HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə29/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   25   26   27   28   29   30   31   32   ...   337

40

 

 



yüşdən  və  vuruşdan  sonra  cağatay  ordusu  qaçış  yolunu  tutdu.  Səbzəvarlılar  onları  təqib  edib  bir  çoxlarını 

qətlə yetirdilər. 

 

Bu möhnətli xəbər Seyid Xocaya çatdıqda iki min adlı-sanlı süvari ilə Səbzvar üzərinə sürətli yürüş 



edib,  Cacərm

151


 mövqeyində  səbzəvarlılarla  döyüşərək  onların  bir  qismini  qətlə  yetirdi  və  bir  dəstə  igidlə 

Məzinana


152

 yönəldi. O diyarın qalasını da fəth edəndən sonra Səbzəvarı bir mərkəz kimi dövrəyə aldı. 

 

O əsnada xəbər çatdı ki, Pirək padşah



153

 bir dəstə bahadırla Mazandarandan Cüveyn

154

 vilayətinə gəl-



mişdir. Əmir Seyid Xoca Səbzəvar ətrafından köç edib onları qarşılamağa tələsdi. Xoca Sultan Əli Səbzəvar-

dan  çıxıb  Pirək  padşaha  qoşuldu.  Hər  iki  tərəf  vuruşmağa  və  döyüşməyə  hazır  oldular.  Əmir  Seyid  Xoca 

mərkəzdə (“qəlb”) yer tutdu. Əmir Mizrab sol cinahda (“cəvanğar”) dayandı. Yüz Buğa və Şeyx Sultan bir 

dəstə igidlə sağ cinahda (“bəranğar”) durdular. O tərəfdən Pirək padşah bir dəstə yolunu azmış adamla mər-

kəzdə, Xoca Sultan Əli sağ cinahda (“meymənə”), mazandaranlılar isə sol cinahda (“meysərə”) dayandılar. 

İki tərəf bir-birinə həmlə etdi. Savaşın tozu yer üzündən mavi günbəzin (asimanın) zirvəsinə çatdı. 

Beyt 

“Yoxluq (fəna) tozu havanı o qədər qaraltdı ki, 



Onun üzərində bir cahan bina etmək olardı”. 

 

Xoca Əli, Əmir Seyid Xocanın sol cinahını məğlub edərək qələbə bayrağını yüksəltdi. Əmir Mizrab 



isə Pirək padşahın sol cinahını darmadağın edib mərkəzə həmlə etdi və başçıların başlarını, bahadırların bə-

dənlərini yerlə yeksan etdi. 

Nəzm 

“Başçıların başları torpağa düşdü, 



İgidlərin böyürləri yarıldı”. 

 

Pirək padşah pərişan və üzüqara halda Mazandaran tərəfə qaçdı. Onun namərdliyini görən Xoca Sul-



tan Əli də məcburiyyətdən qaçış yolunu tutdu. Əmir Seyid Xoca onları təqib edib o bədbəxtlərin çoxunu ge-

dər-gəlməzə göndərdi. Onların bədənlərindən və başlarından quşlara ziyafət süfrəsi quruldu. 

Nəzm 

“Budaqdan meyvə töküldüyü kimi yerə çoxlu baş düşdüyündən, 



Qarğanın və kərkəsin ruzisi bol oldu”. 

 

Əmir Seyid Xoca müzəffər və qalib şəkildə, qeyri-məhdud qənimətlərlə Tus tərəfə qayıtdı. 



Xorasan diyarında baş vermiş hadisələr və Mirzə Sultan Hüseynin Şahrux padşaha qarşı müxalifliyi 

haqqında söhbət 

 

Əmir Teymur Kürəkanın ölümündən sonra ordunun arxasında olan Mirzə Sultan Hüseyn



155

 müxalif-

liyə başlayıb, yanında olan ordunu pərakəndə edərək min süvari ilə sürətli yürüş etməklə Səmərqənd tərəfə 

tələsdi ki, özünü şəhərə salsın və səltənət bayrağını yüksəltsin. Orduda olan əmirlər bu hadisədən xəbər tutub 

Səmərqənd tərəfə tələsdilər və Mirzə Xəlil sultanın yanına qasidlər göndərib onu xəbərdar etdilər. Ona görə 

də Mirzə Xəlil sultan Xudadad Hüseyni ilə birlikdə hərəkət bayrağını Səmərqəndə doğru qaldırdı. 

 

Əmir Şahməlik və Əmir Şeyx Nurəddin, Mirzə Xəlil sultanın səltənət xəbərini eşitdikdə şahzadəyə 



xatırlatdılar ki, səadətli Sahibqiranın vəsiyyətinə əsasən, Səmərqənd hakimliyi Cahangir oğlu Mirzə Pir Mə-

həmmədə çatmalıdır. Amma faydası olmadı. Mirzə Uluğ bəy, Mirzə İbrahim sultan, Əmir Şahməlik və Əmir 

Şeyx Nurəddin möhtərəm xatunlarla birlikdə Səmərqəndə yönəldilər. Qorçuq mənzilindən Əmir Şahməliki 

                                                 

151

 Cacərm – Xorasanda, İranın şimal-şərqində, Səbzəvar şəhərindən şimal-qərbə doğru yerləşən şəhər. 



152

 Məzinan – Səbzəvardan qərb tərəfdə yerləşən bir kənd. 

153

 Pirək  padşah  –  moğol  əmirlərindəndir,  Çingiz  xanın  qardaşı  Cuci  Qasarın  nəslindəndir.  Onun  babası  Toğa  Teymur  Elxanilər 



dövlətinin əmirlərindən olmuş, Sultan Əbu-Səidin ölümündən sonra Azərbaycandan Xorasana gedərək orada hakimiyyəti ələ keçir-

miş, lakin Sərbədarlar tərəfindən öldürülmüşdür. Toğa Teymurun oğlu Loğman padşah Cürcan hakimi olmuşdur. 1388-ci ildə Loğ-

man padşah öldükdə onun oğlu Pirək padşah, Əmir Teymurun əmri ilə Cürcan hakimi təyin edilmişdir (Nəvai, şərhlər, s.109).  

154


 Cüveyn – Səbzəvardan şimalda yerləşən bir şəhristan. 

155


 Əmir Teymur Çinə yürüş üçün Otrar şəhərində 200 minlik ordu hazırladığı halda vəfat etmişdir. Onun ölümündən sonra şahza-

dələr və əmirlər Çin yürüşünün təxirə salınmamasını qərara alsalar da, həmin orduda olan Əmir Sultan Hüseyn öz qoşununu götürüb 

Səmərqəndə getdiyi üçün yürüşü dayandırmaq məcburiyyətində qalmışdılar. Əmir Sultan Hüseyn, Əmir Teymurun qız nəvəsi və Mə-

həmməd bəy Musa oğlunun övladıdır. Həmin zaman onun 25-dən artıq yaşı yox idi (Nəvai, şərhlər, s.110-111).   




41

 

 



şəhərə göndərdilər. Adı çəkilən əmir Səmərqənd darvazasına çatdıqda şəhərin zəbt olunduğunu gördü. Çünki 

Arğun şah, Mirzə Xəlil sultanın vədlərinə aldanmışdı. Əmir Şahməlik Çahar-rahə (Dörd yol) darvazasına tə-

ləsdi. Hərçənd Arğun şaha “müxaliflikdən əl çək!” deyə nəsihət etsə də, o, [bunu] qəbul etmədi.  

Şeir 


“Nadana öyüd verməyin heç bir mənası yoxdur, 

Çünki su üstündə nəsihət yazmaq olmaz. 

Kar xoş avazdan nəsib ala bilməz

Ölüyə təbibin əlacı fayda verməz”. 

 

Əmir Şahməlik qəm-qüssəyə yoldaş olub Ülyabad



156

 səhrasında  əzəmətli  orduya  qoşuldu  və  Arğun 

şahın müxalifliyini zati-alilərinə ərz etdi. Onlar da Əmir Şeyx Nurəddini göndərdilər ki, onun qədəmlərinin 

uğuru ilə şəhər fəth olunsun. [Lakin] Əmir Şeyx Nurəddin də bir iş görə bilməyib hökmdarın ordusuna qayıt-

dı. 

 

O əsnada Rüstəm Toğay Buğa, Mirzə Xəlil sultanın yanından gəlib dedi ki, əmirlər və ordunun qalan 



hissəsi  Mirzə  Xəlil  sultanın  padşahlığını  qəbul  etmişlər.  Ona  görə  də  xatunlar  Səmərqəndə  getdilər.  Əmir 

Şeyx Nurəddin və Əmir Şahməlik, Mirzə Uluğ bəy və Mirzə İbrahim sultanla birlikdə Buxaraya yönəldilər 

və o şəhəri zəbt etdilər. 

 

Mirzə Xəlil sultan həddən artıq ordu ilə hərəkət bayrağını Səmərqənd tərəfə yüksəltdi. Əmir Arğun 



şah əyan-əşrəflərlə Kuhək

157


 çayı kənarında Mirzə Xəlil sultanın ordusuna çatıb Səmərqəndin açarlarını təs-

lim etdi. Ramazan [ayının] 16-da (18.03.1405) Mirzə Xəlil sultan Səmərqəndə daxil oldu. O, Mirzə Məhəm-

məd sultan ibn Cahangirin oğlu və Mirzə Pir Məhəmməd Vəliəhdin qardaşı oğlu olan Cahangiri xanlığa yük-

səldib onun adını fərmanların və hökmlərin əvvəlində yazdı. Neçə gün boyunca Əmir Teymur Kürəkanın ru-

hunu rahatlatmaq üçün fəqirlərə və miskinlərə yemək verilməsi ilə məşğul oldu və mərhum Sahibqirana mər-

siyə olaraq qəsidələr söyləmiş şairlərə çoxlu lütfkarlıq göstərdi. 



Sahibqiran Əmir Teymur Kürəkandan sonra Azərbaycan diyarında baş vermiş hadisələrin təsviri 

 

Sahibqiranın ölüm xəbəri Azərbaycan diyarında Mirzə Ömərin qulağına çatdıqda o, öz adına sikkə 



kəsdirib xütbə oxutdu, Bağdadda və Diyarbəkrdə olan atasını və böyük qardaşını hesaba almadı.  

Həmin qışda o, Qarabağda qışlaq edib, baharın əvvəllərində çoxlu ordu ilə hərəkət bayrağını Təbrizə 

doğru yüksəltmişdi. Yol əsnasında Əmir Cahanşah Cakunu göndərmişdi ki, Əlincəq

158


 qalasını xarab etsin. 

Çünki Sahibqiran Azərbaycan vilayətini ona həvalə edən zaman Mirzə Ömərə buyurmuşdu ki, qalanı viran 

edərsən. Mirzə Ömər rəbiülaxir [ayının] 2-də (08.10.1404) saysız-hesabsız qoşunlarla Şənbi-Qazanda

159


 da-

yandı və bir neçə gündən sonra Qarabağa yollandı

160



 



O  əsnada  Əmir  Cahanşah

161


 azğın  adamların  təhriki  ilə  ramazan  [ayının]  2-də  (04.03.1405)  Mirzə 

Ömərin dərgahına gəlib, Mövlana Qütbəddin Evbehini, Əmir Darab Quşçunu və Əmir Şeyx Məhəmməd Tə-

vaçını

162


 qətlə yetirərək pərdəsaraya yönəldi. Mirzə Ömər bir dəstə səf yaran bahadırı onun qarşısına göndər-

di. Onların arasında böyük bir döyüş baş verdi. O əsnada Mirzə Ömərin mülazimləri dəstə-dəstə və qoşun-

qoşun köməyə yetişdilər. Əmirlik sahibi olan cənab (Əmir Cahanşah) son dərəcə çarəsizlik və iztirabla idbar 

üzünü fərar vadisinə çevirdi. Əmir Əbdürrəzzaq və Aşiq onun ardınca gedib, həmin günün digər namaz vax-

                                                 

156


 “Zəfərnamə”yə görə: “Əliabad” (Nəvai, şərhlər, s.111). 

157


 Kuhək – Səmərqənddən şimalda axan çay. 

158


 Əlincəq (Əlincə) qalası – Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində, Əlincə çayının sağ sahilində, eyni adlı da-

ğın zirvəsində qala (Naxçıvan Ensiklopediyası. I c. Naxçıvan, 2005, s.162-164). Hazırda bu qalanın adı Əlincə kimi tələffüz edilməsi-

nə və yazılmasına baxmayaraq, bir sıra tarixi qaynaqlarda, o cümlədən “Əhsənüt-təvarix”də Əlincəq şəklində qeyd olunmuşdur. Bəzi 

tədqiqatçılar bu ifadəni Alıncaq kimi də oxuyurlar. 

159

 Şənbi-Qazan – Hülaku hökmdarı Qazan xanın (1295-1304) Təbrizin cənub-qərbində saldırdığı şəhərcik (V.Z.Piriyev. Azərbay-



can XIII-XIV əsrlərdə. Bakı, 2003, s.300). 

160


 Mirzə Ömər babası  Teymurun ölüm xəbərini Qarabağda almışdı  (İ.Aka.  Mirza Şahruh  ve  zamanı (1405-1447).  Ankara, 1994, 

s.43). 

161


 Əmir Cahanşah Caku oğlu – Əmir Teymurun bacısı oğludur.  

162


 Təvaçılar müharibə gözlənilən təqdirdə dövlətin tabeliyində olan əyalətlərə gedərək hərbi qüvvə toplayan əmirlər olmuşlar. On-

lar döyüşçüləri səfərbər edir, ordunun haraya toplaşacağını bildirirdilər (Ş.K.Məmmədova. “Xülasət ət-təvarix” Azərbaycan tarixinin 



mənbəyi kimi, s.61). Təvaçıların başçısı “təvaçıbaşı” adlanırdı.  


Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə