HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə26/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   22   23   24   25   26   27   28   29   ...   337

32

 

 



yə nail olmuşdur. Məsələn, Həsən bəy Rumlunun Səfəvi şeyxlərindən Şeyx Cüneydin və Şeyx Heydərin fəa-

liyyətinə dair verdiyi bəzi təfərrüatları bir sıra digər mənbələrdən, o cümlədən XV əsr qaynaqlarından ala bil-

mirik. Şirvanda Şeyx Cüneydin ölümü ilə başa çatmış döyüşün dəqiq tarixinin “Əhsənüt-təvarix”də göstəril-

məsi buna bir örnəkdir

101



 “Əhsənüt-təvarix”də bəzi hadisələrə və şəxsiyyətlərə dair ziddiyyətli münasibətlərlə qarşılaşırıq. Bu, 



əsas etibarilə müəllifin yararlandığı mənbələrin müxtəlifliyindən və əsərin yazılması prosesində siyasi kon-

yukturanın dəyişməsindən irəli gəlir. Həsən bəy Rumlunun XV əsr hadisələrini şərh edərkən bəzi hallarda is-

tifadə etdiyi mənbələrin təsiri altına düşdüyü nəzərə çarpır. Belə ki, salnaməçi Osmanlı qaynaqlarından iqti-

bas etdiyi hissələrin təsiri ilə Ağqoyunlu Həsən padşaha və onun tərəfdarlarına dair tənqidi fikirlər səsləndir-

sə də, Ağqoyunlu saray tarixçisi Əbu-Bəkr Tehraninin “Kitabi-Diyarbəkriyyə” əsərindən götürdüyü parçala-

rın təsiri altında Həsən padşahı və onun tərəfdarlarını öymüşdür. Müəllifin həmçinin Qaraqoyunlu Cahanşah-

la bağlı bu cür ziddiyyətli fikirlərinə rast gəlirik. O, bəzi yerlərdə Cahanşaha hörmətlə yanaşsa da, “Kitabi-

Diyarbəkriyyə”dən əxz etdiyi parçalarda bu hökmdara qarşı mənfi fikirlər ifadə etmişdir

102

. Əsərin bir yerin-



də Teymuri hökmdarı Şahruxun hakimiyyətinin əbədi olması üçün dua edilir

103


. Halbuki Şahrux “Əhsənüt-

təvarix” yazıldığı tarixdən çox əvvəllər vəfat etmişdi. Belə görünür ki, müəllif bu parçanı Teymuri mənbələ-

rindən eyniylə köçürmüşdür.  

XVI əsr tarixindən, öz dövrünün hadisələrindən bəhs edərkən Həsən bəy Rumlu siyasi vəziyyətdən 

asılı olaraq mövqeyini yenidən nəzərdən keçirməli olur. Məsələn, əvvəllər öz həmtayfası Hüseynqulu Xüləfa 

Rumlu ilə dostluq edən Həsən bəy Rumlu h. 957 / m. 1550-ci ildə onun kürdlərə qarşı döyüşdə göstərdiyi cə-

sarətdən söz açdığı və onu yaxşı tərəfdən təqdim etdiyi halda

104


, II Şah İsmayılın (1576-1577) hakimiyyəti 

dövründə Hüseynqulu Xüləfa, padşahın qəzəbinə düçar olub vəzifədən çıxarıldıqdan sonra müəllifin ona qar-

şı münasibəti dəyişir və o, keçmiş döyüş yoldaşını öz əsərində ağır sözlərlə təhqir edir

105


.  

I Şah Təhmasibin hakimiyyətinin son illərində gələcək hökmdarı müəyyənləşdirmək uğrunda şahza-

dələrin tərəfdarlarının rəqabəti zamanı İsmayıl mirzənin tərəfini saxlayan, hətta “Əhsənüt-təvarix”in son cil-

dinin müqəddiməsində bu əsəri İsmayıl mirzəyə həsr etdiyini yazan Həsən bəy Rumlu, İsmayıl mirzə II Şah 

İsmayıl  adı  ilə  hakimiyyətə  gəldikdən  sonra  öz  əsərində  yeni  padşahın  tərifini  göylərə  ucaldır

106


.  Lakin 

hökmranlığı qısa çəkən bu padşahın ölümündən sonra müəllifin ona münasibətdə mövqeyi dəyişir və o, II 

Şah İsmayılı məzəmmət edir

107


. Bütün bunlar, heç şübhəsiz ki, dövrün amansız gerçəkləri içində özünü qoru-

mağa  və  mövqe  əldə  etməyə  çalışan  müəllifin  siyasi  manevr  cəhdlərinin  göstəricisidirlər.  Lakin  məsələyə 

fərqli  prizmadan  baxdıqda,  salnaməçinin  siyasi  hadisələrin  seyirçisi  deyil,  birbaşa  iştirakçısı  olması  onun 

əsərinin dəyərini daha da artırır.   

Bəllidir ki, tarixçilik nəzəriyyəsi ilə məşğul olan mütəxəssislər tarixi əsərləri yazılış tərzinə görə üç 

əsas qrupa ayırırlar: 1) hekayəçi (rəvayətçi) tarix; 2) öyrədici (praqmatik) tarix; 3) araşdırıcı tarix

108

. Təəssüf 



ki, respublikamızda klassik tarixçilik irsimizin elmi meyarlar  əsasında nəzəri baxımdan təsnifatlandırılması 

və dəyərləndirilməsi istiqamətində yetərincə iş görüldüyünü iddia edə bilmərik. Azərbaycan tarixşünaslığın-

da hekayəçi tarix üsulu Moisey Kalankatlının “Alban tarixi” əsəri ilə başlamışdır. Praqmatik tarixçiliyimizin 

ilk bariz nümunəsinin İsgəndər bəy Münşinin “Tarixi-aləmarayi-Abbasi” əsəri olduğu qənaətindəyik. Araşdı-

rıcı tarixçiliyimizin əsasını isə A.Bakıxanov özünün “Gülüstani-İrəm” əsəri ilə qoymuşdur. Həsən bəy Rum-

lunun yaradıcılığında müqayisə, təhlil, nəticə çıxarma və ümumiləşdirmə kimi qabaqcıl tarixçiliyə xas olan 

bəzi müstəsna elementlər nəzərə çarpsa da, istər qarşıya qoyulan məqsəd və vəzifələr, istərsə hadisələrin və 

proseslərin şərhi və təsvirində izlənilən metodlar, istərsə də bütövlükdə tarix anlayışı baxımından “Əhsənüt-

                                                 

101


 Həsən bəy Rumlu. Əhsənüt-təvarix. Tehran, 1389, II c., s.601-604. 

102


 Bu cəhət Ə.Nəvainin də diqqətini cəlb etmişdir. Bax: Həsən bəy Rumlu. Əhsənüt-təvarix. Tehran, 1389, III c., s.397 (səhifəaltı 

2-ci qeyd). 

103


 Həsən bəy Rumlu. Əhsənüt-təvarix. Tehran, 1389, I c., s.294. 

104


 Həsən bəy Rumlu. Əhsənüt-təvarix. Tehran, 1389, III c., s.1336-1337. 

105


 Həsən bəy Rumlu. Əhsənüt-təvarix. Tehran, 1389, III c., s.1521. 

106


 Həsən bəy Rumlu. Əhsənüt-təvarix. Tehran, 1389, III c., s.1518 və s. 

107


 Həsən bəy Rumlu. Əhsənüt-təvarix. Tehran, 1389, III c., s.1543-1544. 

108


 M.Kütükoğlu. Tarih araştırmalarında usûl. İstanbul, 1991, s.5-9. 


33

 

 



təvarix” hekayəçi tarixçiliyin üst qatlarına yüksəlməyə nail olsa da, praqmatik tarixçilik səviyyəsinə çata bil-

mir. Lakin bu amil, əsərin tarixi mənbə kimi əhəmiyyətini bir o qədər də azaltmır.   

Həsən bəy Rumlu öz əsərində Azərbaycan tarixinə xüsusi yer vermiş, bir çox hallarda Azərbaycanda 

baş vermiş hadisələri ayrıca bölümlər daxilində, daha geniş şəkildə təsvir etmişdir. Burada vətənimizin təkcə 

hərbi-siyasi tarixinə deyil, eyni zamanda idarəçilik sisteminə, ictimai-iqtisadi vəziyyətinə və mədəni həyatına 

dair zəngin məlumatlarla qarşılaşırıq. Bütövlükdə XV-XVI əsrlər tariximizi “Əhsənüt-təvarix” qədər dolğun 

və təfərrüatlı bir şəkildə əks etsdirən mənbə tapmaq çətindir. Həsən bəy Rumlunun “Əhsənüt-təvarix” əsəri 

Azərbaycanla yanaşı, bir sıra Şərq ölkələrinin – İranın, İraqın, Türkiyənin, Gürcüstanın, Əfqanıstanın, Hin-

distanın, Çinin, Monqolustanın, Orta Asiya, Şimali Qafqaz və ərəb ölkələrinin, hətta Balkan və Krım yarıma-

dalarının və s. məmləkətlərin müvafiq dövr tarixinə dair informasiyalara malik olan önəmli qaynaqlardan bi-

ridir.  

 

Namiq Seyfulla oğlu Musalı 



tarix üzrə fəlsəfə doktoru, dosent, 

Türkiyə Respublikası Kastamonu Universiteti 

Fən-Ədəbiyyat Fakültəsi Tarix Bölümü 

Sentyabr, 2016 

 



Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə