Daşların mənşəyi fərqlidir. “Çöküntü daşları” adını daşıyan daşlar çöküntü suxurlarından
ibarətdir. Bu o deməkdir ki, çox illər qabaq suyun, küləyin, buzun, bitkilərin və heyvanların təsiri
altında yer üzündə çöküntülər əmələ gəlib. Çökmə prosesi bütöv laylarla baş verirdi deyə, belə
qayalara, daşlara “laylı daşlar” adı qoyublar.
Qayaları əmələ gətirən xırdaca zərrələrin girdə forması var, çünki onların iti küncləri
küləklər, su axını nəticəsində cilalanıb, yonulub. Qumdaşı, əhəngdaşı tipik qaya suxurlarıdır.
Digər qaya suxurları yerin dərin qatlarındakı ərinmiş maddədən əmələ gəlib. Onlar yerin
üzünə çıxıb; onların bəzi hissəcikləri başqa qaya suxurlarının çatlarını doldurub. Belə qaya
suxurlarını «pirogen»,
yaxud vulkan mənşəli adlandırırlar. Qranit və bazalt bu suxurlara aiddir.
Qayaların üçüncü tipi əvvəllər tamam başqa formada və strukturda olub, lakin sonralar
yüksək temperatur və təzyiq nəticəsində dəyişib. Onlara «metamorf»,
deyirlər. Mərmər və kvarsit
də metamorf qayalara aiddir.
Bəzi qaya suxurlarında başqa qarışıqlarla yanaşı, metal mineralları da olur. Əgər belə
minerallar metal istehsal etmək üçün kifayət qədərdirsə, onlara artıq daş yox,ı “filiz” deyirlər.
Mağaralar necə əmələ gəlib?
Yer üzündəki mağaralar lap qədim zamanlardan bəri bəşəriyyətin inkişafı ilə sıx şəkildə
bağlıdır. Hələ daş dövründə, ev tikməyin nə olduğunu bilməyəndə insanları qışın şaxtasından məhz
mağaralar qoruyurdu. Azərbaycan ərazisində yer üzündə insan yaşamış mağaraların ən
məşhurlarından biri – Azıx mağarası yerləşir. Bu mağara respublikamızın Dağ Qarabağ
n
ahiyəsindədir.
Lakin qədim insanlar mağaralardan artıq sığınacaq kimi istifadə etməyəndə belə, onların
qeyri-
adi, sirli şöhrəti miflərə, əfsanələrə dönüb yaşayır, dillərdə dolaşırdı. Qədim yunanlar
inanırdı ki, mağaralar onların ilahilərinin – Zevsin, Panın, Dionisin, Plutonun məbədləridir. Qədim
Romada isə belə hesab edirdilər ki, mağaralarda nimfalar, cadugərlər yaşayır. Qədim farslar və
başqa İran xalqları isə bütün mağaraların yerdəki ruhların hökmdarı Mitrasa məxsus olduğunu
düşünürdülər...
Bizim günlərdə əzəmətli, gözəl mənzərəsi olan mağaralar turistləri ən çox cəlb edən
yerlərdəndir.
Yaxşı, bəs, mağara nədir?
Mağara təpələrin, dağların, qayaların içindəki təbii boşluqlardır. Onların çox müxtəlif
yaranma üsulları var. Bəziləri dəniz dalğalarının qayalara daimi təsiri nəticəsində əmələ gəlib.
Mağaraların hətta su altında olanları da var. Onlar adətən, əhəngdaşı kimi yumşaq suxurları yuyub
aparan yeraltı suların fəaliyyətinin bəhrəsidir. Elə mağaralar da var ki, vulkanik fəaliyyət və qaya
suxurlarının hərəkəti, yaxud qaynar lava püskürməsindən yaranıb.
Birləşmiş Ştatlardakı mağaraların əksəriyyəti nəhəng əhəngdaşı laylarına tərkibində C2O
(karbon iki oksidi) olan suların təsirindən əmələ gəlib. İndiana, Kentukki və Tennessi ştatlarında
orta qalınlığı 53 metr olan əhəngdaşı layında çoxlu mağaralar var.
Bəzi mağaraların tavanında dəliyi olur. Bu dəliklər bir zamanlar suyun yığıldığı və
sonradan suxuru dəlib içəri axdığı yerlərdə əmələ gəlir. Mağaralarda bir-birinin altında, müxtəlif
səviyyələrdə uzanan qalereyalar görmək olar. Bəzi mağaralardan daim yeraltı sular axır,
digərlərindən axan su isə sonradan kəsilir deyə, mağara da quruyur.
Mağaranın tavanından düşən hər damlanın tərkibində əhəng və başqa mineralların
hissəcikləri olur. Su buxarlanır, minerallar isə yerdə qalır. Bu minvalla, yavaş-yavaş şaxta zamanı
damlardan sallanan buz salxımlarını xatırladan “stalaktitlər” əmələ gəlir. Stalaktitlərdən süzülüb
yerə tökülən damcılar isə mağaraların döşəməsində ucalam “stalaqmitlərı” əmələ gətirir.
Qazıntı nəticəsində yerdən çıxan nədir?
Qazıntılar nəticəsində aşkarlanan bitki və heyvan qalıqları bizə keçmişimizi öyrənməyə
kömək edir və milyonlarla il qabaq yer üzündə yaşayan heyvanlar, bitkilər haqda daha çox
məlumat əldə etməyimizə səbəb olur. Bununla elmin “paleontologiya” adlanan sahəsi məşğuldur.
Bəziləri elə fikirləşir ki, qazıntılarda aşkarlananlar yalnız çox qədim zamanlarda yaşamış
heyvanların qalıqlarıdır. Əslində isə, qazıntılarda tapılan nümunələr üç tipə aiddir. Birinci tipə
müxtəlif orqanizmlərin çürümə prosesindən can qurtarıb bugünümüzə kimi ilkin vəziyyətində
gəlib çıxmış hissələri aiddir. İkinci tipə müxtəlif suxurlar üzərində rast gəlinən, çoxdan məhv
olmuş ayrı-ayrı heyvan və canlıların, bitkilərin quruluşunu təkrar edən basma şəkillər aiddir.
Bundan başqa həmin heyvanların palçıq, gil kimi yumşaq səth üzərində buraxdığı izlər də
paleontoloqların qazıntılarda aşkarladığı maraqlı nümunələrdən sayılır.
Əgər söhbət hər hansı bir orqanizmin istənilən parçasından ibarət tapıntılardan gedirsə, bu,
daha çox bədənin sərt hissələri olur – skelet, balıqqulağı, yaxud çanaq. Yumşaq toxumalar çox tez
məhv olur. Lakin ayrı-ayrı hallarda meduzalar kimi 99%-i sudan ibarət heyvanlar belə qaya
suxurlarında əla izlər qoyurlar. Buzlaqlarda aşkarlanan bəzi tapıntıların isə nəinki skeletı, hətta
müəyyən toxumaları da necə var, eləcə də qalır.
Tapıntının keyfiyyəti və dəyəri onun ölçülərindən qətiyyən asılı deyil. Məsələn, elə olur
ki, bir kəhrəba parçasında milyonlarla il bundan qabaq yaşamış xırdaca qarışqa əla vəziyyətdə