürləri  bədii üslubun özgünlüyü,  insan hissiyatına təsir gücü, 
ifa  incəliyi,  boyalarının  zənginliyi  ilə  fərqlənən  kamil  sənət 
əsərləridir” (54, s.  12).
Azərbaycanın  islam  mədəniyyəti  ilə  bağlılığının  əsas  bir 
xüsusiyyəti  də  tətbiqi  sənətin  ən  qədim  növlərindən  olan 
xalçaçılıqda,  toxuculuqda,  tikmə  sənətində  yeni  keyfiyyət 
dəyişiklikləri  əmələ  gəldi.  Xüsusilə,  xalça  və  tikmələr  üzərində
33


salınan sonsuz nəbati və  həndəsi  naxışları  insanla  Allah,  bıı dünya 
ilə  axirət  aləmi  arasındakı  vəhdətin  incəsənətdə  əks  etdirilməsini 
nəzərdə  tutur,  yeni  mənəvi  dəyərlərin  mənimsənilməsinə  kömək 
edirdi.
Orta 
əsrlərdə 
islam 
mədəniyyəti 
öz 
səciyyəvi 
xüsusiyyətləri  ilə  Azərbaycanda  inkişaf  etməyə  başladı.  Əsasən 
memarlıq  sahəsində Təbrizdə  memar və xəttat Nemətullah Bəvvab 
oğlunun  inşa  etdiyi  Göy  məscid,  Naxçıvanda  Əcəmi  bin  Əbu 
Bəkrin tikdiyi  Atabəy günbəzi adı  ilə məşhur olan Mömiinə Xatun 
türbəsi və Atababa türbəsi adı  ilə tanınan Yusif ibn  Küseyr türbəsi 
müsəlman memarlıq sənətinin ən gözəl nümunələrindəndir.
Azərbaycanm  islam  mədəniyyəti  ilə  bağlılığının  əsas 
göstəricilərindən  biri  də  orta  əsrlərdə  ədəbiyyata  verilən 
qiymətdir.  Qeyd  edilməlidir  ki,  o  dövrdə  sözün  qüdrəti,  dilin 
şirinliyi,  sənətkarın  bədii  ustalığı  və  yaradıcılıq  ilhamı  ilə  yanaşı 
daha  bir  meyar  əsas  götürülmüşdür  -   sənətkarın  dünyabaxışı 
meyarı.  Ancaq  o  sənətkarlara  yüksək  qiymət  verilmişdir  ki, 
onların  bədii  ustalığı  mütərəqqi  dini,  fəlsəfi,  siyasi,  əxlaqi 
baxışları  ilə  ahəngdar  olmuşdur,  biri  digərini  tamamlamışdır. 
Məhz  bu  meyarın  təsiri  altında  islam  qədim  yunan  fəlsəfəsinin  və 
elmini  öz  dünyaduyumu  süzgəcindən  keçirib  mənimsəyə  bildiyi 
halda,  sənətkarlıq  baxımından  güclü,  ancaq  bütpərəstlik  əsatir  və 
əfsanələri  əsasında  təşəkkül  tapmış  yunan  ədəbiyyatını  qəbul 
etməmişdir.  Xaqani  Şirvani,  Nizami  Gəncəvi,  Məhəmməd  Füzuli 
kimi  Azərbaycan  söz  ustaları  bu  meyara  cavab  vermiş,  öz 
əsərlərində  dini  olanla  dünyəvi  olanın  vəhdətini  bədii  üslubda 
ifadə edə bilmişlər.
34


HEYDƏR ƏLİYEV FƏLSƏFƏSİ  MİLLİ DÜŞÜNCƏMİZİN
FENOMENİDİR
Azərbaycanın  ən  yeni  milli-fəlsəfi  düşüncəsində  yeni 
səhifə  açan  ümummilli 
lider  Heydər  Əliyev  cəmiyyətin 
mükəmməl  ideya  nəzəriyyəsi  haqqında  deyirdi:  “Xalqa  xidmət 
elə,  xalqın  yolunda  özünü fəda  elə.  Bax,  budur  ideya,  budur 
fəlsəfəГ  (9,  s.  54).
Ümumbəşəri  siyasi  liderlər  həmişə  gəldi-gedər  olmaqla 
yanaşı,  eyni  zamanda onlar  özlərindən sonra  xalqının  tarixində  ya 
acı  xatirə  dolu  bir  boşluq,  ya da zəngin  siyasi  təcrübəyə  əsaslanan 
yenilikçi  ruhunda olan  mütərəqqi fikirlər və ölməz  ideyalar qoyub 
gedirlər.  Bu  mütərəqqi  fikirlər,  nəcib  işlər  və  ölməz  ideyalar 
xalqının  sosial  və  tarixi  yaddaşında  daim  yaşamaqda  davam  edir. 
Məhz onların  xoşbəxtliyi  də  elə  bundadır.  Çünki  əgər  bu  ideyalar 
və  fikirlər  xalqın  ümüd  və  arzu  çıraqlarını  yandırmasa,  xalqın 
şərəfi,  ləyaqəti,  mənəvi  sağlamlığı,  dini-əxlaqi  dəyərləri  və  milli 
mentaliteti  barədə  qayğılanırsa,  onda  bunlar  milyonlarla  insanın 
qəlbində  və  zəkasında  özünə  dərin  yer  edərək  zəngin  əqidəyə 
çevriləcəkdir.
Heydər Əliyev  fəlsəfi düşüncəsi  Azərbaycan xalqının  şərəf 
və  ləyaqətini,  milli  mentalitet  fenomeninin  qorunması  və 
formalaşmasını  bacarıqla,  tarixi  borc  hissi  olmaqla  məsuliyyətlə 
həyata  keçirmişdir.  O  bu  nəcib  fəaliyyətə  nəinki  özü,  başqalarını 
da  maarifləndirmiş,  onları  dəyərli  ideyalarla,  məsləhətlərlə, 
müdrik nəsihətləri  ilə  silahlandırmışdır.
Milli  düşüncənin  ən  başlıcası  odur  ki,  insan  özünüdərk 
prosesində özü haqqmda biliklər əldə edir,  özü haqqında  bilmədiyi 
biliyi  qazanmaq  isə  insanın  hisslərini,  duyğularını  ülviləşdirir, 
təfəkkürün zənginləşməsinə, onun mentalitetinin məzmununa  yeni 
keyfiyyət  gətirən  yollar  açır.  Bu  proses  insanın  öz  ətrafına  və 
özünə  münasibəti  təcrübəsini  müdrikləşdirir,  mənəviyyatını  və


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə