HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə28/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   24   25   26   27   28   29   30   31   ...   337

39

 

 



Əmir Seyid Xocanı isə Tus

139


 qalasını sahmana salmaq üçün o tərəfə yolladı. Özü də şəxsən Bəhram

140


 kimi 

qəhredici ordusunun qalan hissəsi ilə Mavəraünnəhrə doğru hərəkətə gəldi. 

 

Ləngəri-Şeyxzadə Bayəzid [adlı yer] müzəffər məiyyətin gəlişinin təntənəsindən İrəm gülüstanına



141

 

həsəd bəxş etdikdə, Mirzə Sultan Hüseyn hüzura gəlib ali mənşəli padşahın nəzəri qarşısına çıxdı. O əsnada 



xəbər yığmaq üçün Səmərqəndə getmiş Xızır Xoca və Şeyx Həsən Quçin geri dönüb Xəlil sultanın səltənət 

taxtına oturduğunu ərz etdilər. O həzrət, Əmir Həmzə Qutuqunu elçi kimi Xəlil sultanın yanına göndərdi. 

 

Ceyhun


142

 sahili  [dünyanın  insanla]  məskunlaşmış  dörddə  bir  hissəsinin  padşahının  dayanacaq  yeri 

olduqda Əmir Şahməlik Buxaradan gəlib şahzadələrin – Mirzə Uluğ bəyin və Mirzə İbrahim sultanın – sala-

mat olduqlarını ərz etdi. O arada Xəlil sultanın elçisi gəlib o həzrətin dilindən itaətkarlıqdan ibarət məhəbbət 

dolu kəlmələrlə məruzə etdi. Buna görə də Şahrux padşah məiyyət və ordusu ilə geri döndü və övladlarını 

gətirmək üçün Əmir Şahməliki Buxaraya yolladı. 

 

Əndixud


143

 ətrafı müzəffər əsgərlərin dayanacaq yeri olduqda Mirzə Sultan Hüseyn səbəbsiz surətdə 

fərar etdi. Elə həmin vaxt Buxara əmirləri eşitdilər ki, Xəlil sultan çoxsaylı qoşunlarla Səmərqənddən çıxıb 

Ceyhun sahilində hökmdarlıq bargahının (çadırının) qübbəsini mavi göylərə qaldırmışdır. Bu müxaliflik uc-

batından oranın (Buxaranın) hakimi Əmir Rüstəm Toğay Buğa Buxaranı tərk edib, Mirzə Uluğ bəylə Mirzə 

İbrahim sultanın üzəngisinin həndəvərində bol kədərlə Ceyhunu keçərək hökmdar ordusuna qoşuldu. Əmir 

Şeyx Nurəddin də qantökən qoşunu ilə orduya qatıldı və Əmir Əbdüssəməd Badğis qoşununu gətirib qələbə 

şüarlı orduya birləşdi. 

 

O həzrət Dukədə cah-calalla dayandı. Dünya fatehi olan padşahın buyruğu ilə Əmir Şeyx Nurəddin 



həmin mənzildən Sultan Xəlilin yanına gedib, iki tərəfin ittifaqına nail olmaq üçün böyük səy göstərdi. Belə 

qərara alındı ki, Xəlil sultan Sahibqiranın xəzinələrinin bir qismini Pir Məhəmməd Cahangirin

144

 yanına gön-



dərsin və Mavəraünnəhr səltənəti ilə kifayətlənsin. Belə olduqda Şahrux sultan sülhə razı oldu. 

 

O  zaman  Sahibqiran  sultanın  (Əmir  Teymurun)  Şam



145

 yürüşündən  qayıdarkən  Rey

146

 hüdudunda 



qoyduğu  Əmir  Süleymanşah,  Mirzə  Miranşahın  ordusunun  zərərindən  qorxub  hüzura  gəldi.  Eyni  zamanda 

Sari


147

 hakimi  Əmir  Pir  Məhəmməd  Şəngüm  ulu  orduya  qoşulsa  da,  Əmir  Süleymanşahın  və  Əmir  Cahan 

Məlikin  səyləri  ilə  öldürüldü.  Həzrət  Şahrux  Herata  yollandı.  Zilqədə  [ayının]  26-da  (27.05.1405)  misilsiz 

Herat şəhəri o fatehlik zirvəsinin günəşinin görünməsinin parlaqlığından asiman bürclərinə həsəd bəxş etdi. 



Seyid Xocanın Pirək padşahla və Sultan Əli Səbzəvari ilə müharibə etməsi haqqında söhbət 

 

 Əmir Seyid Xocanın Tusda olduğu zaman xəbər gəldi ki, Xoca Məsud Səbzəvarinin oğlu Xoca Sul-



tan  Əli

148


 ayağını  itaətkarlıq  dairəsindən  kənara  çıxarmışdır.  Ona  görə  də  Əmir  Seyid  Xoca  altı  yüz  nəfər 

yaxşı silahlanmış süvarini təcili olaraq Səbzəvar

149

 tərəfə göndərdi. Sultan Əli də dilavərlik meydanının atlı-



larından iki yüz nəfəri onları dəf etməyə təyin etdi. Bəhrabad

150


 nahiyəsində böyük bir döyüş baş verdi. Dö-

                                                 

139

 Tus – İranın Xorasan tərəfində, Məşhəddən şimal-qərbdə yerləşən tarixi şəhər (Seddon, şərhlər, s.258). 



140

 Bəhram – qan kimi qırmızı göründüyü üçün klassik Şərq ədəbiyyatında müharibə rəmzi sayılan Mərrix ulduzu (Mars planeti) 

həm də Bəhram adını daşıyırdı. Burada və əsərin bəzi başqa yerlərində “intiqamçı Bəhram”, “qaniçən Bəhram” qeyd olunduğu za-

man müharibə rəmzi olan Mərrix nəzərdə tutulur.   

141

 Gülüstani-İrəm (İrəm bağı) – Şərq əsatirlərinə görə, qədim zamanlarda Hud peyğəmbərə qarşı düşmənçilik edən və Ad qövmün-



dən olan Yəmən hökmdarı Şəddad cənnətə bənzətmək üçün misilsiz dərəcədə gözəl bir bağ saldırmış və bu bağa “Gülüstani-İrəm” 

adını vermişdi. Lakin bu, ona uğursuzluq gətirmiş və o, Allahın qəzəbinə gələrək həmin bağla birlikdə məhv olmuşdur. Gülüstani-

İrəm “behiştə və cənnət bağına bənzər” mənasında işlədilir. 

142


 Ceyhun – Amudərya çayının adlarından biridir. 

143


 Əndixud qalası – indiki Əfqanıstanın şimalında, Bəlxdən qərbdə və müasir Əfqanıstan – Türkmənistan sərhədinin yaxınlığında 

yerləşən Əndxoy şəhəri zonasında idi.  

144

 Əmir Teymurun oğlu Cahangirin oğlu Pir Məhəmməd nəzərdə tutulmuşdur (Nəvai, şərhlər, s.107). 



145

 Şam – Suriya. 

146

 Rey – Tehran yaxınlığında şəhər. 



147

 Sari – İranın Mazandaran vilayətinin inzibati mərkəzidir. 

148

 Xoca Sultan Əli Səbzəvari – Sərbədarlar xanədanının mənsublarından idi (Nəvai, şərhlər, s.108). Şiə məzhəbli Sərbədarlar Xo-



rasanda baş qaldıran xalq üsyanı nəticəsində hakimiyyətə gəlmiş və 1337-1381-ci illərdə mərkəzi Səbzəvar olmaqla Sərbədarlar döv-

ləti mövcud olmuşdur (И.П.Петрушевский. Ислам в Иране в VII-XV вв. Ленинград, 1966, с.355).    

149

 Səbzəvar – İranda şəhər. Xorasanda, Nişapur şəhərindən 106 km. qərbdə yerləşir. Beyhəq nahiyəsinin inzibati mərkəzidir. 



150

 Bəhrabad – İranın şimal-şərqində, Xorasanda, Çinaran şəhristanında kənd. 




Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə