HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə22/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   18   19   20   21   22   23   24   25   ...   337

26

 

 



da), Misirdə, Firəngistanda (Avropada) belə baş vermiş mühüm hadisələr müxtəlif sərlövhələr altında əksini 

tapmışdır. Fəsillərin sonunda, bir qayda olaraq, “Müxtəlif əhvalatlar” başlığı altında həmin ilə aid qısa xəbər-

lər və “Ölümlər” başlığı altında həmin il dünyasını dəyişmiş görkəmli şəxsiyyətlər, məşhur dövlət, mədəniy-

yət, elm və sənət xadimləri haqqında məlumat verilmişdir. Əsərin mətnində çox sayda “Quran” ayələrinə və 

şeirlərə  rast  gəlirik.  Lakin  farsdilli  ədəbiyyatın  tanınmış  mütəxəssislərindən  olan  Ə.Nəvai  “Əhsənüt-təva-

rix”də yer verilmiş şeirlərin bir qisminin bayağı və əhəmiyyətsiz olduğunu vurğulayaraq, bu cür nümunələrə 

yer verdiyi üçün Həsən bəy Rumlunu tənqid etmişdir

63



Ş.Fərzəliyevin apardığı tədqiqatlar nəticəsində məlum olmuşdur ki, Həsən bəy Rumlu öz əsərini ya-

zarkən  Həkiməddin  İdris  Bitlisinin  “Həşt  behişt”,  Əbdürrəzzaq  Səmərqəndinin  “Mətləüs-səədeyn  və  məc-

məül-bəhreyn”,  Mirxondun  “Rövzətüs-səfa”,  Dövlətşah  Səmərqəndinin  “Təzkirətüş-şüəra”,  Əbu-Bəkr  Teh-

raninin “Kitabi-Diyarbəkriyyə”, Qiyasəddin Xandəmirin “Həbibüs-siyər”, anonim müəllifin

64

 “Tarixi-Şah İs-



mayıl Səfəvi”, Fəzlullah ibn Ruzbehan Xuncinin “Tarixi-aləmarayi-Əmini”, Qazı Əhməd Qəffarinin “Tarixi-

cahanara” əsərlərindən və s. tarixi məxəzlərdən yararlanmışdır

65

. Həsən bəy Rumlu farsdilli qaynaqlarla ya-



naşı, Osmanlı türkcəsində yazılmış tarix kitablarına da müraciət etmişdir

66

. Eyni zamanda, əsərdə bir çox ta-



rixi sənədlərin mətni əksini tapmışdır

67

. Müəllifin öz qeydlərinə görə, o, son cildi yazarkən bir sıra hallarda 



hadisə şahidlərinin şərhlərinə yer vermiş, I Şah Təhmasibin və II Şah İsmayılın dövründə, Məhəmməd Xuda-

bəndənin  hakimiyyətə  yüksəlişi  vaxtında  baş  vermiş  proseslərin  təsviri  zamanı  isə  xeyli  dərəcədə  öz  şəxsi 

müşahidələrinə əsaslanmışdır

68

. Ş.Fərzəliyevin fikrincə, “Həsən bəy Rumlu özündən əvvəlki dövr hadisələri-



ni  əks  etdirən  tarixi  əsərlərdən  kor-koranə  istifadə  etməmiş,  yeri  gəldikcə,  onların  bəzisinə  düzəliş  vermiş, 

hadisələrin yazılışı zamanı dəqiqliyə riayət olunmasını arzulamışdır”

69



“Əhsənüt-təvarix” özündən sonra yazılan bir sıra tarixi əsərlər üçün mühüm mənbə rolunu oynamış-



dır. Görkəmli Azərbaycan tarixçisi İsgəndər bəy Münşinin “Tarixi-aləmarayi-Abbasi”, Qazı Əhməd Qumi-

nin “Xülasətüt-təvarix”, naməlum müəllifin “Tarixi-aləmarayi-Şah İsmayıl”, Şeyx Məhəmməd Bəqa Səxan-

purinin “Miratül-aləm”, Mirzə bəy Cünabədinin “Rövzətüs-Səfəviyyə” kimi əsərlərində “Əhsənüt-təvarix”in 

təsiri duyulmaqdadır

70



Həsən bəy Rumlunun öz qeydlərindən məlum olur ki, o, əsərinin dövrümüzə çatmış variantının bö-



yük bir qismini h. 980 / m. 1572-73-cü ildə yazmış

71

, lakin daha sonra hadisələrin təsvirini h. 985 / m. 1578-



ci ilə kimi davam etdirmişdir

72

. Dövrümüzə gəlib çatan cildlərdən biri h. 807-899 / m. 1404-1494-cü illərin



73

digəri isə h. 900-985 / m. 1494-1578-ci illərin hadisələrini əhatə edir



74

. Bizim tərcüməmizdə bu cildlər müva-

fiq surətdə şərti olaraq birinci və ikinci cildlər adlandırılmışdır.   

Əsərin  əlyazma  nüsxələri. “Əhsənüt-təvarix” Səfəvi dövrünün ən məşhur salnamələrindən biridir. 

Müxtəlif dövlət kitabxanalarında və şəxsi kolleksiyalarda əsərin çoxsaylı nüsxələri mühafizə edilməkdədir. 

Bunlara nümunə olaraq, mənbənin AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda, Tehrandakı İslami Şura 

Məclisi Kitabxanasında, Tehran Universitetinin Mərkəzi Kitabxanasında, Tehran Universitetinin Ədəbiyyat 

Fakültəsinin kitabxanasında, Tehrandakı Gülüstan Kitabxanasında, Məlik Milli Kitabxanasında, Məşhəddəki 

Fərrux kitabxanasında, Tacikistan Elmlər Akademiyasında, Sankt-Peterburqdakı Saltıkov-Şedrin adına kitab-

                                                 

63

 Bax: Həsən bəy Rumlu. Əhsənüt-təvarix, 1389-cu il nəşri, II c., s.770-771. 



64

 Bu müəllifin adının Bicən olduğu ehtimal edilir (bax: O.Ə.Əfəndiyev. Salnaməçi Bicən Şah İsmayıl Xətai haqqında // Şah İsmayıl 



Xətai (məqalələr toplusu). Bakı, 1988, s.17-28). 

65

 Ş.F.Fərzəliyev.  Azərbaycan  XV-XVI  əsrlərdə,  s.26-35.  Son  araşdırmalar  Həsən  bəy  Rumlunun  XVI  əsr  Azərbaycan  tarixçisi 



Həyati  Təbrizinin  914  /  1508-ci  ilə  qədərki  Səfəvi  tarixindən  bəhs  edən  xronikasından  da  istifadə  etdiyini  göstərir.  Bax: 

K.Ghereghlou. 

Ḥayâti  Tabrizi  (Qâsem  Beg)  //  Encyclopædia  Iranica,   online  edition,  2016,  available  at 

http://www.iranicaonline.org/articles/hayati-tabrizi (accessed on 28 June 2016) 

66

 Həsən bəy Rumlu. Əhsənüt-təvarix, 1389-cu il nəşri, s.187,496,773. 



67

 Həsən bəy Rumlu. Əhsənüt-təvarix, 1389-cu il nəşri, II c., s.1043-1045,1186-1195 və s. 

68

 Həsən  bəy  Rumlu.  Əhsənüt-təvarix,  1389-cu  il  nəşri,  III  c.,  s.907,1103,1301,1336-1337,1550;



 

Ş.F.Fərzəliyev. Azərbaycan XV-

XVI əsrlərdə, s.16. 

69

 Ş.F.Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə, s.15. 



70

 Bax: Ş.F.Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə, s.37-40. 

71

 Həsən bəy Rumlu. Əhsənüt-təvarix, 1389-cu il nəşri, I c., s.498,589; II c., s.807; III c., s.1280,1348,1450. 



72

 Həsən bəy Rumlu. Əhsənüt-təvarix, 1389-cu il nəşri, III c. s.1535-1556. 

73

 Həsən bəy Rumlu. Əhsənüt-təvarix, 1389-cu il nəşri, s.103-898. 



74

 Həsən bəy Rumlu. Əhsənüt-təvarix, 1389-cu il nəşri, s.899-1556. 




Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə