79
Qılınclarının şüası ildırım və koslarının
410
hay-küyü göy gurultusu olan”
bahadırlarla və öz adamları cümləsindən olan miraxurlarla birlikdə mənqəlay [təyin] etdi. Qara Yusif, Baba
Hacı bəy Gavərudiyə Ərdəbili mühafizə etməyi tapşırdı.
Şeyx İbrahim Kür çayı kənarında düşərgə qurub öz ətrafında xəndək qazdırdı. Qara Yusifin ordusu
çaydan külək kimi keçib müxaliflərə həmlə etdi
411
. Əmir Qaraman və Əmir Bistam tam qələbəliklə müxalif-
lərin çadırları arasına girdilər. Şirvanlılar döyüşə və vuruşa başladılar. Bahadırların nərəsi, qazilərin
412
təkbir
(“Allahu-əkbər”) və təhlil (“La ilahə illəllah”) nidası, şirvanlıların və gürcülərin bağırtısı fələklər fələyinin
qulağını kar etdi və hərbi kosun avazı ilə döyüş neyinin sədası dağa zəlzələ və o şövkətsiz güruha vəlvələ
saldı. Qara Yusifin ordusunu seyr edən Sultan İbrahim düşüncəsiz hərəkətindən peşman oldu. Çünki qarşı-
sında izdihamlı qoşunlardan və şövkətli güruhdan ibarət coşqun bir dərya görmüşdü. Atların kişnərtisindən
və igidlərin qışqırığından havaya hay-küy düşmüşdü. Küstəndil bir dəstə rəzillə ad-san [qazanmaq] üçün sa-
vaş meydanına qədəm qoydu. Onlar fədakarlıq göstərdilər və inadkarlıq kəmərini bellərinə bağlayıb doğru
dinin nurunu söndürməyə səy göstərdilər
413
. Döyüş meydanının səthi igidlərin və atların əzalarından gö-
rünməz oldu. Nilufər rəngli xəncərin üzü gürcülərin çöhrəsində zəfəran rənginə boyandı. Daş kimi ağır gürz
dəbilqəni və başı birlikdə əzdi.
Nəzm
“Zəfər axtaranlar atəşin üstündəki civə kimi titrəməyə başladılar,
Cahan yanar oldu gizlin, dəmir ürəklərdəki atəş kimi.
Dil damaqda susuz qalmış, atəş üstündəki nal kimi,
Dəbilqənin altındakı igidlər həvəngdəki sürmə kimi idilər.
Zirehin dar halqasından qan fışqırmağa başladı,
Elə bil ki, atəş suyu süzülür ələk kimi.
Qan içənlərin nizələri sinələri fəqir-füqəranın sinəsi kimi deşir,
Döyüşçülərin qılıncının ucu yuxu və badə kimi igidləri yıxırdı.
Oynadı igidlərin gözü zər kimi öz kasasından,
Nərd büsatı oldu meydan və nərd daşı oldu igidlərin bədəni”.
Şirvanlılar və gürcülər Qara Yusif Türkmanın bayrağının aslanının qorxusundan tülkü kimi arxaları-
nı çevirib qaçmağa başladılar və hökmdarın Hümaya
414
bənzər çətirinin əzəmətindən dələ kimi hər tərəfə da-
ğılışdılar. Onlar öz çeşidli mallarını və növbənöv nəfis əşyalarını yerə atıb qaçmışdılar. Belə ki, döyüş mey-
danı qızıl əşyalar, gümüş qablar və çadırlarla dolu idi.
Nəzm
“Əlvan paltarın əksindən hava İrəm bağı kimi,
Yer yaqut yığınından nar gülü kimi qırmızı.
Müşk vəzisinin və kafur qoxusunun çoxluğundan,
Olmuş səba yeli əttar
415
dükanı kimi”.
Qara Yusifin ordusu gürcüləri də mühasirəyə alıb, kəsici qılınc və can alan nizə zərbəsi ilə o pis
inanclıların əksərini həlak torpağı üzərinə salaraq Küstəndili əsir etdi. Sultan İbrahim xəndəyə yıxıldı və əli
sındı. Bu əsnada bir türkman ona yetişdi. Əlinin ağrısının şiddətindən özünü ona göstərdi. O şəxs onun boy-
nuna bir örtük salıb onu Qara Yusifin hüzuruna gətirdi. Onun adlı-sanlı oğullarından və ali mənşəli əmirlə-
rindən Qəzənfər, Əsədulla, Xəlilulla, Mənuçöhr, Əbdürrəhman, Nəsrulla, Haşım, Qazı Padar və Əmir Hu-
410
Kos – iri bir zərb aləti olub, əsasən hərbi yürüşlərdə istifadə olunardı
(A.Nəcəfzadə. Azərbaycan çalğı alətlərinin izahlı lüğəti,
s.107-108).
411
Başqa mənbələrə görə, bu döyüş h. 816-cı ldə deyil, h. 815-ci ilin ramazan ayının ortasında (19.12.1412) baş vermişdir
(F.Sü-
mer. Kara Koyunlular: Başlangıçtan Cihan-Şah’a kadar. Ankara, 1992, s.92).
412
Qazi (ğazi) – din yolunda müharibə edib qalib gələn döyüşçü.
413
Burada “Qurani-Kərim”in “Tövbə” surəsinin 32-ci ayəsinə və ya “Səf” surəsinin 8-ci ayəsinə işarə edilmişdir: “Onlar Allahın
nurunu öz ağızları ilə söndürmək istərlər”.
414
Hüma – Şərq mifologiyasında və divan ədəbiyyatında üstün xüsusiyyətləri ilə yer alan əfsanəvi quş (C.Kurnaz. Hüma // TDVİA,
cilt: 18, yıl: 1998, s.478).
415
Əttar – dərman maddələri, ədviyyat, ətriyyat və müxtəlif bitki yağları hazırlayan və satan adam. Burada “əttar dükanı” deyildik-
də ətriyyat dükanı nəzərdə tutulur.
80
şəng əsir edildilər. Şirvanlılar savaşda süstlük göstərdikləri üçün Qara Yusif onlara pis davranmadı. Gürcü
məhbuslarının isə hamısını qətlə yetirdi. Küstəndilin boynunu Pirbudaq öz əli ilə vurdu. Sultan İbrahimi isə
həbs edib Təbrizə apardı.
Bir gün Sultan İbrahim əlinin ağrısından şikayət etdi. Sultan Pirbudağın atabəyi olan və Sultan İbra-
himi nəzarət altına saxlayan Əmir Qara [bunu Qara Yusifə] ərz etdi. Qara Yusif onu çağırdı. Şirvan valisi
türkman hökmdarının yanına gəldikdə yaraşıqlı cavanlar və gözəl hüsn-camal sahibləri buyruğa əsasən əllə-
rində kasa ilə onu qarşıladılar. Sultan İbrahim qorxusuz-hürküsüz surətdə elə ürək oxşayan kəlmələr dilə gə-
tirdi ki, Qara Yusif ona valeh oldu. Bu əsnada Əxi Qəssab dedi:
- Sultan İbrahim divan naiblərinin hansı şərtlərini qəbul etmişsə, biz onu ödəməyə zamin oluruq.
Qara Yusif, Əxi Qəssabın sözünü qəbul etdi. Axırda [Qara Yusif, Sultan İbrahimin] nəcib əxlaqı və
səmimi peşmançılığınını nəzərə alıb onun xoşagəlməz hərəkətlərini bağışladı və ayağından bəndi açdırıb ona
öz yanında yer verdi. Sultan İbrahim min iki yüz İraq tüməni [ödəməyi] qəbul etdi və bunu dövlət xəzinəsinə
göndərəcəyini bildirdi. Həmin qışda o, Qara Yusifin hüzurunda qalıb, baharda Şirvana yola düşdü.
Şahrux padşahın Bədəxşana qoşun göndərməsi
Bu il Şahrux mirzə, İbrahim sultanı, Əmir Mizrabı, Əmir Firuzşah Tərxanı və Əmir Əli Türkmanı bir
dəstə bahadırla Bədəxşanı zəbt etməyə göndərdi. Yüksək şanlı əmirlər Bəğlandan keçib Kəşm
416
şəhərində
dayandılar.
O diyarın valisi Şah Bəhaəddin qohumları və yaxınları ilə sərt dağlara və qalın meşələrə sığındı.
Əmirlər ləl mədənindən (kani-ləl) keçib, Ceyhun çayının mənbəyi olan şəhərin yaxınlığında dayandılar.
Əmirlər o diyarın idarəçiliyini Şah Bəhaəddinin qardaşı Şah Mahmuda verib Herata qayıtdılar
417
.
Şahrux padşahın Xarəzmə qoşun göndərməsi
Bu il Şahrux padşah, Əmir Əleykə Kükəltaşı və İlyas Xocanı çoxlu qoşunlarla Xarəzmi zəbt etməyə
göndərdi. O diyarın hakimi olan Əmir Edigenin oğlu Mübarəkşah bu xəbəri eşitdikdə iztiraba düşüb, iş baca-
ran elçilərini əmirlərin yanına göndərərək peşkəş və savəri
418
verməyi qəbul etdi. O əsnada Seyid Əli Tərxa-
nın və İlyas Xocanın nökərləri bir tərəfə getmişdilər. Onlar Xarəzm əhalisinin bir dəstəsini səbəbsiz yerə qət-
lə yetirdilər. Ona görə də şəhərlilər yağı olub söz yaydılar ki, Çingiz-oğlan bizə köməyə gəlir. Bu üzdən
əmirlər qalanın ətrafından köçdülər. Xarəzmlilər onları təqib etdilər və çoxlu mallar ələ keçirdilər. Əmir Edi-
genin oğlu Mübarəkşah o malların əksərini onlardan aldı. Bu səbəbdən onlar ona qarşı da müxaliflik etməyə
başladılar. Şahrux padşah, Əmir Şahməliki o diyarı idarə etməyə göndərdi. Şəhərlilər döyüşmədən qalanı təs-
lim etdilər. Əmir Şahməlik orada yerləşdi.
İraq və Farsdakı vəziyyətin təsviri və Mirzə İsgəndərin Qumu tutması
Bu il Mirzə İsgəndər, Xoca Məhəmməd Quminin yanına iş bacaran adamlar göndərib xocanın müla-
zimlərindən olan son dərəcə qabiliyyətli, yaraşıqlı və məlahətli bir cavanı tələb etdi. Xoca heç vəchlə razı ol-
madı. Ona görə də Mirzə İsgəndər ulduzların sayından daha çox olan bir ordu ilə Qum ətrafına gəldi və onun
nahiyələrini ələ keçirdi. O, Giv qalasının Əli Dəməsər adlı kutvalını həbs edib Qum darvazası önünə apardı.
Qum döyüşçüləri mərdanə vuruşdular və Mirzə İsgəndər bir iş görə bilmədi. Elə bu zaman Savə
419
hakimi
Nəsrulla Səhrayi “hərgah Qum fəth edilsə, növbə Savəyə də çatacaq” düşüncəsi içərisində, Məhəmməd Qu-
mi ilə arasının yaxşı olmamasına baxmayaraq, öz əmisi oğlu Kor İmadı bir miqdar qoşunla cəld yardıma
göndərdi. O səbəbdən Xoca Məhəmmədin qüvvəti və şövkəti artmış oldu. Mirzə İsgəndər Qum ətrafından
qalxdı və İsfahana getmək istədi. Xocanın etibarlı adamı olan Müzəffər Fərahani, Mirzə İsgəndərin hüzuruna
416
Bəğlan – Əfqanıstanın şimalında, Qunduzdan cənubdadır. Kəşm (Kişm) – Əfqanıstanın şimal-şərqində, Bədəxşan vilayətində-
dir.
417
Bu abzas son Tehran nəşrində yoxdur.
418
Peşkəş və savəri – rəiyyətin tabe olduğu feodala və ya hökmdara, həmçinin vassalın öz ağasına itaət əlaməti olaraq hədiyyələr
təqdim etməsi öhdəliyini özündə ehtiva edən vergi növüdür.
419
Savə – İranda, Həmədanla Rey arasında yerləşən şəhər.