HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə23/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   19   20   21   22   23   24   25   26   ...   337

27

 

 



xanada (indiki Rusiya Milli Kitabxanası), İstanbuldakı Nuruosmaniyyə, Bayəzid və Əsəd Əfəndi kolleksiya-

larında,  İngiltərədəki  Bodleian  kitabxanasında,  Britaniya  Muzeyində,  Paris  Milli  Kitabxanasında,  Ellis  kol-

leksiyasında və s. saxlanan əlyazma nüsxələrini misal göstərmək olar

75



Bakıda, AMEA M.Füzuli adına Əlyazmalar İnstututunda əsərin son cildinin B-1696 və S-435 şifrəli 

iki əlyazma nüsxəsi mühafizə olunur.  

B-1696 şifrəli nüsxə şikəstə elemetlərinə malik kalliqrafik nəstəliq xətti ilə köçürülmüşdür. Kağızları 

incə,  sarımtıl  və  pardaxlıdır.  Mətn  qızılı  haşiyələrlə  çərçivələnmişdir.  Vərəqlər  sadə  karandaşla,  müasir  rə-

qəmlərlə nömrələnmişdir. Əlyazmanın 1 və 2-ci səhifələri zərli ornamentlərlə bəzədilmişdir. Mətni qara, baş-

lıqları isə qırmızı mürəkkəblə yazılmışdır. Paleoqrafik xüsusiyyətlərinə görə XVII əsrin birinci yarısına aid 

edilir. Ölçüsü 24х14,5 sm, həcmi 265 vərəqdir

76

. Əlyazma kitabı üzərində bərpa işlərinin aparıldığı və göy 



rəngli karton cildə salındığı müşahidə edilməkdədir.  

 

Başlanğıcı: 



 

 

حیب رکش و ساپس و دمح



تساربم ناکما و سودح تمس زا شللاج و زع تاقدارس هک تسازس ار یناطلس سایق و د

...


 

 

Sonu: 



 

...


شتنطلس مایا تفه و تسیب و دصفه رد شتوف هن و داتشه و دصشش رد شتلود لوا نامثع ناطاس

...


 

Nüsxə üzərində apardığımız araşdırmalar nəticəsində onun əskik və üstün cəhətlərini müəyyənləşdir-

məyə çalışdıq. İlk növbədə nüsxədə bəzi boşluqların və sistemsizliklərin olduğu nəzərə çarpır: 

Nüsxənin 7-ci və 8-ci vərəqləri arasında mətnin ardıcıllığının pozulduğunu müəyyənləşdirdik. Belə 

ki, 7b vərəqinin sonunda h. 900-cü ilin hadisələri şərh edilərkən Şah İsmayılın bibisi Şah Paşa xatunun öz əri 

Məhəmməd bəylə birlikdə Lahicandan gələn hədiyyələri qarşılamaq üçün Ərdəbilin Kurim kəndinə getmə-

ləri təsvir olunur, 8a vərəqi isə h. 905-ci il hadisələri çərçivəsində Şah İsmayıla Ərcüvanda sui-qəsd təşkil et-

mək cəhdinin üstünün açılması ilə başlanır. Əlyazmadakı bu boşluq Tehran çapının (1389 h. ş.) 911-936-cı 

səhifələrini əhatə etməkdədir.  

 

Əlyazma kitabının 13b vərəqi h. 905-ci ildə Xorasan vilayətində baş vermiş hadisələrin (Bədiüzza-



man mirzənin Herata yürüşü) təsviri ilə bitir (mətnin bu yeri Tehran çapının 946-cı səhifəsinə müvafiqdir). 

Lakin 14a vərəqi h. 901-ci il hadisələrinin “Müxtəlif əhvalatlar” bölümü ilə başlayır. Bu isə Tehran nəşrinin 

915-ci səhifəsinə uyğundur. Daha sonra hadisələrin ardıcıllığı davam edir və 21b vərəqi h. 905-ci ilin hadisə-

ləri daxilində İsmayılın Lahicandan çıxmasının təsviri ilə qurtarır. Mətnin bu parçası Tehran çapının 934-cü 

səhifəsinə müvafiqdir. Göründüyü kimi, kitab cildlənərkən yanlışlığa yol verilmiş, 8a-13b vərəqləri 21b və-

rəqindən sonra yer almalı olduğu halda, daha əvvələ keçirilmişdir.  

Mətnin 21 və 22-ci vərəqləri arasında bir boş vərəq var. 22a vərəqi 906-cı ilin hadisələrinin təsviri ilə 

(Ərzincandakı hərbi müşavirə ilə) başlayır. Bu isə Tehran çapının 954-cü səhifəsinə uyğun gəlir.  

Nüsxənin 50-51-ci vərəqləri arasında bir vərəqin düşdüyünü təxmin edirik. Çünki 50b vərəqi h. 911-

ci ildə Teymuri hökmdarı Sultan Hüseyn Bayqaranın ölümündən sonra onun oğullarının (Bədiüzzaman mir-

zə ilə Müzəffər Hüseyn mirzənin) şərikli hökmdar elan olunması ilə qurtarır (mətnin bu yeri Tehran nəşrinin 

1012-ci səhifəsində dərc edilmişdir). Lakin 51a vərəqi h. 912-ci ildə Şeybani xanın elçisinin Herat sarayında-

kı çıxışı ilə başlayır (bu isə Tehran çapının 1015-ci səhifəsinə uyğundur).  

Beləliklə,  bütün  bu  müqayisələr  onu  göstərdi  ki,  Tehran  nəşrinin  911-915,  934-936,  946-954  və 

1012-1015-ci  səhifələri  arasındakı  mətnlər  hal-hazırda  əlyazma  nüsxəsində  əksini  tapmamışdır.  Bunlardan 

əlavə, 144-145-ci, 258-259-ci (h. 977-ci ilin hadisələrinin təsviri) və 263-264-cü vərəqlər (Təbriz üsyanının 

şərhi) arasından ən azı bir vərəqin düşdüyünü təsbit etdik. 

Həsən bəy Rumlu “Əhsənüt-təvarix”i h. 985-ci ilin hadisələrinə kimi davam etdirsə də, bəhs etdiyi-

miz Bakı nüsxəsində hadisələrin təsviri h. 982-ci ilin əhvalatları daxilində yer alan “Ölümlər” bölümündə, II 

Sultan  Səlimin  vəfatı  ilə  əlaqədar  olan  açıqlamalarda  yarımçıq  qalmışdır.  Mətnin  bu  qismi  Tehran  çapının 

                                                 

75

 Bax: Ч.А.Стори. Персидская литература, ч. II, с.860-861; 



http://www.aghabozorg.ir/search.aspx

  

76

 Bu nüsxənin paleoqrafik xüsusiyyətləri haqqında məlumat aşağıdakı əlyazma kataloqlarından alınmışdır: M.Sultanov. Əlyazma-



ları  kataloqu  (Azərbaycan  SSR  EA  Respublika  Əlyazmaları  Fondu).  I  cild  (tarix,  coğrafiya,  ədəbiyyat  nəzəriyyəsi,  təzkirələr,  bədii 

ədəbiyyat və münşəat). Bakı, 1963, s.26-27; Г.Наджафов. Каталог персидских рукописей (сочинения по истории и географии). 

Баку, 2013, c.34-35. 


28

 

 



1490-cı səhifəsinə uyğun gəlir və həmin nəşrdə əksini tapmış mətnin son səhifəsi olan 1556-cı səhifəyə qədər 

məlumatlar sözügedən Bakı nüsxəsində yer almamışdır.  

Vərəqlərin düşməsi və ya cildləmə zamanı yerlərinin dəyişik salınması nəticəsində meydana gəlmiş 

bu kimi boşluqlarla yanaşı, əlyazma nüsxəsinin bəzi digər yerlərində də çatışmazlıqlar hiss edilir. Məsələn, 

burada  h.  916-cı  il  hadisələrinin  təsviri  zamanı  Şeybani  xanın  Şah  İsmayıla  göndərdiyi  məktubun  mətninə 

(bax: Tehran çapı, səh. 1043-1045) yer verilməmişdir. Halbuki mətnin həmin yerində (63b vərəqində) hansı-

sa bir vərəqin düşməsindən söhbət gedə bilməz.  

Tehran çapında (səh. 1202-1203) h. 937-ci il hadisələri daxilində yer almış “Rumda baş vermiş hadi-

sələr  haqqında  söhbət”  adlı  bölümə  də  bu  nüsxə  daxilində  rast  gəlmirik.  Sözügedən  Bakı  nüsxəsinin  97-ci 

vərəqində  h.  924-cü  ilin  hadisələri  yanlışlıqla  h.  923-cü  ilin  hadisələri  daxilində  verilmişdir.  Əlyazmanın 

233-cü vərəqində h. 964-cü il hadisələrindən yalnız “Ölümlər” bölümü əksini tapmış, lakin bu bölüm də səh-

vən h. 963-cü ilin hadisələrinə ayrılmış fəslin ardı kimi təqdim olunmuşdur. Eyni zamanda, 99b-100b vərəq-

lərində h. 927-ci ilin hadisələri daxilində təsvir edilmiş “Rumda baş vermiş hadisələr” və “Müxtəlif əhvalat-

lar” bölümlərinin yeri dəyişik düşmüşdür.  

Bütün bu nöqsanlarına baxmayaraq, Bakı nüsxəsinin bir sıra üstün özəllikləri də vardır. Bu özəlliklə-

rin ən birincisi, heç şübhəsiz ki, Şah Təhmasibin özbək hökmdarı Übeyd xana göndərdiyi cavab məktubunun 

mətnidir

77

. Qeyd edək  ki, h. 936-cı ildə yazılmış bu  məktubun mətni nə Ç.N.Seddonun 1931-ci ildə, nə də 



Ə.Nəvainin 2010-cu ildə nəşr etdirdikləri elmi-tənqidi mətnlərə daxil edilməmişdir. Buna görə də biz həmin 

məktubun mətnini məhz Bakı nüsxəsindən tərcümə etmişik. Bundan başqa, sözügedən Bakı nüsxəsinin kö-

məyi ilə bir sıra şəxslərə və hadisələrə dair yeni məlumatlar əldə edilmiş və tərcümə olunmuşdur. Məsələn, I 

Şah İsmayılın sərkərdələrindən olan “Tozqoparan” ləqəbli Qara Piri bəy Qacarın Ziyadoğlular nəslinə aid ol-

duğunu biz sadəcə Bakı nüsxəsindən öyrənirik

78

.  



 

“Əhsənüt-təvarix” əsərinin digər bir əlyazma nüsxəsi M.Füzuli adına Əlyazmalar İnstitutunda S-435 

şifrəsi ilə mühafizə edilməkdədir. Bu nüsxə nəstəliq xətti ilə sarımtıl dəftərxana kağızlarının tək üzünə köçü-

rülmüş, açıq yaşıl rəngli karton cildə salınmışdır. Mətn qara mürəkkəblə, başlıqlar isə bəzən qara, bəzən qır-

mızı mürəkkəblə yazılmışdır. Səhifələr ərəb rəqəmləri ilə nömrələnmişdir. Paleoqrafik xüsusiyyətlərinə görə 

XX əsrin ortalarına aid edilə bilər. Ölçüsü: 30,3 x 18,5 sm., həcmi 235 vərəqdir. 

Əvvəli: 

تساربم ناکما و سودح تمس زا شللاج و زع تاقدارس هک تسازس ار یناطلس سایق و دحیب رکش و ساپس و دمح

...

 

Sonu: 



 

 

...



یسک وت زک ؛گنج رهب زا هن شیپ مدق ود کی ؛رگد روایم رذع نانز وچمه ؛رس ز نک نورب سرت تفص درم

...


 

Müqayisələr nəticəsində bu nüsxənin Əlyazmalar İnstitutundakı B-1696 şifrəli digər nüsxədən köçü-

rüldüyünü müəyyənləşdirdik. Belə ki, ilk nüsxədə olan boşluqlar, xronoloji ardıcıllığın pozulması kimi hal-

lar, adların və istilahların yazılması zamanı yol verilmiş xətalar eyniylə bu nüsxədə də təkrar edilmişdir. Bəzi 

yerlərdə isə katib yazı xətalarını təshih etməyə çalışmış, ilk nüsxədə yazılmış yanlış variantı olduğu kimi kö-

çürsə də, mötərizədə həmin sözün təshih olunmuş formasını yazmışdır. Məsələn, I nüsxənin 14a vərəqində 

səhvən “pesər-e məzar-e Şeyx Sədi” yazılmışdır. II nüsxənin katibi öz əlyazmasının 21-ci vərəqində bu ifa-

dəni mötərizə daxilində təshih etmişdir: “pesər-e (be sər-e) məzar-e Şeyx Sədi”. Katib bəzən mətndəki boş-

luqları və hadisələrin ardıcıllığının pozulduğunu fərq etmiş və həmin yerlərdə ulduz işarəsi qoymuşdur

79

. La-



kin haqqında bəhs etdiyimiz bu nüsxə ilk nüsxənin tam köçürülmüş variantı deyil. Çünki burada hadisələrin 

təsviri h. 936-cı ilin hadisələrində, Şah Təhmasibin Übeyd xana yazdığı məktubun mətnində yarımçıq qalır. 

 

Əsərin  nəşrləri  və  başqa  dillərə  tərcümələri.  Həsən  bəy  Rumlunun  “Əhsənüt-təvarix”  əsərinin 

farsca  mətnindən  parçalar  ilk  dəfə  Sankt-Peterburqda  saxlanan  bir  əlyazma  nüsxəsi  əsasında  1858-ci  ildə 

akad. B.Dorn tərəfindən “Xəzəryanı ölkələrin cənub sahillərinin tarixinə dair müsəlman mənbələri” adlı ki-

                                                 

77

 Həsən bəy Rumlu. Əhsənüt-təvarix. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, B-1696, v.134b-140b. 



78

 Həmin əlyazma, v.65a. 

79

 Həsən bəy Rumlu. Əhsənüt-təvarix. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, S-435, v.11,33. 




Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə