HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX


-CU İLİN (18.06.1406 – 07.06.1407) HADİSƏLƏRİ



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə34/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   30   31   32   33   34   35   36   37   ...   337

50

 

 



809-CU İLİN (18.06.1406 – 07.06.1407) HADİSƏLƏRİ 

Mirzə Ömərin Şahrux padşahla müharibəsi 

 

Mirzə Ömər Mazandaranda Şahrux sultanın əmri ilə məskunlaşdıqdan sonra Rey tərəfə bir ordu gön-



dərib,  Mirzə  Əbu-Bəkrin  ağruqu

228


 ilə  birlikdə  olan  iki min  moğol  ailəsini  köçürərək  Mazandarana  gətirdi. 

Elə bir ordu topladı ki, fələyin əjdahası onların oxlarının qorxusundan tısbağa kimi başını qalxanın içinə so-

xardı və göy üzünün aslanı onların öküz başına bənzər gürzləri qarşısında tülkü kimi qaçmağa üz qoyardı. O, 

bu ordu ilə Xorasanı zəbt etməyə yollandı. 

 

Tusa çatdıqda Şeyx Möhyəddini görməyə getdi. Ona dedi: 



 

- Ya şeyx! Dua et ki, Tanrı mənə Şahrux qarşısında zəfər bəxş etsin. 

 

Şeyx cavab verdi: 



 

- Mən əsla belə bir dua etmərəm. Çünki Şahrux  ədalətli və Allahdan qorxan bir padşahdır. Sən isə 

qaniçən və qorxusuz birisən. 

 

Mirzə Ömər qəzəblə dedi: 



 

- Məni necə görürsən? 

 

Şeyx dedi: 



 

- Sən elə bir məxluqsan ki, qüvvətdə hamıdan aciz və cəhalətdə hamıdan üstün, ölümdə hamı ilə bə-

rabər və qiyamətdə hamıdan rəzil. Səni belə görürəm. 

 

Şahzadə istədi ki, şeyxə əziyyət etsin. Lakin sonra düşündü ki, “qarşımda böyük bir iş var. Əgər mə-



nə qələbə nəsib olarsa, onda bilərəm ki, dərvişlərin himmətinin heç bir təsiri yoxdur. Əgər məğlub olsam, on-

da doğru sözdən nə üçün inciyim ki?!”. O, şeyxin hüzurundan çıxdı. Müridlər

229

 dedilər: 



 

- Əgər Mirzə Ömər qalib gəlsə, biz Xorasanda qala bilmərik. 

 

Şeyx buyurdu: 



 

- Əgər Xorasanda qala bilməsək, İraqda qalarıq. 

 

Əmir Şahməlik Tus vilayətində Mirzə Ömərin  gəlişindən xəbərdar olub şimşək və külək sürətində 



bir qasidi Herat tərəfə göndərdi və Şahruxu agah etdi. Bu üzdən ali məqamlı hökmdar Bəhram [kimi] inti-

qamçı ordu ilə Cama hərəkət etdi. Şənbə günü, zilqədə [ayının] 9-da (17.04.1407)

230

 o iki qiyamət əlamətli 



qoşun bahar buludu kimi coşqun və hay-küylü bir şəkildə bir-birinə çatdı. Bahadırların həmləsinin küləyin-

dən döyüş alovu alışdı. Mürğab

231

 çevrəsində [Mirzə Ömər] Əmir Mizrabın mülazimlərinin əlinə düşdü. Başı 



yaralı və ayağı bağlı şəkildə onu ali orduya gətirdilər. O həzrət (Şahrux) mərhəmətinin bolluğu üzündən onu 

bağışladı. Şahzadə Doqquz-ribata (Tokuz-ribat) çatdıqda vəfat etdi və İmam Fəxrəddin Razi

232

 məzarının ya-



nında dəfn edildi. 

Diyarbəkrdə baş vermiş hadisələr, Qara Osmanın Kürdüstan

233


 üzərinə qoşun çəkməsi, Çəküm və 

Mardin sultanı ilə müharibə etməsi 

 

Bu il Qara Osman zəfərə yaxın olan ordu ilə Mardinə yollandı. Yol əsnasında Kürdüstanı çalıb-çapıb 

istila  bayrağını  yüksəltdi. Ona  görə  də Mardin  sultanını

234


 böyük  bir  qorxu  bürüdü.  O,  Dəməşqin,  Hələbin, 

Hümsün


235

,  Həmanın

236

,  Trablüsün



237

,  Malatyanın

238

 və  Divrigiyə



239

 qədərki  ərazilərin  hakimi  olan  Sultan 

                                                 

228


 Ağruq – türkcə “ağır”, “ağırlıq” sözündən yaranmışdır və ordunun yüklərini bildirən termindir. 

229


 Mürid – hər hansı bir təriqət şeyxinin, mürşidin tərəfdarı, ardıcılı. 

230


 Şənbə günü miladi təqvimlə 16 aprelə təsadüf edir. 

231


 Mürğab – Əfqanıstanda və Türkmənistanda çay adı. 

232


 İmam Fəxrəddin Razi görkəmli islam alimlərindəndir, bir çox əsərlər yazmış və h. 606 / m. 1209-10-cu ildə Heratda vəfat etmiş-

dir  (Nəvai,  şərhlər,  s.134).Şahzadənin bağışlandıqdan  az  sonra  qəflətən  vəfat  etməsi  onu  göstərir  ki,  bəlkə  də,  Şahrux  onu  səmimi 

olaraq əfv etməyibmiş. 

233


 Əsərdə Kürdüstan ifadəsi heç bir siyasi mahiyyət kəsb etmir və kürdlərin kompakt şəkildə yaşadıqları əraziləri ifadə etmək üçün 

işlədilir. 

234

 Mardin  sultanı  –  Mardindəki  Artuklu  bəyliyinin  başçısı  Məcdəddin  İsa  nəzərdə  tutulur.  Artuklu  xanədanı  türk  mənşəli  olub, 



1102-1409-cu illər arasında hakimiyyət sürmüşdür (C.Alptekin. Artuklular // TDVİA, cilt: 3, yıl: 1991, s.415-418). 

235


 Hümüs – Suriyanın qərbində, Dəməşqlə Hələb arasında şəhər və vilayət mərkəzi. 

236


 Həma – Suriyanın qərbində, Hümüs şəhərindən şimalda yerləşir. 


51

 

 



Çəkümün yanına elçilər göndərdi və Diyarbəkr məmləkətinin gəlinini onun gözündə gözəl göstərməyə çalı-

şıb səmimiyyət və sədaqət dili ilə ərz etdi: “Diyarbəkrdə hökumət bayrağını ucaltmış Qara Osman Türkma-

nın gözü özündən başqasını görmür. Yalnız zati-alilərinizin bəndələri [onun üstünə] yürüş edərlərsə, o zaman 

məğlub olar və Diyarbəkr vilayətinin gülzarı avara və sərgərdan türkmanların tüğyan tikanından təmizlənər. 

Əgər onun imarətinin bünövrəsini sökməyə və onun yaramaz tərəfdarlarının yox edilməsinə iltifat göstərmə-

səniz, tezliklə onun fitnə-fəsadının iyi Şam əhlinin burnuna və onun niyyətlərinin tüstüsü o hüdudun əhalisi-

nin beyninə yetişəcəkdir”. 

 

Bu söhbətin nağdı o ali mənşəli sultanın könül məhəkində tam əyarlı çıxdı (ürəyincə oldu). Digər bir 



səbəb isə o idi ki, inallu və bayat [tayfalarından] bir dəstə ondan üz çevirib fərar edərək Qara Osmana birləş-

mişdilər. O, onların [geri verilməsini] istəsə də, bu istəyi qəbul edilməmişdi. Ona görə də çoxlu qoşun topla-

yıb, öz atlarının ayaqlarından qalxan tozla asimanın aynasını qaraldan və öz əsləhələrinin parlaqlığı ilə ayın 

və günəşin gözünü qamaşdıran bir ordu ilə cilovunu boşlayaraq köçə-köçə qiyamət günü kimi Diyarbəkr hü-

duduna gəldi və Mardində dayandı. O zaman iki qəribə hadisə baş verdi. 

 

Biri odur ki, Mardin sultanı bu vaxt onun düşərgəsinə gəlmək istədi. Onun (Mardin sultanının) ya-



nında çox məharətli bir münəccim vardı. [Münəccim] onu oraya getməkdən çəkindirsə də, sultan onun sözü-

nə əhəmiyyət verməyib ata mindi və münəccimin cavabında dedi: 

 

- Bir halda ki Çəkümü mən çağırmışam, necə ondan uzaq durum və bir kənara çəkilim?! 



 

O münəccim, sultanın [atının] yüyənini tutub onu geri döndərmək istədi. Sultanın məlikülümərası

240

 

olan Hacı Fəyyaz münəccimə qəzəbləndi və dedi: 



 

- Sən kimsən ki, sultanın yüyənini tutursan və onu görmək istədiyi işdən çəkindirirsən?! 

 

Münəccim dedi: 



 

- Mən sizin üçün bunu faydalı bilirəm. İndi ki qəbul etmədiniz, onda tezliklə özünüzün və Sultan Çə-

kümün həlakını müşahidə edəcəksiniz. 

 

Onun dedikləri düz çıxdı. 



 

Digər [qəribə hadisə] isə o idi ki, Sultan Çəküm Mardin sultanının gəlişindən, Kürdüstan və Diyar-

bəkr əmirlərinin toplanışından sonra ata minmək vaxtında fala baxmaq üçün əlindəki aşığı göstərib söylədi: 

 

-  Bu  aşığı  təbilin  üzərinə  atacağam.  Əgər  çəkə,  bəkə,  alçu  və  duxan



241

 gələrsə,  zəfər  bizimdir.  Və 

əgər onba [gələrsə], zəfər Qara Osman bəyin olacaqdır.  

 

Aşığı atdıqda onba gəldi. 



Nəzm 

“Oyuncaqdan çıxan hər fal, 

Ulduz kimi göründü və doğru çıxdı”. 

 

O fala rəğmən [qəflət yuxusundan] oyanmadı və hərb etməyə getməkdən daşınmadı. Çünki biləyinə 



olduqca çox güvənirdi. Dövran bahadırlarının və zəmanə igidlərinin məclisində qoçaqlıqdan dəm vururdu və 

deyirdi: 

 

- Kaş ki, Qara Yusif Türkman, Qara Osman və Nasirəddin Zülqədər



242

 birləşib mənimlə savaşsaydı-

lar və mənim gücümü görsəydilər. 

 

Qara Osman istədi ki, Qaracadağın



243

 ətəyində, Axmadaş deyilən möhkəm (istehkamlı) bir yerə arxa-

sını dayasın. Lakin əmirlər mane oldular. Axırda Həmid qalasına

244


 pənah apardı. Sultan Çəküm Mardin sul-

tanı, Kürdüstan sərdarları və bəzi Diyarbəkr əmirləri ilə ittifaqda tirkeş

245

 bağlamış yeddi min qulamla gəlib 



                                                                                                                                                                  

237


 Trablüs – Livanın Tripoli şəhəri. 

238


 Malatya – Türkiyədə, Fərat çayından qərb tərəfdə şəhər. 

239


 Divrigi – Türkiyənin Sivas vilayətindədir. 

240


 Məlikülüməra - əmirlərin başçısı. 

241


 Aşıq-aşıq oyununda atılan aşığın düşdüyü vəziyyətləri bildirən ifadələrdir. 

242


 Nasirəddin Zülqədər – Türkiyənin Mərəş və Əlbistan bölgələrində hökm sürən Zülqədər bəyliyinin başçısı. 

243


 Qaracadağ – Türkiyənin Şanlıurfa vilayətinin Siverek ilçəsindədir. 

244


 Həmid (əslində Amid) – Diyarbəkrin mərkəzinə verilən ad. Qala divarları qara daşdan tikildiyi üçün ona Qara Həmid və ya Qa-

ra Amid də deyərdilər. 

245

 Tirkeş – ox qabı. 




Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə