HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə21/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   17   18   19   20   21   22   23   24   ...   337

24

 

 



dan  biri də  məhz  rumlular olmuşlar.  Səfəvilərin  hakimiyyətə  yüksəlişindən  sonra  rumlu  tayfasının  əmirləri 

istər mərkəzi dövlət aparatında, istərsə də əyalətlərin idarə olunmasında mühüm rol oynamışlar. Əmirülümə-

ra Div sultan (Əli bəy), Ərzincan hakimi Nurəli xəlifə, Məşhəd hakimi Sufiyan xəlifə, Ərdəbil hakimi Badın-

can sultan, Çuxursəəd hakimi Hüseyncan sultan, Xoy hakimi Dəli Budaq, Şirvan hakimi Araz xan, Nişapur-

da və Gilanda hakimlik etmiş Dərviş Məhəmməd xan və b. bu tayfanın ən görkəmli nümayəndələrindəndir-

lər. Onu da qeyd etmək yerinə düşər ki, Səfəviyyə təriqətinə bağlı xəlifələrə ümumi rəhbərliyi həyata keçirən 

xəlifətül-xüləfa mənsəbi uzun müddət rumlu tayfasının təmsilçilərinə məxsus olmuşdur. Rumlu tayfası yal-

nız idarəçi və hərbçilər deyil, türkcə və farsca şeirlər yazan Şahqulu bəy kimi şair, tərcümə etdiyimiz mənbə-

nin müəllifi olan Həsən bəy kimi tarixçi də yetirmişdir. 

 

“Əhsənüt-təvarix”  əsərinin  müəllifi  Həsən  bəy  Rumlunun  tərcümeyi-halına  dair  bildiklərimiz  əsas 



etibarilə  özü  haqqında  “Əhsənüt-təvarix”də  verdiyi  sistemisiz  məlumatlardan  ibarətdir

44

.  O,  h.  937  /  m. 



1530-31-ci ildə İranın Qum şəhərində dünyaya gəlmişdir

45

. Babası Qəzvin və Savucbulaq hakimi olan məş-



hur qızılbaş sərkərdəsi Əmir sultan Rumludur. Bu səbəbdən Həsən bir müddət tiyul şərti feodal mülkiyyəti 

formasında babasına məxsus olan Qəzvin şəhərində yaşamışdır. H. 943 / m. 1536-37-ci ildə I Şah İsmayılın 

oğlu olan Səfəvi şahzadəsi Bəhram mirzə Qəzvinə gələrkən Həsən öz anası ilə birlikdə onu qarşılamış, hə-

diyyələr təqdim etmişdir

46

. H. 946 / m. 1539-40-cı ildə babası Əmir sultan vəfat etdikdən sonra Həsən bəy 



şahın şəxsi qvardiyası olan qorçular dəstəsinə cəlb edilir

47

. H. 948 / m. 1541-42-ci ildə Şah Təhmasibin Diz-



ful yürüşünə qoşulan Həsən bəy h. 980 / m. 1572-73-cü ilə kimi şahın bütün səfərlərində onu müşayiət etdi-

yini bildirir

48

. Müəllif öz əsərində h. 953 / m. 1546-47-ci ildə Gürcüstana,  h. 957 / m. 1550-ci ildə Ərdəlan 



kürdlərinin üzərinə yürüşlərdə iştirakı haqqında xatirələrini bölüşür

49

. Səfəvi dövrünün digər bir azərbaycanlı 



tarixçisi İsgəndər bəy Münşi isə h. 951 / m. 1544-45-ci ildə Böyük Moğol hökmdarı Hümayun padşahın Şah 

Təhmasibin hüzuruna gəlməsi zamanı Həsən bəy Rumlunun da orada olduğunu qeyd etmişdir

50

.   


 

I Şah Təhmasibin hakimiyyətinin son illərində şahzadələr arasında gələcək hökmdarı müəyyənləşdir-

məkdən  ötrü iqtidar  mücadiləsi  qızışır.  Ustaclu tayfası  Heydər  mirzəni  müdafiə etdiyi  halda,  bir çox  başqa 

qızılbaş tayfaları şahın digər oğlu İsmayıl mirzəni dəstəkləyirlər. Həsən bəyin də simpatiya bəslədiyi İsmayıl 

mirzə  II Şah İsmayıl (1576-77) adı ilə taxta çıxsa da, onun hakimiyyəti uzun çəkmir. II Şah  İsmayılın ölü-

mündən sonra Şah Təhmasibin digər bir oğlu Şah Məhəmməd Xudabəndə (1578-87) hakimiyyətə gəlir. Şah 

Məhəmməd  Xudabəndə  hakimlik  etdiyi  Şiraz  şəhərindən  paytaxt  Qəzvinə  doğru  yolda  olarkən  Həsən  bəy 

Qum şəhərində yeni hökmdarın məiyyətinə qoşulmuşdur

51

.  


Həsən  bəy  Rumlunun  sonrakı  taleyi  qaranlıqdır.  “Əhsənüt-təvarix”  Şah  Məhəmməd  Xudabəndənin 

hakimiyyəti dövrünün başlanğıcında – 1578-ci ilin hadisələrində yarımçıq qalır. Həmin zaman müəllifin yaşı 

48-dən çox deyildi. Ə.Nəvai dövrün keşməkeşli siyasi mənzərəsinin təhlilini apararaq, II Şah İsmayılın qız-

ğın tərəfdarlarından olduğu üçün Həsən bəy Rumlunun Şah Məhəmməd Xudabəndə zamanında arzuolunmaz 

şəxs kimi həbsə salındığını və hətta ortadan qaldırıldığını ehtimal edir

52

.    



 

Həsən bəy Rumlu bir hərbçi olmaqla yanaşı, həm də öz dövrünün ziyalı şəxslərindən idi. O, elm öy-

rəndiyi müəllimlərindən Mövlana Malik Qəzvininin və Mövlana Əbülhəsən ibn Mövlana Əhməd Bavərdinin 

adını çəkir və onlar haqqında məlumat verir

53



                                                 



44

 Bəzi tədqiqatçılar bu məlumatları sistemləşdirməyə təşəbbüs göstərmişlər: Ə.Nəvai. Müqəddimə // Həsən bəy Rumlu. Əhsənüt-tə-

varix. Tehran, 1389, s.54-65; Ş.F.Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə, s.7-10; C.N.Seddon. Hasan-i Rumlu's Ahsanu't-tawárikh 

// Journal of the Royal Asiatic Society of Great Britain and Ireland, No. 2 (Apr., 1927), pp. 307-313; Z.Əliməhəmmədi. Həsən bəy 

Rumlu: müvərrixi ba mənsəbi-qurçigəri // Nameyi-tarixpəjuhan, 1388 (payiz), No. 19, s.118-141; Z.Hüseynli. Farsça yazan Türk ta-

rihçilerinin  Türk  tarihine  yaklaşımları  //  I.  Uluslararası  Türklerde  Tarih  Bilinci  ve  Tarih  Yazıcılığı  Sempozyumu  Bildiriler  Kitabı. 

Zonguldak, 2015,  s.222-223. 

45

 Həsən bəy Rumlu. Əhsənüt-təvarix (təshih və təhşiyə: Ə.Nəvai). Tehran, 1389, II c., s.1203. 



46

 Yenə orada, III c., s.1251. 

47

 Yenə orada, III c., s.1271-1272. 



48

 Yenə orada, III c., s.1280. 

49

 Yenə orada, III c., s.1301,1336-1337. 



50

 İsgəndər bəy Münşi Türkman. Tarixi-aləmarayi-Abbasi. I c. Bakı, 2009, s.220. 

51

 Həsən bəy Rumlu. Əhsənüt-təvarix, III c., s.1550. 

52

 Ə.Nəvai. Müqəddimə, s.62-65. 



53

 Həsən bəy Rumlu. Əhsənüt-təvarix, II c., s.1079; III c., s.1414. 




25

 

 



Səlcuqilər zamanından etibarən tarixi əsərlərin yazılmasında fars dili böyük bir əhəmiyyət qazanır və 

tədricən ərəb dilini ikinci plana sıxışdırmağa nail olur. Artıq XIII əsrin əvvəllərində Hindistandan Anadoluya 

qədər geniş bir coğrafiyada fars dilində tarixi əsərlər qələmə alınırdı

54

. XI-XIII əsrlərdən başlayaraq XIX əs-



rədək fars dilinin Ön və Mərkəzi Asiyadakı rolundan bəhs edən İ.P.Petruşevski qeyd edir ki, “təkcə İranda 

deyil, həm də Rumda (Anadoluda), Azərbaycanda, Orta Asiyada, Şərqi Türküstanda, Hindistanın müsəlman 

dövlətlərində farsca tarixi əsərlər yazılmaqda idi”

55

.  



Səfəvilər dövründə fars dilinin istifadə arealının daralmasına və türkcəmizin yazı dili kimi əhəmiyyə-

tinin xeyli dərəcədə artmasına baxmayaraq, tarixi əsərlərin yazılmasında fars dili hələ də öz dominant möv-

qeyini qoruyub saxlamaqda idi. Bu dövrdə türk dili poeziyada əldə etdiyi nailiyyətləri tarixşünaslıq sahəsin-

də qazana bilməmişdir. Hətta Barxudar bəy Türkman, Həsən bəy Rumlu, İsgəndər bəy Münşi Türkman, Və-

liqulu bəy Şamlu, Hacı Məhəmmədqulu xan Qacar kimi türk qızılbaş tayfalarının nümayəndələri də öz tarixi 

əsərlərini farsca yazmışlar

56

. “Əhsənüt-təvarix” əsərinin müəllifi də bir sıra soydaşları kimi orta əsr ənənələ-



rinə  uyğun  surətdə  öz  əsərini  farsca  qələmə  almasına  baxmayaraq,  bir  türk  hərbçisi  olmuşdur.  Bu  barədə 

Ç.N.Seddonun aşağıdakı dəyərləndirməsi xüsusi maraq doğurur: “İran (Səfəvi – N.M.) və Türkiyə (Osmanlı 

– N.M.) sarayları arasındakı diplomatik yazışmalarda fars dilindən istifadə edilməsinə baxmayaraq, həm şah, 

həm də sultan, bir qayda olaraq, türkcə danışırdılar. Yəqin ki, Həsən Rumlu da farsca yazmasına baxmaya-

raq,  türkcə  danışmışdır.  Çünki  böyük  hərbi  başçılar  belə  edirdilər.  Şah  Abbas  dövrünün  fransız  səyyahı 

Andre Daulier-Deslandes belə yazır: “Ölkənin (İranın – N.M.) öz dili var; lakin sarayda və təhsilli adamlar 

arasında, demək olar ki, həmişə türkcə danışılır”

57

.    



“Əhsənüt-təvarix”in strukturu. “Əhsənüt-təvarix”in neçə cilddən ibarət olması haqqında elmi çev-

rələrdə uzun müddət mübahisələr getmiş, tədqiqatçılar bu əsərin 10 və ya 12 cild olması haqqında mülahizə-

lər irəli sürmüşlər. Belə bir vəziyyətin yaranmasının əsas səbəbi əsərin yalnız son iki cildinin dövrümüzə qə-

dər gəlib çıxması və bu cildlərdə ziddiyyətli məlumatların yer alması olmuşdur. Belə ki, əsərin B.Dornun ka-

taloquna 287 saylı əlyazma kimi daxil edilmiş Peterburq nüsxəsinə əsaslanan A.A.Romaskeviç “Əhsənüt-tə-

varix”in 10 cilddən ibarət olduğunu bildirmiş və dövrümüzə gəlib çatan cildlərin IX və X cildlər olduğunu 

ifadə etmişdir

58

. Lakin “Əhsənüt-təvarix”in Peterburq nüsxəsində əsərin 10 cilddən ibarət olması əksini tapsa 



da, İran alimi Ə.Nəvainin əsaslandığı nüsxələrdə mənbənin 12 cilddən ibarət olduğu göstərilmişdir. Məsələn, 

iranlı alimin nəşrə hazırladığı mətnin başlanğıcında belə bir cümlə ilə qarşılaşırıq: “Bu sətirlərin müəllifi və 

Əmir sultan Rumlunun nəvəsi olan Həsən “Əhsənüt-təvarix”in on birinci cildini başlayır”

59

. “Əhsənüt-təva-



rix”in  İstanbuldakı  Nuruosmaniyyə  kitabxanasında  saxlanan  son  cildinin  sərlövhəsi  belədir:  “Həsən  bəy 

Rumlunun – Allah onun əhvalını yaxşılaşdırsın – əsəri olan “Əhsənüt-təvarix”in on ikinci cildi”

60

. Eyni za-



manda, həmin cildin Tehrandakı İran İslami Şura Məclisində mühafizə edilən əlyazmasının müqəddimə his-

səsində belə bir qeydlə rastlaşırıq: “Əhsənüt-təvarix”in on ikinci cildi başladı…”

61

. Bütün bu ziddiyyətli mə-



qamlara  baxmayaraq,  Azərbaycan  tarixçisi  Ş.Fərzəliyev  apardığı  araşdırmalar  nəticəsində  “Əhsənüt-təva-

rix”in 10 cilddən ibarət olduğunu dəqiqləşdirmiş və bu barədə əsaslı sübutlar təqdim etmişdir

62

.  


Bizə gəlib çatan son iki cild XV-XVI əsrlərin tarixini  əhatə edir. Əsər salnamə üslubunda yazılmış 

və  xronoloji  ardıcıllığa  ciddi  riayət  edilmişdir.  Tarixi  hadisələr  illər  üzrə  qruplaşdırılmış,  hər  il  baş  vermiş 

əhvalatlar ayrıca fəsillər içində təsvir edilmişdir. Bu fəsillər daxilində ilbəil Azərbaycanda, İraqda, Xorasan-

da, Mavəraünnəhrdə, İranın müxtəlif vilayətlərində, hətta Hindistanda, Rumda (Anadoluda), Şamda (Suriya-

                                                 

54

 В.В.Бартольд. Иран: исторический обзор. Ташкент, 1926, c.70. 



55

 И.П.Петрушевский.  Иранские  источники  по  истории  Азербайджана  (XVI-XVIII  вв.)  //  Сборник  статей  по  истории 



Азербайджана. Вып. I. Баку, 1949, c.299. 

56

 Ч.А.Стори. Персидская литература: био-библиографический обзор в трех частьях (перевел с английского, переработал 



и дополнил Ю.Э.Брегель). Москва, 1972, c.443,854,859-862,873-883,894. 

57

 A Chronilcle of the Early Safawis Being the Ahsanu’t-Tawarikh of Hasan-i Rumlu. Vol. 2 (English Translation). Translated by 



C.N.Seddon. Baroda: Oriental Institute, 1934, p. 256-257. 

58

 А.А.Ромаскевич. Иранские источники по истории туркмен // Материалы по истории туркмен и Туркмении, Том II. XVI-



XIX вв. Иранские, бухарские и хивинские источники. Москва – Ленинград, 1938, с.9-10. 

59

 Həsən bəy Rumlu. Əhsənüt-təvarix, 1389-cu il nəşri, s.104. 



60

 Bax: Həsən bəy Rumlu. Əhsənüt-təvarix, 1389-cu il nəşri, s.899. 

61

 Bax: Həsən bəy Rumlu. Əhsənüt-təvarix, 1389-cu il nəşri, s.900. 



62

 Ş.F.Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə, s.11-14. 




Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə