Hər suala bir cavab



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə9/22
tarix30.12.2017
ölçüsü0,52 Mb.
#18683
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

Niyə buzlaqlar bizim dövrdə də qalır? 

 

Şimali  Amerikada  buzlaq  dövrünün  başlanmasını  şərtləndirən  nəhəng  buz  kütləsinə 



“kontinental buzlaq” adı verdilər: onun tən ortasında buz qatının qalınlığı 4,5 kilometrə çatırdı. 

Bəzi alimlərin fikrinə görə həmin bu kontinental buzlaq bütün buzlaq dövrü ərzində dörd dəfə 

əriyib, sonra bir də təzədən əmələ gəlib. 

Buzlaqlar dünyanın başqa yerlərini də yavaş-yavaş örtürdü. Ərimə prosesi başlayanda isə

bəzi  yerlərdəki  buzlar  heç  ərimədi.  Məsələn,  dar  sahil  zolağını  çıxmaq  şərtiylə,  nəhəng 

Qrenlandiya adası hələ də kontinental buzlaqla örtülüdür. Onun orta hissəsində buzların qalınlığı 

üç  kilometrdən  artıqdır.  Antarktida  da  qalınlığı  bəzi  yerlərdə  dörd  kilometrə  çatan  kontinental 

buzlaq qatının altındadır.  

Odur ki, indi Yer kürəsinin bəzi yerlərində buzlaqların olması onların buzlaq dövründən 

bəri əriməməsi ilə əlaqədardır. Lakin indi rast gəldiyimiz buzlaqların əsas hissəsi o zamanlardan 

qalan yox, sonradan əmələ gələnlərdir. Belə buzlaqlar, əsasən, dağlarda yerləşir. 

Onlar öz başlanğıcını enli, əydəmli, formaca amfiteatrı xatırladan dərələrdən götürür. Qar 

bu yerlərə yamaclardan sürüşərək enir.  

Bəzi  dərələrdəki  buzlaqlar  heç  yayda  da  ərimir  və  onların  qalınlığı  ildən-ilə  artır.  Üst 

qatların ağırlığı, tədrici sıxılma, müəyyən qədər ərimə və təkrar donma nəticəsində qar kütləsinin 

alt qatlarındakı hava sıxışıb çıxır, sərt buz qatı formalaşır. Zirvələrdəki buz qatının ağırlığı isə 

bütün kütləni basaraq, onu dərəyə tərəf hərəkətə gətirir. Bax, belə hərəkət edən “buz dilinə” dağ 

buzlaqları deyirlər. 

Avropada, Alp da

ğlarında 1200-dən artıq belə buzlaq var! Onlara həm də Pireney, Karpat, 

Qafqaz, cənubi Asiyanın dağlarında rast gəlmək mümkündür. Alyaskanın cənubunda on minlərlə 

belə buzlaq var ki, onların bəzisinin uzunluğu 50-100 kilometrə çatır! 

 

Niyə vulkanlar yalnız müəyyən nahiyələrdə olur? 



 

Nyü-


York, London, yaxud Paris kimi şəhərlərdə vulkan yoxdur və çətin ki, gələcəkdə də 

əmələ gələ bilə. Lakin yer kürəsinin bəzi rayonlarında bir yox, eyni zamanda hətta bir neçə vulkan 

olur. 

Mərkəzi  Amerikanın  Sakit  okean  sahilləri  yer  üzündə  vulkanik  fəaliyyətin  ən  aktiv 



yerlərindəndir.  Həqiqətən  də  aktiv  vulkanların  üçdə  ikisinə  məhz  burda  rast  gəlirik.  Bundan 


savayı, öz fəaliyyətini nisbətən yaxın zamanlarda dayandırmış vulkanların da əksəriyyəti məhz 

oralarda yerləşir. 

Bunun  bəlli  səbəbi  var:  bu  rayonlarda  yer  qabığı  planetimizin  başqa  nahiyələriylə 

müqayisədə daha zəifdir. Harda bu qat zəifdirsə, vulkan da bir qayda olaraq, orada əmələ gəlir. 

Bəs  vulkan  necə  yaranır?  Artıq  bilirik  ki,  Yerin  nüvəsi  çox  istidir.  Dərinlik  artdıqca, 

temperatur da yüksəlir. 25 kilometr dərinlikdə bu temperatur o qədər yüksəkdir ki, bütün suxurlar 

(burda istilik 1000 – 

1100 dərəcəyə çatır) ərinmiş vəziyyətdə olur. 

Dağ suxuru əriyəndə onun həcmi artdığından daha çox yerə ehtiyac yaranır. Planetimizin 

bəzi rayonlarında dağ sistemləri o qədər də qədim deyil (yəni cəmi bir neçə min il qabaq yaranıb). 

Bu dağlar hələ tam sıxılıb oturuşmayıb deyə, altındakı təzyiq başqa rayonlardakına nisbətən daha 

aşağıdır. Bax, yer qatındakı zəif nahiyələr də məhz belə əmələ gəlir.  

“Maqma”  adlandırılan  ərimiş  kütlə  bu  yerlərə  yol  tapır  və  yerin  altında  ərinmiş  suxur 

kütlələriylə dolu nəhəng rezervuarlar əmələ gətirir. Həmin maqmanın üzüyuxarı hərəkətinə yer 

qatının qabarmasından yaranan çatlar kömək edir. 

Belə  rezervuarlarda  yaranmış  təzyiq  maqmanı  yerin  altında  saxlayan  gücə  üstün  gələn 

kimi, ərinmiş kütlə azad olur və vulkan püskürməyə başlayır. Püskürmə ərinmiş suxurla birgə 

çıxan qazlar bitən kimi, dayanır. 

Püskürmə zamanı əsasən, qazşəkilli maddələrlə yanaşı, “lava” adlanan ərinmiş kütlə, kül 

şəklində sərt hissəciklər də yer üzünə çıxır. Püskürmə əslində, qaz partlayışıdır, amma lavanın bir 

hissəsi toza çevrildiyindən biz vulkanlar üzərində qara tüstünün də şahidi oluruq.  

 

Zəlzələlərin əksəriyyəti harada baş verir? 



 

Əgər  biz  Yer  kürəsinin  daha tez-tez  zəlzələ  baş  verən  nahiyələrini  göstərən  xəritəyə 

baxsaq, bütün yer üzünü əhatə edən, gah şimala, gah cənuba sarı meyllənən enli bir zolaq görərik. 

Həmin  zolaq  zəlzələlərin  tez-tez  baş  verdiyi  yerləri  göstərir.  Ona  görə  də  planetimizin  bəzi 

rayonlarında zəlzələ heç vaxt olmur, başqa yerlərində isə bu təbiət hadisəsinə tez-tez rast gəlirik. 

Yaponiya Yer kürəsinin tez-tez zəlzələ olan nahiyələrindəndir. Yaponiyada zəlzələ az qala 

hər gün baş verir! Əlbəttə, onların əksəriyyəti zəifdir deyə, insanlara heç bir ziyan gətirmir. Buna 

bənzər, zəlzələsi bol olan başqa bir rayon da Aralıq dənizi ərazisidir. Amma Birləşmiş Ştatların 

Yeni İngiltərə nahiyəsində buzlaşma dövründən bəri, yəni artıq neçə-neçə minilliklərdir ki, zəlzələ 

baş vermir! 

Bunun səbəbi yer qabığının hər tərəfdə eyni olmamasındadır. Bəzi nahiyələrdə o elə də 

möhkəm  deyil  və  həmin  nahiyələrdə  yer  qabığı  çat  verir.  Bu  çatlar  qabığı  təşkil  edən  qaya 




suxurlarının qırılmasından əmələ gəlir. Həmin çatların qərar tutduğu nahiyələrdə yer qabığının 

müxtəlif nəgəng parçaları bir-birinə dəhşətli təzyiq edir. Həmin təzyiqin yaratdığı enerji o qədər 

güclü  olur  ki,  qayaları  titrədir  deyə,  zəlzələ  baş  verir.  Azərbaycan  da  bu  cür  aktiv  zəlzələ 

zonalarından sayılır. 

Zəlzələdə əmələ gələn titrəmə min kilometrlərlə məsafəyə yayıla bilər. Bu halda zəlzələ 

xüsusilə, yer qabığının qalxmasından yaranan çatlar boyunca daha güclü olur. Qırılma baş verən 

yerlər həm qalxıb-enir, həm də bu parçalar bəzən lap üfüqi istiqamətdə hərəkət edir.  

Zəlzələdən sonra yer üzündə həmin o çatlar boyu müəyyən dəyişikliklərin şahidi olmaq 

mümkündür. Vibrasiyanın daha çox hiss olunduğu yerlərə zəlzələnin “episentri” deyirlər. Əgər  

həmin episentr yaxınlıqda şəhər varsa, ordakı dağıntılar əhəmiyyətli ola bilər. Dağılan binalar, qaz 

kəmərlərinin partlamasından yaranan yanğınlar bəzən çox böyük insan tələfatına səbəb olur. 

Həm  zəlzələ,  həm  də  vulkanların  daha  geniş  yayıldığı  rayonlar  təxminən  eynidir.  Bu 

onunla əlaqədardır ki, həmin ərazilərdə Yer qabığı heç də dinc, sakit vəziyyətdə deyil.  

 

Meteoroloqlar havanı qabaqcadan necə deyirlər? 



 

“Hava” anlayışı özündə atmosferin bütün hallarını və dəyişikliklərini ehtiva edir. “Hava” 

atmosferin soyuq, isti, quru, rütubətli, günəşli, buludlu, küləkli, sakit halları nəticəsində formalaşır. 

Hava hər gün dəyişə bilər, il ərzində baş verən belə dəyişiklikləri isə “iqlim” adlandırırlar. 

Havanın necəliyinə müxtəlif faktorların təsiri var, amma onların ən başlıcası Günəşdir. 

Günün istisi suyu buxarlandırır, havanı qızdırır və əmələ gələn isti hava kütləsi yerdən çıxan su 

buxarlarını göyə qaldırır. Göydə isə həmin hava isti kütləsi soyuyur və buxar kondensata çevrilərib 

yağış  şəklində  yerə  tökülür.  Bu  proses  həm  sürətlə,  həm  də  ləng  baş  verə  bilər.  Hava  kəskin 

dəyişəndə yer üzündə adətən, tufanlar, qasırğalar baş verir. 

İngiltərədə havanın vəziyyətini qeydə alan 200-ə yaxın məntəqə var, təxminən bir o qədər 

məntəqə də Avropanın qalan hissəsində mövcuddur. Bundan başqa, Atlantik okeanda üzən xüsusi 

“hava gəmiləri”, fəzada növbə çəkən təyyarələr də havanın dəyişməsini daim diqqətlə izləyirlər. 

Hava proqnozunu da bu və digər yollarla toplanan meteoroloji məlumatlar əsasında tərtib edirlər. 

Hava mütəxəssislərinin uzunmüddətli müşahidələr nəticəsində tərtib etdiyi xəritələr onları 

müxtəlif zəruri məlumatlarla təmin edir: təzyiqin eyni olduğu rayonlar, temperaturu sabit olan 

yerlər, küləyin istiqaməti, havanın buludlu, yaxud açıq olması, yağış-qar kimi yağıntıların miqdarı, 

təzyiqin yuxarı, yaxud aşağı olduğu yerlər... 

Bu xəritələri araşdıran metereoloqlar atmosferin müəyyən vəziyyətində hansı dəyişikliklər 

gözləməyin mümkün olduğunu qabaqcadan söyləyə bilirlər. Onlar bilir ki, soyuq hava kütləsinin 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə