HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə35/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   31   32   33   34   35   36   37   38   ...   337

52

 

 



yetişdi.  Onlardan  beş  min  nəfəri  dəmirə  (zirehə)  qərq  olmuşdu.  Onun  yanında  çoxlu  tüfəng  və  top  vardı. 

Bundan öncə tüfəng yox idi.  

 

Tüfəngin peyda olmasının səbəbi odur ki, Firəng



246

 diyarındakı Fransa ölkəsində Frey Bedre adlı ra-

hib qoturluq xəstəliyinə tutulmuşdu. Hər nə qədər müalicə etsələr də, faydası olmurdu. O zaman onun yanına 

bir dərviş gəlib dedi: 

 

-  Əgər  bu  xəstəlikdən  nicat tapmaq  istəyirsənsə,  bir  qədər  şoran  torpaq  götür  və  onu  kükürdlə,  kö-



mürlə qarışdırıb, həvəngdəstə ilə döy! Daha sonra onu atəşə atıb, özünü onun buxarına tut! Bu xəstəliyin sa-

ğalmasının əlacı budur. 

 

Frey Bedre bunu  əmələ gətirdi və bır sıra keşişlərin hüzurunda onu atəşin üstünə tökdü. Ondan bir 



şölə sıçradı. Dedilər ki, bundan savaş silahı düzəltmək olar. Barıtı padşahın yanına apardılar. O, barıtı qamı-

şın içinə qoydu. Od vurduqları zaman qamış yarıldı. Qamışın  əvəzinə onu dəmirin içinə qoydular. Onu da 

yardı. Kükürdün miqdarını bir qədər azaltdıqda istədiklərinə nail oldular və ondan sonra tədricən top və bad-

lic


247

 də peyda oldu

248



 



Qara Osman az adamla onların qarşısında səf tərtib etdi. Qara Osmanın oğlu İbrahim bəy bahadırlıq-

da məşhur idi və onun şücaətinin sorağı ətrafa yayılmışdı. Sahibqiran Əmir Teymur Kürəkan ona böyük qay-

ğı göstərmişdi. Çəkümün yanında Bəyanoğlu adlı birisi vardı. O, əvvəllər Mardin sultanının nökəri olmuş, 

sonradan İbrahim bəyin mülazimi olmuş, daha sonra isə onun yanından qaçıb Sultan Çəkümə qoşulmuşdu. 

İbrahim bəyə hücum etmək istəyən Çəküm onun nişanələrini və dayandığı yeri Bəyanoğludan soruşdu. Qara 

Osman onu sol cinaha təyin etmişdi. Lakin daha sonra onun yaxşılığını istəyənlərin məsləhəti ilə belə qərara 

gəldi ki, düşmən qoşunu güclü və onların təchizatı bol olduğu üçün onu özünə yaxın etsin. Onun çağırılması-

na göstəriş verdi və İbrahim bəy xüsusi (xassə) nökərlərindən otuz nəfərlə dayandığı yerdən çıxıb uca rütbəli 

atasına tərəf üz qoydu. O, həmin məsafəni qət edərkən Bəyanoğlu onu Çəkümə nişan verdi. Çəküm özünün 

bahadırlar dəstəsini yanına alaraq, külək rəftarlı qara ayğırına minib İbrahim bəyin üzərinə çapdı. O da ya-

nındakı məhdud dəstə ilə müdafiəyə və qarşıdurmaya üz qoydu. Böyük bir döyüş baş verdi. Sultan Çəküm 

əfi ilan görkəmli nizəsi ilə İbrahim bəyi yəhərin üzərindən yerə saldı. 

Beyt 

“Əcəl iti nizənin ucunda, 



İlanın dişindəki zəhər kimi gizlənmişdi”. 

 

Və ruhunu şərəfli bədənindən ayırdı. Bu halı müşahidə edən Qara Osmanın ürəyinə od düşdü. O, İb-



rahim bəyin nökərləri ilə birlikdə onlara həmlə etdi. Qara Osman, Çəkümün hülqumuna bir ox vurdu. İbra-

him bəyin nökərləri də onun iki qaşının arasına bir ox vurub Çəkümü izzət atından zillət torpağı üzərinə sal-

dılar və bədənini baş yükündən azad etdilər. Başını nizənin ucuna taxdılar və onun atı qaçıb qoşununa sarı üz 

tutdu.  


 

Ondan sonra bu halı müşahidə edən Kürdüstan əmirləri və Mardin sultanı birdən qaçmağa üz qoydu-

lar.  Qara  Osman  bir  dəstə  türkmanla  onları  təqib  edib  Mardin  sultanını  və  Hacı  Fəyyazı  iki  ağızlı  qılıncın 

zərbəsi ilə yoxluq sərhədinə çatdırdı (öldürdü) və hərəkət bayrağını Mardinə doğru qaldırdı. O diyarın əhalisi 

Mardin sultanının kürəkənini

249


 səltənətə əyləşdirib inadkarlıq və təkəbbür mövqeyini tutdular. Ona görə də 

Qara Osman mühasirəni tərk edib Ruhaya (Urfaya)

250

 yola düşdü və oranın qalasını zor və güc yolu ilə tutub, 



Yağmur bəyə

251


 həvalə edərək Amid tərəfə qayıtdı. 

Mirzə Qara Yusif Türkmanın əhvalı və onun Azərbaycan diyarını ələ keçirməsi haqqında söhbət 

 

Qara Yusif Türkman və Sultan Əhməd Cəlair, Sahibqiran Əmir Teymur Kürəkanın qan içən qılıncı-



nın qorxusundan Misir və Şam valisi Sultan Fərəcə pənah apardıqları zaman o həzrət (Teymur) belə bir xə-

                                                 

246

 Firəng məmləkətləri adı altında Avropa ölkələri nəzərdə tutulur. 



247

 Badlic – artilleriya növü olub, böyük və qala dağıdan topdur. 

248

 Ə.Nəvai (Şərhlər, s.138-139) barıtın Avropada deyil, Çində ixtira edildiyini bildirərək, buradakı məlumatı doğru hesab etməmiş, 



həmçinin Qara Osmanla Sultan Çəkümün savaşında odlu silahdan istifadə edilməsinə şübhə ilə yanaşmışdır.   

249


 Adı Şihabəddin olan bu şəxs həm də Mardin sultanının qardaşı oğlu idi (Ə.Nəvai, şərhlər, s.140). 

250


 Ruha (Urfa) – Türkiyənin cənub-şərqində yerləşən indiki Şanlıurfa şəhəri. 

251


 Yağmur bəy – Qara Osmanın əmisi oğlu idi və Çəkümlə savaşda igidlik göstərmişdi (Ə.Nəvai, şərhlər, s.140). 


53

 

 



bər  göndərmişdi:  “Əgər  sultan  bizim  məhəbbətimizə  sadiqdirsə,  gərək  Qara  Yusifi  qətlə  yetirsin  və  Sultan 

Əhmədi  tutub  aləmin  pənahı  olan  dərgahımıza  göndərsin”.  O  fərmana  əsasən,  onların  hər  ikisi  Dəməşqin 

bürclərindən birində məhbus edildilər. Qara Yusifin vəfadar mülazimləri cümləsindən olan Pir Ömər səqqa-

lıqla


252

 məşğul olub onların dolanışığını təmin edirdi. 

 

Bu əsnada Dəməşq hakiminə məruzə etdilər ki, “Qara Yusifin arvadının yanında bahalı bir ləl



253

 var-


dır”. Bu səbəbdən onu yanına çağırdı. O, məhrəmlərindən birinə dedi ki, “əgər məni işgəncə ilə həlak edər-

lərsə, saçlarımın arasında gizlətdiyim bu ləli Qara Yusifə təslim edərsiniz”. 

“Qadın olan hər kəs namərd deyildir, 

Qadın o kişidir ki, dərdsiz olsun. 

Bir çox rəna gözəl var ki, erkək aslan kimidir

Onlar döyüşdə çox aslanın öhdəsindən gələrlər”. 

 

Qara Yusif bu hadisədən agah olduqda dedi: 



 

- Belə əhəmiyyətsiz bir şeydən ötrü özümüzü əziyyətə verməyimiz rəva deyildir. Gərəkdir ki, o ləli 

onlara təslim edəsiniz. Əgər mən salamat qalsam, onun əvəzini çıxa bilərəm. 

 

Qara Yusifin möhtərəm hərəmi onun buyruğuna əsasən, ləli onlara təslim etdi. O əsnada Qara Yusi-



fin bir oğlu anadan oldu. Sultan Əhməd onu oğulluğa qəbul etdi. Adını Pirbudaq qoydular və bir-biriləri ilə 

şərt kəsdilər ki, əgər bu bəladan nicat tapsalar, Azərbaycan Qara Yusifin, İraqi-Ərəb isə Sultan Əhmədin ol-

sun. Bir gecə Qara Yusif röya aləmində (yuxuda) gördü ki, onu Sahibqiranın məclisinə aparmışlar. O həzrət 

öz barmağından üzüyünü çıxarıb Qara Yusifin barmağına taxdı. Səhər bu əhvalatı Sultan Əhmədə danışdı. O 

da cavabında buyurdu ki, “sən onun bəzi vilayətlərinə sahib olacaqsan”. 

 

O əsnada Dəməşq məlikülümərası Şeyx Xasəgi



254

, Sultan Fərəcə qarşı müxaliflik etməyə başladı. O 

diyarda böyük bir çaxnaşma baş verdi. Ona görə də Sultan Fərəc onları həbsdən çıxarıb ehtiram göstərdi. Mi-

sirdə  və  Şamda  olan təqribən  min  nəfər  türkman  cavanı  Qara  Yusifə  xidmətkarlıq  və  mülazimlik  kəmərini 

bellərinə bağladılar. O, hər gün adamları ilə ata minib sultanın dərgahına gəlirdi. Bir gün Sultan Fərəc mey-

danda  çövkən  oynamaqla  məşğul  idi.  Qara  Yusif  də  Pir  Ömər,  Sultan  Xoca,  Bayəzid,  Dəli  Musa  və  Veys 

Qorçu  kimi  bir  sıra  mülazimləri  ilə  onun  yanında  çövkən  oynamağa  başladı.  Digər  türkmanlar  da  uzaqdan 

[onlara]  baxırdılar.  Onların  oyunu  Misir  əmirlərinin  xoşuna  gəlmədi  və  hökm  etdilər  ki,  türkmanlar  atdan 

enib meydanın daşını təmizləsinlər. Qara Yusif fikirləşdi ki, onları tutmaq istəyirlər. O, atını sultanın yanına 

sürüb ərz etdi: 

 

- Biz [burada] qərib adamlarıq. İndi isə padşahın icazəsi ilə öz diyarımıza gedirik. 



 

Və dərhal meydandan öz mənzilinə gəlib, arvad-uşağını götürərək hərəkət bayrağını Diyarbəkrə doğ-

ru qaldırdı. Misir əmirləri onu təqib etmək istəsələr də, sultan mane oldu. 

 

Qara Yusif Misir hüdudundan Fərat sahilinə kimi yolu onların üzünə bağlamış olan sərhəd mühafizə-



çiləri və qala qoruyucuları ilə yüz səksən yerdə döyüşüb qalib gəldi. Elə ki Mardinə çatdı, oranın sultanı izzət 

və ikram şərtlərini yerinə yetirib, bir dəqiqə belə xidmətkarlıqdan və fədakarlıqdan əl çəkmədi. Həmin qışda 

orada qışlaq etdi və baharın əvvəllərində, gecə ilə gündüzün bərabər olduğu vaxtda izdihamlı qoşunlar və ad-

lı-sanlı əmirlərlə, o cümlədən Bitlis

255

 hakimi Şəmsəddinlə birlikdə Qara Osman Bayanduru yox edib ortadan 



qaldırmağa yollandı. 

 

Bu möhnətli xəbər o məşhur əmirə çatdıqda Həsənkeyf



256

 hakimi ilə birlikdə onları qarşılamağa çıxdı 

və Mardinlə Həsənkeyf arasındakı Təqi (Tağı)

257


 mövqeyində böyük bir döyüş baş verdi. O əsnada Qara Os-

manın  oğlu  İbrahim  bəy  bir  dəstə igidlə  Qara  Yusifin  sağ  cinahını  məğlubiyyətə  uğratdı.  Axırda  xeyirxah 

                                                 

252


 Səqqa – hərfi mənası tuluqla su daşıyan, su satan adam, suçu və ya tuluqçu. Həmçinin ordunun su təchizatı və ordu üçün zəruri 

olan suyun daşınıb gətirilməsi ilə məşğul olan adamlar da “səqqa” adlanırdılar. 

253

 Ləl – yaqut növündən olan al qırmızı rəngli qiymətli daş. 



254

 Şeyx Xasəgi – h. 804 / m. 1401-ci ildə Şam (Dəməşq) hakimi təyin edilmiş, h. 815 / m. 1412-ci ildə əl-Məlik əl-Müəyyəd adı al-

tında Məmlük sultanı olmuş və h. 824 / m. 1421-ci ildə vəfat etmişdir (Ə.Nəvai, şərhlər, s.141). 

255


 Bitlis (Bidlis) – Türkiyədə, Van gölündən cənub-qərb tərəfdə yerləşən bir şəhərdir. 

256


 Həsənkeyf (Hısın-keyfa) – Türkiyədə, Diyarbəkrdən şərq tərəfdə yerləşən yaşayış məntəqəsi. 

257


 Hal-hazırda Türkiyənin Mardin vilayətinin Savur ilçəsinə bağlı bir kənddir. 


Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə