27
xanada (indiki Rusiya Milli Kitabxanası), İstanbuldakı Nuruosmaniyyə, Bayəzid və Əsəd Əfəndi kolleksiya-
larında, İngiltərədəki Bodleian kitabxanasında, Britaniya Muzeyində, Paris Milli Kitabxanasında, Ellis kol-
leksiyasında və s. saxlanan əlyazma nüsxələrini misal göstərmək olar
75
.
Bakıda, AMEA M.Füzuli adına Əlyazmalar İnstututunda əsərin son cildinin B-1696 və S-435 şifrəli
iki əlyazma nüsxəsi mühafizə olunur.
B-1696 şifrəli nüsxə şikəstə elemetlərinə malik kalliqrafik nəstəliq xətti ilə köçürülmüşdür. Kağızları
incə, sarımtıl və pardaxlıdır. Mətn qızılı haşiyələrlə çərçivələnmişdir. Vərəqlər sadə karandaşla, müasir rə-
qəmlərlə nömrələnmişdir. Əlyazmanın 1 və 2-ci səhifələri zərli ornamentlərlə bəzədilmişdir. Mətni qara, baş-
lıqları isə qırmızı mürəkkəblə yazılmışdır. Paleoqrafik xüsusiyyətlərinə görə XVII əsrin birinci yarısına aid
edilir. Ölçüsü 24х14,5 sm, həcmi 265 vərəqdir
76
. Əlyazma kitabı üzərində bərpa işlərinin aparıldığı və göy
rəngli karton cildə salındığı müşahidə edilməkdədir.
Başlanğıcı:
حیب رکش و ساپس و دمح
تساربم ناکما و سودح تمس زا شللاج و زع تاقدارس هک تسازس ار یناطلس سایق و د
...
Sonu:
...
شتنطلس مایا تفه و تسیب و دصفه رد شتوف هن و داتشه و دصشش رد شتلود لوا نامثع ناطاس
...
Nüsxə üzərində apardığımız araşdırmalar nəticəsində onun əskik və üstün cəhətlərini müəyyənləşdir-
məyə çalışdıq. İlk növbədə nüsxədə bəzi boşluqların və sistemsizliklərin olduğu nəzərə çarpır:
Nüsxənin 7-ci və 8-ci vərəqləri arasında mətnin ardıcıllığının pozulduğunu müəyyənləşdirdik. Belə
ki, 7b vərəqinin sonunda h. 900-cü ilin hadisələri şərh edilərkən Şah İsmayılın bibisi Şah Paşa xatunun öz əri
Məhəmməd bəylə birlikdə Lahicandan gələn hədiyyələri qarşılamaq üçün Ərdəbilin Kurim kəndinə getmə-
ləri təsvir olunur, 8a vərəqi isə h. 905-ci il hadisələri çərçivəsində Şah İsmayıla Ərcüvanda sui-qəsd təşkil et-
mək cəhdinin üstünün açılması ilə başlanır. Əlyazmadakı bu boşluq Tehran çapının (1389 h. ş.) 911-936-cı
səhifələrini əhatə etməkdədir.
Əlyazma kitabının 13b vərəqi h. 905-ci ildə Xorasan vilayətində baş vermiş hadisələrin (Bədiüzza-
man mirzənin Herata yürüşü) təsviri ilə bitir (mətnin bu yeri Tehran çapının 946-cı səhifəsinə müvafiqdir).
Lakin 14a vərəqi h. 901-ci il hadisələrinin “Müxtəlif əhvalatlar” bölümü ilə başlayır. Bu isə Tehran nəşrinin
915-ci səhifəsinə uyğundur. Daha sonra hadisələrin ardıcıllığı davam edir və 21b vərəqi h. 905-ci ilin hadisə-
ləri daxilində İsmayılın Lahicandan çıxmasının təsviri ilə qurtarır. Mətnin bu parçası Tehran çapının 934-cü
səhifəsinə müvafiqdir. Göründüyü kimi, kitab cildlənərkən yanlışlığa yol verilmiş, 8a-13b vərəqləri 21b və-
rəqindən sonra yer almalı olduğu halda, daha əvvələ keçirilmişdir.
Mətnin 21 və 22-ci vərəqləri arasında bir boş vərəq var. 22a vərəqi 906-cı ilin hadisələrinin təsviri ilə
(Ərzincandakı hərbi müşavirə ilə) başlayır. Bu isə Tehran çapının 954-cü səhifəsinə uyğun gəlir.
Nüsxənin 50-51-ci vərəqləri arasında bir vərəqin düşdüyünü təxmin edirik. Çünki 50b vərəqi h. 911-
ci ildə Teymuri hökmdarı Sultan Hüseyn Bayqaranın ölümündən sonra onun oğullarının (Bədiüzzaman mir-
zə ilə Müzəffər Hüseyn mirzənin) şərikli hökmdar elan olunması ilə qurtarır (mətnin bu yeri Tehran nəşrinin
1012-ci səhifəsində dərc edilmişdir). Lakin 51a vərəqi h. 912-ci ildə Şeybani xanın elçisinin Herat sarayında-
kı çıxışı ilə başlayır (bu isə Tehran çapının 1015-ci səhifəsinə uyğundur).
Beləliklə, bütün bu müqayisələr onu göstərdi ki, Tehran nəşrinin 911-915, 934-936, 946-954 və
1012-1015-ci səhifələri arasındakı mətnlər hal-hazırda əlyazma nüsxəsində əksini tapmamışdır. Bunlardan
əlavə, 144-145-ci, 258-259-ci (h. 977-ci ilin hadisələrinin təsviri) və 263-264-cü vərəqlər (Təbriz üsyanının
şərhi) arasından ən azı bir vərəqin düşdüyünü təsbit etdik.
Həsən bəy Rumlu “Əhsənüt-təvarix”i h. 985-ci ilin hadisələrinə kimi davam etdirsə də, bəhs etdiyi-
miz Bakı nüsxəsində hadisələrin təsviri h. 982-ci ilin əhvalatları daxilində yer alan “Ölümlər” bölümündə, II
Sultan Səlimin vəfatı ilə əlaqədar olan açıqlamalarda yarımçıq qalmışdır. Mətnin bu qismi Tehran çapının
75
Bax: Ч.А.Стори. Персидская литература, ч. II, с.860-861;
http://www.aghabozorg.ir/search.aspx
76
Bu nüsxənin paleoqrafik xüsusiyyətləri haqqında məlumat aşağıdakı əlyazma kataloqlarından alınmışdır: M.Sultanov. Əlyazma-
ları kataloqu (Azərbaycan SSR EA Respublika Əlyazmaları Fondu). I cild (tarix, coğrafiya, ədəbiyyat nəzəriyyəsi, təzkirələr, bədii
ədəbiyyat və münşəat). Bakı, 1963, s.26-27; Г.Наджафов. Каталог персидских рукописей (сочинения по истории и географии).
Баку, 2013, c.34-35.
28
1490-cı səhifəsinə uyğun gəlir və həmin nəşrdə əksini tapmış mətnin son səhifəsi olan 1556-cı səhifəyə qədər
məlumatlar sözügedən Bakı nüsxəsində yer almamışdır.
Vərəqlərin düşməsi və ya cildləmə zamanı yerlərinin dəyişik salınması nəticəsində meydana gəlmiş
bu kimi boşluqlarla yanaşı, əlyazma nüsxəsinin bəzi digər yerlərində də çatışmazlıqlar hiss edilir. Məsələn,
burada h. 916-cı il hadisələrinin təsviri zamanı Şeybani xanın Şah İsmayıla göndərdiyi məktubun mətninə
(bax: Tehran çapı, səh. 1043-1045) yer verilməmişdir. Halbuki mətnin həmin yerində (63b vərəqində) hansı-
sa bir vərəqin düşməsindən söhbət gedə bilməz.
Tehran çapında (səh. 1202-1203) h. 937-ci il hadisələri daxilində yer almış “Rumda baş vermiş hadi-
sələr haqqında söhbət” adlı bölümə də bu nüsxə daxilində rast gəlmirik. Sözügedən Bakı nüsxəsinin 97-ci
vərəqində h. 924-cü ilin hadisələri yanlışlıqla h. 923-cü ilin hadisələri daxilində verilmişdir. Əlyazmanın
233-cü vərəqində h. 964-cü il hadisələrindən yalnız “Ölümlər” bölümü əksini tapmış, lakin bu bölüm də səh-
vən h. 963-cü ilin hadisələrinə ayrılmış fəslin ardı kimi təqdim olunmuşdur. Eyni zamanda, 99b-100b vərəq-
lərində h. 927-ci ilin hadisələri daxilində təsvir edilmiş “Rumda baş vermiş hadisələr” və “Müxtəlif əhvalat-
lar” bölümlərinin yeri dəyişik düşmüşdür.
Bütün bu nöqsanlarına baxmayaraq, Bakı nüsxəsinin bir sıra üstün özəllikləri də vardır. Bu özəlliklə-
rin ən birincisi, heç şübhəsiz ki, Şah Təhmasibin özbək hökmdarı Übeyd xana göndərdiyi cavab məktubunun
mətnidir
77
. Qeyd edək ki, h. 936-cı ildə yazılmış bu məktubun mətni nə Ç.N.Seddonun 1931-ci ildə, nə də
Ə.Nəvainin 2010-cu ildə nəşr etdirdikləri elmi-tənqidi mətnlərə daxil edilməmişdir. Buna görə də biz həmin
məktubun mətnini məhz Bakı nüsxəsindən tərcümə etmişik. Bundan başqa, sözügedən Bakı nüsxəsinin kö-
məyi ilə bir sıra şəxslərə və hadisələrə dair yeni məlumatlar əldə edilmiş və tərcümə olunmuşdur. Məsələn, I
Şah İsmayılın sərkərdələrindən olan “Tozqoparan” ləqəbli Qara Piri bəy Qacarın Ziyadoğlular nəslinə aid ol-
duğunu biz sadəcə Bakı nüsxəsindən öyrənirik
78
.
“Əhsənüt-təvarix” əsərinin digər bir əlyazma nüsxəsi M.Füzuli adına Əlyazmalar İnstitutunda S-435
şifrəsi ilə mühafizə edilməkdədir. Bu nüsxə nəstəliq xətti ilə sarımtıl dəftərxana kağızlarının tək üzünə köçü-
rülmüş, açıq yaşıl rəngli karton cildə salınmışdır. Mətn qara mürəkkəblə, başlıqlar isə bəzən qara, bəzən qır-
mızı mürəkkəblə yazılmışdır. Səhifələr ərəb rəqəmləri ilə nömrələnmişdir. Paleoqrafik xüsusiyyətlərinə görə
XX əsrin ortalarına aid edilə bilər. Ölçüsü: 30,3 x 18,5 sm., həcmi 235 vərəqdir.
Əvvəli:
تساربم ناکما و سودح تمس زا شللاج و زع تاقدارس هک تسازس ار یناطلس سایق و دحیب رکش و ساپس و دمح
...
Sonu:
...
یسک وت زک ؛گنج رهب زا هن شیپ مدق ود کی ؛رگد روایم رذع نانز وچمه ؛رس ز نک نورب سرت تفص درم
...
Müqayisələr nəticəsində bu nüsxənin Əlyazmalar İnstitutundakı B-1696 şifrəli digər nüsxədən köçü-
rüldüyünü müəyyənləşdirdik. Belə ki, ilk nüsxədə olan boşluqlar, xronoloji ardıcıllığın pozulması kimi hal-
lar, adların və istilahların yazılması zamanı yol verilmiş xətalar eyniylə bu nüsxədə də təkrar edilmişdir. Bəzi
yerlərdə isə katib yazı xətalarını təshih etməyə çalışmış, ilk nüsxədə yazılmış yanlış variantı olduğu kimi kö-
çürsə də, mötərizədə həmin sözün təshih olunmuş formasını yazmışdır. Məsələn, I nüsxənin 14a vərəqində
səhvən “pesər-e məzar-e Şeyx Sədi” yazılmışdır. II nüsxənin katibi öz əlyazmasının 21-ci vərəqində bu ifa-
dəni mötərizə daxilində təshih etmişdir: “pesər-e (be sər-e) məzar-e Şeyx Sədi”. Katib bəzən mətndəki boş-
luqları və hadisələrin ardıcıllığının pozulduğunu fərq etmiş və həmin yerlərdə ulduz işarəsi qoymuşdur
79
. La-
kin haqqında bəhs etdiyimiz bu nüsxə ilk nüsxənin tam köçürülmüş variantı deyil. Çünki burada hadisələrin
təsviri h. 936-cı ilin hadisələrində, Şah Təhmasibin Übeyd xana yazdığı məktubun mətnində yarımçıq qalır.
Əsərin nəşrləri və başqa dillərə tərcümələri. Həsən bəy Rumlunun “Əhsənüt-təvarix” əsərinin
farsca mətnindən parçalar ilk dəfə Sankt-Peterburqda saxlanan bir əlyazma nüsxəsi əsasında 1858-ci ildə
akad. B.Dorn tərəfindən “Xəzəryanı ölkələrin cənub sahillərinin tarixinə dair müsəlman mənbələri” adlı ki-
77
Həsən bəy Rumlu. Əhsənüt-təvarix. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, B-1696, v.134b-140b.
78
Həmin əlyazma, v.65a.
79
Həsən bəy Rumlu. Əhsənüt-təvarix. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, S-435, v.11,33.