HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə30/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   26   27   28   29   30   31   32   33   ...   337

42

 

 



tında (ikindi çağında) Əmir Cahanşahı ələ keçirərək Mirzə Ömərin razılığını almadan qətlə yetirdilər. Mirzə 

Ömər camaatın gümanının əksinə olaraq, onun övladlarına mərhəmət göstərdi. Ertəsi gün ordu ilə Ucana

163

 

gəldi. 



 

Bu əhvalatlar cərəyan edərkən Mirzə Əbu-Bəkr Bağdaddan Həmədan

164

 yaylağına doğru yola çıxdı. 



O əsnada Əmir Hüseyn Barlas, Mirzə Əbu-Bəkrin yanından gəlib ərz etdi ki, o, itaət məqamındadır. Mirzə 

Ömər bəla əlamətli ordu ilə İraqa

165

 yollandı. Şəvval [ayının] 20-də (21.04.1405) o, səadət və uğurla Sulta-



niyyə

166


 çəmənində dayandı və öz ordugahı ətrafında xəndək qazdırdı. Mirzə Əbu-Bəkr ordusunu qoyub iki 

yüz  cavanla  namehriban  qardaşının  yanına  gəldi  və  elə  həmin  gün  dustaq  edilib  Sultaniyyə  qalasına  həbs 

edildi. Mirzə Ömərin fərmanı ilə Əmir Hüseyn Barlas, Mirzə Əbu-Bəkrin Gözəldərədəki

167


 ordusunu müha-

fizə etdi. Mirzə Ömər zilqədətül-həram [ayının] əvvəllərində (1405-ci ilin may ayının əvvəllərində) Dərgü-

zin

168


 və Həmədan tərəfə yola düşdü. 

 

Öz oğlunun həbsi barədə xəbər tutan Mirzə Miranşah bol kədərlə Mazandarana yollandı. O əsnada 



xəbər gəldi ki, gürcülər Naxçıvana gəlib o diyarı qarət etmişlər və Əmir Bistam Cagirlü Şirvan padşahı Şeyx 

İbrahimlə müttəfiq olub, Cəmaləkə (?) hücum etmək niyyətindədir. Dərgah əmirləri və ordu başçıları ərz et-

dilər: 

 

- Dövlət üçün faydalı olan budur ki, qoşunları özümüzdən uzaqlaşdırmayaq. [Qoşunlarımızın] hamı-



sını üsyankarlardan birinin üzərinə yönəldək və onun işini bitirdikdən sonra digərlərinin üzərinə gedək. 

 

Mirzə Ömər [bu təklifi] qəbul etməyib, Ömər Tabanı, Pir Hüseyn Çilləni və Təvəkkül Barlası müqa-



yisəyəgəlməz ordu ilə gürcüləri dəf etməyə göndərdi, Əmir Sevincəki isə Sultan Əhməd Cəlairi dəf etməyə 

yolladı. 

 

Gürcülər Ömər Tabana qalib gəlib onu Mərəndə



169

 qədər qovdular. Onlar (Ömər Taban və adamları) 

pərişan və bədhal oldular. Mirzə Ömər, Sultan Səncəri bir dəstə adamla onların ardınca göndərdi ki, onları 

geri qaytarsın. Sultan Səncər Miyanə

170

 hüdudunda Təvəkkül Barlasa yetişdi. Onları geri qaytarmaq mümkün 



olmadığından böyük bir döyüş baş verdi. Sultan Səncər yaralı və bədhal bir vəziyyətdə Mirzə Ömərin ordu-

suna qayıtdı. 



Alinəsəb Sahibqiranın ölümündən sonra Mirzə Pir Məhəmmədin, Mirzə Rüstəmin, Mirzə İsgəndərin 

halı və Şirazda baş vermiş hadisələr haqqında söhbət 

 

Sahibqiranın vəfatı zamanı Mirzə Pir Məhəmməd Şirazı istila etmişdi. Qardaşı Mirzə Rüstəm İsfa-



handa səltənət bayrağını yüksəltmişdi. Mirzə İsgəndər isə Həmədanda hökm sürməkdə idi. 

 

Sahibqiranın  vəfatı  xəbəri  Mirzə  Pir  Məhəmmədə  çatdıqda  Bəyan  Teymuru,  Lütfullanı,  Əmir  Col-



banşahı və digər ali məqamlı əmirləri toplayıb onlarla səltənət barəsində məşvərət etdi. Bəziləri dedilər: 

 

- Misirdəki Abbasi xəlifələrindən



171

 bir fərman gətirib moğol yasasını dəyişdirək. 

 

Bir sıra başqaları ərz etdilər: 



 

- Mirzə Ömərə tabe olmaq lazımdır. 

                                                 

163


 Ucan – Cənubi Azərbaycanda orta əsr şəhəri. Təbrizdən 50 km. cənub-şərqdə yerləşirdi. Hazırda Ucan, Şərqi Azərbaycan (Təb-

riz) ostanlığına daxil olan Bastanabad bəxşiliyində kənddir. 

164

 Həmədan  –  Qərbi  İranda  şəhər.  Orta  əsr  mənbələrinə  görə,  Həmədanla  Dərbənd  arasındakı  ərazilər  Azərbaycan  adlanırdı 



(Z.M.Bünyadov. Azərbaycan VII-IX əsrlərdə. Bakı, 1989, s.136). 

165


 Orta əsrlərdə iki İraq (İraqeyn) mövcud idi: mərkəzi Bağdad olan Ərəb İraqı (İraqi-Ərəb) və mərkəzi İsfahan şəhəri olan Əcəm 

İraqı (İraqi-Əcəm). 

166

 Sultaniyyə – Cənubi Azərbaycanın Zəncan şəhəri yaxınlığında Elxanilər dövründə salınmış orta əsr şəhəri. Hal-hazırda Zəncan 



– Qəzvin yolundan 6 km. cənubda yerləşən bir qəsəbədir. 

167


 Gözəldərə – Zəncanın kəndlərindəndir (Nəvai, şərhlər, s.113). Van gölü yaxınlığında da bu adda başqa bir yer vardır  (Seddon, 

şərhlər, s.259). 

168


 Dərgüzin (Dərgəzin, Dərcəzin) – Həmədandan şimalda yerləşir. 

169


 Mərənd – Cənubi Azərbaycanda, Təbrizdən 60 km. şimal-qərbdə, Xoy – Təbriz avtomobil yolunun kənarında yerləşən şəhər. 

170


 Miyanəc (Miyanə) – Cənubi Azərbaycanda, Təbrizdən 175 km. cənub-şərqdə, Qızılüzən çayı kənarında yerləşən şəhər. 

171


 1258-ci ildə Hülaku xan Bağdadı tutaraq Abbasilər xilafətinin hakimiyyətinə son qoysa da, Abbasi nəslinin bəzi nümayəndələri 

Misir  Məmlüklərinə  sığınmış  və  onların himayəsi  altında  Abbasilərin  xəlifəliyi,  formal  olaraq,  1517-ci  ildə  Osmanlı  sultanı  Yavuz 

Səlimin Misiri fəth etməsinə qədər orada davam etmişdir. Əmir Teymurun vəfatı zamanı Misirdəki Abbasi xəlifəsi əl-Mütəvəkkil idi 

(Nəvai, şərhlər, s.115). 



43

 

 



 

Başqa bir dəstə isə “Mirzə Miranşahı padşah etməliyik” dedi. Amma Mirzə Pir Məhəmməd bunları 

qəbul etmədi. Anası Milkət ağa

172


 Şahrux padşahın xatunları sırasında qərar tapdığı üçün o, sikkə və xütbəni 

Şahrux padşahın adı ilə zinətləndirdi və bu yaxşı xidmətini bildirmək üçün Xorasana, Şahrux sultanın yanına 

iş bacaran elçilər yolladı. O həzrət elçilərə izzət və ehtiram göstərib onları geri göndərdi.  

 

Bu  əsnada  Mirzə  Pir  Məhəmməd  Fars



173

 və  İraqın  pərakəndə  olmuş  köhnə  sipahilərinin

174

 hamısını 



toplayıb  onlara ülufə

175


 verdi  və  Kirmana

176


, İdigü Barlasın

177


 yanına elçilər  göndərib onu  itaətə  dəvət  etdi. 

Adı çəkilən şəxs qəbul etmədi. 

 

O əsnada Mirzə Rüstəm İsfahandan və Mirzə İsgəndər Həmədandan bol peşkəşlə



178

 Şiraza gəldilər. 

Mirzə Pir Məhəmməd onlara hörmət göstərdi. İki gündən sonra Azərbaycan tərəfdən casuslar gəlib xəbər gə-

tirdilər  ki,  Mirzə  Ömər,  Mirzə  Əbu-Bəkri  tutub  Həmədana  yönəlmişdir. Mirzə  Pir  Məhəmməd  Yəzd

179

 ha-


kimliyini  Mirzə  İsgəndərə  həvalə  etdi  və  Bəhram  [kimi]  intiqamçı  əsgərlərlə  İsfahan  tərəfə  yönəldi.  Mirzə 

Pir Məhəmmədlə Mirzə Ömər arasında sülh bağlandı və Mirzə İsgəndər Yəzdə yollandı. Mirzə Pir Məhəm-

məd Şəbankarəyə

180


 doğru hərəkətə gəldi. Yəzd ətrafında Mirzə İsgəndər, Mirzə Pir Məhəmmədin ordusuna 

qoşulub mənqəlay

181

 qaydasında yola çıxdı. Yol əsnasında onlara həmlə etmək xəyalı ilə gəlmiş olan Kirman 



ordusu ilə döyüşüb bir çoxlarını qətlə yetirdi. Ona görə də İdigü Barlas, Əmir Nemətulla Kirmanini elçi sifəti 

ilə Mirzə Pir Məhəmmədin yanına göndərdi. Onun xatirinə Mirzə Pir Məhəmməd Şiraz tərəfə geri qayıtdı.  



Qara Osman Bayandurun Diyarbəkrdəki səltənəti haqqında söhbət 

 

Dünyanın  fatehi  olan  Sahibqiranın  vəfatının  xəbəri  Diyarbəkrdə  Qara  Osmana  çatdıqda  Amidin



182

 

idarəçiliyini öz oğlu İbrahim bəyə həvalə edib, özü şəxsən nəfis vücudu ilə çoxlu qoşun və saysız məiyyət 



götürərək  hərəkət  bayrağını  Mardin

183


 tərəfə  qaldırdı.  Onların  taxıllarını  və  məhsullarını  [öz  heyvanlarına] 

otlatdı. Çoxlu mallar qarət edib, Amidin səkkiz fərsəxliyində

184

 yerləşən Saru qalasına



185

 yönəldi, zor və güc 

yolu ilə qalanı tutub istila bayraqlarını yüksəltdi. O, bəzi kürdlərin hər il vergi ödəməsini qərarlaşdırdı. 

Rum diyarında baş vermiş hadisələr və İldırım Bayəzidin oğlu Əmir Süleymanın səltənətinin təsviri 

 

İldırım Bayəzid bu kədər dünyasından əbədi aləmə köçdükdə onun beş oğlu qalmışdı: Əmir Süley-



man, Sultan Məhəmməd, Sultan İsa, Musa Çələbi və Qasım Çələbi

186


                                                 

172

 Mirzə  Pir  Məhəmmədin  atası  Ömərşeyx,  Əmir  Teymurun  oğlu  və  Şahruxun  qardaşıdır.  O,  cavan  yaşında  öldüyü  üçün  Əmir 



Teymur onun həyat yoldaşı Milkət ağanı Şahruxa ərə vermişdi (Nəvai, şərhlər, s.116). 

173


 Fars – İranda, mərkəzi Şiraz şəhəri olan tarixi vilayət. 

174


 Sipah – ordu, sipahi isə əsgər, hərbçi mənasındadır. 

175


 Ülufə və ələfə – ərəbcə “quru ot”, “saman” sözündəndir. Orta əsrlərdə Azərbaycanda və Yaxın Şərqin bir sıra ölkələrində dövlət 

adamlarını, məmurları, elçiləri, çaparları ərzaqla, onların minik heyvanlarını isə yemlə təmin etmək üçün onların keçdikləri ərazilərdə 

kəndlilərdən  ülufə  və  ələfə  adı  ilə  vergi  alınırdı  (И.П.Петрушевский.  Очерки  по истории  феодальных  отношений в  Азербай-

джане и Армении в XVI – начале XIX вв. Ленинград, 1949, с.275-276; А.А.Али-заде. Социально-экономическая и политичес-

кая история Азербайджана в XIII-XIV вв. Баку, 1956, с.233-236). Burada məvacib anlamında işlədilmiş ola bilər. 

176


 Kirman – İranın cənub-şərq hissəsində, Kuhrud silsiləsinin cənub qolu ilə Kuhbənan silsiləsi arasında yerləşən şəhər. 

177


 İdigü Barlas – Əmir Qiyasəddin Barlasın oğlu və Əmir Cakunun qardaşı oğludur. Əmir Teymur  Müzəffərilərə qalib gələndən 

sonra onu Kirman hakimi təyin etmişdi (Nəvai, şərhlər, s.116). 

178

 Peşkəş – hökmdar bölgələrə səfərə çıxan zaman onu qarşılamağa gələn yerli feodallar, mülkədarlar şaha yerli əhali adından “pa-



yəndaz” və “peşkəş” adlanan hədiyyələr təqdim edirdilər. 

179


 Yəzd – İranda, İsfahanla Kirman arasında şəhər. 

180


 Şəbankərə – İranın Fars, Buşəhr, Kirmanşah və Xorasan (Məşhəd) vilayətlərində bu adda yaşayış məntəqələri vardır. 

181


 Mənqəlay – ordunun avanqard hissəsi. 

182


 Amid (Bizans dövründə Amida adlanırdı) – Diyarbəkr vilayətinin mərkəzi olmuşdur və hazırda Amid şəhərinin özü də Diyar-

bəkr adlanır. Bu şəhər qara daşdan tikildiyi üçün Qara Amid adlanırdı. “Əhsənüt-təvarix”in digər yerlərində və başqa tarixi mənbə-

lərdə Hamid və Həmid şəklində də yazılmışdır (Nəvai, şərhlər, s.117). Türkiyənin Diyarbəkr şəhəri o zamanlar Ağqoyunlu bəyliyinin 

mərkəzi idi.  

183

 Mardin – Türkiyə ərazisində, Diyarbəkrdən cənub-şərq tərəfdə, indiki Türkiyə – Suriya və Türkiyə – İraq sərhədləri yaxınlığın-



da yerləşən şəhər. 

184


 Fərsəx – təxm. 6 km-ə bərabər olan uzunluq vahidi. 

185


 Saru qalası – Amidin 8, Mardinin 5 fərsəxliyində yerləşirdi (Nəvai, şərhlər, s.117). 

186


 Əslində isə İldırım Bayəzid vəfat etdikdə Süleyman, Musa, İsa, Məhəmməd, Mustafa və Qasım adlı altı oğlu həyatda idi (Os-

manlı tarihi el kitabı. Editör: T.Gündüz. Ankara, 2013, s.43). 


Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə