HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə41/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   37   38   39   40   41   42   43   44   ...   337

63

 

 



“Əgər sultan meydandan qaçsa qalaya, 

Axırda onu oradan utancla çıxararlar”. 

 

Qalibiyyətli qoşun (çərik) bir həmlədə o məğrur güruhu məğlub edib küçəbəndi ələ keçirdi. Şah İs-



gəndər qalib qoşunların qorxusundan özünü qalaya salaraq qapını bağladı. Bir neçə gündən sonra aman istə-

yib qalanı təslim etdi. Ondan sonra cahan padşahı Sistana yola düşdü. O diyarın qalasını ələ keçirdi. Daha 

sonra isə səadətli hökmdar Hirmənd çayı

317


 kənarında dayandı və bəndləri sındırdı. Bunlar Rüstəm

318


 zama-

nında düzəldilmiş üç bənd idi. 



Mavəraünnəhr diyarında baş vermiş hadisələr haqqında söhbət 

 

Bu il Xəlil sultan eşitdi ki, Əmir Xudadad Hüseyni igidlik meydanının bir dəstə igidi ilə Xocənd



319

 

çayı kənarına gəlib. Ona görə də Əmir Allahdadı və Əmir Arğunşahı üç min süvari ilə o qəddarı dəf etməyə 



göndərdi. Onlar zəfər nişanlı qoşunla düşmənin qarşısına gəldilər və sultanın yanına adam göndərib yardım 

istədilər.  Ona  görə  də  adlı-sanlı  şahzadə  yaxşı  silahlanmış  dörd  min  süvari  ilə tam  sürətlə  yola  çıxıb  Şiraz 

kəndində

320


 dayandı. 

 

Xəlil  sultanın  gəlişindən  xəbər  tutan  Əmir  Xudadad  qarşısına  gəlmiş  əmirlərə  hücum  çəkib,  gecə 



vaxtı Xəlil sultanın üzərinə sürətli yürüş edərək son namaz vaxtı güclü bir qoşunla fəlakətin astanasında olan 

olan orduya yetişdi. Xəlil sultan can qorxusundan qaçış yolunu tutub Şirazın viranə qalasına girdi. Əmir Xu-

dadad elə həmin gün viranəliyi tutub Xəlil sultanı ələ keçirdi və [bu barədə] fərmanlar və hökmlər yazıb, on-

lara Xəlil sultanın möhürünü basaraq Turan məmləkətlərinin hər tərəfinə göndərdi. 

 

Ona görə də qalibiyyətli padşah (Şahrux) həmin ayın (zilqədənin) 21-də (07.04.1409) Bəhram kimi 



qəhredeci ordusu ilə Mavəraünnəhr tərəfə hərəkət etdi. O əsnada Əmir Şeyx Nurəddin güclü bir qoşunla zə-

fərə yaxın olan orduya yönəldi. Əmir Xudadad zəfərə yoldaş olan bahadırlar dəstəsi ilə onların üstünə tökü-

lüb, onun qoşununu tar-mar edərək Səmərqənd tərəfə geri döndü. Hökmdarın məiyyəti Ceyhundan keçdik-

dən sonra Xudadad uca mənşəli padşahın qorxusundan Xəlil sultanın [əl-qolunu] bağlayaraq hərəkət bayrağı-

nı Türküstana

321


 doğru qaldırdı. Şahruxun qədəmləri sayəsində Səmərqənd şəhəri cənnətə bənzər oldu. Əmir 

Şeyx Nurəddin və Əmir Mübəşşir onun hüzuruna gəldilər və böyük əmirlər silkinə daxil oldular. 



Mirzə Ömərşeyxin oğlu Mirzə Pir Məhəmmədin əhvalı haqqında söhbət 

 

Bu il Mirzə Pir Məhəmməd sayı ulduzlar qədər [çox] olan ordu ilə Şüştərə yönəldi. O diyarın hakim-



ləri Xoca Səid Barlas, Şeyxzadə və Təvəkkül onu qarşılamağa tələsib xidmətkarlıq kəmərini bellərinə bağla-

dılar. Mirzə Pir Məhəmməd Şüştər şəhərindəki Darüləmarədə (əmir iqamətgahında) yerləşdi və Dizfulla

322

 

Hüveyzənin



323

 fəthindən sonra Şiraz tərəfə qayıtdı. 

 

Mirzə Pir Məhəmmədin çıxıb getməsi xəbərini eşidən Sultan Əhməd Cəlair Hüveyzəyə tərəf sürətli 



yürüş edib qəflətən qalanı dövrəyə aldı. Qala camaatı zəfər şüarlı əsgərlərin qorxusundan fərar yolunu tutdu. 

Sultan Əhmədin qoşunları onların əksərini qətlə yetirdilər. Pir Hacı Kutval

324

 Dizful qalasını qoyub Şüştər tə-



rəfə qaçdı. Səlasil

325


 qalasının valisi Əmir Üveys qalada qalmayıb Ramhörmüzə

326


 getdi. Çünki Pir Məhəm-

mədin  əmirləri  orada  idilər.  Onlar  da  Şiraz  tərəfə  qaçdılar.  Sultan  Əhməd  piyadalardan  [ibarət]  bir  dəstəni 

qətlə yetirdi, yerdə qalan rəiyyəti Şüştərə köçürdü, qalanı yerlə yeksan etdi, Xuzistan

327


 qalalarının idarəçili-

yini Maqsud Nizədara tapşırdı və Bağdad tərəfə geri döndü. 

                                                 

317


 Hirmənd (Hilmənd) çayı – Əfqanıstanda, Hinduquş dağlarının Baba silsiləsindən başlayıb, Hamun gölünü su ilə təmin edir və 

İran ərazisində, Zabul şəhəri ətrafında, axarsız Sistan çökəkliyində qurtarır.    

318

 “Şahnamə” qəhrəmanı Rüstəm nəzərdə tutulur. 



319

 Xocənd – Tacikistanın şimalında, Sırdərya çayı sahilində şəhər. Bəzən Sırdərya çayı “Xocənd çayı” adlanmışdır. 

320

 Səmərqənd ətrafında yerləşən bir kənd (Ə.Nəvai, şərhlər, s.162). 



321

 Türküstan – müasir Qazaxıstanı, Orta Asiyanı, Əfqanıstanın bir hissəsini və Çinin şimal-qərbini əhatə edən tarixi vilayət.  

322

 Dizful – İranın qərbində, Xürrəmabadla Əhvaz arasında yerləşir. 



323

 Hüveyzə (Əhvaz) – İranın cənub-qərbində, Karun çayının aşağı axarlarında yerləşən və Xuzistan vilayətinin mərkəzi olan şəhər. 

324

 Bəzi qaynaqlarda “Pir Hacı Kükəltaş” yazılmışdır (Ə.Nəvai, şərhlər, s.163). 



325

 Səlasil – İranın Şüştər şəhəri yaxınlığında tarixi qala. 

326

 Ramhörmüz – Xuzistan vilayətində, Əhvaz şəhərindən şərqdə yerləşən şəhər. 



327

 Xuzistan – İranın cənub-qərbində yerləşən vilayət. 




64

 

 



 

Sultan Əhməd Xuzistanda olduğu zaman oğlu Bağdaddan icazəsiz olaraq Azərbaycana yollandı. Qa-

ra Yusif Türkman mülazimlərindən bir dəstəsini göndərdi ki, Əlaüddövləni Bağdad diyarının sərhədinə çat-

dırsınlar.  Xoy

328

 hüdudunda  kürdlər  onu  tutub  Məlik  İzzəddinin



329

 yanına  apardılar.  İki  aydan  sonra  Qara 

Yusif, Məlikə belə yazdı: “Əlaüddövlə, Sultan Əhmədin hökmü olmadan bu sərhədə gəlmişdi. Ona görə də 

ona  üz  göstərmədim.  Sən də  onu  Bağdada  göndər!”.  Bu  səbəbdən Məlik  İzzəddin şahzadəyə rüxsət  verdi. 

Əlaüddövlə Ərdəbil tərəfə yönəldi ki, Şeyx Şərəfəddin Əli Səfəvi ilə söhbətdə vaxt keçirsin. Təbriz nahiyəsi-

nə çatdığı vaxt türkman camaatı onu tutub Qara Yusifin hüzuruna göndərdi. Onun fərmanı ilə Adilcevaz

330

 

qalasında məhbus edildi. 



 

Mirzə Rüstəmlə Mirzə İsgəndərin Pir Məhəmməd qarşısında məğlubiyyətə uğradıqları zaman Mirzə 

Rüstəm, Şahrux padşaha pənah aparıb Sistan bölgəsində zəfər nişanlı orduya qoşuldu. Mirzə İsgəndər Əndi-

xuda getdi. O diyarın hakimi Seyid Əhməd Tərxan onu münasib bir məkanda yerbəyer edib onun haqqında 

Herata xəbər çatdırdı. Cənab Şahrux dağ boyda mərhəməti üzündən fərman yazdı ki, Seyid Əhməd Tərxan 

ona mane olmasın və istədiyi yerə getməsinə imkan versin. Mirzə İsgəndər qardaşından şəfqət görmək ümidi 

ilə Şiraza yollandı və Tanrının lütfü ilə şam namazı vaxtı, ramazan [ayının] 26-da (12.02.1409) Səadət darva-

zasından Şiraza daxil olub Hacı Hüseyn Təbibin evinə getdi. İftar vaxtı Mirzə Pir Məhəmmədə xəbər çatdı. 

Yeməkdən əl çəkib onu çağırdı və ona növbənöv iltifatlar göstərdi. Onun üçün padşahlıq ləvazimatı və ya-

raq-yasağı tərtib etdirərək Murdəstan məhəlləsində, Ramazan ağa Axtaçının

331

 evində ona yer verdi.  



Müxtəlif əhvalatlar 

 

Bu il Xətay



332

 padşahının elçiləri Sahibqiran Əmir Teymur Kürəkan üçün başsağlığı vermək məqsədi 

ilə bol peşkəşlə Herata gəldilər və öz padşahlarının sözünü Şahrux padşaha ərz etdilər. O həzrət onlara tam 

ehtiram göstərib, geri qayıtmaları üçün izin verdi. 



812-Cİ İLDƏ (16.05.1409 – 05.05.1410) BAŞ VERMİŞ HADİSƏLƏR HAQQINDA SÖHBƏT 

 

Bu il yeddi ölkənin padşahı (Şahrux) bəla saçan ordusu ilə bədbəxt Xudadadın ardınca Moğolustan 



(Monqolustan)  tərəfə  hərəkətə  gələrək  Mirzə  Rüstəmi,  Əmir  Seyid  Əli  Tərxanı,  Əmir  Şahməliki  və  Əmir 

Nuşirəvanı  bir  dəstə  igidlə  mənqəlay  kimi  yola  saldı.  Uratəpə

333

 yaylağı  fələk  şövkətli  ordunun  dayanacaq 



yeri olduqda Əmir Şeyx Nurəddin cahan padşahının fərmanı ilə Xudadadı istəmək üçün Moğolustana yollan-

dı.  O  əsnada  qeyb  karxanasından  elə  bir  surət üz  verdi  ki,  onun  misli heç  kəsin  xəyal  aynasında  təsəvvür 

edilmirdi.  

 

Onun şərhi belədir ki, Xudadad Moğolustan padşahı Məhəmməd xandan yardım istədi. O, bu işi öz 



qardaşı Şəmi-Cahana tapşırdı. O isə özünün ən yaxın adamlarına dedi:    

 

- Xudadad Hüseyni haqtanımaz və vəfasız bir adamdır. O, Sahibqiran sultanın öz üzərindəki haqqını 



unudaraq onun övladına qarşı müxaliflik və üsyankarlıq edir. 

 

Sonra isə dərhal onun şərlə dolu başını bədənindən ayırıb Əmir Şahməlikin yanına göndərdi və o cə-



nab yüyənini döndərib ali orduya qayıtdı. Səadətli hökmdar Özcənd

334


 bölgəsinin hakimliyini Mirzə Ömər-

şeyxin oğlu Mirək Əhmədə həvalə etdi və Əmir Şeyx Nurəddin rüxsət alıb Otrar

335

 tərəfə getdi. 



 

Xudadadın qətlindən sonra Xəlil sultan onun müvəkkillərini öz tərəfinə çəkib həmin qalada (Əlan-

kuh qalasında) möhkəmləndi. Əmir Şahməlik cahan şahının fərmanı ilə o qalanı mühasirəyə aldı. Xəlil sultan 

                                                 

328

 Xoy – Cənubi Azərbaycanda, Urmiya gölündən şimal-qərbə tərəf yerləşən şəhər. 



329

 Məlik İzzəddin – kürd rəislərindən idi.  

330

 Adilcevaz – Türkiyənin şərq hissəsində, Van gölünün şimal sahilində şəhər. 



331

 Axtaçı – yəni miraxur. Ramazan ağa, Müzəffərilər sülaləsindən Şah Şücanın miraxuru olmuşdur (Ə.Nəvai, şərhlər, s.165). 

332

 Xətay – Şərqi Türküstan. İndi Çin Xalq Respublikasının şimal-qərb ərazisini təşkil edir. Orta əsr mənbələrində bəzən bütövlük-



də Çin “Xətay” adlandırılır. Rusca “Kitay” sözü də buradan yaranmışdır. “Əhsənüt-təvarix”də “Xətay padşahı” adı altında Çin hökm-

darı nəzərdə tutulur. 

333

 Uratəpə (Uratübe) – Tacikistanın şimalında, Xocənd şəhərindən cənub-qərbdə yerləşir. 



334

 Özcənd  və  ya  Özkənd  –  Fərqanə  nahiyəsinin  şərq  qurtaracağında,  çox  münbit  bir  ərazidə  yerləşirən  şəhər  (Nəvai,  şərhlər, 



s.166). 

335


 Otrar – Orta Asiyada tarixi şəhər olmuşdur və xarabalıqları müasir Qazaxıstan Respublikasının Timur dəmir yolu stansiyasından 

7 km. şimal-şərqdə, Sırdərya çayının orta axarında yerləşir. 




Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə