HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə27/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   23   24   25   26   27   28   29   30   ...   337

34

 

 



 

 



35

 

 



  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BİRİNCİ CİLD 

 

(Hicri 807-899 / Miladi 1404-1494-cü illərin hadisələri) 

 

 

 

 

 

 

 

 

 


36

 

 



 

 


37

 

 



MÜQƏDDİMƏ 

Mərhəmətli və rəhmli Allahın adı ilə! 

 

Sonsuz həmd və şükür olsun o hakimə ki, məlaikələr (mələkut) aləminin sahəsi Onun izzət və şövkə-



tinin xəlvət sarayıdır və qüdrət (cəbərrut) meydanının bargahı

109


 Onun əzəmətinin və böyüklüyünün məqamı-

dır. 


Beyt 

“Misilsiz bir bağışlayan və əbədi bir cahandar

Zavalsız bir sultan və daimi bir xudavənd. 

O, elə bir hökmdardır ki, onun mülkü davamlıdır, 

Və o, elə bir qadirdir ki, onun qüdrəti kamildir”. 

 

Və ənbər mehli salavat cavahiratının ən parlaqları və gül qoxulu salam incilərinin ən gözqamaşdıran-



ları  olsun  peyğəmbərlik  divanının  əmiri,  ululuq  eyvanının  kürsüsündə  oturan,  “Qalx  və  xəbərdarlıq  et!”

110


 

bostanının sərvi

111

, “Öz Rəbbini uca tut!”



112

 gülüstanının bülbülü, Allahın sevimlisi Əbül-Qasım Məhəmməd 

Rəsulullaha!   

“Cah-calal dənizinin incisi Məhəmməd, 

Onunla xətm oldu peyğəmbərlik hökmü. 

O, “Gecə vaxtı seyr”

113

 meydanının çevik süvarisi, 



“Sənə zəfər bəxş etdik”

114


 sahəsinin şücaətlisi, 

Günahla dolu ümmətlərin pənahı, 

“Ayaqlarından yaxalananların”

115


 şəfaətçisi, 

“İki kaman (yay) uzunluğu”

116

 taxtının şahənşahı, 



Tanrının sevimlisi və iki cahanın sultanıdır”. 

  

Allahın salamı olsun ona və onun varisinə (vəsisinə) və dostuna (vəlisinə)!



117

 Və minlərcə dua olsun 

bədirlənmiş nurlu ağ aya, ucalıq sandığının gövhərinə, “Həl-əta” surəsinə

118


 mövzu olan möminlərin əmiri və 

dindarların imamı Əli Mürtəzaya! 

Nəzm 

“Yaradılmışların imamı, gözəlliklərin məzhəri, 



Allahın dostu, külli qaliblərin sərvəri olan Əli.  

Onun pak ətəyindən yapışmışdır, 

Həm fasiq rind, həm də tövbəkar şeyx”. 

 

Bu  sətirlərin  müəllifi  və  Əmir  sultan  Rumlunun  nəvəsi  olan  Həsən  “Əhsənüt-təvarix”in  on  birinci 



cildini başlayır. [Bu cild] bəzi Rum

119


 sultanlarının, əksər Cağatay

120


, Qaraqoyunlu, Ağqoyunlu və Qaraman 

ailəsi


121

 padşahlarının və onların müasiri olmuş məşhur alimlərin və şairlərin əhvalından ibarətdir. 

                                                 

109


 Bargah – farsca saray deməkdir. Yürüşlər zamanı padşahın və yüksək dövlət xadimlərinin çadırı da bəzən “bargah” adlanır. Bu-

rada məcazi mənada, İlahi dərgah anlamında işlənmişdir. 

110

 Qurani-Kərim, “Müdəssir” surəsi, 2-ci ayə. Mətndəki “Quran” ayələri əsas etibarilə Z.Bünyadovun və V.Məmmədəliyevin tər-



cüməsi əsasında təqdim edilmişdir. 

111


 Sərv – mülayim isti iqlimlərdə bitən hündür və həmişəyaşıl ağac növü. Burada ucalıq rəmzi kimi məcazi mənada işlədilmişdir. 

112


 Qurani-Kərim, “Müdəssir” surəsi, 3-cü ayə. 

113


 “Qurani-Kərim”in “İsra” surəsi nəzərdə tutulmuşdur. Burada Məhəmməd peyğəmbərin Allah-taala tərəfindən möcüzəvi bir şə-

kildə bir gecə Məscidül-Həramdan Məscidül-Əqsaya aparılıb oradan meraca qalxması hadisəsinə işarə edilmişdir.  

114

 Qurani-Kərim, “Fəth” surəsi, 1-ci ayə. 



115

 Qurani-Kərim, “Rəhman” surəsi, 41-ci ayə (günahkarlar haqqında nazil olmuşdur). 

116

 Qurani-Kərim, “Nəcm” surəsi, 9-cu ayə. Mələk Cəbrayıl, Məhəmməd peyğəmbərə vəhy gətirərkən onların arasında məsafə “iki 



kaman (yay”) uzunluğunda” olmuşdur.   

117


 Peyğəmbərin əmisi oğlu və kürəkəni, şiələrin birinci imamı Həzrət Əli nəzərdə tutulur. 

118


 “Həl-əta” surəsi – “Quran”ın “İnsan” surəsidir. Şiələr bu surənin Həzrət Əli haqqında nazil olduğuna inanırlar. 

119


 Səfəvi mənbələrində “Rum” və “rumi” adları altında Osmanlı dövləti və oranın əhalisi nəzərdə tutulur.  

120


 Cağatay padşahları – bu ad altında əsərdə Teymuri hökmdarları başa düşülür. 

121


 Qaraman ailəsi (Qaramanoğulları) – 1256-1474-cü illərdə Türkiyənin Nigde, Qaraman, Konya, İçil, Taşili və Alanya bölgələrin-

də hökm sürən xanədan və bəylik (bax: F.Sümer. Karamanoğulları // TDVİA, cilt: 24, yıl: 2001, s.454-460).  




38

 

 



807-Cİ İLİN (10.07.1404 – 28.06.1405) HADİSƏLƏRİ 

Şahrux sultanın Xorasan vilayətindəki səltənəti, o zamanın əhvalatlarının və hadisələrinin, dövran 

çaxnaşmalarının və qarışıqlıqlarının bəziləri haqqında söhbət   

 

Cahan fatehi olan Sahibqiran Əmir Teymur Kürəkanın



122

 vəfat xəbəri Xorasan

123

 vilayətində Şahrux 



sultana

124


 çatdıqda o, əzadarlıq mərasimindən sonra Tanrının qayğısı və əmirlərin razılığı ilə ramazan ayında 

(1405-ci ilin mart ayında) Xorasan səltənətinin taxtına oturdu. Hər şeyə qadir məlikin (Allahın) hüsn-rəğbəti 

ilə təqdir xəzinədarı səadət nişanlı ulduzları sikkə kimi şabaş edərək [göy üzünə] səpdi. Böyük seyidlərin və 

öndə gedən alimlərin tale çəməni fələyin qulamlıq etdiyi o hökmdarın ümumi ənam yağışından yaşıllaşdı və 

təravətləndi. Fəzilət və hünər sahiblərinin amal fidanı o həzrətin mərhəmət buludunun damlalarından böyü-

yüb Sidrətül-müntəhanı

125

 keçdi. 


 

O əsnada xəbər çatdı ki, Xəlil sultan

126

 Səmərqəndi



127

 ələ keçirmişdir və Əmir Teymurun xəzinəsinə 

yiyələnmişdir. Buna görə də o həzrət Əmir Mizrab Cakünü, Əmir Əleykə Kükəltaşı və Əmir Hüseyn Tərxa-

128



 Xorasanı mühafizə etmək üçün təyin etdi və ondan sonra səadətli hökmdar həddən artıq ordu ilə Herat-

dan


129

 Səmərqəndə doğru hərəkətə keçdi. 

Nəzm 

“Süleyman



130

 kimi uğurlu Şahrux, 

Onun dərgahının torpağına Cəmşid

131


 üzünə sürtüb. 

Səadətlə çıxdı Heratdan o, 

Süleyman görkəmli, İsgəndər

132


 sifətli. 

Turan


133

 niyyəti ilə yola düşdü o, 

Düşüncədə qoca, bəxtdə cavan”. 

 

Gözəl  xasiyyətli  hökmdar  Doqquz-ribat  (Tokuz-ribat)



134

 mənzilindən  Əmir  Seyfəddinin  oğlu  Əmir 

Əbdüssəmədi Badğis

135


 qoşununu çağırmağa göndərdi və Xızır Xoca ilə Şeyx Həsən Quçini Mavəraünnəh-

rin


136

 əhvalını öyrənməyə yolladı. Zəngi dərəsi

137

 mənzilində Şeyx Əli Bahadırın oğlu Əmir Seyid Xoca bir 



dəstə igidlə Mazandaran

138


 tərəfdən gəlib o diyarın xəbərlərini ərz etdi. Məşvərətdən sonra o səltənət səması-

nın  günəşi  (Şahrux),  Əmir  Firuzşah  Tərxanı  Heratın  bürc  və  divarlarını  təmir  etmək  üçün  geri  göndərdi, 

                                                 

122


 Sahibqiran – orta əsr münəccimlərinə görə, Zöhrə və Müştəri ulduzlarının eyni bürcdə, eyni dərəcədə və eyni nöqtədə qovuşdu-

ğu uğurlu saatda anadan olmuş xoşbəxt şəxs. Bu epitet ilk dəfə Əmir Teymura aid edilmiş, daha sonra isə müsəlman şərqinin bəzi di-

gər hökmdarları da bu epitetlə xatırlanmışlar. Kürəkan – Əmir Teymur, Çingiz xanın nəslindən olan Saraymülk xanımla evlənmiş və 

bu  səbəbdən  tarixdə  “Kürəkan”  (kürəkən)  ləqəbi  almışdır  (Doğuştan  Günümüze  Büyük  İslam  Tarihi.  İlmi  müşavir  ve  redaktör: 



H.D.Yıldız. IX. c. İstanbul, 1992, s.271-272). Sonradan bu ləqəb Teymurilər xanədanının digər nümayəndələrinə də keçmişdir. Bəzi 

mənbələrdə Kürəkan ləqəbi təhrif olunaraq “Gürgan” şəklinə salınmışdır.  

123

 Xorasan – indiki İranın şimal-şərq hissəsini, Mərv vahəsini, indiki Türkmənistanın cənub vahələrini və Əfqanıstanın şimal və şi-



mal-qərb hissəsini əhatə edən tarixi vilayət.  

124


 Şahrux – Əmir Teymurun oğludur. 

125


 Sidrətül-müntəha – dini rəvayətə görə, göyün yeddinci qatında olan əfsanəvi ağac. 

126


 Xəlil sultan – Əmir Teymurun nəvəsi və Miranşahın oğludur (Nəvai, şərhlər, s.105). 

127


 Səmərqənd – müasir Özbəkistanda şəhər. Əmir Teymurun paytaxtı olmuş, onun ölümündən sonra da Teymurilərin siyasi mər-

kəzlərindən biri kimi önəmini qorumuşdur. 

128

 Əmir Hüseyn Tərxan (“Mətləüs-səədeyn”də Əmir Həsən Sufi Tərxan) – Şahruxun həyat yoldaşı Gövhərşad xatunun qardaşıdır 



(Nəvai, şərhlər, s.106). 

129


 Herat – müasir Əfqanıstanın şimal-qərbində şəhər. Bəhs edilən dövrdə Xorasanın mərkəz şəhəri və Teymurilərin əsas paytaxtı 

idi. 


130

 Süleyman – qədim dövrün məşhur hökmdarlarından və peyğəmbərlərindəndir. Davud peyğəmbərin oğludur. M.ö. 965-935-ci il-

lərdə hakimiyyətdə olmuşdur (Y.Yusifov. Qədim Şərq tarixi. Bakı, 1993, s.223). 

131


 Cəmşid (Cəm) – Firdovsinin “Şahnamə” əsərində haqqında bəhs olunan qədim İranda hökmranlıq etmiş əfsanəvi Pişdadilər sü-

laləsinin dördüncü şahı (bax: Əbülqasim Firdovsi. Şahnamə. Tərcümə edəni: M.Əlizadə. Bakı, 1987, s.31-39). 

132

 İsgəndər – qədim dövrün böyük fatehi Makedoniyalı İsgəndər. M.ö. 336-323-cü illərdə hökmranlıq etmişdir. 



133

 Turan – Orta Asiya nəzərdə tutulur. 

134

 Tokuz-ribat – Heratdan bir köç mənzili məsafədə idi (Nəvai, şərhlər, s.132). 



135

 Badğis (Badxız) – Heratdan şimala doğru, müasir Türkmənistanın cənub-şərqində təpəlik bir bölgədir. 

136

 Mavəraünnəhr – Orta Asiyada Amudərya və Sırdərya çayları arasındakı ərazilər. 



137

 Zəngi dərəsi – Herat yaxınlığındadır  (Фасих Хавафи. Муджмал-и Фасихи / Фасихов свод. Пер., предисл., примеч. и указ. 



Д.Ю.Юсуповой. Ташкент, 1980, c.73). 

138


 Mazandaran – İranda, Xəzər dənizinin cənub sahillərində vilayət. 


Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə