hissinə sadiq olmağa çağırışdan ibarət idi. Bu ideya ulu
öndərimizin hər zaman öz düşüncə tərzində duran ən mühüm
zəruri və məqsədyönlü düşüncələrindən biri idi. Çünki O deyirdi:
“Biz Azərbaycanlılar - bu, sonralar gələcək bütün nəsillərə də
tövsiyə
olunur
heç
vaxt
inamımızdan,
dinimizdən
uzaqlaşmayacaq və bu mənəvi mənbələrimizdən istifadə edərək
gələcəyimizi quracağıq” (5, s. 81).
Bu bir danılmaz həqiqətdir ki, Azərbaycanın islam
mədəniyyəti ilə
bağlılığı demək olar yüksək səviyyədə öz
bəhrəsini verməkdədir. Müstəqil Azərbaycan Dövləti müsəlman
ölkələrinin Azərbaycandakı, ölkəmizin Şərq dövlətlərindəki
diplomatik qurumları ilə Heydər Əliyevin apardığı uğurlu siyasət
hazırda
ulu
öndərimizin
layiqli
davamçısı,
möhtərəm
Prezidentimiz cənab ilham Əliyev tərəfindən müntəzəm olaraq
layiqincə uğurla həyata keçirilir.
Ümummilli liderin hələ Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin sədri olarkən bir neçə müsəlman ölkələrinə xüsusən
Türkiyə və İrana səfəri, sonralar yəni 1994-cü ildə İslam
_
,
•
Konfransı
Təşkilatının
VII sammitində
Mərakeş
islam
Respublikasında,
1997-ci ildə Tehranda keçirilən VIII Zirvə
toplantısında iştirakı, orada Azərbaycan həqiqətləri, reallıqları
haqqında dərin məna, məzmun və mühim dərəcə kəsb edən
çıxışları, İKT-nm üzvü olan ölkələrin, dövlətlərin başçıları ilə olan
təkbətək, ikitərəfli və çoxtərəfli görüşləri zamanı etdikləri
söhbətlər ölkəmizin
islam mədəniyyəti ilə sıx bağlılığını o
cümlədən Şərq siyasətinin düzgün aparılması üçün yeni-yeni
perspektivlər açmışdır.
Lakin təəssüf hissi ilə deyə bilərik ki, XIX əsrin
əvvəllərindən etibarən Azərbaycan rus mədəniyyətinin güclü
təsirinə məruz qalmış, bu mədəniyyət vasitəsilə o dövrün tərəqqi
meyarı kimi qəbul edilən Qərb mədəniyyətinin nailiyyətləri ilə
tanış olmuş, həmin nailiyyətlərdən bəhrələnmiş, tədricən milli
inkişaf yönümləri, o cümlədən türkçülük və avropalaşma Qərbin
təsiri altında təşəkkül tapmışdır. XX əsrin əvvəllərindən etibarən
Azərbaycan islam hüdudlarından, demək olar ki, qoparılmışdır.
24
Ümummilli lider 1998-ci ildə İslam Konfransı Təşkilatının
tövsiyəsi ilə Bakıda keçirilən “İslam sivilizasiyası Qafqazda”
mövzusunda beynəlxalq simpoziumdakı proqram xarakterli
məruzəsində demişdir:
"... Azərbaycanda islamşünaslıq sahəsində XX əsr,
demək olar ki, tam itirilmişdir. Bu işləri görmək üçün
Azərbaycanda islamşünaslıq elmini inkişaf etdirmək lazımdır.
Bu məqsədlə Azərbaycan Milli Elimlər Akademiyası, Bakı
Dövlət Universiteti və elmi-tədqiqat institutları həmin sahə üçün
xüsusi təşkilatlar, orqanlar və elnıi mərkəzlər yaratmalıdırlar.
Belə təşəbbiisülər olsa, mən onları dəstəkləyəcəyəm, bunlar
üçün hər cür şərait yaradacağam. Buna arxayın olun”(50, s.
208).
ф
m
Ölkəmiz ikinci dəfə müstəqillik əldə etdikdən sonra
qərbləşmə prosesi dayanmasa da, islamlaşmaya meyl demək olar
ki, güclənmişdir. Azərbaycan mədəniyyətinin inkişafında islamın
yeri və bağlılığı məsələsindən danışarkən, hər şeydən əvvəl qeyd
edilməlidir ki, islam din, əxlaq və hüquq normaları məcmusu,
həyat tərzi kimi Azərbaycanın ayrı-ayrı bölgələrini vahid
Azərbaycan müsəlman cəmiyyətində birləşdirmək üçün güclü bir
vasitə olmuşdu. Azərbaycan islamı qəbul etməklə öz tarixində ilk
dəfə olaraq bütün bölgələri üçün vahid din, ümumi hüquq, eyni
yazı sistemi, hamı üçün məqbul həyat tərzi kəsb etmişdi. Beləliklə
ən başlıcası o idi ki, Azərbaycan islam dünyasının (dar əl-islam)
tərkibinə daxil olmaqla böyük bir mədəni-iqtisadi bölgəyə
inteqrasiya olmuşdu. Bölgənin əhalisi arasında gediş-gəliş intensiv
xarakter daşıyırdı. Böyük-böyük köçmələr adi hal almışdır. Bütün
bunlar sənətkarlığın və ticarət əlaqələrinin çiçəklənməsi üçün
şərait yaradırdı. İnkişaf etmiş iqtisadi, siyasi və mədəni əlaqələri
ilə fərqlənən şəhərlər mədəniyyət mərkəzlərinə çevrilirdilər.
Təbriz, Gəncə, Ərdəbil, Naxçıvanda müxtəlif millətlərə mənsub
adamlar məskən salırdılar. Bu şəhərlərin əhalisi başqa müsəlman
şəhərlərlə, ümumiyyətlə, xarici aləmlə geniş ticarət və mədəniyyət
əlaqələrinə giriı* və nəticədə qarşılıqlı təsir və təsirlənmə
25
əməkdaşlıqda iştirak edən bütün tərəflərin mədəni inkişafına
kömək ediı di.
Azərbaycanın intibah dövrü hesab edilən XII əsrdə
Naxçıvanda elmi mərkəzlər yaradılırdı. Naxçıvan Atabəylər
dövlətini idarə edən Şəmsəddin Eldəgizlərin sarayında dövrün ən
mötəbər alimləri toplanmışdılar. Onlar riyaziyyat, təbiətşünaslıq,
tibb, kimya, fəlsəfə, məntiq, hüquq, astronomiya, ərəb və fars
ədəbiyyatı sahələrində böyük uğurlar qazanmışdılar. Bu dövrdə
Azərbaycan özünün fiqh və hədis alimləri ilə məşhur olmuşdur ki,
bunların da çoxu “Naxçıvani” ləqəbi ilə tanınaraq dünya tarix
səhnəsinə öz layiqli adlarını salmışlar. İslam dünyasınm hər
yerində olduğu kimi, Azərbaycanda da beynəlxalq ünsiyyət
vasitəsi rolunu Quran dili olan ərəb dili oynayırdı. Ərəb dili həm
də elm və ayinçilik dili idi. Azərbaycanda təşəkkül tapan yeni
mədəniyyət özünü bu dildə ifadə edirdi, çünki islamı qəbul etmiş
bütün xalqlar ərəb-müsəlman mədəniyyətinin ümumi inkişafında
öz paylarını əsasən ərəb dilində əlavə edirdilər.
Amma bütün ortaq Azərbaycan mədəniyyətində islam
ünsürü güclü və aparıcı olmuş, başqa ünsürləri müəyyən etmiş və
istiqamətləndirmişdir.
İslam
mədəniyyətinin
bütövlüyünü
müəyyənləşdirən əsas hüdudları islam özü, həm də müstəqil
şəkildə aydınlaşdırır və dəqiqləşdirirdi. Yeni-yeni islam ənənələri
yaranırdı. Nəticədə Azərbaycanda fəlsəfi fikir, elm, incəsənət,
memarlıq,
poeziya,
hüquq
sahəsində
islami
dəyər
və
normalarından bəhrələnmiş, islamın müəyyən etdiyi hüdudlar
daxilində inkişaf etmişdir. Azərbaycanda islamın gəlişi ilə ərəb-
müsəlman mədəni təsirlərinin güclənməsi heç də qədim milli-
mədəni ənənələrin bütünlüklə sıxışdırıb aradan çıxarılması ilə
müşayiət
olunmamışdır.
Lakin
Azərbaycan
cəmiyyətinin
islamlaşması onun etnoqrafik simasını tədricən dəyişikliyə
uğratmışdır. Müsəlmanlar geyimlərinə, görkəmlərinə, davranış və
məişətlərinə görə qeyri-müsəlmanlardan fərqlənirdilər. Eyni
zamanda, islamın təbliğ etdiyi dəyərlər, o cümlədən təmkinlik,
səbirlilik, dözümlülük, salehlik, yaxşılığa əmr etmək və pislikdən
çəkindirmək əhval ruhiyyəsi, müxtəlif dinlər və millətlər arasında
26
Dostları ilə paylaş: |