HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə39/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   35   36   37   38   39   40   41   42   ...   337

60

 

 



şahı öldürmüş qulamı onun əmri ilə qətlə yetirdilər. Mirzə Miranşahın cəsədini Sürxabda

300


 dəfn etdilər. Bir 

müddət  sonra  Şəmsəddin  Quri  dərvişlər  qiyafəsində  gəlib,  Mirzə  Miranşahın  sümüklərini  Mavəraünnəhrə 

apararaq Keş şəhərində dəfn etdi. 

Qara Yusif döyüşdə əsir alınan hər kəsin qida ehtiyacını və yol azuqəsini verib onlara çıxıb getmək 

üçün icazə verdi. O, fikrində padşah olmağı qərara alıb hərəkət bayrağını Aladağ yaylağına doğru qaldırdı, 

döyüş meydanında mərdanə işlər görmüş Əmir Bistama böyük ehtiram göstərdi və töhfələrlə, hədiyyələrlə 

birlikdə  yaxşı nitq qabiliyyətinə  malik elçilərini  Sultan  Əhməd  Cəlairin  yanına göndərdi.  Sultan  onları  çox 

hörmətlə qarşılayıb Pirbudaq və Qara Yusif üçün padşahlıq ləvazimatı göndərdi. Qara Yusif, Pirbudağı səltə-

nətə yüksəldib, sikkəni və xütbəni onun adı ilə zinətləndirdi. Hökmlərdə belə yazmağı buyurdu: “Pirbudaq 

xan yarlığdan Əbu-Nəsr Yusif Bahadır sözümüz”

301

. Pirbudaq atasının yanına gəldiyi zaman Qara Yusif ona 



öz döşəyinin üstündə yer verər və özü ədəblə iki dizi üzərində oturardı. 

O qış Qara Yusif Təbriz qışlağına hərəkət etdi. O cənnət nişanlı şəhərin böyükləri və əyanları onu 

qarşılamaq üçün Sufiyana

302


 qədər gəldilər, yaxşı xasiyyətli padşahın hüsn-rəğbəti və iltifatı ilə iftixar və fəxr 

başlarını göylərin zirvəsinə çatdırdılar və türkman hökmdarının qədəmlərinin uğuru ilə Hülaku xanın taxtga-

hı üstünlük ayağını dövr edən fələyin bürcləri üzərinə qoydu. Günbəgün onun siyasətinin heybəti daha çox 

ürəklərə yatdı və onun vilayətinin ərazisi daha da genişləndi. 

Nəzm 

“Öz cilovunu onun istəyinə tapşırdı tale, 



Öz yüyənini onun tədbirinə təhvil verdi qəzavü-qədər. 

Nə dünya ona tabe olmaqdan üz çevirdi

Nə baş ona itaətdən boyun qaqçırdı”. 

Dövranın aslanı Qara Yusifin əhvalı haqqında söhbət 

 

Bu il Qara Yusif Türkman, Əmir Bistam Cagirlünü İraqi-Əcəmdə hakimlik etməyə göndərdi. O, Sul-



taniyyəyə çatdığı vaxt Mirzə Əbu-Bəkr tərəfindən həmin qalanın kutvalı

303


 olan Dərviş Quşçu müxaliflik et-

məyə  başladı.  Axırda  Əmir  Bistam  oranı  ələ  keçirib o  şəhərin  hakimliyini  öz  qardaşı Məsuma  həvalə  etdi, 

həmçinin Qəzvini və Həmədanı da tutdu. 

Əlincəq qalasının fəthi 

 

Bu il Qara Yusif, Busadı qoşunla Gavərud qalasını mühasirə etməyə göndərdi. Baba Hacı o qalanı 



möhkəmləndirdi. Türkman ordusu lağım, rəadə, mancanaq və s. kimi qala almaq üsullarını bilmədiyinə görə 

Busad bir dəstə türkmanla xəndəyin kənarında səf çəkdi. Neçə-neçə ox atdılar. Qəzavü-qədərin əlindən bir 

gün bir ox açılıb Busadın üzünə dəydi və o yaralandı. Həmin yara böyüdü və axırda o yaradan öldü. Ondan 

sonra Qara Yusif özü qalanın ətəyinə gəldi. Qalanın möhkəm olduğunu görüncə, mühasirədən peşman oldu. 

Onun fikrincə, bir igid adam yüz qaladan daha yaxşıdır (yüz qala bir igidə dəyməz) və həmişə deyərdi: “Axı 

aqil adamlar belə bir döyüşə necə razı ola bilərlər ki, o tərəfdən atılan ox ürəyə, bu tərəfdən atılan ox isə gilə 

dəyir?!” 

 

Bundan  başqa,  daha  öncə qeyd  edildiyi  kimi,  Sultan Əhməd  Cəlairin  göstərişi ilə  Qazı  İmadəddin 



Əlincəq qalasını təmir etməklə məşğul oldu. Qısa müddət ərzində o, oranı əvvəlki halına geri qaytardı. Qala 

ətrafında yerləşən bəzi bölgələrin kələntərlərini

304

 və sərdarlarını köçürüb qalanın içinə apardı. Sultan Əhməd 



                                                 

300


 Sürxab dağı – Təbriz yaxınlığındadır. 

301


 Bu cümlə orijinal mətndə də türkcə yazılmışdır. “Mətləüs-səədeyn”də bu hadisə h. 814-cü ilə aid edilmiş və həmin cümlə belə 

yazılmışdır: “Sultan Pirbudaq yarlığından Əbunnəsr Yusif Bahadır sözümüz” (Ə.Nəvai, şərhlər, s.155).    

302

 Sufiyan – Cənubi Azərbaycanda, Şəbüstər şəhristanında qəsəbə. 



303

 Kutval – qalanın rəisi, komendantı. 

304

 Kələntər (farsca “böyük” deməkdir) – daruğadan sonra şəhər idarəçiliyində ikinci mühüm vəzifə sayılırdı. Əgər daruğalar şəhə-



rin  hərbi-siyasi  və  inzibati  rəisi  idilərsə,  kələntərlər  şəhərin  mülki  və  sosial-iqtisadi  həyatına  başçılıq  edirdilər  (daha  ətraflı  bax: 

М.Х.Гейдаров. Социально-экономические отношения, с.81-84,113; З.Г.Байрамов. Местное и городское управление в Азербай-

джане в системе государства Сефевидов. Автореферат диссертации на соискание ученой степени кандидата историчес-

ких наук. Баку, 1985, с.17). 

   



61

 

 



Təbrizdən Bağdada getdikdən sonra Təbrizdə sanballı bir hakim olmadığından qazı istila bayrağını qaldırdı. 

Qara Yusif o qalanın heç vəchlə alına bilməyəcəyini başa düşdüyü üçün hökm yazdı ki, qala və oraya yaxın 

olan neçə-neçə yerlər qazıya verilsin, amma Əlincəq qalasından nisbətən daha uzaqda yerləşən bölgələr öz 

oğlu  İsgəndərə  həvalə  edilsin.  Qazı  İmadəddin  Naxçıvanın  say-seçmə  adamlarından  idi.  Ağıl  və  fərasətdə 

tay-tuşlarından üstün və seçkin idi. Onun işləri yaxşı getməyə başladı və bütün Naxçıvan tümənini ona həva-

lə etdilər. Haraya bir bərat

305

 yazsaydı, həvəslə və rəğbətlə vergini təslim edərdilər. Qısa zaman ərzində çox-



lu mal topladı. Hər gün qazının adamlarının sayı artırdı. Hakimiyyət qüruru qazının beynində özünə yer tap-

dığından qardaşlarına dedi: 

 

- Bu ətrafda yurd və məqam tutmuş türklərdən və türkmanlardan [ibarət] tayfanı gərək öz yanımıza 



gətirək. Çünki taciklərin

306


 bacarmadıqları bir çox işləri onlar edə bilərlər. 

 

Əcəlin zərurəti qazını sövq etdi ki, türklərdən və türkmanlardan Veysi, onun qardaşlarını və qohum-



larını, Hacı Qorçunu, Cəmaləddini, Şəhriyarı və bu camaatdan olan başqalarını ailələri və köçləri ilə birlikdə 

qalaya daxil etsin və qalanın bir tərəfini onlara tapşırdı. Onların hamısına ürəklərinin istədiyinə uyğun şəkil-

də ülufə və maaş təyin etdi. 

 

Bir müddət bu minvalla keçdi. Türklər gördülər ki, qazının vəzir və müşavirlərinin hamısı taciklərdir 



və onlardan heç kimin mülk və mal işlərinə müdaxilə etməsinə imkan vermirlər. O qövmün könlündə qəzəb 

və həsəd atəşi alovlandı. Bir-birləri ilə danışıb qərara gəldilər ki, çaharşənbə günü, ilk namaz vaxtı qazının 

evində toplansınlar və onu ortadan qaldırıb qalanı ələ keçirsinlər. Qərarlaşdırdılar ki, ucadan fəryad edildiyi 

zaman hər kəs silaha əl atsın. Həmin çaharşənbə gününün səhərində bir şəxs qazıya dedi ki, “türklər toplan-

mışlar və xəlvətcə öz aralarında danışmışlar”. Qazı qardaşlarına buyurdu ki, “gərək sabah türklərin hamısını 

toplayaq, layiq olanlarını burada saxlayaq, şər və fitnə əhlini isə qaladan çıxaraq”. Həmin gün zöhr (günorta) 

vaxtı qazı yuxuda olarkən türklər onun evinin qapısında toplandılar və ucadan nərə çəkdilər. Qılınclarını çə-

kib qədəmlərini önə qoydular. Qalmaqal və qovğa yüksəldikdə qazının qardaşı olan igid, cəsur və pəhləvan 

Tacülislam qılıncını çəkib evdən bayıra atıldı. O vaxt Şəhriyar öz kamanına bir ox qoymuşdu və [həmin oxu] 

onun sinəsinə elə vurdu ki, oxun ucu onun kürəyindən çıxdı. Qazının digər qardaşı Şahmahmud ox və yayla 

başqa bir qapıdan ayağını bayıra qoydu. Hacı Qorçu onun işini bir oxla bitirdi. Elə bu zaman qazı yuxudan 

oyanıb qılıncla düşmənlərinin üstünə getdi. Bir qədər vuruşduqdan sonra onu parça-parça etdilər. Qazı İma-

dəddinin bütün nökərlərini öldürdülər. Onların mallarını isə öz aralarında bölüşdürdülər. Bir-biriləri ilə məş-

vərət edib dedilər: 

 

- Əgər biz qalanı zəbt etməklə məşğul olsaq, mümkündür ki, onu  əldə saxlamağın öhdəsindən gələ 



bilməyək.  İndi  məsləhət  odur  ki,  qalanı  Qara  Yusifin  oğlu  İsgəndərə  tapşıraq  və  özümüz  onun  mülazimi 

olaq. Buradan onun yurduna qədər altı fərsəxdir. Elə bu gecə onu çağırmaq üçün adam göndərmək lazımdır 

ki, onu xatircəm edək. 

 

Şəhriyar, Mirzə İsgəndəri çağırmağa getdi. Şəhriyar onun iqamətgahına çatıb halı ərz etdi. İsgəndər 



yanında olan süvarilər və piyadalarla təcili surətdə hərəkətə gəlib qalaya daxil oldu. O, qala əhlinin əhvalını 

diqqətlə nəzərdən keçirib onların ruzigarının səhifələri üzərində şücaət əlamətlərini gördü. Həmin sərdarlar-

dan hər birinə bir mənsəb verdi: Hacını özünə qorçu

307


 etdi, Şəhruyarı divan əmirliyinə təyin etdi, Veysə isə 

nədimlik


308

 verdi. Əlincəq qalasının fəthi haqqında xəbəri Əmir Yusifə məruzə etdi və o da qalanın idarəsini 

Mirzə İsgəndərə tapşırdı. 

Müxtəlif əhvalatlar 

 

Həmçinin bu il Sultan Əhməd Cəlair Bağdadın qala divarını təmir etdi və oğlu Əlaüddövlə Səmər-



qənddə həbsdən xilas olub Bağdada gəldi. Sultan Əhməd Cəlair Hillə hakimliyini ona həvalə etdi. Əlaüddöv-

lənin bir oğlu oldu və adını Şeyx Həsən qoydular.  

                                                 

305


 Bərat – vergi ödənilməsi haqqında sənəd. 

306


 Tacik  –  Səfəvi  mənbələrində  farslar  bu  cür  adlandırılırlar.  Lakin  bu  ad bəzi  hallarda  (burada  olduğu  kimi)  etnik  mənsubiyyət 

bildirməyib, ümumilikdə oturaq əhaliyə şamil olunurdu. Türkman adı altında isə köçəri və ya yarımköçəri türk-oğuz tayfaları nəzərdə 

tutulurdu. 

307


 Qorçular – türkcə “qorumaq” felindən yaranmışdır. Şahın şəxsi qvardiyasının döyüşçüləri belə adlanırdılar. 

308


 Nədim – keçmişdə yüksək rütbəli şəxsləri maraqlı söhbətlər, gülməli sözlər və lətifələrlə əyləndirən adam. 


Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə