HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə25/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   21   22   23   24   25   26   27   28   ...   337

30

 

 



“Əhsənüt-təvarix” əsərini də müştərək surətdə tərcümə etməyi təklif etdi. Böyük alimin bu təklifini müsbət 

dəyərləndirərək onunla daha bir ortaq elmi layihədə iştirak etmək şərəfinə nail oldum. Təəssüf ki, üzərində 

xeyli zəhmət çəkdiyi bu əsərin nəşrini görmək O.Əfəndiyevə nəsib olmadı. Ustadımız 2013-cü ilin fevralın-

da,  87  yaşının  tamam  olmasına  bir  ay  qalmış  Haqqın  rəhmətinə  qovuşdu.  Vəfat  etdiyi  zaman  tərcümə  ilə 

bağlı öhdəsinə götürdüyü işi yekunlaşdıraraq əlyazmalarını kompüterdə yığılmaq üçün mənə təhvil vermişdi 

və tərcüməyə dair şərhlərin yazılması ilə məşğul idi. Vəfatı ərəfəsində ağır ürək əməliyyatı keçirmiş görkəm-

li tarixçimizin mənə son vəsiyyətlərindən biri də “Əhsənüt-təvarix” üzərində işi tamamlamaqdan və nəşr et-

dirməkdən ibarət olmuşdur

90

.   


2011-ci ildə o zamanlar Tehran Universitetinin doktorantı olan Esra Doğan bir elmi konfransda işti-

rak  etmək  üçün  Bakıya  gəldiyi  zaman  böyük  bir  lütfkarlıq  göstərərək,  “Əhsənüt-təvarix”in  İranda  yenicə 

çapdan çıxmış üç cildlik mətnini bizə təqdim etdi. Hal-hazırda tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alaraq 

Türkiyənin Artuklu Universitetində fəaliyyətini davam etdirən Esra xanıma bu lütfkarlığından ötrü dərin tə-

şəkkürümü bildirirəm.  

Tərcümə  zamanı  “Əhsənüt-təvarix”in  Ə.Nəvai  tərəfindən  2010-cu  ildə  həyata  keçirilmiş  son  nəşri 

əsas alınmışdır. Bundan əlavə, mənbənin 1931-ci ildə işıq üzü görmüş Baroda nəşrindən və Bakıda saxlanan 

əlyazmalarından da istifadə edilmişdir. Bir sıra dəqiqləşdirmələr və müqayisələr aparmaq üçün əsərin ingilis-

cə  və  türkcə  tərcümələrinə  nəzər  salınmışdır.  Şərhlərin  yazılması  zamanı  Ə.Nəvainin,  Ç.N.Seddonun  və 

M.Öztürkün “Əhsənüt-təvarix”ə yazdıqları qeyd və izahatlardan, həmçinin bir sıra digər mənbə və ədəbiy-

yatlardan istifadə olunmuşdur. Əsərin Baroda və Tehran nəşrlərində əksini tapan və məzmuna təsir göstərən 

ən mühüm nüsxə fərqləri səhifə altındakı qeydlərdə göstərilmişdir

91

. Bunlara əlavə olaraq, B-1696 şifrəli Ba-



kı nüsxəsindəki önəmli ayrıntılara da qeydlərdə yer verilmişdir. Bakı nüsxələri əsasında mətnə əlavə edilən 

parçalar kursiv şəklində verilmiş və səhifə altında bu parçaların hansı əlyazma vərəqlərini əhatə etdiyi bildi-

rilmişdir. 

Mənbə üzərində apardığımız iş prosesində, bir tərəfdən əsərin tərcüməsinin müasir oxucu üçün doğ-

ma və anlaşılan tərzdə olmasına cəhd göstərilmiş, digər tərəfdən də tərcümə zamanı mənbənin özünəməxsus 

xüsusiyyətlərini  və  dəbdəbəli  üslubunu  qoruyub  saxlamağa  diqqət  yetirilmişdir.  Dövrün  terminologiyasını 

dəqiq ifadə etmək üçün dövlət quruluşu ilə bağlı istilahlar (vəzifə adları, hərbi terminlər, vergi növləri və s.) 

orijinalda olduğu kimi  verilmiş, səhifə altında onlara dair şərhlər və izahlar təqdim olunmuşdur. Mənbənin 

mətnində olmayan, lakin cümlənin mənasının anlaşılması üçün gərəkli olan sözlər düzbucaqlı mötərizə [...] 

daxilində qeyd olunmuşdur. Mənbədə əksini tapmış, lakin tərcümə zamanı əlavə izahata ehtiyacı olan fikir 

və  ibarələrdən  sonra adi  mətərizə  (...)  içində  aydınlaşdırıcı  ifadələrə  yer  verilmişdir.  Hicri tarixlərin  miladi 

təqvimlə qarşılığı və tərcümə olunmuş bəzi özünəməxsus ifadələrin orijinal mətndəki yazılışının transfoneli-

terasiyası da adi mötərizə daxilində əks olunmuşdur. 

Hicri təqvimlərin miladi təqvimə çevrilməsi zamanı Türk Tarix Qurumunun internetdə yerləşdirilmiş 

onlayn tarix çevirmə qılavuzundan

92

, F.R.Unatın



93

 və V.V.Çıbulskinin

94

 cədvəllərindən yararlanmışıq. Mən-



bədə tarixlər göstərilərkən bəzi yerlərdə ayın tarixləri ilə yanaşı həftənin günləri də qeyd edilmiş, bir sıra hal-

larda isə həftənin günləri əksini tapmamışdır. Bəzən klasik mənbələrdə tarixlər hicri təqvimdən miladi təqvi-

mə çevrilərkən həftənin günləri ilə bağlı uyğunsuzluqlar ortaya çıxır. “Əhsənüt-təvarix”in də bəzi yerlərində 

bu nüansla qarşılaşırıq. Belə olan təqdirdə, yuxarıda göstərdiyimiz təqvim çevirmə cədvəlləri əsas götürülə-

rək ayın günləri hicridən miladiyə çevrilmiş, həftənin günləri ilə bağlı uyğunsuzluq isə səhifə altındakı qeyd-

lərdə göstərilmişdir. “Quran” ayələrinin dilimizdə ifadə edilməsi zamanı Z.Bünyadovun və V.Məmmədəliye-

vin tərcüməsi əsas alınmışdır.  

                                                 

90

 Bir  müddət  əvvəl,  dünya  üzrə  milyonlarla  tədqiqatçını  birləşdirən  internet  resurslarından  biri  olan  academia.edu  saytında 



O.Əfəndiyevin əsərlərinin yerləşdirilməsinə başlamışıq. Hazırda mərhum tarixçimizin 9 kitabı və 21 məqaləsi ilə adı çəkilən saytda 

tanış olmaq mümkündür: 

https://science.academia.edu/OktayEfendiyev

   


91

 Bodleian, Ellis və London (Britaniya Muzeyi) nüsxələrindəki fərqlər Ç.N.Seddonun,  Nuruosmaniyyə, Paris və Məclis nüsxələ-

rindəki fərqli cəhətlər isə Ə.Nəvainin nəşrindən iqtibas edilmişdir.  

92

 



http://www.ttk.gov.tr/index.php?Page=Sayfa&No=385

 

93

 F.R.Unat. Hicri tarihleri Miladi tarihe çevirme kılavuzu. Ankara, 1988. 



94

 В.В.Цыбульский. Современные календари стран Ближнего и Среднего Востока. Москва, 1964. 




31

 

 



Tərcümə  edilmiş  mənbənin  iri  həcmini  və  klassik  Şərq  tarixçiliyinə  xas  olan  təmtəraqlı  ibarələrlə 

zəngin olmasını nəzərə alsaq, burada müəyyən qəliz cümlələrin və ifadələrin, həmçinin redaktə və korrektura 

baxımdan bəzi xətaların olması mümkündür. Hörmətli oxuculardan bu cəhəti nəzərə almalarını xahiş edirəm 

və söyləyəcəkləri irad və təkliflərə görə onlara əvvəlcədən öz təşəkkürlərimi bildirirəm

95

.  


Mənbənin  öyrənilməsi  və  dəyərləndirilməsi.  Azərbaycan  tarixşünaslığında  Həsən  bəy  Rumlunun 

“Əhsənüt-təvarix” əsəri O.Əfəndiyevin ilk aspirantı olmuş Ş.Fərzəliyev tərəfindən namizədlik dissertasiyası 

çərçivəsində kompleks şəkildə tədqiqata cəlb edilmiş və bu əsərin Azərbaycanın XV-XVI əsrlər tarixin mən-

bəyi kimi əhəmiyyəti üzə çıxarılmışdır

96

. Alimin bu barədə monoqrafiyası və çoxsaylı məqalələri nəşr edil-



mişdir. 

Ş.Fərzəliyevdən başqa, vətən tarixşünaslığında O.Əfəndiyev, M.Heydərov, Ə.Rəhmani, S.Aşurbəyli, 

S.Onullahi,  T.Musəvi,  Ə.Rəcəbli,  Y.Mahmudov,  Ş.Mustafayev,  Ş.Məmmədova,  Z.Bayramlı,  T.Nəcəfli, 

X.Qasımov, R.Ağayev, R.Məmmədova, Q.Şükürov və digərləri öz tədqiqatları zamanı “Əhsənüt-təvarix”dən 

yararlanmışlar.  Əcnəbi  tədqiqatçılardan  E.G.Broun,  V.Hinz,  Q.Sərvər,  V.F.Minorski,  Ç.A.Stori,  İ.P.Petru-

şevski,  P.İ.Petrov,  N.Fəlsəfi,  M.N.Şeybani,  R.Seyvori,  H.R.Roemer,  K.M.Rohrborn,  E.Glassen,  F.Sümer, 

F.Kırzıoğlu,  A.Allouç,  C.C.Reid,  M.Haneda,  Ş.A.Quinn,  T.Gündüz,  K.Kutsiya,  N.Gelaşvili,  O.Ekayev, 

H.Mircəfəri, Ə.G.Məani, M.K.Yusif-Camali, R.Cəfərian və başqaları “Əhsənüt-təvarix”dən istifadə etmişlər. 

Ümumiyyətlə, “Əhsənüt-təvarix” ən çox istinad edilən Səfəvi mənbələrindən biridir. 

Həsən bəy Rumlunun əsərini dövrün digər mənbələri ilə müqayisə edən O.Əfəndiyev aşağıdakı nəti-

cələrə gəlir: “Həsən Rumlunun dili çətin olmayıb, yığcamlığı və səlisliyi ilə seçilir. O, yalnız döyüşlərin təs-

viri zamanı, nəzərdən keçirilən dövrün farsdilli tarixşünaslığı üçün səciyyəvi olan obrazlı və təmtəraqlı ifadə 

üsuluna meyil edir… Qızılbaş hərbi-feodal aristokratiyasının nümayəndəsi və şahın məmurlarından olan Hə-

sən Rumlu, təbii ki, Səfəvilərin və şiəliyin sadiq tərəfdarı kimi çıxış edir. Eyni zamanda, Həsən Rumlunun 

yanaşması obyektivlik baxımından Xandəmirin yanaşmasından müsbət mənada fərqlənir”

97

.   



O.Əfəndiyev “Əhsənüt-təvarix”i dəyərləndirərkən bu əsərin daha çox I Şah Təhmasibin hakimiyyəti 

dövrünün ən mühüm mənbəyi kimi diqqət çəkdiyini bildirir: “I Təhmasibin yarım əsrlik hakimiyyəti dövrün-

də baş vermiş hadisələr başqa heç bir mənbədə Həsən bəy Rumlunun əsərində olduğu qədər ətraflı bir şəkil-

də şərh edilmir. Əgər anonim müəllifin əsəri I Şah İsmayılın tarixinə dair ən dolğun mənbədirsə, “Əhsənüt-

təvarix” də I Şah Təhmasibin dövrünə dair belə bir əzəvedilməz mənbə olaraq qalır”

98

.  



“Əhsənüt-təvarix”i xüsusi şəkildə tədqiq etmiş Ş.Fərzəliyevin bu mənbə haqqında fikirləri maraq do-

ğurur: “Orta əsr tarixi mənbələri arasında azərbaycanlı tarixçi Həsən bəy Rumlunun “Əhsənüt-təvarix” əsəri 

xüsusi yer tutur… Həsən bəy Rumlu dövlət quruluşu, iqtisadi vəziyyət, feodal münasibətləri, ordu və siyasi 

tarix haqqında qiymətli məlumatlar verən müəllifdir. Onun qələmə aldığı bir sıra məsələlər dövrün başqa ta-

rixçilərinin kitablarında ya tamamilə öz əksini tapmamış, ya da çox ötəri qeyd edilmişdir”

99

. Ş.Fərzəliyev də 



“Əhsənüt-təvarix”in dövrün bir sıra salnamələri ilə müqayisədə daha üstün cəhətlərə malik olduğunu bildirir: 

“Həsən bəy Rumlu da başqa salnaməçilərin yazı ənənəsinə uyğun olaraq öz əsərini təsviri səpkidə qələmə al-

mışdır. Lakin onu başqa müəlliflərdən fərqləndirən başlıca cəhət, yeri gəldikcə, hadisələrə öz şəxsi, orijinal 

münasibətini bildirməsidir. Salnamənin IX cildinin kompilyativ xarakter daşımasına baxmayaraq, orada da 

müəllifin  hadisələrə  və  onların  iştirakçılarına  münasibətini  görmək  olur.  Ən  əsası  isə  budur  ki,  “Əhsənüt-

təvarix” əsərindəki hadisələr başqa farsdilli orta əsr məxəzlərinə nisbətən daha dolğun şəkildə əks etdirilmiş-

dir”

100


Qeyd edək ki, müəllif XV yüzilliyin hadisələrindən bəhs edərkən əsas etibarilə özündən əvvəlki ta-

rixçilərin əsərlərindən bəhrələnsə də, həmin əsrin tarixi barəsində də bəzi hallarda orijinal məlumatlar vermə-

                                                 

95

 Hazırladığımız bu əsər kitabxanalara verilmək məqsədi ilə məhdud sayda nəşr ediləcək, lakin eyni zamanda geniş oxucu kütləsi-



nin istifadə edə bilməsi üçün elektron formada  müxtəlif onlayn kitabxana saytlarında  yerləşdiriləcəkdir. Elektron mətnlərdə axtarış 

imkanlarının geniş olduğu nəzərə alınaraq kitab üçün göstəricilər tərtib edilməmişdir. 

96

 Ш.Ф.Фарзалиев.  Сочинение  Хасан-бека  Румлу «Ахсан  ат-таварих»  как  источник  по  истории  Азербайджана.  Авторе-



ферат диссертации на соискание ученой степени кандидата исторических наук. Баку, 1974. 

97

 О.А.Эфендиев. Образование азербайджанского государства Сефевидов, с.18. 



98

 О.А.Эфендиев. Азербайджанское государство Сефевидов, c.21. 

99

 Ş.F.Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə, s.3. 



100

 Ş.F.Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə, s.41. 




Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə