HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə42/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   38   39   40   41   42   43   44   45   ...   337

65

 

 



əhd-peyman bağladıqdan sonra cahan padşahının hüzuruna gəlib növbənöv şahanə mərhəmətlə şərəfləndiril-

di. O həzrət Mavəraünnəhr və Türküstan vilayətinin idarəçiliyini hörmətli və səadətli oğlu Mirzə Uluğ bəyə 

verdi,  Hisrari-Şadman

336


 hakimliyini  Mirzə  Məhəmməd  Cahangirə

337


,  Qəndəhar

338


,  Kabil  və  Qəzneyn  ha-

kimliyini  Mirzə  Qaydu  ibn  Mirzə  Pir  Məhəmməd  ibn  Cahangirə  lütf  etdi  və  şaban  [ayının]  11-də 

(19.12.1409) gəlişinin kölgəsini Herat şəhərinin üzərinə saldı. 

Mirzə Ömərşeyxin oğlu Mirzə Pir Məhəmmədin öldürülməsi haqqında söhbət 

 

Bu il Mirzə Pir Məhəmməd Kirmana gedərkən, Düçahə



339

 mövqeyində onun təbiblik mərtəbəsindən 

əmirlik  dərəcəsinə  çatdırdığı  çirkin  Hüseyn  Şərbətdar  bir  dəstə  qorxusuz  adamla  Mirzə  Pir  Məhəmmədin 

üzərinə tökülüb onu qətlə yetirdi. Mirzə İsgəndər həmin zaman can qorxusundan Şiraza yollandı və iki gün-

dən sonra uğur və bəxtiyarlıqla Səadət darvazasından keçib, Əmir Teymur Xocanın evinə gedərək hadisəni 

ona danışdı. Şəhərdə olan əmirlər bu hərəkətin səbəbkarının Mirzə İsgəndər olduğunu güman etdilər. Lakin 

həqiqəti öyrəndikdən sonra onu səltənətə oturtdular. Hüseyn Şərbətdar öz qardaşı Xoca Əlini Mirzə İsgəndə-

ri öldürməyə göndərdi. [Məlum oldu ki], o, Şiraz tərəfə getmişdir. Hüseyn Şərbətdar bir dəstə yaramazla Şi-

razın ətrafına gəldi. Səhərdən axşama qədər şəhərlilərə müqavimət edib Murdəstan məhəlləsində bazar nəza-

rətçisi Əlaəddin Məhəmməddən pərişanedici sözlər eşitdi. Şam namazı vaxtı əmirlər o natamamdan üz çevir-

dilər. Ertəsi gün o qəddar fərar yolunu tutdu. Fərar əsnasında Əmir Sədiqin əlinə düşdü. Onu böyük bir rüs-

vayçılıqla  bir öküzün  üzərinə  mindirib  Şiraza  gətirdilər. Mirzə  İsgəndər  ondan  soruşdu  ki,  “qardaşımı  niyə 

öldürdün?”. Cavab verdi ki, “onu öldürməyim sənin üçün pis olmadı”. Mirzə İsgəndər öz əli ilə onun sağ gö-

zünü hədəqəsindən çıxardı və onun göstərişi ilə o nifaq əhlinin başçısını çomaq zərbəsi ilə həlak edərək başı-

nı İsfahana göndərdilər. 

İraq diyarında baş vermiş hadisələr haqqında söhbət 

 

Bu il Qara Yusif Türkman, Sultan Mötəsim ibn Sultan Zeynəddini Qazı Əhməd Saidi və Əmir Bis-



tamla  bərabər tam  qələbəlik  bir  qoşunla  İraq  və  Fars  şəhərlərini  almağa  göndərdi.  Mirzə  Pir Məhəmmədin 

oğlu Mirzə Ömərşeyx, Əmir Səid Barlas, Əmir Çolbanşah və digərləri ordu ilə döyüşmək və vuruşmaq üçün 

İsfahandan  onları  qarşılamağa  çıxdılar.  Lakin  döyüşmədən  Yəzd  tərəfə  yüyən  çevirdilər.  Mirzə  Ömərşeyx 

əmirlərdən ayrılıb Köşki-zərdə

340

 Mirzə İsgəndərə qoşuldu. O iki xoşbəxt bir-biri ilə ittifaqda [düşmənlərini] 



qarşılamağa tələsdilər. Atəşgah

341


 ətrafında iki ordu qarşılaşdı. Hər iki tərəf qılınclara və nizələrə əl atdı. 

Nəzm 


“Götürdülər parlaq qılıncı ələ, 

Qol açdılar sərxoş şirlər kimi. 

Hiddətlə atlarını çapdılar, 

Bir anda bir-birilərinə cumdular”. 

 

Dava-dalaş əsnasında Şiraz əyanları ordunun səfini viran qoyub Sultan Mötəsimin qoşununa birləşdi-



lər. Ona görə də onlar cəsarətlənib hamısı birdən həmlə etdilər. Mərkəzə yaxınlaşdılar. Mirzə İsgəndər erkək 

aslan (şiri-nər) kimi onların üzərinə atıldı. Sultan Mötəsim ona tab gətirməyib qaçmağa üz qoydu. Mirzə İs-

gəndərin igidləri qılınc və xəncər zərbəsi ilə Məhəmməd Müzəffərin xanədanından tüstü çıxardılar

342


. Azər-

baycanın və İraqın əksər əmirləri əsir alındılar, bəziləri isə həlak torpağı üzərinə düşdülər. 

                                                 

336


 Hisari-Şadman – müasir Tacikistan Respublikası ərazisində, Kafirnihan çayının yuxarı axarları yaxınlığında şəhər. Bəzən sadə-

cə olaraq Hisar adlanırdı. 

337

 Məhəmməd Cahangir – Əmir Teymurun oğlu Mirzə Məhəmməd sultanın oğludur (Nəvai, şərhlər, s.167). 



338

 Qəndəhar – müasir Əfqanıstanın cənubunda, Ərqəndab çayının sol sahilində yerləşən şəhərdir və orta əsrlərdə İrandan Hindista-

na gedən ticarət yolu üzərindəki mühüm bir məntəqə idi. 

339


 Düçahə (Düçahi) – Kirmandan qərbdə, Sircan şəhərindən şimaldadır. 

340


 Köşki-zər (Qızıl köşk), Qəsri-zər (Qızıl qəsr) və ya Köşki-zərd (Sarı köşk), Qəsri-zərd (Sarı qəsr) – Şirazın 24 fərsəx şimalında 

kənd (Nəvai, şərhlər, s.628).

 

341


 Atəşgah – Nəcəfabaddan İsfahana gedən yolun üzərində yerləşir. Burada alçaq bir dağın təpəsində hələ də atəşgah qalıqları gö-

rülməkdədir (Nəvai, şərhlər, s.169). 

342

 Məhəmməd  Müzəffər  –  XIV  əsrdə  Cənubi  və  Qərbi  İranda  hökm  sürən  Müzəffərilər  xanədanının  banisidir.  Sultan  Mötəsim 



onun sülaləsindən idi. 


66

 

 



Nəzm 

“Baş və bədən bir-birindən ayrılmış qılıncla, 

O meydanda düşürülmüş baş amansızlıqla. 

Bütün qılınclar qərq olmuş qırmızı qana, 

Su dənizindən atəş tökülmüş”. 

 

Sultan Mötəsim məiyyət və qoşunla İsfahan tərəfə qaçdı. İstədi ki, atını arxdan atlatsın. Cüssəsi bö-



yük olduğundan arxası üstə yıxıldı və bir bahadır başını bədənindən ayırdı. Onun fitnə atəşi söndü. Əmir Bis-

tam böyük bir kədərlə Rey tərəfə fərar etdi. Qazı Əhməd Saidi təəssüb boyunduruğunu boynuna salıb, orta-

bab və yoxsul rəiyyətlə birlikdə öz dar düşüncəsinə əsaslanan böyük iddiaları qarşısına məqsəd qoydu. Hər-

çənd Mirzə İsgəndər o nadan cahilin yanına yaxşı nitq qabiliyyətinə malik adamlar göndərib onu itaət və ta-

beçiliyə dəvət etsə də, faydası olmadı. Bu səbəbdən Mirzə İsgəndər həmin yay ta payızın ortasına kimi şəhə-

rin ətrafında oturdu. 

 

Bu əsnada Şahrux padşahın fərmanı ilə Mirzə Rüstəm məiyyət və ordu ilə İsfahana gəlib çatdı. Ona 



görə də Mirzə İsgəndər İsfahan ətrafından köç edib Yəzdi tutduqdan sonra Şiraza yola düşdü. 

Sultan Əhməd Cəlairin əhvalı haqqında söhbət 

 

Bu  il  Sultan  Əhməd  Cəlairin  zatının  cövhərinə  xəstəlik  mübtəla  oldu.  Təbiblərin  məsləhəti  ilə  o, 



Bağdaddan çıxıb hərəkət bayrağını Üveys-Qərn yaylağına doğru qaldırdı. Orada onun xəstəliyi sağaldı. Eşit-

di ki, Bistam Cagirlü İsfahana getmişdir. Fürsəti qənimət bilib, Xurşah Dərcüzini ilə birlikdə Həmədandan 

keçərək Sultaniyyə çəmənində dayandı. 

 

Bu əsnada xəbər gəldi ki, Veys adlı birisi sultanın oğlu olduğunu iddia edərək səltənət iddiası edir. 



Ona görə də [Sultan Əhməd] tam sürətlə Bağdad tərəfə yürüş edib, fitnənin xəmir mayası olan bir dəstə ada-

mı tutaraq məhbus etdi. 



Qara Yusif Türkmanla Qara Osman Türkmanın müharibə etməsi haqqında söhbət 

 

Qara Yusif Türkman bu il Məhəmməd Dəvati, Əmir Seyid Əhməd və Uzun Şəmsəddinlə birlikdə zə-



fərə yaxın olan ordu ilə Muş

343


 ətrafına gəlib özünün bargah çadırını günəşin və ayın zirvəsinə ucaltdı.  

Nəzm 


“O qədər çadır başını Sürəyyaya

344


 qaldırdı ki, 

Min asiman yer üzündə oldu peyda”. 

 

O əsnada Mardin valisi Məlik Salehin qasidi dərgaha yetişib məruzə etdi ki, “Qara Osman Bayandur 



bir dəstə inadkar süvari ilə Mardinə gəlməkdədir”. Qara Yusif dəniz kimi coşan və şimşək kimi gurlayan bir 

ordu ilə Muş səhrasından Adilcevaza yönəldi. O tərəfdən də Qara Osman igidlərdən [ibarət] bir güruhla Qara 

Yusifin önündə səf çəkdi. Hər iki tərəf zurna çaldı, şeypur və nağara səsləndirdi. 

Nəzm 


“Səsləndirdilər iki tərəfdən rəvan bir tərzdə

Sərvərlərin ordusu şeypur və nağara. 

İki tərəf bir-birinə hücum çəkdi, 

Qülzüm dənizi

345

 kimi cuşa gəldilər”. 



 

Şiddətli döyüşdən və vuruşdan sonra Qara Osman qaçış yolunu tutdu. Qara Yusif isə müzəffər ordu-

su  ilə  Mardinə  yollandı.  O  diyarın  sultanı  şəhəri  təslim  etdi  və  onun  tərəfdarlarının  zümrəsinə  daxil  oldu. 

Əmir Qara Yusif öz qızlarından birini ona nikahladı, onu mallarla təchiz etdi və onu Mosul

346

 əyalətinə gön-



dərərək,  o  diyarı  iqta

347


 şəklində  ona  verib  yola  saldı.  Orada  Əmir  Qara  Yusifin  bəzi  nökərləri  insafsızlıq 

                                                 

343

 Muş (Muşabad) – Türkiyənin şərqində, Xınısdan cənubda və Əxlatdan qərbdə yerləşən şəhər. 



344

 Sürəyya – Üklər və ya Yeddiqardaş ulduzu. 

345

 Qülzüm dənizi – orta əsrlərdə müsəlman coğrafiyaçılarının Qırmızı dənizə, bəzi hallarda isə Xəzər dənizinə verdikləri ad. 



346

 Mosul – indiki İraqın şimalında, Dəclə çayı sahilində şəhər. 

347

 İqta (ərəbcə torpaq payı anlamındadır) – orta əsrlərdə müsəlman ölkələrində feodallara verilmiş şərti torpaq mülkiyyəti (daha ət-



raflı bax: Z.M.Bünyadov. Azərbaycan VII-IX əsrlərdə, s.127-130). 


Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə