30
“Əhsənüt-təvarix” əsərini də müştərək surətdə tərcümə etməyi təklif etdi. Böyük alimin bu təklifini müsbət
dəyərləndirərək onunla daha bir ortaq elmi layihədə iştirak etmək şərəfinə nail oldum. Təəssüf ki, üzərində
xeyli zəhmət çəkdiyi bu əsərin nəşrini görmək O.Əfəndiyevə nəsib olmadı. Ustadımız 2013-cü ilin fevralın-
da, 87 yaşının tamam olmasına bir ay qalmış Haqqın rəhmətinə qovuşdu. Vəfat etdiyi zaman tərcümə ilə
bağlı öhdəsinə götürdüyü işi yekunlaşdıraraq əlyazmalarını kompüterdə yığılmaq üçün mənə təhvil vermişdi
və tərcüməyə dair şərhlərin yazılması ilə məşğul idi. Vəfatı ərəfəsində ağır ürək əməliyyatı keçirmiş görkəm-
li tarixçimizin mənə son vəsiyyətlərindən biri də “Əhsənüt-təvarix” üzərində işi tamamlamaqdan və nəşr et-
dirməkdən ibarət olmuşdur
90
.
2011-ci ildə o zamanlar Tehran Universitetinin doktorantı olan Esra Doğan bir elmi konfransda işti-
rak etmək üçün Bakıya gəldiyi zaman böyük bir lütfkarlıq göstərərək, “Əhsənüt-təvarix”in İranda yenicə
çapdan çıxmış üç cildlik mətnini bizə təqdim etdi. Hal-hazırda tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alaraq
Türkiyənin Artuklu Universitetində fəaliyyətini davam etdirən Esra xanıma bu lütfkarlığından ötrü dərin tə-
şəkkürümü bildirirəm.
Tərcümə zamanı “Əhsənüt-təvarix”in Ə.Nəvai tərəfindən 2010-cu ildə həyata keçirilmiş son nəşri
əsas alınmışdır. Bundan əlavə, mənbənin 1931-ci ildə işıq üzü görmüş Baroda nəşrindən və Bakıda saxlanan
əlyazmalarından da istifadə edilmişdir. Bir sıra dəqiqləşdirmələr və müqayisələr aparmaq üçün əsərin ingilis-
cə və türkcə tərcümələrinə nəzər salınmışdır. Şərhlərin yazılması zamanı Ə.Nəvainin, Ç.N.Seddonun və
M.Öztürkün “Əhsənüt-təvarix”ə yazdıqları qeyd və izahatlardan, həmçinin bir sıra digər mənbə və ədəbiy-
yatlardan istifadə olunmuşdur. Əsərin Baroda və Tehran nəşrlərində əksini tapan və məzmuna təsir göstərən
ən mühüm nüsxə fərqləri səhifə altındakı qeydlərdə göstərilmişdir
91
. Bunlara əlavə olaraq, B-1696 şifrəli Ba-
kı nüsxəsindəki önəmli ayrıntılara da qeydlərdə yer verilmişdir. Bakı nüsxələri əsasında mətnə əlavə edilən
parçalar kursiv şəklində verilmiş və səhifə altında bu parçaların hansı əlyazma vərəqlərini əhatə etdiyi bildi-
rilmişdir.
Mənbə üzərində apardığımız iş prosesində, bir tərəfdən əsərin tərcüməsinin müasir oxucu üçün doğ-
ma və anlaşılan tərzdə olmasına cəhd göstərilmiş, digər tərəfdən də tərcümə zamanı mənbənin özünəməxsus
xüsusiyyətlərini və dəbdəbəli üslubunu qoruyub saxlamağa diqqət yetirilmişdir. Dövrün terminologiyasını
dəqiq ifadə etmək üçün dövlət quruluşu ilə bağlı istilahlar (vəzifə adları, hərbi terminlər, vergi növləri və s.)
orijinalda olduğu kimi verilmiş, səhifə altında onlara dair şərhlər və izahlar təqdim olunmuşdur. Mənbənin
mətnində olmayan, lakin cümlənin mənasının anlaşılması üçün gərəkli olan sözlər düzbucaqlı mötərizə [...]
daxilində qeyd olunmuşdur. Mənbədə əksini tapmış, lakin tərcümə zamanı əlavə izahata ehtiyacı olan fikir
və ibarələrdən sonra adi mətərizə (...) içində aydınlaşdırıcı ifadələrə yer verilmişdir. Hicri tarixlərin miladi
təqvimlə qarşılığı və tərcümə olunmuş bəzi özünəməxsus ifadələrin orijinal mətndəki yazılışının transfoneli-
terasiyası da adi mötərizə daxilində əks olunmuşdur.
Hicri təqvimlərin miladi təqvimə çevrilməsi zamanı Türk Tarix Qurumunun internetdə yerləşdirilmiş
onlayn tarix çevirmə qılavuzundan
92
, F.R.Unatın
93
və V.V.Çıbulskinin
94
cədvəllərindən yararlanmışıq. Mən-
bədə tarixlər göstərilərkən bəzi yerlərdə ayın tarixləri ilə yanaşı həftənin günləri də qeyd edilmiş, bir sıra hal-
larda isə həftənin günləri əksini tapmamışdır. Bəzən klasik mənbələrdə tarixlər hicri təqvimdən miladi təqvi-
mə çevrilərkən həftənin günləri ilə bağlı uyğunsuzluqlar ortaya çıxır. “Əhsənüt-təvarix”in də bəzi yerlərində
bu nüansla qarşılaşırıq. Belə olan təqdirdə, yuxarıda göstərdiyimiz təqvim çevirmə cədvəlləri əsas götürülə-
rək ayın günləri hicridən miladiyə çevrilmiş, həftənin günləri ilə bağlı uyğunsuzluq isə səhifə altındakı qeyd-
lərdə göstərilmişdir. “Quran” ayələrinin dilimizdə ifadə edilməsi zamanı Z.Bünyadovun və V.Məmmədəliye-
vin tərcüməsi əsas alınmışdır.
90
Bir müddət əvvəl, dünya üzrə milyonlarla tədqiqatçını birləşdirən internet resurslarından biri olan academia.edu saytında
O.Əfəndiyevin əsərlərinin yerləşdirilməsinə başlamışıq. Hazırda mərhum tarixçimizin 9 kitabı və 21 məqaləsi ilə adı çəkilən saytda
tanış olmaq mümkündür:
https://science.academia.edu/OktayEfendiyev
91
Bodleian, Ellis və London (Britaniya Muzeyi) nüsxələrindəki fərqlər Ç.N.Seddonun, Nuruosmaniyyə, Paris və Məclis nüsxələ-
rindəki fərqli cəhətlər isə Ə.Nəvainin nəşrindən iqtibas edilmişdir.
92
http://www.ttk.gov.tr/index.php?Page=Sayfa&No=385
93
F.R.Unat. Hicri tarihleri Miladi tarihe çevirme kılavuzu. Ankara, 1988.
94
В.В.Цыбульский. Современные календари стран Ближнего и Среднего Востока. Москва, 1964.
31
Tərcümə edilmiş mənbənin iri həcmini və klassik Şərq tarixçiliyinə xas olan təmtəraqlı ibarələrlə
zəngin olmasını nəzərə alsaq, burada müəyyən qəliz cümlələrin və ifadələrin, həmçinin redaktə və korrektura
baxımdan bəzi xətaların olması mümkündür. Hörmətli oxuculardan bu cəhəti nəzərə almalarını xahiş edirəm
və söyləyəcəkləri irad və təkliflərə görə onlara əvvəlcədən öz təşəkkürlərimi bildirirəm
95
.
Mənbənin öyrənilməsi və dəyərləndirilməsi. Azərbaycan tarixşünaslığında Həsən bəy Rumlunun
“Əhsənüt-təvarix” əsəri O.Əfəndiyevin ilk aspirantı olmuş Ş.Fərzəliyev tərəfindən namizədlik dissertasiyası
çərçivəsində kompleks şəkildə tədqiqata cəlb edilmiş və bu əsərin Azərbaycanın XV-XVI əsrlər tarixin mən-
bəyi kimi əhəmiyyəti üzə çıxarılmışdır
96
. Alimin bu barədə monoqrafiyası və çoxsaylı məqalələri nəşr edil-
mişdir.
Ş.Fərzəliyevdən başqa, vətən tarixşünaslığında O.Əfəndiyev, M.Heydərov, Ə.Rəhmani, S.Aşurbəyli,
S.Onullahi, T.Musəvi, Ə.Rəcəbli, Y.Mahmudov, Ş.Mustafayev, Ş.Məmmədova, Z.Bayramlı, T.Nəcəfli,
X.Qasımov, R.Ağayev, R.Məmmədova, Q.Şükürov və digərləri öz tədqiqatları zamanı “Əhsənüt-təvarix”dən
yararlanmışlar. Əcnəbi tədqiqatçılardan E.G.Broun, V.Hinz, Q.Sərvər, V.F.Minorski, Ç.A.Stori, İ.P.Petru-
şevski, P.İ.Petrov, N.Fəlsəfi, M.N.Şeybani, R.Seyvori, H.R.Roemer, K.M.Rohrborn, E.Glassen, F.Sümer,
F.Kırzıoğlu, A.Allouç, C.C.Reid, M.Haneda, Ş.A.Quinn, T.Gündüz, K.Kutsiya, N.Gelaşvili, O.Ekayev,
H.Mircəfəri, Ə.G.Məani, M.K.Yusif-Camali, R.Cəfərian və başqaları “Əhsənüt-təvarix”dən istifadə etmişlər.
Ümumiyyətlə, “Əhsənüt-təvarix” ən çox istinad edilən Səfəvi mənbələrindən biridir.
Həsən bəy Rumlunun əsərini dövrün digər mənbələri ilə müqayisə edən O.Əfəndiyev aşağıdakı nəti-
cələrə gəlir: “Həsən Rumlunun dili çətin olmayıb, yığcamlığı və səlisliyi ilə seçilir. O, yalnız döyüşlərin təs-
viri zamanı, nəzərdən keçirilən dövrün farsdilli tarixşünaslığı üçün səciyyəvi olan obrazlı və təmtəraqlı ifadə
üsuluna meyil edir… Qızılbaş hərbi-feodal aristokratiyasının nümayəndəsi və şahın məmurlarından olan Hə-
sən Rumlu, təbii ki, Səfəvilərin və şiəliyin sadiq tərəfdarı kimi çıxış edir. Eyni zamanda, Həsən Rumlunun
yanaşması obyektivlik baxımından Xandəmirin yanaşmasından müsbət mənada fərqlənir”
97
.
O.Əfəndiyev “Əhsənüt-təvarix”i dəyərləndirərkən bu əsərin daha çox I Şah Təhmasibin hakimiyyəti
dövrünün ən mühüm mənbəyi kimi diqqət çəkdiyini bildirir: “I Təhmasibin yarım əsrlik hakimiyyəti dövrün-
də baş vermiş hadisələr başqa heç bir mənbədə Həsən bəy Rumlunun əsərində olduğu qədər ətraflı bir şəkil-
də şərh edilmir. Əgər anonim müəllifin əsəri I Şah İsmayılın tarixinə dair ən dolğun mənbədirsə, “Əhsənüt-
təvarix” də I Şah Təhmasibin dövrünə dair belə bir əzəvedilməz mənbə olaraq qalır”
98
.
“Əhsənüt-təvarix”i xüsusi şəkildə tədqiq etmiş Ş.Fərzəliyevin bu mənbə haqqında fikirləri maraq do-
ğurur: “Orta əsr tarixi mənbələri arasında azərbaycanlı tarixçi Həsən bəy Rumlunun “Əhsənüt-təvarix” əsəri
xüsusi yer tutur… Həsən bəy Rumlu dövlət quruluşu, iqtisadi vəziyyət, feodal münasibətləri, ordu və siyasi
tarix haqqında qiymətli məlumatlar verən müəllifdir. Onun qələmə aldığı bir sıra məsələlər dövrün başqa ta-
rixçilərinin kitablarında ya tamamilə öz əksini tapmamış, ya da çox ötəri qeyd edilmişdir”
99
. Ş.Fərzəliyev də
“Əhsənüt-təvarix”in dövrün bir sıra salnamələri ilə müqayisədə daha üstün cəhətlərə malik olduğunu bildirir:
“Həsən bəy Rumlu da başqa salnaməçilərin yazı ənənəsinə uyğun olaraq öz əsərini təsviri səpkidə qələmə al-
mışdır. Lakin onu başqa müəlliflərdən fərqləndirən başlıca cəhət, yeri gəldikcə, hadisələrə öz şəxsi, orijinal
münasibətini bildirməsidir. Salnamənin IX cildinin kompilyativ xarakter daşımasına baxmayaraq, orada da
müəllifin hadisələrə və onların iştirakçılarına münasibətini görmək olur. Ən əsası isə budur ki, “Əhsənüt-
təvarix” əsərindəki hadisələr başqa farsdilli orta əsr məxəzlərinə nisbətən daha dolğun şəkildə əks etdirilmiş-
dir”
100
.
Qeyd edək ki, müəllif XV yüzilliyin hadisələrindən bəhs edərkən əsas etibarilə özündən əvvəlki ta-
rixçilərin əsərlərindən bəhrələnsə də, həmin əsrin tarixi barəsində də bəzi hallarda orijinal məlumatlar vermə-
95
Hazırladığımız bu əsər kitabxanalara verilmək məqsədi ilə məhdud sayda nəşr ediləcək, lakin eyni zamanda geniş oxucu kütləsi-
nin istifadə edə bilməsi üçün elektron formada müxtəlif onlayn kitabxana saytlarında yerləşdiriləcəkdir. Elektron mətnlərdə axtarış
imkanlarının geniş olduğu nəzərə alınaraq kitab üçün göstəricilər tərtib edilməmişdir.
96
Ш.Ф.Фарзалиев. Сочинение Хасан-бека Румлу «Ахсан ат-таварих» как источник по истории Азербайджана. Авторе-
ферат диссертации на соискание ученой степени кандидата исторических наук. Баку, 1974.
97
О.А.Эфендиев. Образование азербайджанского государства Сефевидов, с.18.
98
О.А.Эфендиев. Азербайджанское государство Сефевидов, c.21.
99
Ş.F.Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə, s.3.
100
Ş.F.Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə, s.41.