HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə31/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   27   28   29   30   31   32   33   34   ...   337

44

 

 



 

Əli paşa, Ayna bəy Subaşı və Həsən ağa

187

, Əmir Süleymanı səltənətə yüksəldib, Urumeliyə (Rume-



liyə)

188


 yönəldilər.  Sultan  Məhəmməd  Amasyaya

189


 gedib  o  diyarda  yerləşdi.  Sultan  İsa  hərəkət  bayrağını 

Qaresi


190

 elinə doğru qaldırdı. Musa Çələbi atasının yanında idi. Sahibqiran Əmir Teymur Kürəkanın buyru-

ğuna əsasən, o, atasının cəsədini Bursaya

191


 aparıb, onu əcdadlarının məqbərəsində dəfn edərək səltənət taxtı-

na oturdu. Ondan sonra Qaresi elinə yönəlib, Sultan İsanı ələ keçirərək o biri dünyaya göndərdi. 

 

O əsnada Əmir Süleyman böyük bir ordu ilə dəniz kənarına gəldi və öz qardaşı Qasım Çələbi ilə ba-



cısı Fatimə xatunu İstanbul hakiminin

192


 yanında girov qoydu. Ona görə də İstanbul hakimi onu dənizdən ke-

çirdi. Əmir Süleyman Ədirnə

193

 şəhərində səltənətə oturdu. 



 

Onun taxta çıxması xəbəri Sultan Məhəmmədə çatdıqda, məşvərətdən sonra əmirlərin və dövlət ərka-

nının  məsləhəti  əsasında  yaxşı  nitq  qabiliyyətinə  malik  elçilərini  bol  töhfələrlə  Ədirnəyə  göndərdi.  Onlar 

Əmir Süleymanın taxtının ətəyinə gəlib, məhəbbət, dostluq, sevgi və ittihad izharından ibarət olan bir mək-

tub təqdim etdilər. Əmir Süleyman da elçilərə çoxlu nəvaziş göstərib, Sultan Məhəmmədin övladlarına hör-

mət edərək onları elçilərlə birlikdə qardaşının yanına göndərdi. 



808-Cİ İLİN (29.06.1405 – 17.06.1406) HADİSƏLƏRİ HAQQINDA SÖHBƏT 

Şahrux sultanın əhvalının təsviri 

 

Bu il xəbərçilər Şahrux sultana  ərz etdilər ki, Mirzə Miranşah məiyyət və ordusu ilə Xorasana gəl-



məkdədir. O həzrət Əmir Süleyman Sufi Tərxanı, Əmir Cahan Məliki və Əmir Firuzşah Tərxanı beş min sü-

vari ilə adlı-sanlı şahzadəni qarşılamağa göndərdi ki, əgər müxaliflik iddiasında olsa, ona hücum etsinlər və 

əgər uzlaşmaq üçün gəlmişsə, xidmətkarlıq vəzifəsini yerinə yetirsinlər. 

 

Əmirlər məqsədə doğru hərəkətə keçdilər. Səbzəvarda Əmir Seyid Xoca da onlara qoşuldu. Birlikdə 



yola davam etdilər. Kalpuş yaylağında

194


 Əmir Seyid Xoca və Əmir Mizrab [Miranşahın] hüzuruna çıxmaq 

şərəfinə  nail  oldular  və  Şahrux  sultanın  ismarışını  çatdırdılar,  Mirzə  Miranşaha  pənah  aparmış  Sultan  Əli 

Səbzəvarinin [təslim edilməsini] istədilər. Onların istəyi yerinə yetirildi. Sultan Əli Səbzəvari və Pirək pad-

şah onların pərişan dostları olan bir sıra azğınla birlikdə Əmir Seyid Xocaya təslim edildilər və əmirlər Xora-

san tərəfə geri döndülər. 

 

Bu  il  Mirzə  Ömər,  Həsən  Təmurəci  Bəhram  [kimi]  intiqamçı  bahadırlardan  [ibarət]  bir  dəstə  ilə 



Əmir Bistamın üstünə göndərdi. Onlar Ərdəbillə Talış dağı arasında ona çatdılar. Böyük bir döyüş baş verdi. 

Həsən Təmurəc əsir düşdü. Mirzə Ömər, Əmir Bistamın qardaşı Mənsuru onu dəf etmək üçün göndərdi. La-

kin o, düşmənçilikdən əl çəkib Əmir Bistama qoşuldu. Onlar Şirvan valisi Əmir Şeyx İbrahimin yanına get-

dilər və birlikdə Beyləqana yönəldilər. Mirzə Ömər tərəfindən o diyarın valisi olan Bəhrşah idbar üzünü fərar 

vadisinə çevirdi. Onlar o şəhərə basqın edib istila bayrağını yüksəltdilər. 

Mirzə Ömərlə Mirzə Əbu-Bəkrin əhvalı və onların bir-biri ilə düşmənçilik etmələri haqqında söhbət 

 

Daha öncə qeyd edildi ki, Mirzə Ömər, Mirzə Əbu-Bəkri Sultaniyyə qalasında məhbus etmişdi. O əs-



nada Marağada

195


 Dəli Bababəyi

196


 adlı bir dərviş peyda olmuşdu. Ondan qeyri-adi əməllər baş verirdi. Mə-

sələn, palçıq onun ovcunda qəndə və nabata dönürdü. Mirzə Ömər də onu müşahidə etmişdi. Buna baxmaya-

raq, onun qətlinə fərman verdi. Baba bu kədər dünyasından köçən vaxt dedi: 

 

- Bizim alın yazımız buraya qədər imiş. Məndən sonra görəcəksiniz ki, nələr olacaqdır.  



                                                 

187


 Əli paşa vəziri-əzəm, Həsən ağa yeniçərilərin komandanı, Ayna bəy isə Qaresi subaşısı (hakimi) idi (Nəvai, şərhlər, s.118). 

188


 Rumeli – Osmanlının Avropadakı əraziləri. 

189


 Amasya – Türkiyədə, Yaşılirmaq çayının orta axarlarında yerləşən şəhər. 

190


 Qaresi (Karesi) – XIII əsrin sonları – XIV əsrin birinci yarısında Anadolunun şimal-qərbində, mərkəzi Balıkəsir olan bəylik. 

191


 Bursa – Anadolunun şimal-qərbində, Türkiyənin Mərmərə regionunda şəhər. 

192


 İstanbul hakimi adı altında Bizans imperatoru II Manuil nəzərdə tutulmuşdur (Nəvai, şərhlər, s.119). 

193


 Türkiyənin Avropa hissəsində şəhər. 1360-1453-cü illərdə Osmanlı dövlətinin paytaxtı olmuşdur (Nəvai, şərhlər, s.118). 

194


 Kalpuş – İranın Simnan vilayətinin Meyami şəhristanındadır. 

195


 Marağa – müasir İranın Şərqi Azərbaycan vilayətinin cənubunda şəhər. 

196


 Nuruosmaniyyə  nüsxəsi:  “Baba  Bəngi”;  Paris  nüsxəsi:  “Baba  Nik”.  Ə.Nəvai  (Şərhlər,  s.121)  bu  adı  “Mətləüs-səədeyn”  və 

“Mücməli-Fəsihi” əsərlərinə əsasən təshih etmişdir. 




45

 

 



 

Məhərrəm [ayının] 17-də (15.07.1405), Babanın qətlindən üç gün sonra xəbər gəldi ki, Mirzə Əbu-

Bəkr həbsdən xilas olub. Bu əhvalatın təfsilatı belədir ki, Mirzə Ömər, Mirzə Əbu-Bəkri qətlə yetirmək istə-

yirdi. Amma anasını düşünərək istəmirdi ki, bu iş açıq şəkildə baş versin və əmr etdi ki, ona içmək üçün zə-

hərli şərbət versinlər. Pis dadlı şərbəti adlı-sanlı şahzadənin yanına gətirdilər. Amma o, içməkdən imtina etdi. 

Bu işi törətməli olan Adil Xəzinəçi və İsa Qorçu, Mirzə Əbu-Bəkrin imtinasını məruzə etdilər. Fərman veril-

di ki, gecə vaxtı onu həlak etsinlər. Bir şəxs bu hadisənin mahiyyətini Mirzə Əbu-Bəkrə söylədi və bundan 

öncə Adil Xəzinəçinin mülazimlərindən biri ot-ələfin içində qılınc gizlədib Mirzə Əbu-Bəkrin yanına apardı. 

Həmin gün Adil və İsa, Mirzə Əbu-Bəkrin məclisində şərab içdilər ki, gecə olan kimi o yaramaz əməli icra 

etsinlər.  Günün  axırında  nərd  oynamaqla  məşğul  oldular.  Mirzə  Əbu-Bəkr  fürsəti  qənimət  bilib,  burnunun 

qanamasını bəhanə edərək evə daxil oldu və qılıncı ot-ələfin içindən çıxarıb, İsanı qətlə yetirərək Adilin sara-

yına yönəldi. Onu da öldürüb qalanı ələ keçirdi. Hər tərəfdən çoxlu adam onun yanına gəldi. Əmir Hüseyn 

Barlas, Mirzə Əbu-Bəkrin Gözəldərədə olan ordusunu onun yanına gətirdi. Mirzə Əbu-Bəkr hərəkət bayrağı-

nı Xorasana doğru yüksəltdi. 

 

Mirzə Ömər bu möhnətli xəbəri eşitdikdən sonra iki gün içində Beşbarmaqdan



197

 Sultaniyyəyə gəldi. 

O, Əmir Əbdürrəzzağı çoxlu qoşunla adlı-sanlı şahzadəni təqib etməyə göndərdi. Qəzvin ətrafında hər iki tə-

rəfin igidləri bir-biri ilə ağır bir döyüş etdilər. Qalibi məğlubdan ayırmaq mümkün olmadı. Mirzə Əbu-Bəkr 

Reyə yollandı. Əmir Əbdürrəzzaq geri döndü. 

 

Mirzə Ömər Sücas



198

 yolundan Ucana getdi. Oradan Əmir Bistam Cagirlünü ələ keçirmək üçün Səra-

ba

199


 yönəldi. Əmir Bistam Qarabağ yolundan Şirvana getdi. Şirvan hakimi Şeyx İbrahim ona hörmət göstər-

di. O iki sərdar izdihamlı qoşunlarla Kür çayından keçib Bərdədə dayandılar. Mirzə Ömər, Şeyx İbrahimə is-

marış göndərib Əmir Bistamı ondan tələb etdi. Adı çəkilən şəxs (Şeyx İbrahim) belə cavab verdi:  

- İndi yaydır. O həzrət qışda Qarabağa təşrif gətirəcəyi zaman Əmir Bistamı onun dərgahına göndə-

rərəm.  

Bu xəbəri eşitdikdə Mirzə Ömərin qəzəb atəşi alovlandı. O, Araz çayını keçib Babı Arğalıda

200

 da-


yandı. Əmir Şeyx İbrahim, Şəki hakimi Seydi Əhməd, Qaraman oğulları və Əmir Bistam, Bəhram [kimi] in-

tiqamçı igidlərlə Bərdədən Kür kənarına getdilər. [Orada] xəndək qazıb döyüşə və vuruşa hazırlaşdılar. Mir-

zə Ömər onların qarşısında yerləşdi. Yeddi gündən sonra xəbər çatdı ki, Mirzə Əbu-Bəkr və Mirzə Miranşah 

məiyyət və ordu ilə Xorasan hüdudundan qayıdıb Sultaniyyəyə doğru irəliləməkdədirlər. Digər tərədən, Mir-

zə Əbu-Bəkr, Araz Buğanın qızını istəmiş, Simnana

201


 basqın etdikdən sonra Sultaniyyəyə gəlmiş və qala ha-

kimi istehkamı təslim etmişdi. Mirzə Ömərin mülazimləri ondan üz döndərib Mirzə Əbu-Bəkrə qoşulmuşdu-

lar. 

 

Mirzə Ömər bu xəbəri eşitdikdən sonra Şeyx İbrahim və Əmir Bistamla sülh edib Təbrizə yönəldi. O 



şəhərin rəiyyətindən iki yüz İraq tüməni

202


 alıb Sultaniyyəyə yollandı.  

 

O zaman Ömər Taban, Sultan Səncər və Əmir Əbdürrəzzaq oğlu Əmir Səid öz vəlinemətlərinin haq-



qını heçə sayaraq Mirzə Əbu-Bəkrə qoşuldular. Ömər Taban hüzura qəbul edilsə də, qalanları Mirzə Əbu-

Bəkrin fərmanı ilə axirət aləminə göndərildilər. 

 

Mirzə Əbu-Bəkr qızıl bir taxt hazırlatdırıb Mirzə Miranşahı oraya oturtdu. Mirzə Ömər Gavərud



203

 

tərəfdən  Marağaya  tələsib,  Əmir  Calıq  Türkmanla,  Salıq  Barlasla  və  sulduz



204

 camaatı  ilə  birlikdə  Təbrizə 

                                                 

197


 Beşbarmaq  –  Həmədandan  şimal-qərbdə  yerləşən  dağlıq  bir  ərazidir.  İndi  Pəncə-Əli  adı  ilə  şöhrət  tapmışdır  (Nəvai,  şərhlər, 

s.122). 

198


 Sücas – Zəncan vilayətinin Qidar bölgəsinin bir nahiyəsidir (Öztürk, şərhlər, s.130).   

199


 Sərab – Cənubi Azərbaycanda, Təbrizdən 124 km. şərqdə, Təbriz – Ərdəbil avtomobil yolu kənarında şəhər. 

200


 Babı Arğalı – Füzuli rayonu ərazisində, Şeyx Babı Yaqub türbəsinin yerləşdiyi Babı kəndi və eyni rayonun ərazisindəki Əhmə-

dalılar kəndi yaxınlğında yerləşən Arğalı türbəsi nəzərdə tutulur.  

201

 Simnan – İranın şimalında, Tehrandan şərq tərəfdə, Elburz dağ silsiləsi ilə Dəşti-Kəvir səhrası arasında yerləşən şəhər. 



202

 Tümən – monqolca “on min” deməkdir. 10 minlik pul vahidi, 10 min nəfərlik qoşun birləşməsi, bəzi hallarda isə inzibati vahid 

bildirən termin kimi istifadə olunmuşdur. Səfəvilər dövründə pul vahidi kimi 1 tümən 10 min dinara bərabər idi.   

203


 Gavərud (Gavrud) – İranın Kürdüstan əyalətindədir. 

204


 Sulduz – mənşə etibarilə Orta Asiyanın köçəri monqol-türk qəbilələrindən olan sulduzlar Çingiz xanın apardığı müharibələrdə 

yaxından  iştirak  etmişlər.  Hülakular  dövlətinin  yaranmasından  sonra  sulduz  qəbiləsi  Urmiya  gölünün  sahillərində  məskən  salır 



(V.Z.Piriyev. Azərbaycan XIII-XIV əsrlərdə, s.265).   


Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə