HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə36/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   32   33   34   35   36   37   38   39   ...   337

54

 

 



adamların sözləri ilə o mücadilə sülhlə əvəzləndi. Daha əvvəl bildirildiyi kimi, Qara Osman Sultan Çəkümə 

qarşı savaşa getdi. 

 

Qara Yusif isə Ərzincana



258

 yola düşdü. O, Kürdüstana, Vana

259

 və Vostana



260

 basqın edib istila bay-

rağını ucaltdı və Avnik

261


 qalasını Əmir Doldayın  əlindən aldı. Qara Yusifin əzəmət və şövkətinin [xəbəri] 

ardıcıl və mütəmadi surətdə Mirzə Əbu-Bəkrə çatdığı üçün o, həmin zaman Sultan Əhməd Cəlairin üzərinə 

getmək istəsə də, bu yürüşdən əl çəkib Qara Yusiflə savaşa yollandı.   

 

O tərəfdən Qara Yusif də türkman əmirlərini toplayıb onlara dedi: 



 

-  Biz  ata-babalarımızın  yolu  ilə  getməliyik.  Yayda  Aladağ  yaylağına  gedərik,  qışda  isə  Diyarbəkr 

qışlağına və Fərat kənarına yürüyərik. Bizim cağatay qoşunları ilə ədavət etməyimiz məsləhət deyildir. 

 

Türkmanlar dedilər: 



 

- Əgər Sahibqiranın Azərbaycanda qoyduğu əmirlər həyatda olsaydılar, biz onlarla vuruşmazdıq. Bir 

halda ki Mirzə Əbu-Bəkr onları öldürmüşdür və [onların yerinə] bir dəstə əclafı yüksəltmişdir, onlardan qə-

tiyyən qorxumuz yoxdur. 

 

Qara Yusif türkman əmirlərinin sözlərinə sevindi. O, xəyal kimi yüksəyə uçan oxlarının qorxusu ilə 



qartalları  göyün  zirvəsində  pərən-pərən  salan  və  əjdaha  görkəmli  nizələrinin  heybəti  ilə  aslanları  meşədən 

qaçmağa məcbur edən,  

Nəzm 

“Düşmən həmləsi qarşısında kamanını möhkəm tutan, 



Düşmənin üstünə cumduqları zaman çevik hərəkət edən

Ox zərbəsi ilə düşmənin gözündən nuru alan

Nizənin ucu ilə görməyən gözdən su çıxaran”, 

seçkin  və  təcrübəli  ərlərlə,  döyüşdə  sınaqdan  çıxmış  igidlərlə  hərb  meydanına  yönəlib  Mirzə  Əbu-Bəkrin 

qarşısında səf çəkdi. O əsnada Mirzə Əbu-Bəkr qızmış şir və qorxunc bəbir kimi Qara Yusif Türkmanın or-

dusuna həmlə etdi. [Lakin] onlar İsgəndər səddi və Xeybər

262

 qalası kimi dayanıb öz yerlərindən tərpənmədi-



lər. 

Nəzm 


“Dəmir dəbilqəli igidlər dayandılar, 

İsgəndər səddi kimi o döyüş meydanında. 

Düşmənin çoxluğundan qorxuları yox idi, 

Özlərinin çoxluğu ilə lovğalanmırdılar”. 

O əsnada Qara Yusif Türkman son dərəcə cəsarəti və qorxmazlığı üzündən çevik və cəld bir şəkildə 

təkbaşına cağatay ordusunun səfinin içinə girdi və Mirzə Əbu-Bəkrin qoşunundan altı piyada onu dövrəyə al-

dı. Qara Yusif iti və sürətli gedən gözəl atını mahmızlayıb, onların arasından salamatlıqla qurtularaq öz qoşu-

nuna qatıldı. Ondan sonra hərb atəşi yüksəldi. 

Nəzm 

“Savaş atəşi elə yüksəldi ki, 



Onun şöləsindən göyün üzü tutuldu”. 

 

Qara Yusif Türkmanın ordusu bacarıqlı ərlərin yardımı ilə səy göstərib, qılınc və xəncər zərbəsi ilə 



səhranın səthini [qanla] Ceyhun [çayına] çevirdilər. Asimanın pərdəsi və yerin örtüyü qır qaralığını aldıqda, 

aləmin  ərazisi  zənci  ordusunun  (qaranlığın)  cövlangahına  çevrildikdə,  həbəş  qoşunu (zülmət)  yer  kürəsinin 

arxasından qalxıb göylərə üz tutduqda, mavi səhnə (səma) səyyar ulduzların nurları və çiçəkləri ilə zinət və 

yaraşıq qazandıqda və firuzə rəngli asiman sabit ulduzların ləlləri ilə gözəllik və bəzək tapdıqda, 

Nəzm 

“Ulduzlar Cəfəri qızıl kimi mavi günbəzin üstündə, 



                                                 

258


 Ərzincan – Türkiyənin şərqində, Ərzurumla Sivas arasında, Fərat çayı sahilində şəhər. 

259


 Van – Türkiyənin şərqində, Van gölündən şərqdə yerləşən şəhər. 

260


 Vostan (Vəstan) – Türkiyənin Van vilayətinin Gevaş ilçəsində tarixi yer. 

261


 Avnik qalası – Ərzurum vilayətinin Köprüköy ilçəsinin Güzelhisar (Avnik) kəndində, Araz çayının cənubunda yerləşir. 

262


 Xeybər – Mədinədən Suriyaya gedən yol üstündə yerləşən, güclü istehkamlara malik olan yəhudi şəhəri idi. Bu şəhər m. 628-ci 

ildə Məhəmməd peyğəmbərin göstərişi ilə Həzrət Əlinin başçılıq etdiyi islam qoşunu tərəfindən fəth edilmişdi. 




55

 

 



Müştəri

263


 gül dəstəsi kimi, Süha

264


 gümüş nöqtə kimi. 

Məşriq tərəfdən şəfəq, gümüş tabaq üzərindəki lalə kimi

Ulduzlar dolaşmaqdadır məşuqəmizin üzündəki tər kimi. 

Elə bir qaranlıq gecə ki, cəhənnəmdən nişan verir hər guşə

Qətrələr tuluqdan töküldüyü kimi ulduzlar düşür səmadan”, 

hər iki güruh savaşdan yorulub bir-birinin qarşısında yerləşdilər və gecə hər iki tərəf gözətçilik etdi. 

Nəzm 

“Həmin gecə ki, bu gözəl bağın xurma ağacından, 



Tuti uçdu və [yerinə] qarğa oturdu. 

Öldürdülər gecəni, çırağı canlı saxlayaraq, 

Çıxıb getdi yuxu sevdası beyindən”. 

 

Hər iki qoşunun igidləri və hər iki ölkənin dilavərləri iki polad dağ kimi bir-birinin qarşısında dayan-



mışdılar. 

Nəzm 


“Dəmirdən hörülmüş iki divar arasında, 

Bir küçə təsəvvür et ki, fəna (ölüm) şəhəridir”. 

 

Cağatay qoşunları ardıcıl həmlələr edib neçə dəfə türkmanların səflərini pozdular. Qara Yusif, Mirzə 



Əbu-Bəkri döyüşə çağırıb dedi: 

 

- Bizim ədavətimiz üzündən çoxlu adam tələf oldu. İgidliyin və bahadırlığın şərti odur ki, biz ikimiz 



[təkbətək] döyüşək. 

Nəzm 


“Səy göstərək hər ikimiz qılınc və nizə ilə

Çəkməyək meydan işindən yüyən. 

Görək ki, uca asiman (çərxi-fələk), 

Kimin boynunu keçirəcək kəməndin ilməsinə”. 

 

Mirzə Əbu-Bəkrin ürəyini tamamilə qorxu bürüdü və qətiyyən öz yerindən hərəkət etmədi. Döyüş-



dən və vuruşdan sonra o iki fitnəkar tayfa öz ordugahlarına qayıtdılar. Mirzə Əbu-Bəkr qərar tutmayıb fərar 

etdi. Talesizlik tozu yaxşı soylu şahzadənin üzünə qondu və o, həsrət və peşmanlıq suyu ilə əlini mülkdən və 

maldan yudu. Onun ordusunun əksəriyyəti Araz çayında qərq oldu. Zəfər şüarlı qoşunların əlinə o qədər çox 

mal düşdü ki, onları təqib etmədilər. Mirzə Əbu-Bəkr özünü məhdud bir dəstə ilə Təbrizə çatdırıb rəiyyətin 

mallarına əl uzatdı. Şeyx Qəssab səhrada çoxlu tonqal qalamışdı. Mirzə Əbu-Bəkrin adamları elə bildilər ki, 

Qara Yusifin ordusu gəlib çatmışdır. [Mirzə Əbu-Bəkr] son dərəcə qorxduğundan onun damarlarının məcra-

sında qan dondu və onu bürümüş ifrat dəhşətdən kəlləsinin böyük oyuğundakı beyni əridi. Sanki Qara Yusif 

Türkmanın qantökən nizəsinin xəyalını yuxuda görmüş və ya onun iti qılıncının parıltısını yada salmış kimi 

şəhəri atıb fərar etdi. Qara Yusif Türkman arzusuna yetmiş və kamına çatmış şəkildə Naxçıvana yönəldi. 

 

O zaman Xoca Seydi Məhəmməd Keçəçi



265

, Qara Yusifin dərgahına gəldi. Qara Yusif bargahından 

(çadırından) çıxıb şeyxi ağuşuna basdı və ondan Təbrizin halını soruşdu. Şeyx onu Təbrizə doğru getməyə 

təhrik etdi. Qara Yusif cavabında dedi: 

 

- Sahibqiran Əmir Teymur Kürəkanın çox sayda övladı qalmışdır. Mən əhd etmişəm ki, onlarla düş-



mənçilik etməyəcəyəm. Bu savaşın baş verməsinə Mirzə Əbu-Bəkr bais oldu. Mənim səltənətlə işim yoxdur. 

 

Xoca Seydi Məhəmməd gözəl nitqi və ürək oxşayan kəlmələri sayəsində elə etdi ki, Qara Yusif Təb-



rizin mühafizəsi üçün bir dəstə göndərdi. O səadətli hökmdar Mərənddə qışlaq etdi. O əsnada Əmir Bistam 

Cagirlü onun dərgahına tələsib əmirülüməralıq

266

 mənsəbini əldə etdi. 



 

                                                 

263

 Müştəri – Yupiter planeti. 



264

 Süha – Kiçik Ayı bürcündə görünən kiçik bir ulduz. 

265

 Təbrizin seyidlərindən və məşhur şəxslərindən idi (Nəvai, şərhlər, s.146).  



266

 Əmirülüməra - əmirlər əmiri, baş sərkərdə. 




Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə