HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə33/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   29   30   31   32   33   34   35   36   ...   337

48

 

 



raba yönəlib, Məhəmməd Dəvatini, Şeyx Qəssabı, Xoca Şeyx Məhəmməd Dəməşqini

213


 və Xoca Zeynəddin 

Qəzvinini özü ilə apararaq Ərdəbilə yollandı. Lakin Məhəmməd Dəvati və Xoca Şeyx Məhəmməd Dəməşqi 

ondan  ayrılıb  Şeyx  İbrahimin  yanına  gəldilər  və  elə  həmin  gün  həbs  edildilər.  Bu  xəbər  Mirzə  Əbu-Bəkrə 

çatdıqda o, isfahanlılarla sülh bağlayıb Təbrizə hərəkət etdi. 



Xorasanda baş vermiş hadisələr və Əmir Süleymanşahın Şahrux padşaha qarşı müxaliflik etməsi 

haqqında söhbət 

 

Daha öncə qeyd edildiyi kimi, Mirzə Sultan Hüseyn ordudan fərar edib, Amudərya (Amuyə) çayını 

keçərək Mirzə Xəlil sultanın adamları sırasına daxil oldu. O cənabın buyruğuna əsasən, o, bir sıra əmirlərlə 

çay qırağına getdi ki, o zaman Kabildən Bəlxə

214

 gəlmiş Pir Məhəmməd Cahangir barəsində xəbərdar olsun. 



Lakin o, qəflətən səltənət arzusuna düşüb, Əmir Teymur Xocanı və Əmir Xoca Yusifi qətlə yetirərək digər 

əmirlərlə əhd-peyman bağladı və hərəkət yüyənini Səmərqəndə doğru çevirdi. Xəlil sultan bir dəstə bahadırla 

onu qarşıladı. Məhərrəm [ayının] 8-də (06.06.1405) Keş

215


 nahiyəsində  bir-biri  ilə  üz-üzə  gəldilər.  Səflərin 

tərtibindən, nizələrin və qılıncların işlədilməsindən öncə Əmir Allahdad, Arğunşah və digər yüksək məqamlı 

əmirlər ondan üz çevirib Mirzə Xəlil sultana qoşuldular. Mirzə Sultan Hüseyn qaçış yolunu tutub Əndixud 

və Şibirğanda

216

 Əmir Süleymanşahla birləşdi. Onlar arasında sədaqət və ittihad yarandı. Qəflətən Mirzə Pir 



Məhəmməd onların üzərinə gecə basqını etdi. Sözügedən şəxslər fərar edərək Herata gəldilər. Həzrət Şahrux 

padşah, Əmir Süleymana

217

 yüz min qəpik dinar (“dinari-kepeki”) bağışlayıb onu Xorasana yolladı. O zaman 



Mirzə Miranşah Kalpuşda idi. Mirzə Sultan Hüseyni isə cəzaya (yasaya) çatdırdı (öldürdü). 

 

Bu  xəbər  Əmir  Süleymanşaha  çatdıqda o,  müxaliflik  etməyə  başladı  və  xəbər  göndərdi  ki,  “əgər o 



həzrət Əmir Şahməliki Heratdan çıxarsa və Nuşirəvan Barlası qətlə yetirsə, onda tabe olaram”. Ona görə də 

Həzrət Şahrux adamları və ordusu ilə hərəkət bayrağını Tus tərəfə qaldırdı. Əmir Süleymanşah o ali məqamlı 

padşahın qorxusundan Kəlat

218


 qalasına sığındı. Hökmdarın məiyyəti yaxına çatdıqda Əmir Süleymanşah Sə-

mərqənd tərəfə qaçdı. Buna görə də o həzrət Herat tərəfə döndü və Mirzə Uluğ bəylə Əmir Şahməliki Əndi-

xudu zəbt etməyə göndərdi. 

Mirzə Pir Məhəmmədin Xəlil sultanla müharibə etməsi və bəzi əhvalatlar 

 

Mirzə Uluğ bəylə Əmir Şahməlik Əndixud hüdudunda olduqları zaman Mirzə Pir Məhəmməd, Əmir 



Şahməliki yanına çağırdı və o cənab Bəlxə getdi. Onlar birlikdə Səmərqənd tərəfə hərəkətə gəldilər. Mirzə 

Uluğ bəy də onlara qoşuldu. Nəsəf

219

 ətrafında iki qoşun qarşı-qarşıya gəldi. Xəlil sultan bir dəstə igidlə Mir-



zə Pir Məhəmmədin ordusunun mərkəzinə həmlə etdi və onları pərən-pərən saldı. 

Nəzm 


“Əgər sağlam bünövrəli dağ olsa belə, 

Qiyamət gəldiyi zaman yıxılar. 

Əgər əjdaha bir kəsin üstünə gəlsə

O adam qaçmağa yer axtarar”. 

 

Mirzə Uluğ bəy və Əmir Şahməlik qoşunun tərtibinin pozulduğunu gördükdə naçar şəkildə Herat tə-



rəfə fərar etdilər. Bu xəbər qurunun və dənizin padşahının (Şahruxun) qulağına çatdıqda Bəhram [kimi] qəhr-

edici ordu ilə Mavəraünnəhrə yönəldi. Yol əsnasında Mirzə Uluğ bəy və Əmir Şahməlik hökmdarın ordusu-

na  qoşuldular  və  döyüşün necə  baş  verdiyini açıqladılar.  Elə bu  zaman  Mirzə Xəlil  sultanın  elçiləri  gəlib, 

                                                 

213

 “Mətləüs-səədeyn”ə görə, Xoca Şeyx Məhəmməd Keçəçi (Nəvai, şərhlər, s.127). 



214

 Kabil  –  müasir  Əfqanıstanın  paytaxtı.  Bəlx  –  Amudərya  çayından  cənubda,  Əfqanıstanın  şimalında,  Məzari-Şərif  şəhərindən 

qərb tərəfdə yerləşən şəhərdir. 

215


 Keş – Özbəkistanın Qaşqadərya vilayətində şəhər. 

216


 Şibirğan – Əfqanıstanın şimalında, Əndixuddan (Əndxoy) cənub-şərqdə yerləşən şəhər. 

217


 Əmir Süleyman və ya Əmir Süleymanşah – Əmir Davud Duqlatın oğlu və Əmir Teymurun qızı Sultanbəxt bəyimin əridir (Nə-

vai, şərhlər, s.128). 

218


Kəlat – İranda,  Məşhəddən şimalda, Türkmənistan sərhədi yaxınlığında yerləşir. 

219


 Nəsəf – Keş (Səbz) şəhərinin cənub-qərbində yerləşən bu şəhər həm də Nəxşəb adı ilə tanınırdı. Sonralar bu şəhər Qərşi adını 

qəbul etmişdir (Nəvai, şərhlər, s.129). 




49

 

 



şahzadənin dilindən ərz etdilər ki, “Mirzə Pir Məhəmməd gözlənilmədən Amudərya çayını keçərək məmlə-

kətimizə hücum etdiyi üçün naçar qalıb onu dəf etməklə  məşğul olduq. İndi isə dostla bağladığımız  köhnə 

əhdə vəfa etməkdəyik”. Ali mənşəli hökmdar şəfqətli sözlər deyib Herat tərəfə qayıtdı. 

 

Bu zaman Əmir Şahməlik əmirlərdən inciyib Bəlxə yollandı. Əmir Seyid Xoca



220

 isə Əmir Əbdüssə-

məd, Tahir, Fazil

221


 və Ucqara Bahadırın oğulları

222


 ilə birlikdə müxaliflik etməyə başladı. Şam namazı vax-

tında Cam

223

 üzərinə getdilər. Həmin gecə ali bayraqlar onların ardınca hərəkətə gəldilər. Səhər çağı onlara 



çatdılar. Müxaliflər Həzrət Şahruxu görüncə atdan enib, üzlərini torpağa qoyaraq üzrxahlıq və yalvar-yaxar 

etmək üçün dilə gəldilər. O həzrət son dərəcə mürüvvətli olduğundan o tayfanın günahları üzərinə əfv fərma-

nı çəkərək, yüyəni dartıb geri döndü. Seyid Xoca öz tabeçiləri ilə birlikdə onu müşayiət edirdi. Ali mənşəli 

hökmdar Salar körpüsündə onlardan ayrılıb şəhərə daha əvvəl daxil oldu. Əmir Seyid Xocanın tərəfdarı olan 

bir sıra əmirlər dedilər ki, “cəfa toxumu səpib vəfa xırmanı gözləmək və nifaq fidanı əkib dostluq meyvəsi 

istəmək ağılsızların işidir”. 

Nəzm 

“Əbucəhl qarpızı (acıxiyar) əkəndə bilmirdinmi ki, 



Ondan şəkər qamışı biçməyəcəksən?! 

Alçaq adamdan alacağın padzəhər yardımı, 

Hər istifadədə canını alar”. 

 

Ona görə də Tusa qaçdılar. Həzrət Şahrux padşah onların ardınca irəlilədi. Seyid Xoca Astarabad



224

 

tərəfə hərəkət etdi. Həzrət Şahrux padşah Səməlqanda



225

 dayandı. Əmir Şahməlik Bəlxdən gəldi və hüsn-rəğ-

bətlə qarşılandı. Mirzə Ömər də dərgaha gəldi. O həzrət bir dəstə igidlə hərəkət bayrağını Astarabad tərəfə 

qaldırdı və o tərəfdən də Seyid Xoca çoxlu qoşunla göründü. Pirək padşah mərkəzdə (“qəlb”də), Şəmsəddin 

[ibn] Ucqara sağ cinahda (meymənə) və Əmir Seyid Xoca sol cinahda (meysərə) meydana çıxdı. Şahrux pad-

şah  onların  qarşısında  səf  çəkdi.  Sol  cinahdan  (cəvanğar)  Mirzə  Ömər  və  sağ  cinahdan  (bəranğar)  Mirzə 

Uluğ bəy müxaliflər üzərinə at çapdılar.  

Nəzm 


“Sürətlə düşmənlərin üzərinə çapdılar, 

Müxalifət binasını yıxdılar”. 

 

Onlar da qarşıdurma və vuruşma qədəmini önə qoydular. 



Nəzm 

“Kamanlardan [ox] atdılar və döyüşmək üçün 

İti qılınc vurdular bir-birinə. 

Baş yaran qılıncın zərbəsi ilə

Dəvənin ayağı kimi parçalandı döyüşçünün kəlləsi”. 

 

Əmir Əli Tərxan bir dəstə igidlə mərkəzdən (“qol”dan) çıxıb, ayağını önə qoyaraq şiddətli bir döyüş 



etdi. “Kömək ancaq Allahdandır”

226


 [ayəsinə] əsasən, fəth və zəfər yeli o həzrətin bayrağının pərçiminə əsdi. 

Pirək padşah yüz həsrət və ah ilə özünü Xarəzm

227

 tərəfə çatdırdı. Seyid Xoca məğlub və pərişan halda Farsa 



tələsdi. Mazandaran vilayətinin hamısı Şahrux sultanın hakimiyyəti altında qərar tutdu və Seyid İzzəddin Hə-

zarcəribi öz qardaşını onun hüzuruna göndərdi. O həzrət (Şahrux) Mövlana Cəlaləddin Lütfulla Sədri elçi ki-

mi Sariyə yolladı və Astarabadın idarəçiliyini Mirzə Ömərə həvalə edib Herat tərəfə qayıtdı. 

                                                 

220

 Şeyx Bahadırın oğlu Əmir Seyid Xoca – Şahruxun əmirülümərası idi və ona qarşı üsyan qaldırmışdı (Nəvai, şərhlər, s.131). 



221

 Bu üç nəfər Əmir Seyfəddinin oğulları idilər (Nəvai, şərhlər, s.130). 

222

 Ucqara Bahadırın oğulları: Şəmsəddin, Şirəli və Müslim (Nəvai, şərhlər, s.130). 



223

 Cam – İranda,  Xorasanda şəhər. İndiki adı Türbəti-Camdır. 

224

 Astarabad – İranın şimalında, Xəzər dənizindən 36 km. şərqdə yerləşən şəhər. 



225

 Səməlqan (və ya Səmənqan) – Cacərmin şərqində bir bölgə (Nəvai, şərhlər, s.131). 

226

 Qurani-Kərim, “Ali-İmran” surəsi, 126-cı ayə. 



227

 Xarəzm – Orta Asiyada, Amudərya çayının aşağı axarlarında tarixi vilayət.  Hal-hazırda  bir hissəsi Özbəkistana, bir hissəsi isə 

Türkmənistana daxildir. 



Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə