HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə43/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   39   40   41   42   43   44   45   46   ...   337

67

 

 



edərək  onu  öldürücü  zəhərlə  həlak  etdilər

348


.  Adı  çəkilən  əmir  (Qara  Yusif)  Mardinin  ələ  keçirilməsindən 

sonra Bayburdu

349

, Tərcanı



350

 və İspiri Ərzincana əlavə edib (Ərzincan əyalətinə birləşdirib) o diyarın idarə-

çiliyini Pir Ömərə verdi ki, daha rahat, güclü və müstəqil şəkildə Osman bəyə qarşı müqavimət göstərə və 

müdafiə oluna bilsin və o vilayəti onun iti qılıncının zərərindən qoruya bilsin. Həmin yayda Aladağda yayla-

yıb, xəzan (payız) fəslində zəfər nişanlı əsgərləri ilə Azərbaycan tərəfə qayıtdı. 

Nəzm 


“O nahiyə fitnədən xilas oldu

Aləm bundan rahatlıq tapdı. 

Ona görə də yenə uğurlu şahin

Təbrizə getmək üçün qanad açdı”. 

 

O, igidlərin bir dəstəsini Şəki və Şirvana basqın etməyə yolladı. Məlik İzzəddin Şir, Əmir Qara Yusi-



fin yanına gəldikdə Qara Yusif Şirvan üzərinə ordu göndərməkdən daşındı. 

 

Bu əsnada Sultan Əhməd Cəlair elçi göndərib xahiş etdi ki, Həmədan çəməni ona yaylaq olaraq ve-



rilsin. Lakin Sultan Əlaüddövlənin həbsi barədə qətiyyən bir şey demədi. Ona görə də Qara Yusif həmin söz-

lərə iltifat göstərməyib elçiyə izin verdi (elçini geri göndərdi) və o il Təbrizdə qışlaq etdi. 



Müxtəlif əhvalatlar 

 

Bu  il  Xarəzm  padşahı  Əmir  Edigenin  elçisi  Herata  gəldi  və  Mavəraünnəhrin  fəthini təbrik  etdi.  O, 



hüsn-rəğbətlə qarşılandı və öz diyarına qayıtdı. Eləcə də Fulad xanın mülazimləri Dəşti-Qıpçaqdan

351


 elçilik 

qaydasında gələrək şahindən və ov heyvanlarından ibarət çoxlu peşkəş gətirdilər. Şahrux padşah onlara xeyli 

nəvaziş göstərib yola saldı. 

 

Həmçinin bu il Şahrux padşah, Çingiz xanın oğlu Tuluy xanın [törətdiyi] qətliamdan bu ilə qədər vi-



ran qalmış Mərv

352


 şəhərini abadlaşdırdı. 

Ölümlər 

 

Xəlil sultan ibn Mirzə Miranşah ibn Sahibqiran Əmir Teymur Kürəkan bu il Rey hüdudunda dünya-



dan köçdü. Səltənətinin müddəti dörd il olmuşdur. Məmləkəti Mavəraünnəhr idi. 

 

Sultan Xəlilin səltənətinin zavala uğramasının səbəbi o oldu ki, şahzadə Şadmələk adlı alçaq bir qa-



dına vurulmuş, Sahibqiranın zamanında gizli şəkildə onu özünə nikahlamışdı. Amma qorxa-qorxa onunla gö-

rüşürdü. Səltənət taxtına əyləşdikdən sonra isə mülk işlərinin yüyənini Şadmələkin iqtidarının əlinə təslim et-

di, onun təhriki ilə Əmir Teymur xatunlarından bəzilərini zorla etibarsız (dəyərsiz) adamlarla evləndirdi və 

malların  xərclənməsində  israfçılıq  edib,  Sahibqiran  Əmir  Teymur  Kürəkanın  illərlə  yığdığı  xəzinələri  rəzil 

adamlara bağışladı. Çubuq zərbəsi ilə məzlumların könlünü qıraraq topladıqları malları elə adamlara sərf etdi 

ki, etibar meyarında onların heç bir çəkisi və dəyəri yox idi. Ona görə də əmirlər və dövlət ərkanı ona nifrət 

etdi. Daha öncə qeyd edildiyi kimi, axırda öz mülazimi tərəfindən dustaq edildi

353


 

Sultan Əli ibn Pir padşah ibn Loğman padşah



354

 ibn Toğa Teymur xan bu il Mirzə Uluğ bəyin müla-

zimləri ilə döyüşdə öldürüldü.  

                                                 

348

 Burada haqqında bəhs edilən “Mardin sultanı”, Mardin Artuklu bəyliyinin son hökmdarı Şihabəddin Əhməddir (bax: C.Alpte-



kin. Artuklular // TDVİA, cilt: 3, yıl: 1991, s.417). 

349


 Bayburd – indiki Türkiyənin şərqində, Ərzurumla Trabzon arasında, Çorox çayı sahilində yerləşən şəhər. 

350


 Tərcan  –  Türkiyənin  şərqində, Ərzurum  və  Ərzincan  şəhərləri  arasında,  Fərat  çayının  yuxarı  axarları  ilə  Qarasu  çayı  arasında 

yerləşən bir yer adıdır.  

351

 Dəşti-Qıpçaq – orta əsrlərdə Dunay çayının mənsəbindən və Qara dənizin şimal sahillərindən başlamış, İrtış çayına və Balxaş 



gölünə qədər uzanan və cənubda Xarəzm vilayəti və Sırdəryanın aşağı axarları ilə həmsərhəd olan tarixi vilayət.  

352


 Mərvi-Şahican (Mərv) – müasir Türkmənistan Respublikasının cənub-şərqində, Bayraməli və Marı (Mərv) şəhərləri yaxınlığın-

da tarixi şəhər-qala.   

353

 Əmirlər şahzadə Xəlili qızıl zəncirlə bağlamış və Şadmələkin qulağını və burnunu kəsmişdilər. Mirzə Xəlil sultanın vəfatı 16 rə-



cəb 814 / 3 noyabr 1411-ci ildə baş verdiyi yaxşı məlum olduğu üçün həmin hadisəni h. 812-ci ilə aid etmək yanlışdır (Nəvai, şərh-

lər, s.173). 

354


 Loğman padşahın adı son Tehran nəşrində yer almamışdır və Ankara nəşrinə əsasən əlavə edilmişdir. 


68

 

 



813-CÜ İLDƏ (06.05.1410 – 24.04.1411) BAŞ VERMİŞ HADİSƏLƏR HAQQINDA SÖHBƏT 

 

Havanın soyuqluğu və qışın şiddəti geri çəkilməyə üz qoydu və səba yelinin əsməsi ilə çəmən təzə-



tər və şad-xürrəm oldu. 

Nəzm 


“Səba yaşıllıqla bəzədi dünya bağını, 

Cənnətin bağının bir nümunəsinə çevrildi cahan. 

Bağda əsən yel ecazkarlıqla canlandırdı torpağı, 

Su İsanın

355

 bütün möcüzələrini [yuyub] apardı”. 



 

Belə bir vaxtda Qara Yusif Türkman çoxlu qoşunlarla Ərzincana yönəldi və öz oğlu Şah Məhəmmə-

di Azərbaycanı mühafizə etmək üçün Ucanda qoydu. Ərzincanın ətrafı türkman hökmdarının gəlişi səbəbin-

dən cənnət bağçasına həsəd bəxş etdikdə o diyarın hakimi Təhərtən oğlu Şeyx Həsən şəhərə sığındı. Türk-

man ordusu müharibəyə başladı. Qırx gündən sonra Şeyx Həsən Ərzincanın əyan-əşrəfi ilə bol peşkəşlər gö-

türüb türkman hökmdarının dərgahına gəldi və darvazaların, dəfinələrin açarlarını onun vəkillərinə təslim et-

di. Qara Yusif o diyarın hakimliyini Pir Ömərə lütf etdi. 

 

Qara Yusifin [Azərbaycanda] olmadığı zaman Sultan Əhməd Cəlair oyrat türkmanları, Kürdüstan və 



Luristan

356


 əşirətləri  ilə  ittifaq  halında  Bağdaddan  Həmədana  gəldi  və  oradan  qantökən  ordusu  ilə  Təbrizə 

yola düşdü. Müharibə və mücadilə etməyə taqəti olmayan Şah Məhəmməd Xoy tərəfə qaçdı. Sultan Əhməd 

qoca dünyanın əvvəlki qərinələrdə və keçmiş zəmanələrdə bənzərini müşahidə etmədiyi tam bir qələbəliklə 

və həddən, gümandan artıq bir dəbdəbə ilə gəldi. Təqribən yüz dəvəlik qatar onun alaçıqlarını, saray pərdə-

lərini,  bargah  çadırını,  digər  yüklərini  və  əşyalarını  çəkirdi.  Dəvələrinin,  atlarının  və  qatırlarının  çoxunun 

çulları Rumun naxışlı ipək qumaşından və Şam atlasından idi. Onun önündə yedək kimi doqquz at

357

 aparır-


dılar ki, hamısının qızıl yəhərləri və daş-qaşlı yüyənləri vardı. Başının üstündə daş-qaşla bəzədilmiş çətir tut-

muşdular. Qırmızı qızıldan düzəldilmiş bir quş heykəlini çətirin başına vurmuşdular və quşun ağzına bahalı 

bir inci qoymuşdular. Onun əmirləri və əyanları hamısı piyada gedirdilər. Onun ardınca yaraşıqlı cavanlar, 

hüsn-camal sahibləri və qorçular hər biri zərbafta paltar geymiş və əlində bir növ silah tutmuş halda gəlirdi-

lər. Onun sağ tərəfində məmləkətin ixtiyar sahibi olan Şahin ağa addımlayırdı, sol tərəfində də Bağdad ağa 

piyada gedirdi. Sultanın qarşısında və arxasında bir ox atışı qədər məsafədə heç bir süvari və piyada yox idi. 

Hər neçə addımdan bir onun başına qırmızı qızıl və gümüş səpirdilər. Onun tacında bir ləl vardı ki, mütəxəs-

sislər belə onu qiymətləndirməyə aciz idilər. O, belə bir əzəmət və şövkətlə Təbriz dövlətxanasına gəldi. Şah 

Məhəmmədi təqib etmək üçün getmiş bir sıra əmirlər Xoy ətrafında ona çatdılar. Çox döyüşdükdən sonra hər 

iki dəstə müharibədən əl çəkib, getmək istədikləri tərəfə yönəldilər. 

 

Elə  ki  bu  möhnətli  xəbər  Ərzincanda  Qara  Yusif  Türkmana  çatdı,  dövlət  ərkanını  toplayıb  sülh  və 



hərb barəsində məşvərət etdi və dedi: 

Nəzm 


“Ey Rüstəmə

358


 bənzər aslan igidlər! 

Döyüşdən əndişə etməyin siz. 

Tanrının lütfü bizə yar olduğu üçün, 

Biz düşmən üzərində zəfər qazanacağıq. 

Səy göstərmək bizdən, yardım Allahdan, 

Nə üçün ayağımızı döyüşdən geri çəkək?!” 

 

Əmirlər də cavabında dedilər: 



Nəzm 

“Ey cah-calal səmasının günəşi! 

Ütarid

359


 səninlə müqayisədə bir hilal kimidir. 

                                                 

355

 İsa peyğəmbər nəzərdə tutulur. 



356

 Luristan – İranın qərbində tarixi vilayət. Paytaxtı Xürrəmabad şəhəri idi. Əhalisi irandilli lur xalqından ibarətdir. 

357

 Türklərin nəzdində doqquz rəqəminin xüsusi əhəmiyyəti vardı (Nəvai, şərhlər, s.176). 



358

 Rüstəm – Firdovsinin “Şahnamə” məsnəvisinin qəhrəmanlarından olan əfsanəvi pəhləvan Rüstəm Zal. 

359

 Ütarid – Merkuri planeti. 




Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə