HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə24/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   20   21   22   23   24   25   26   27   ...   337

29

 

 



tabda nəşr edilmişdir

80

. Daha sonra Ç.N.Seddon ilk dəfə olaraq “Əhsənüt-təvarix”in son cildinin elmi-tənqidi 



mətnini hazırlamışdır. O, bu mətni hazırlayarkən əsərin Bodleian kitabxanasında, A.G.Ellisin şəxsi kolleksi-

yasında  və  Britaniya  Muzeyində  mühafizə  edilən əlyazma  nüsxələrindən istifadə  etmişdir

81

. Ç.N.Seddonun 



hazırladığı bu mətn və onun ingiliscə müxtəsər tərcüməsi 1930-cu illərdə Hindistanda Baroda Şərqşünaslıq 

İnstitutu tərəfindən iki cilddə işıq üzü görmüşdür. İlk cild əsərin farsca mətnini

82

, ikinci cild isə ingiliscə qısa 



tərcüməsini əhatə edir

83

. Əsərin bu nəşrinin farsca mətni əhatə edən ilk cildi 1968-ci ildə Tehranda yenidən 



çap olunmuşdur

84



 

Lakin əsərin dövrümüzə gəlib çatmış hər iki cildinin daha dolğun elmi-tənqidi mətni İran alimi Əb-

dülhüseyn Nəvai tərəfindən tərtib edilmişdir. Ə.Nəvai əsərin h. 807-899-cu illərdən bəhs edən cildinin mətni-

ni hazırlayarkən İstanbuldakı Nuruosmaniyyə kitabxanasında və Paris Milli Kitabxanasında saxlanan əlyaz-

ma nüsxələrindən faydalanmış, h. 900-985-ci illərin hadisələrini əhatə edən son cildin elmi-tənqidi mətnini 

tərtib etmək üçün Ç.N.Seddonun nəşrindən, İstanbuldakı Nuruosmaniyyə və Tehrandakı Məclis kitabxanala-

rının nüsxələrindən yararlanmışdır. Ə.Nəvainin hazırladığı bu kitab ilk dəfə iki cilddə (1349 / 1970-ci ildə ilk 

cildi və 1357 / 1978-ci ildə ikinci cildi) nəşr edilmişdir. 1384 / 2005-ci ildə həmin nəşr üç cild halında təkrar 

yayınlanmışdır. 1389 / 2010-cu ildə isə bu üç cildlik nəşr yenidən işıq üzü görmüşdür

85

.    



 

İndiyə kimi “Əhsənüt-təvarix” natamam formada bəzi dillərə tərcümə edilmişdir. Əsərin son cildinin 

Ç.N.Seddon  tərəfindən  həyata  keçirilmiş  ingiliscə  müxtəsər  tərcüməsi  haqqında  yuxarıda  məlumat  verdik. 

Həmin tərcümədən sonra A.K.Arends mənbənin son cildinin Türkmənistan tarixi ilə bağlı hissələrini Sankt-

Peterburqdakı keçmiş İmperator Kitabxanasında (indiki Rusiya Mlli Kitabxanasında) saxlanılan və B.Dornun 

kataloqunda  təsvir  edilən  287  saylı  əlyazma  nüsxəsi  əsasında  ixtisarla  rus  dilinə  tərcümə  etdi.  Bu  tərcümə 

“Türkmənlərin və Türkmənistanın tarixinə dair materiallar” adlı toplunun II cildində işıq üzü görmüşdür

86



Bundan  əlavə,  gürcü  alimi  V.S.Puturidze  “Həsən  Rumlunun  Gürcüstan  haqqında  məlumatları” adlı 

kitabda “Əhsənüt-təvarix”in yuxarıda xatırlatdığımız B.Dorn nüsxəsi əsasında mənbənin Gürcüstan tarixi ilə 

əlaqədar hissələrinin farsca mətni ilə yanaşı, onların gürcücə tərcüməsini də 1966-cı ildə Tiflisdə nəşr etdir-

mişdir. Mütərcim V.S.Puturidzenin ön sözü ilə çap edilən kitaba R.K.Kiknadze şərhlər yazmışdır

87



 



“Əhsənüt-təvarix”in h. 807-899-cu illəri əhatə edən cildi Ə.Nəvainin nəşri əsasında M.Öztürk tərə-

findən türk dilinə tərcümə edilmiş və Türk Tarix Qurumu tərəfindən yayınlanmışdır

88

. C.Cevan isə yenə də 



Ə.Nəvainin nəşrindən istifadə edərək “Əhsənüt-təvarix”in I Şah İsmayıl dövrünə aid hissəsini türkcəyə çevir-

mişdir


89

.  Ş.Fərzəliyev  özünün  monoqrafiya  və  məqalələrində  “Əhsənüt-təvarix”in  bəzi  parçalarından  etdiyi 

tərcümələrə yer vermişdir. 

Göründüyü kimi, Həsən bəy Rumlunun “Əhsənüt-təvarix” əsərinin elmi-tənqidi mətnləri hazırlansa 

da, mənbə hələ heç bir dilə tam tərcümə edilməmişdir. Əsərin ingiliscə tərcüməsi müxtəsər olub, yalnız son 

cildi əhatə etməkdədir. Rusca müxtəsər tərcümə yalnız Türkmənistanın, gürcücə tərcümə isə yalnız Gürcüs-

tanın  tarixinə  dair  məlumatların  tərcüməsindən  ibarətdir.  Əsərin  türkcə  tərcümələri  dövrümüzə  çatmış  iki 

cilddən birincisinin tamamını əhatə etsə də, son cildin yalnız I Şah İsmayıl dövrünü əhatə etmişdir. Beləliklə, 

bizim tərcüməmiz “Əhsənüt-təvarix”in farscadan başqa bir dilə ilk tam tərcüməsi hesab edilə bilər. 

Hazırkı  tərcümənin  xüsusiyyətləri.  2009-cu  ildə  O.Əfəndiyevlə  birlikdə  İsgəndər  bəy  Münşinin 

“Tarixi-aləmarayi-Abbasi”  əsərini  nəşr  etdirdikdən  sonra  mərhum  ustadım  mənə  Həsən  bəy  Rumlunun 

                                                 

80

 B.Dorn.  Muhammedanische  Quellen  zur  Geschichte  der  südlichen  Küstenländer  des  Kaspischen  Meeres.  Theil  IV.  St.  Peters-



burg, 1858, s.375-431. 

81

 C.N.Seddon. Hasan-i Rumlu's Ahsanu't-tawárikh, p.307-308. 



82

 A Chronilcle of the Early Safawis Being the Ahsanu’t-Tawarikh of Hasan-i Rumlu. Vol. I (Persian text). Edited by C.N.Seddon. 



Baroda: Oriental Institute, 1931. 

83

 A Chronilcle of the Early Safawis Being the Ahsanu’t-Tawarikh of Hasan-i Rumlu. Vol. 2 (English Translation). Translated by 



C.N.Seddon. Baroda: Oriental Institute, 1934. 

84

 Həsən-i Rumlu. Əhsənüt-təvarix (təshih: Ç.N.Seddon). Tehran: əş-Şəms, 1347. 



85

 Həsən bəy Rumlu. Əhsənüt-təvarix (Təshih və təhşiyə: Ə.Nəvai). Tehran: Əsatir, 1389. 

86

 Хасан-бек  Румлю.  Ахсан-ут-таварих  /  Наилучшая  из  историй  (пер.  А.К.Арендса)  //  Материалы  по истории  туркмен  и 

Туркмении, Том II. XVI-XIX вв. Иранские, бухарские и хивинские источники. Москва – Ленинград, 1938, с.52-64. 

87

 Bax: Ч.А.Стори. Персидская литература, ч. II, с.861. 



88

 Hasan-ı Rumlu. Ahsenü’t-Tevârîh (çeviren: M.Öztürk). Ankara, 2006. 

89

 Rumlu Hasan. Şah İsmail Tarihi (Ahsenü’t-Tevârîh). Ankara, 2004. Bu kitaba Ş.Keçeli və Z.Vəliyeva şərhlər yazmışlar. 




Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə