var. Həqiqətən də bu fəsillərin dəyişməsiylə planetin səthində dəyişikliklər müşahidə olunur. Yaz
və yayda onun səthinin rəngi bir qədər də tündləşir, onların rəngi göyümtül-yaşıldan sarıya dəyişir.
Bəlkə bu elə bitki örtüyüdür?
Astronomların proqnozlarına əsasən, planetin atmosferində az miqdarda su buxarı var ki,
bu da həyatın yaranmasına səbəb ola bilər. 1887-ci ildə İtaliya astronomu Covanni Skiaparelli elan
etdi ki, o Mars səthində kanalları xatırladan qəribə qurğular müşahidə edib. Təbii ki, bu
müşahidələrdən sonra ortaya belə bir sual çıxdı: “Görəsən, bu kanalları quraqlıq nahiyələrə
planetin qütblərindən su gətirmək üçün Mars sakinləri inşa etməyib ki?”
1976-
cı ildə planetin səthinə Birləşmiş Ştatların iki dənə “Vikinq” aparatı endi. Bu
aparatlardakı xüsusi cihazlar vasitəsiylə alimlər planetin torpağında həyat əlamətləri axtarır, əldə
olunan nəticələr Yerə ötürülürdü. Bu tədqiqatlar göstərdi ki, bizim planetin normativləriylə
ölçülsə, bu torpaqlarda mikroorqanizmlərin mövcudluğu mümkündür. Lakin onları tapmaq
mümkün olmasa, bu o deməkdir ki, Mars torpağı yerinkinə qətiyyən bənzəmir...
İndi artıq bəllidir ki, Marsda həyat varsa da, yalnız çox primitiv formada ola bilər.
Niyə buludların forması müxtəlif olur?
Buludlar belə əmələ gəlir: isti hava su buxarıyla bir yerdə göyə qalxır. Müəyyən
yüksəkliklərə çatanda, isti hava soyuyur. Aşağı temperaturda isə rütubət artıq su buxarı şəklində
qala bilməz. Beləliklə, izafi rütubət su damcılarına, buz zərrəciklərinə çevrilir və nəticədə buludlar
yaranır.
Göy üzündə bir-birinə bənzəyən iki bulud görməzsən və atmosferdəki cərəyanlardan
onların formalarını daim dəyişir. Buludların formaca müxtəlifliyi bununla izah olunur ki, onlar
müxtəlif yüksəklikdə və müxtəlif temperaturlarda əmələ gəlir. Bundan başqa, buludlar
yüksəkliyindən və temperaturundan asılı olaraq müxtəlif zərrəciklərdən də ibarət ola bilər ki, bu
da formaya birbaşa təsir göstərir.
Ən yüksəkdə olan buludları “işıqlanan buludlar” adlandırırlar. Təsəvvür edin ki, onlar
yerdən 50-100 kilometr məsafədə qərar tutur! İkinci növ “sədəf buludları”dır. Onların yüksəkliyi
22-
33 kilometrdir. Sədəf buludları toz və yağış dənəciklərindən ibarət, çox nazik, gözəl rəngləri
olan buludlardır. Bu buludları yalnız Günəş yalnız batandan sonra, yaxud dan yeri sökülərkən
görmək olur.
10 kilometr və daha yüksəkdə “lələkli buludlar”, “lələkli-laylı buludlar” və “lələkli-topa
buludlar” qərar tutur. Lələkli buludlar lələyə; lələkli-laylı buludlar nazik ağımtıl xətlərə bənzəyir;
lələkli-topa buludlar isə top-top yığışmış, girdə, xırda buludlardır. Bu buludların hamısı narın buz
dənəciklərindən ibarətdir.
Alçaq buludlar isə xırda su damcılarından yaranır. Yerdən 3-5 kilometr yüksəklikdə
tərkibində lələkli-topa buludlara nisbətən daha çox buxar və cürbəcür hissəciklər olan hündür topa
buludlar yerləşir. Onlarla elə eyni yüksəklikdə göy üzünü çox vaxt boz narın pərdə kimi örtən,
Günəşi də, Ayı da solğun bir ləkəyə oxşadan sıx laylı buludlar əmələ gəlir.
Daha aşağıda, iki kilometr yüksəklikdə iri-iri parçaları olan laylı-topa buludlar formalaşır.
Elə eyni yüksəklikdə yağış buludları toplanır. Yağış buludları sıx, tutqun rəngli və bəlli bir forması
olmayan buludlardır. 610 metrdən aşağı yüksəkliklərdə isə laylı buludlar olur. Onlar yerdən qalxan
dumandan ibarətdir. Eyni yüksəklikdə həm də topa-yağış buludları – xeyli qalınlığı olan, sıx,
formasından bir az gül kələmə bənzəyən, şimşək və möhkəm külək gətirən buludlar olur.
Dumanlıq nədir?
Əgər siz kitablarda nəhəng spirallar, burulğanlar və buludlardan ibarət dumanlıqların
şəklini görmüsünüzsə, heç ümid etməyin ki, nə vaxtsa belə bir mənzərəni həyatda da görə
bilərsiniz. Dumanlıqların çoxunu teleskopsuz görmək olmur. “Dumanlıq” sözünün özü ona görə
əmələ gəlib ki, zəif teleskoplarla onları izləməyə çalışan astronomlar dumanlı ləkələrdən başqa bir
şey görə bilmirdilər.
Bizə dumanlıqların iki əsas növü bəllidir – qalaktik və qalaktikadankənar dumanlıqlar.
Qalaktik dumanlıqları bizim qalaktikada da görmək olar (Süd Yolu). Onlar toz və qazlardan ibarət
olur. Qalaktikadankənar dumanlıqlar isə bizim qalaktikanın sərhədlərindən kənarlarda olur və
əsasən, ulduzlardan ibarətdir.
Bizə bəlli olan qalaktik dumanlıqların sayı 2 mindən azdır. Deməli, insana məlum olan
dumanlıqların əksəriyyəti bizim Qalaktikadan kənarda yerləşir. Bəs bu dumanlıqların sayı əslində
nə qədərdir? Bu suala dəqiq cavab vermək təbii ki, mümkün deyil. Amma bizim bildiyimizə görə,
Süd Yolundan kənarda milyonlarla dumanlıq ola bilər.
Qalaktikadankənar dumanlıqları hələ də “ada-kainat”, yaxud “qalaktika” adlandırırlar. Bu
o deməkdir ki, əgər kimsə çox uzaqdan bizim Qalaktikaya da baxsaydı, onu bir dumanlıq kimi
görəcəkdi.
Qalaktikadankənar dumanlıqlar müxtəlif formalarda olur. Onların bəziləri qeyri-düzgün,
yaxud yumurtavari formaya malikdir. Ən çox rast gəlinəni isə spiralvari dumanlıqlardır. Bizim
qalaktika kimi spiralvari dumanlıqlar saysız-hesabsız ulduzlardan, nəhəng qaz buludlarından və
toz zərrəcikləriylə dolu geniş sahələrdən ibarətdir. Dumanlığın adətən, nüvəsi və nüvədən
spiralvari ayrılan qolları olur. Yerə ən yaxın Andromeda dumanlığı bizə bəlli olan bütün
dumanlıqların ən böyüyü və ən parlağıdır. Onun işığı bizim Günəşin ətrafa yaydığı işıqdan
1 500 000
000 dəfə güclüdür!
N
iyə okeanın suyu duzlu olur?
Hərdən planetimizə aid olan elə suallarla rastlaşırıq ki, bizə çox sirli gəlir, çünki onların
dəqiq cavabı hələ də tapılmayıb. Məsələn, okeanlardakı duzla bağlı sual da belələrindəndir.
Görəsən, bu duz okeana necə düşüb?
Təsəvvür edin ki, biz duzun orda necə peyda olduğunu hələ də dəqiq bilmirik! Bir şey
əlbəttə, bizə bəllidir: duz suda əriyir və okeanlara yağış suyu ilə düşür. Yer səthindəki duzlar daim
suda həll olur, onunla birlikdə okeanlara axır.
Amma biz bilmirik ki,
okeanlardakı nəhəng miqdarda duzun mövcudluğunu məhz bununla
izah etmək olar, yoxsa yox. Bir təsəvvür edin: əgər bütün okeanların suyunu qurutsaq, yerdə qalan
duzdan hündürlüyü 230, qalınlığı demək olar ki, 2 kilometr olan bir divar ucaltmaq olar. Bu
div
arın uzunluğu isə bütün ekvator xətti boyunca, yəni 40 000 kilometrdən artıq olardı.
Bizim gündəlik istifadə etdiyimiz adi duzu da dəniz suyundan, duz mədənlərindən, yaxud
daş duz yataqlarından alırlar. Dəniz suyu 3-3,5% duzdan ibarətdir. Aralıq dənizi, Qırmızı dəniz
kimi daxili su hövzələrində duzun miqdarı açıq dənizlərdəkindən çox olur. Təsəvvür edin ki, cəmi
728 kvadrat kilometr ərazisi olan Ölü dənizdə təxminən 10 523 000 000 ton duz var!
Dəniz suyunun bir litrində, orta hesabla, 30 qrama yaxın duz olur. Araşdırmalar göstərir
ki, planetimizin müxtəlif yerlərindəki duz yataqları dəniz sularının buxarlanmağa başladığı
dövrdən milyonlarla il qabaq yaranıb. Bir maraqlı fakt da var: daş duzun əmələ gəlməsi üçün gərək
dəniz suyunun on hissəsindən doqquzu buxarlansın. Belə hesab edirlər ki, müasir duz mədənlərinin
yerində qabaqlar daxili dənizlər olub. Həmin hövzələrdəki buxarlanma prosesi onlara yeni suların
gəlməsindən daha sürətlə cərəyan edirdi deyə, daş duz mədənləri yaranırdı.
Qida üçün olan sodanın da əsas hissəsini daş duzdan alırlar. Duz yataqlarında adətən,
şaxtalar qazılır. Təmiz suyu borularla şaxtalara vururlar və həmin su duzu əridir. İkinci boru xətti
isə bu məhlulu yer üzünə qaldırır.
Ən dərin okean hansıdır?
Dostları ilə paylaş: |