56
Sultan Əhməd Cəlairin əhvalı və onun İraqı ələ keçirməsi haqqında söhbət
Qara Yusif Türkmanın qaçışından sonra Sultan Əhməd Cəlairin Misirdə etibarı qalmadı. O, dərvişlər
kimi çiyninə xirqə atıb, əynində keçə geyərək tam kədərlə Şama
267
yollandı və Diyarbəkr yolu ilə Hilləyə
268
tələsdi. Sərgərdanlar və avaralar o pis xilqətlinin yanına toplaşdılar. Onun gəlişinin avazı İraqi-Ərəbdə yayıl-
dı. Şayiələr Bağdadı elə bürüdü ki, o şəhərin valisi olan Dövlət Xoca İnaq Bağdadı atıb Mirzə Ömərin yanına
tələsdi.
Sultan Əhməd gecə vaxtı Bağdada gəlib o şəhəri mühafizə altına aldı. Bir müddət sonra eşitdi ki, Şir-
van valisi Şeyx İbrahim çoxlu ordu ilə Təbrizi ələ keçirmişdir. O, türkman və kürd qəbilələrini toplayıb hə-
rəkət bayrağını Təbrizə doğru qaldırdı. Şeyx İbrahim xof və qorxu səbəbindən şəhəri tərk edib Şirvana yola
düşdü. Neçə gündən sonra Sultan Əhməd sayı ulduzlar qədər olan qoşunlarla Təbriz dövlətxanasına
269
çatdı.
Qazı İmadəddin onun hüzuruna gəldi. Sultan dedi:
- Nə üçün Əlincəq qalasını Mirzə Ömərin sözü ilə viran etdin?
Qazı cavabında buyurdu:
- Düşmənlər Azərbaycan diyarını istila etdiklərindən və ora (Əlincəq qalası) istehkamlı bir mövqe ol-
duğundan oranın onlar (düşmənlər) üçün sığınacağa çevrilməsini istəmədim. İndi ki sultan öz irsi məmləkəti-
nə yiyə durmuşdur, əgər fərman versə, iki gündə oranı təmir edərəm.
Bu söz sultanın xoşuna gəldi. O, qazını
270
qalanın təmirinə göndərdi. Özü isə ürək açan nəğmələr və
coşğun tərənnümlər dinləməklə, göyərçinlə oynamaqla və saqqalsızlarla (“əmrədan”) söhbət etməklə vaxtını
keçirdi. Bu səbəbdən Əli Oyrat və Əmir Əli Ərəb, Mirzə Əbu-Bəkrin yanına məktublar göndərib onu Təbrizə
gəlməyə təhrik etdilər və həvəsləndirdilər. Sultan Əhmədin əmri ilə Sultaniyyə qalasını mühasirə etməklə
məşğul olan Şeyx Hacı məktubları ələ keçirib sultana göndərdi. Sultan onları həbs edib Bağdada yolladı.
Mirzə Əbu-Bəkr bir neçə gündən sonra Təbrizə çatdı. Daha öncə qeyd edildiyi kimi, Qara Yusiflə döyüşdən
sonra çıxıb getdi.
Fars diyarında baş vermiş hadisələr haqqında söhbət
Bu il Mirzə İsgəndər Kirman valisi Əmir İdigünün [vəfatı] xəbərini eşitdikdə, çoxlu qoşun və saysız
məiyyət toplayıb hərəkət bayrağını aman məkanı (darülaman) Kirmana doğru qaldırdı. Kuhbənan
271
mövqe-
yini ələ keçirib öz diyarına tərəf qayıtdı. O əsnada Mirzə Pir Məhəmməd onu tutub Xorasana yolladı. Lakin
Təbəsin
272
Çahardəh [adlı yerində] qaçıb özünü İsfahana yetirdi. Mirzə Rüstəm onunla ittifaq halında Şiraza
yönəldi. Mirzə Pir Məhəmməd adamlarını göndərdi ki, Bəndi-Əmirdən
273
Maran qalasının ətəyinə qədər ça-
yın keçid yerlərini mühafizə etsinlər. O əsnada Mirzə İsgəndər cövşən geymiş ordu ilə Süleymanın anasının
şəhidgahında (Məşhədi-madəri-Süleyman)
274
Təmur Xocanın başçılığı altındakı düşmənləri ilə döyüşüb qalib
gəldi. Faruq keçidindən keçib Kənarə qəsəbəsində yerləşdi
275
. Mirzə Pir Məhəmməd şəhərə sığındı. Mirzə
Rüstəm qoşun və məiyyətlə Selm darvazasına
276
gəldi. Qırx gündən sonra aran yerlərini qarət edib İsfahana
yola düşdü.
Müxtəlif əhvalatlar
Bu il Mirzə Əbu-Bəkr, Şəhriyar
277
qalasını tutub o diyarın hakimi Əmir Bəyan Quçini qətlə yetirdi.
267
Şam – Suriya.
268
Hillə – İraqda, Kərbəladan cənub-şərqdə, Fərat çayının solsahil hissəsində, qədim Babil şəhərinin xarabalıqları yaxınlığında yer-
ləşən şəhər.
269
Dövlətxana – hökumət evi, dövlət sarayı və ya şahın məskunlaşdığı hər hansı bir iqamətgah.
270
Qazı – dini hüquq əsasında hökm çıxaran şəriət məhkəməsi hakimi.
271
Kuhbənan – İranın Kirman vilayətinin şimalındadır.
272
Təbəs – İranda, Məşhədlə Yəzd arasında, Dəşti-Lüt səhrasının şimalında yerləşən şəhər.
273
Bəndi-Əmir – Şirazın şimal-şərqində kənd.
274
Təxti-madəri-Süleyman, Qəsri-Əbunəsr adları ilə də məşhur olan bu yer Şiraz şəhərindən 6 km. şərqdə yerləşir.
275
Faruq və Kənarə – Şirazın şimal-şərqində yerləşən kəndlər.
276
Selm darvazası – Şiraz şəhərinin cənub-qərbində yerləşir və oranın şeyxlərdən Əbu-Zəkəriyya Selm ibn Abdulla Şirazinin adı
ilə bağlıdır. İndi bu darvaza Şah-Dai adı ilə tanınır (Ə.Nəvai, şərhlər, s.148).
277
Şəhriyar qalası – Tehran yaxınlığındadır.
57
Bu il Məlik İsmayılın oğlu Məlik Salehin və Kərt məlikləri
278
zamanında Qur
279
hökuməti əcdadına
və özünə məxsus olmuş Məhəmməd İspəhbəd Qurinin fitnəsini yatırmaq üçün bundan öncə o bölgəyə getmiş
Əmir Şeyx Loğman Barlasdan və Əmir Həsən Candardan bir qasid gəlib [bunları] ərz etdi:
- Əmirlər deyirlər ki, düşmənlərin sayı olduqca çoxdur. Ona görə də tədbiri və ehtiyatı əldən burax-
mayaraq onların üstünə getmədik. Hər nə əmr etsəniz, ona əməl edəcəyik.
O həzrət (Şahrux) Əmir Seydi Əhməd Tərxanı Əmir Fərman Şeyxlə birlikdə qoşunlarla onların kö-
məyinə yolladı. Əmirlər bir-birinə qoşulub yağının (düşmənin) üzərinə getdilər. Məhəmməd İspəhbəd qaçdı
və Məlik Saleh
280
əsir tutuldu. Qalib ordu qeyri-məhdud qənimətlərlə geri döndü. [Şahruxun] buyruğu ilə
onu (Məlik Salehi) yasaya (cəzaya) çatdırdılar (öldürdülər).
Ölümlər
Mirzə Pir Məhəmməd ibn Mirzə Cahangir ibn Sahibqiran Əmir Teymur Kürəkan – bu il, çaharşənbə
günü
281
, ramazan [ayının] 14-də (22.02.1407)
282
Pir Əli Taz qəfil bəla kimi Mirzə Pir Məhəmmədin üzərinə
hücum çəkib ona bir sıra yaxın adamları ilə birlikdə ölüm şərbəti içirdi. Səltənətinin müddəti üç il olmuşdur.
Məmləkəti Qəzneyn
283
və Kabil idi.
Mirzə Ömər ibn Mirzə Miranşah ibn Əmir Teymur Kürəkan, daha öncə qeyd edildiyi kimi, bu il öl-
dürüldü. Səltənətinin müddəti iki il olmuşdur.
810-CU İLİN (08.06.1407 – 26.05.1408) HADİSƏLƏRİ
Bu il dosta nəvaziş göstərən, düşməni məhv edən padşah (Şahrux) Mirzə Pir Məhəmmədin intiqamı-
nı almaq üçün Pir Əli Tazla savaşmağa getdi. Dukə
284
mənzilini şərəfli qədəmi ilə zinətləndirdiyi vaxt Pir Əli
Tazın qaçması haqqında xəbər əlahəzrətin qulağına çatdı. O, Əmir Seyid Əhmədi, Əmir Yadigarşahı, Əmir
Nuşirəvanı, Əmir Həsən Sufi Tərxanı, Əmir Çaharşənbəni və Əmir Cahan Məliki Bəhram kimi güclü baha-
dırla birlikdə həmin nankoru təqib etmək üçün göndərdi. Əmirlər onu məğlub edib yüklərini və mallarını ələ
keçirdilər.
Bəlx ətrafı zəfər nişanlı qoşunların çadırlarının qurulduğu yer olduqda əmirlər müzəffər və qalib şə-
kildə, qeyri-məhdud qənimətlərlə hökmdarın ordusuna qoşuldular. Həzrət Şahrux, Sahibqiranın hakimiyyəti-
nin əvvəllərindən o zamana qədər viran qalan Hindüvan qalasını yenidən təmir etdirdi və o diyarın idarəçili-
yini Mirzə Pir Məhəmmədin oğlu Mirzə Qayduya lütf etdi.
O əsnada xəbər çatdı ki, Pir Əli Taz Yekə-Üləngdə
285
oturmuşdur. O həzrət Əmir Mizrabı, Əmir Tə-
vəkkül Barlası və Şeyx Loğman Barlası müqayisəyəgəlməz bir ordu ilə onu dəf etməyə göndərdi. Özü isə nə-
fis vücudu ilə Herat tərəfə qayıtdı. Əmirlər Pir Əli Tazla döyüşüb qalib gəldilər. O, Hinduquş
286
keçidinə sı-
ğındı. Əmirlər Herat tərəfə döndülər.
Bu il Mirzə Pir Məhəmməd çoxlu ordu və sonsuz güruhla hərəkət bayrağını İsfahana doğru qaldırdı.
Həmin vaxt Gəndümanda
287
olan Mirzə Rüstəm çaşqınlıqdan “Şiraz karvançıları bizim üçün hədiyyələr gəti-
rirlər” deyərək [onları] qarşılamağa çıxdı. Filan mövqedə
288
iki tərəf səf çəkdi. Mirzə Rüstəm və Qazı Əhməd
Said mərkəzdə (“qəlb”də) qərar tutdular. Mirzə İsgəndər sol cinahda yerləşdi. O tərəfdən Mirzə Pir Məhəm-
məd, Əbu-Səid Barlasla, Şeyx Məhəmməd Cavanla və Sədiqlə birgə mərkəzdə (“qol”da) dayandı. Sağda
278
Kərt məlikləri – XIII-XIV əsrlərdə Heratda hökm sürmüş tacik mənşəli xanədan
(İ.H.Siddiqui. Kert // TDVİA, cilt: 25; yıl:
2002; s.297).
279
Qur (Quristan) – Əfqanıstanın mərkəzi hissəsində, Hərirud çayı boyunda tarixi vilayət.
280
“Mətləüs-səədeyn”ə görə, Məlik Müsəlləh ibn Məlik İsmayıl
(Ə.Nəvai, şərhlər, s.149).
281
Fars dilində həftənin günləri bu ardıcıllıqla düzülüb: yekşənbə (bazar), düşənbə (bazar ertəsi), seşənbə (çərşənbə axşamı), çahar-
şənbə (çərşənbə), pəncşənbə (cümə axşamı), cümə, şənbə.
282
Çaharşənbə (çərşənbə) günü 23 fevrala təsadüf edir.
283
Qəzneyn (Qəznə) – indiki Əfqanıstanda, Kabildən cənub-qərb tərəfdə, Kabil – Qəndəhar avtomobil yolu üzərində şəhər.
284
Bu yer Xoca Əhməd Dukə, Xoca Dukə kimi də qeyd olunur (Ə.Nəvai, şərhlər, s.150).
285
Üləng – köhnə türk dilində çəmən deməkdir.
286
Hinduquş – Əfqanıstan və Pakistanda sıra dağlar.
287
Gəndüman – İsfahan şəhərinin cənub-qərbində yaşayış məntəqəsi.
288
Bu yerin adı məlum deyil.