HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə20/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   16   17   18   19   20   21   22   23   ...   337

23

 

 



ilk dövründən bəhs edən “Zühuri-dövləti-Səfəviyan” (“Səfəvilər dövlətinin meydana gəlməsi”) adlı Osmanlı 

türkcəsində  bir  əsər  əlyazma  halında  Ankara  Milli  Kitabxanasında  tərəfimizdən  aşkarlanaraq  çap  edilmiş-

dir

35



 

Avropa mənbələrindən bəziləri – “İranlı Don Juan” adı ilə tanınan Səfəvi diplomatı Oruc bəy Baya-

tın kitabı, Venesiya Respublikasının səfiri kimi Səfəvilər dövlətində olmuş Mikele Membrenin və D`Ales-

sandrinin səyahətnamələri Azərbaycan alimləri tərəfindən tərcümə və nəşr edilmişdir. Bu mənbələrdən birin-

cisi O.Əfəndiyev və A.Fərzəliyev tərəfindən ruscaya

36

, digər ikisi isə O.Əfəndiyev tərəfindən həm rus, həm 



də  Azərbaycan  dillərinə  tərcümə  edilmişdir

37

.  Avropa  mənbələrinin  tədqiqi  sahəsində  Ə.Şahmalıyevin, 



Y.Mahmudovun, D.Əzimlinin, Ə.Quliyevin və digərlərinin xidmətləri olmuşdur

38



 

Erməni mənbələrindən Foma Metsopskinin  əsəri Azərbaycan və rus dillərinə tərcümə edilərək eyni 

kitabda işıq üzü görmüşdür

39

. Respublikamızda müvafiq dövrə dair erməni mənbələrinin tədqiqi ilə S.Məm-



mədov məşğul olmaqdadır

40



 

Azərbaycan tarixinə dair mənbələri ehtiva edən bəzi toplularda da XV-XVI əsr tariximizə dair mən-

bələrdən tərcümələrə yer verilmişdir

41



Beləliklə, burada Azərbaycanın XV-XVI əsrlər tarixinə dair müxtəlif səpkili tarixi mənbələrin ölkə-

mizdə tərcüməsi, nəşri və tədqiqi vəziyyətinə aydınlıq gətirməyə çalışdıq. Bu istiqamətdə xeyli iş görülməsi-

nə baxmayaraq, tərcümə edilməli və araşdırılmalı mənbələrin yetərincə çox olduğunu etiraf etməliyik. Sözü-

gedən dövr üçün ən mühüm qaynaqlardan biri də XVI əsr Azərbaycan tarixçisi Həsən bəy Rumlunun “Əhsə-

nüt-təvarix” əsəridir. 

 

Həsən  bəy  Rumlunun  həyatı.  1402-ci  ildə  Ankara  döyüşündə  türk  dünyasının  iki  böyük  fatehi  – 

Əmir Teymur və İldırım Bayəzid üz-üzə gəlir. Bu mübarizədən qalib çıxan Əmir Teymur o dövrdə daha çox 

Rum adı ilə tanınan Anadoludan minlərlə türkü əsir alaraq, kölə kimi Orta Asiyaya aparmaq istəyir. Lakin 

Ərdəbildə Səfəvi şeyxi Xoca Əlini ziyarət edən Əmir Teymur bu əsirləri şeyxin xahişi ilə azad etməli olur. 

Öz xilaskarlarına minnət duyğusu içində Ərdəbil ocağının müridlərinə çevrilən bu insanların bir qismi Ana-

doluya dönsə də, bir hissəsi Ərdəbil bölgəsində qalmağı üstün tutur. Ərdəbildə qalan Anadolu (Rum) sufiləri 

burada  “rumlu  sufilər”  adı  ilə  məşhurlaşırlar

42

.  XV  əsrin  sonunda  Ərdəbil  şəhərində  onların  məskunlaşdığı 



rumlular məhəlləsi vardı

43

.  



Rumlu tayfası Azərbaycan Səfəvilər dövlətinin yaranması və möhkəmlənməsi uğrunda gedən müba-

rizədə aktiv iştirak etmişdir. Şah İsmayılın hakimiyyətə gəlməsinə dəstək verən səkkiz türk qızılbaş tayfasın-

                                                                                                                                                                  

lətləri müasir Türkiyə tarixşünaslığında. Bakı: Çaşıoğlu, 2012; T.H.Nəcəfli. Səfəvi – Osmanlı münasibətləri (Türkiyə tarixşünaslığın-

da). Bakı: Turxan NPB, 2015; T.R.Cəfiyev. Azərbaycan feodal dövlətləri XV-XVI əsrin I rübündə (Xoca Sədəddin Əfəndinin “Tacüt-

təvarix” əsəri əsasında). Tarix elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunan dissertasiyanın avtoreferatı. Bakı: Mars-

print, 2007; C.C.İsmayıl. Osmanlı tarixçisi Hüseynin “Bədayə-ül-vəqayə“ əsəri Azərbaycan tarixinin mənbəyi kimi (XV-XVI əsrin I 

yarısı). Tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı. Bakı: AMEA TİKM, 2012; 

Gəncə-Qarabağ əyalətinin icmal dəftəri (layihənin rəhbəri və ön sözün müəllifi: Y.M.Mahmudov; tərtibçi: T.H.Nəcəfli). Bakı: Çaşı-

oğlu,  2010;  B.Dedeyev.  XV.  yüzyılın  ikinci  yarısında  Osmanlı  Devleti  –  Azerbaycan  ilişkileri.  Konya:  Selçuk  Üniversitesi  Sosyal 

Bilimler Enstitüsü, 2004. 

35

 Zühuri-dövləti-Səfəviyan (ön söz, transfoneliterasiya, tərcümə, şərhlər və göstəricilər: N.S.Musalı). Bakı: Mütərcim, 2013. 

36

 Книга Орудж-бека Байата – Дон Жуана Персидского (перевод с английского на русский О.А.Эфендиева и А.M.Фарза-

лиева). Баку: Язычы, 1988. 

37

 O.Ə.Əfəndiyev. Venesiyalılar Şah I Təhmasibin sarayında (Mikele Membre ve Vinçenso Alessandri). Bakı: Təhsil, 2005. 

38

 Э.М.Шахмалиев.  Из  истории  торговой  политики  европейских  держав  на  Переднем  Востоке  в  XVI  в.  Автореф.  докт. 

дис. Баку, 1958;  Я.М.Махмудов. Взаимоотношения государств Ак-коюнлу и Сефевидов с западно-европейскими странами 

(вторая  половина  XV  –  начало  XVII  вв.).  Баку:  Издательство  Бакинского  Университета,  1991;  D.M.Əzimli.  Azərbaycanın 

Qərbi Avropa ölkələri ilə ticarət əlaqələri və Türkiyə (XV əsrin II yarısı – XVII əsrin I yarısı). Tarix üzrə fəlsəfə doktoru elmi dərəcə-

si almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı. Bakı: AMEA TİKM, 2010; Ə.S.Quliyev. XVI əsrin ortalarında Azərbaycan 

Səfəvilər dövlətinin ictimai-siyasi vəziyyəti (Mikel Membrenin “Səyahətnamə”si əsasında). Bakı: Şərq-Qərb, 2011. 

39

 F.Metsopski. Teymurləngin və onun xələflərinin tarixi. Bakı: Azərbaycan SSR EA nəşriyyatı, 1957. 

40

 С.А.Мамедов. Азербайджан по источникам XV – первой половины XVIII вв. Баку: Элм, 1993. 



41

 

Путешественники  об  Азербайджане.  Т.  1.  Составитель  З.И.Ямполский;  под  ред.  Э.М.Шахмалыева.  Баку:  АН. 



Азерб.ССР, 1961

; Azərbaycan tarixi üzrə qaynaqlar (tərtibatçı və redaktor: S.Əliyarlı). Bakı: Çıraq, 2007. 

42

 Şeyx Hüseyn pesəri-Abdal Pirzadeyi-Zahidi. Silsilətün-nəsəbi-Səfəviyyə. Berlin, 1343, s.48;  О.А.Эфендиев. Азербайджанское 



государство Сефевидов, c.42; N.S.Musalı. I Şah İsmayılın hakimiyyəti, s.96. 

43

 Cahangüşayi-xaqan  (Tarixi-Şah  İsmayıl).  Müqəddimə  və  peyvəstha:  A.Müztərr.  İslamabad,  1986,  s.60;  О.А.Эфендиев.  Азер-



байджанское государство Сефевидов, c.44.  


Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə