HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə38/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   34   35   36   37   38   39   40   41   ...   337

58

 

 



Əmir Çolbanşah Barlası qoydu və Xoca Həsən Sərbəndiyə solu tutmağı tapşırdı. Mirzə Rüstəm bir dəstə səf 

yaran bahadırla Fars ordusuna

289

 həmlə etdi. 



Nəzm 

“Bir anda şeypur çaldılar, 

Ordunun mərkəzinə hücum etdilər. 

Döyüşçülər tam həşəmət və güclə, 

Bir-birinə cumdular şir və pələng kimi”. 

 

Döyüşdən və vuruşdan sonra İlahi lütfkarlıq yeli Mirzə Pir Məhəmmədin bayrağının pərçiminə əsdi. 



Mirzə  Rüstəm  və  Mirzə  İsgəndər  ağır  məğlubiyyətə  uğrayaraq  Xorasan  tərəfə  fərar  etdilər.  Mirzə  Pir  Mə-

həmməd İsfahan hakimliyini öz oğlu Mirzə Ömərşeyxə verərək Şiraz tərəfə qayıtdı. 



Mirzə Əbu-Bəkrin və Mirzə Miranşahın Qara Yusif Türkmanla müharibə etməsi haqqında söhbət 

 

Bu il Mirzə Əbu-Bəkr eşitdi ki, Qara Yusif Türkman Azərbaycandan Sultaniyyəyə doğru yola çıx-



mışdır. O, Dərviş Quşçunu iki yüz süvari ilə Sultaniyyədə qoyub Dəmavəndə

290


 yönəldi. Qara Yusif isə bir 

dəstə bahadırla Sultaniyyəyə gəlib, o şəhərin rəiyyətini köçürərək Azərbaycana göndərdi.  

 

O əsnada Sultan Üveysin



291

 qızının oğlu olan Sultan Mötəsim ibn Sultan Zeynalabidin ibn Şah Şüca 

hüzura gəldi. Qara Yusifin Təbrizə yönəldiyini eşidən Mirzə Əbu-Bəkr Sultaniyyəyə gəlib oradan Ərdəbilə 

yola düşdü. O bölgəni də qarət edib, Marağanı da talayaraq mallar ələ keçirdikdən sonra Çəmçəmalda

292

 qış-


laq etdi. Baharın əvvəllərində, gecə-gündüz bərabərliyi zamanı xəbər gəldi ki, Cavni Qurbanın əmirləri Nov-

ruz və Əbdürrəhman beş min süvari ilə Səmərqənd tərəfdən çıxıb, Xarəzm yolundan keçərək Astarabada gəl-

mişlər. [Mirzə Əbu-Bəkr] adamlar göndərib onları yanına çağırdı. Əmirlər Dərcəzin hüdudunda zəfərə yaxın 

olan orduya qoşuldular. Baba Hacı Gavərud qalasından qeyri-məhdud bir qoşunla müzəffər orduya qatıldı. 

Mirzə Əbu-Bəkr onların varlığına arxayın olub, cilovunu boşlayaraq köçhaköçlə qiyamət günü kimi Təbrizə 

yönəldi. 

 

O  tərəfdən  Qara  Yusif  Türkman  arzusuna  yetmiş  və  kamına  çatmış  halda  tam  qələbəliklə  zilqədə 



[ayının]  16-da  (13.04.1408)  Şənbi-Qazanda  yerləşdi  və  öz  ordusunun  ətrafında  xəndək  qazdırdı.  O,  İraq 

əmirlərini çağırıb dedi: 

 

- Mən türkman qəbiləsindənəm. Mənim yaylağım Aladağ, qışlağım isə Diyarbəkr və Fərat sahilidir. 



Səltənət  işləri  mənlik  deyildir.  İndi  Mirzə  Əbu-Bəkr  döyüş  və  vuruş  meydanına  gəlməkdədir.  Onun  sizin 

üzərinizdə çox haqqı var. Əgər onun tərəfinə getsəniz, qətiyyən mənim könlümə ağır gəlməz. 

 

İraq əmirləri hamısı birlikdə başlarını itaətlə yerə qoyub dedilər: 



 

- Biz bu xanədanın düşmənlərini dəf etmək üçün tabeçilik kəmərini canımızın ortasına bağlamışıq və 

bu dövlətin düşmənlərini iti qılınc zərbəsi ilə məğlub edəcəyik. 

Nəzm 


“Çalışaq və cəldliklə ata minək

Hamımız sənin yolunda canımızı fəda edək. 

Həyat libasını bədənimizdən çıxarmağımız, 

Sənin hökmündən boyun qaçırmaqdan daha yaxşıdır”. 

 

Qara Yusif İraq əmirlərinin sözünün və əməlinin bir-birinə müvafiq olduğunu gördükdə, onların ha-



mısını  ənamlar  və  bəxşişlərlə  ümidvar  edib  hər  birini  gözəl  ikram  və  bol  hədiyyə  ilə şərəfləndirdi.  Ondan 

sonra  iyirmi  min  süvari  və  piyada  ilə  şahzadəni  qarşılamağa  çıxdı.  Sözügedən  ilin  zilqədə  [ayının]  24-də 

(21.04.1408) Sərdrudda

293


 iki tərəf bir-biri ilə qarşılaşdı. Qara Yusif dağ görkəmli bir ata mindi. 

Nəzm 


                                                 

289


 Teymurilərin İranın Fars vilayətindəki qoşunları nəzərdə tutulur. 

290


 Dəmavənd – İranın Mazandaran vilayətində dağ. 

291


 Cəlairilər sülaləsinin hökmdarı  Sultan Üveys nəzərdə tutulur. Onun Dilşad sultan adlı qızı Müzəffərilər  sülaləsindən olan Şah 

Şücanın oğlu Zeynalabidinin həyat yoldaşı idi (Ə.Nəvai, şərhlər, s.151-152).  

292

 Çəmçəmal – Şimali İraqda, Kərküklə Süleymaniyyə arasındadır. 



293

 Sərdrud – Təbrizin qərbində yaşayış məntəqəsi. 




59

 

 



“Duruşu pələng, yalı bizon və vücudu dağ kimi

Siması qartal, şövkəti Ənqa

294

 və qanadı tuti kimi. 



Döyüş çağı onun iki ayağından çıxan tozdan hava qaralar

Həmlə günündə səba

295

 onun iki əlində gizlənər. 



Cilvəyə gəldiyi zaman xoş rəftarlı kəklik kimidir, 

Yol gedilən gündə isə hiyləgər ala qarğa kimidir. 

Nalının gurultusunu Rumdan Kabilə qədər eşidərsən, 

Telinin nişanını Hinddən Şüştərə

296

 qədər görərsən”. 



 

O, ordunun sağ və sol cinahlarını Əmir Bistam Cagir, onun qardaşı Mənsur, Məsum, onun oğlu Əxi 

Fərəc,  Hüseyn  bəy  Səədlü,  onun  qardaşı  Pir  Məhəmməd,  Pir  Ömər,  Pirzad  bəy,  onun  qardaşı  Yadigarşah, 

Calıq, Əleykə, Pir Əli Sulduz, Tizək və Cəlaləddin Xəlifə kimi ali mənşəli əmirlərə və aslan ovlayan baha-

dırlara tapşırıb, dəmiri əridən bir dəstə bahadırla cağatay ordusuna həmlə etdi. [Cağatayların] bir qismini ya-

raladılar və öldürdülər. Mirzə Əbu-Bəkr belə bir hücumu müşahidə etdikdə bir dəstə igidlə türkman ordusu 

üzərinə at çapdı. 

“Sayı ulduzlar qədər olan qoşunu ilə hərəkətə gəldi

Onların sayı o qədər idi ki, ondan fələk qorxuya düşdü. 

Bir anda düşmənlərinin üzərinə töküldülər, 

Yeri-göyü bir-birinə vurdular. 

Parlaq, möhkəm və iti qılınclardan, 

Bədənə almaz və yaqut oturtdular

297


Başdan və bədəndən o qədər çox qan axdı ki, 

Fələyin Süheyli

298


 döndü Yəmən əqiqinə

299


”. 

 

Müzəffər qoşunların hücumunun şiddətindən Tizək fərar etdi. Mirzə Əbu-Bəkr onu təqib edərək qət-



lə yetirdi və onun başını nizənin ucuna taxaraq geri döndü. 

Qara Yusif, Mirzə Əbu-Bəkrin mərkəzə həmlə edəcəyini düşündüyü üçü oradan çıxıb digər bir qoşu-

na qatıldı və fikirləşdi ki, əgər mərkəzin köməyə ehtiyacı olsa, dərhal oraya yardım edərəm. Bu əsnada Əmir 

Bistam və digər böyük əmirlər kin qılıncını qından sıyırıb Mirzə Əbu-Bəkrin sol və sağ cinahlarına həmlə et-

dilər. Cani Qurbaninin adamları o həmlə qarşısında tab gətirməyib  məğlubiyyətə uğradılar. Türkman baha-

dırlarının bir dəstəsi mərkəzə yönəldi. Mərkəzin önündə olan Baba Hacı bəy Gavərudi müdafiə olunmağa və 

müqavimət göstərməyə başladı. Türkman qoşunları kəsici qılınc və can alan nizə zərbələri ilə Baba Hacı bə-

yin qoşununun bir dəstəsini zillət torpağı üzərinə sərdilər. Mərkəzdən kimsə köməyə çatmadığı üçün Baba 

Hacı bəy məğlub olub mərkəzə çəkildi. Əmir Bistam və Bəhram [kimi] intiqamçı olan digər əmirlər qarşıla-

rındakı  maneələri  aradan  qaldıraraq  mərkəzin  arxasına  keçdilər.  Ona  görə  də  Mirzə  Miranşahın  dayandığı 

yer olan ordunun mərkəzinin tərtibi pozuldu. O əsnada Əmir Musa Dögərin qulamı bilmədən Mirzə Miranşa-

hı qətlə yetirdi. 

Mirzə Əbu-Bəkr üç nücumi saatdan sonra Tizəkin ardınca getməkdən qayıdıb üç yüz nəfərlə döyüş 

meydanına çatdı və öz qoşunundan əsər-əlamət görmədi. O, məyus və pərişan halda qaçanların ardınca yola 

düşdü.  Qorxusunun  çoxluğundan  külək  və  şimşək  kimi  tələsirdi,  tez  dönən  çərxi-fələk  kimi  yer  kürəsinin 

məsafələrini  qət  edirdi,  havada  çaxan  ildırım  kimi  təcili  şəkildə  keçib  gedirdi  və  bulud  kimi  dönən  fələyə 

qonşu olurdu. 

Qara Yusif buyurdu ki, onu təqib etməsinlər. Türkman qoşunlarının əlinə çoxlu mallar keçdi. Onların 

arasında min ədəd samur dərisi vardı. Türkmanlar bilmədən onları ucuz qiymətə satdılar. Qara Yusif heç kə-

sin qənimətlərinə tamah salmadı və Mirzə Miranşaha aid olanları öz hərəmsarayına göndərdi. Mirzə Miran-

                                                 

294


 Ənqa quşu – klassik Şərq ədəbiyyatına görə, Qaf dağında yaşadığı iddia edilən və insanların gözünə görünməyən əfsanəvi bir 

quşdur. İsmi olub cismi olmayan, yəni adı olub özü olmayan, tapılmayan şeylərə məcazi mənada “ənqa quşu” deyilir.   

295

 Səba küləyi – yüngül və lətif meh. 



296

 Şüştər – İranın cənub-qərbində, Əhvaz (Hüveyzə) şəhərindən şimalda, Karun çayının orta axarları kənarında yerləşən şəhər. 

297

 Burada qılınc almaza, qan isə yaquta bənzədilmişdir. 



298

 Süheyl – səmanın cənub tərəfində olan və Yəməndən daha yaxşı görünən ulduz. 

299

 Əqiq – qırmızı rəngli qiymətli daş. 




Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə