Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə24/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   20   21   22   23   24   25   26   27   ...   146

65

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

haqqında olan fikri və bu gün Azərbaycan haqqında olan fikri göstərdik. Əgər o fikir 

kənarda Azərbaycan haqqında cürbəcür böhtanlar əsasında yaranmışdısa, bu fikir 

isə Azərbaycanın bugünkü gerçəkliyi və görünüşü əsasında yaranır. Həm ictimai-

siyasi vəziyyət, sabitlik, həm də qurulmuş infrastruktur zəminində yaranır.

Bilirsiniz ki, Bakı həmişə gözəl şəhər olubdur. Mən yenə də Süleyman Dəmirəlin 

sözünə qayıdıram. O deyir ki, nümayəndə heyətimizə bildirdim ki, xatirinizdədirmi, 

mən 1991-ci ildə Bakıya gələndə nələr var idi. Indi görün, Azərbaycan nə yerdədir, 

nə vəziyyətdədir. Bəli, 1991-ci ildə buraya gələn adam o vaxt gördüyü ilə indi gör-

düyü arasında nə qədər fərq olduğunu söyləyir. Bunu dərhal görmək mümkün olur.

Beləliklə, bu konfrans bizə belə bir böyük imkan da verdi və biz bundan istifadə 

edərək bundan sonra da Azərbaycanın həqiqətlərini, bugünkü reallığını, gerçəkliyini 

hər  yerdə,  hər  ölkədə  göstərməliyik,  yaymalıyıq,  təbliğ  etməliyik.  Bu,  ona  görə 

lazımdır  ki,  bizi  daha  da  tanısınlar.  Bir  də  ona  görə  lazımdır  ki,  Ermənistan-

Azərbaycan münaqişəsi ilə əlaqədar Azərbaycan haqqında yaranmış mənfi fikirləri 

biz  gərək  tamamilə  ləğv  edək  və  konfransın  keçirilməsi  bunun  üçün  çox  böyük 

vasitə olmuşdur.

Konfransın işi, onun nəticələri, hesab edirəm ki, bundan sonra da təhlil və təbliğ 

olunmalıdır. Konfransa hazırlığın Azərbaycan ictimaiyyəti üçün bir əhəmiyyəti də 

ondan ibarətdir ki, Azərbaycanda ictimaiyyət Tarixi Ipək yolunun nə olduğunu bil-

di. Bəlkə də ayrı-ayrı insanlarda Ipək yolu haqqında çox az məlumat var idi, amma 

indi Ipək yolu ictimaiyyətimiz üçün açıldı.

Məsələn, təsəvvür edin, bu konfransın hazırlanması Azərbaycanda Ipək yoluna 

həsr olunmuş nə qədər elmi konfransların keçirilməsinə səbəb oldu. Elmi araşdır-

malar aparılır, kitablar yazılır. Artıq “Ipək yolu” jurnalı çıxır, gərək ki, onun iki 

nömrəsi çıxıbdır. Qəzet nəşr olunur. Onlar ingilis dilində də çap olundu, nümayəndə 

heyətlərinə də verildi. Yaxud, bizim Prezident Aparatının humanitar siyasət şöbəsi 

Ipək yoluna həsr olunmuş bir yaxşı kitab hazırladı. Orada çox gözəl tarixi xəritələr, 

materiallar toplandı və gələn nümayəndələrin hamısına verildi.

Mən sizə demişdim, o kitabın tirajını artırmaq lazımdır və ümumiyyətlə, yaymaq 

lazımdır. Çünki o kitabda Azərbaycanın və Ipək yolunun keçmiş, tarixi xəritələri 

vardır.  Onları,  ola  bilsin  ki,  ayrı-ayrı  alimlər,  tədqiqatçılar  bilirlər. Amma  bizim 

ictimaiyyət bilmir. Ancaq bunu bilmək lazımdır. Çünki artıq yeni proqram meydana 

çıxıbdır və o proqram da bundan sonra illər boyu həyata keçiriləcəkdir.

Yəni konfransa qədər çox işlər görülmüşdür. Amma hesab edirəm ki, indi, konf-

ransdan sonra bizim alimlərimiz, tədqiqatçılarımız bu sahədə daha çox işlər görə 

bilərlər, kitablar, elmi əsərlər yaza bilərlər, bu məsələni dərindən tədqiq edə bilərlər 

və konfransın nəticələrini təhlil edə bilərlər. Ona görə də konfransın nəticələri, imza-

lanmış sənədlər geniş təbliğ olunmalıdır, onun mahiyyəti, mənası ictimaiyyətə çat-

dırılmalıdır və bu barədə mütəmadi iş aparılmalıdır. Güman edirəm ki, bu tədbirlər 



66

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

hazırlanan sənədlərdə öz əksini tapacaqdır. Ancaq mən indidən bunu deyirəm ki, bi-

zim müvafiq elmi təşkilatlar, dövlət orqanları bu məsələlərlə ciddi məşğul olsunlar.

Tarixi Ipək yolunun bərpası ilə əlaqədar keçirilmiş Bakı beynəlxalq konfransı 

XXI əsr üçün yeni böyük bir proqram açdı. Indi dünyada son 10 ildə baş vermiş 

dəyişikliklərlə əlaqədar bir neçə proqram yaranıbdır. Bu proqramların bəzisi regi-

onal xarakter daşıyır, bəzisi bir neçə regionu birləşdirir. Hər birinin özünəməxsus 

əhəmiyyəti vardır.

Biz  Avropa  Birliyi  ilə  birgə  yeni  böyük  bir  proqram  irəli  sürdük.  Bu  proq-

ram isə Avropanın Asiya ilə birləşməsi və burada Qafqazın, o cümlədən xüsusən 

Azərbaycanın  rolu  və  əhəmiyyətidir.  Güman  edirəm  ki,  XXI  əsrdə  bu  proqram 

genişlənəcək, inkişaf edəcəkdir. Ancaq biz XXI əsrə doğru gedərək həm ölkəmiz, 

həm regionumuz, həm də bəşəriyyət üçün yeni bir proqramın irəli sürülməsinin işti-

rakçısıyıq və bununla əlaqədar keçirilən konfransın təşkilatçısıyıq. Biz çalışmalıyıq 

ki, bundan sonra da öz rolumuzu göstərə bilək.

Konfransın  yekunlarından  biri  də  ondan  ibarətdir  ki,  proqramın  həyata 

keçirilməsi üçün daimi katiblik yaradılıb və daimi katibliyin də Bakıda yerləşməsi 

qərara alınıbdır. Mən deməliyəm ki, bu qərar da asanlıqla qəbul olunmayıbdır. Çün-

ki bu proqramda iştirak edən bir neçə başqa ölkə də arzu edirdilər ki, katiblik on-

ların ölkəsində yerləşsin. Bu qərarın da əhəmiyyətinin nədən ibarət olduğunu izah 

etməyə ehtiyac yoxdur. Ancaq bizim gördüyümüz işə qiymət verildiyinə görə və 

bizim  səylərimiz  nəticəsində  sazişi  imzalayan  əsas  ölkələrin  hamısı  razı  oldular 

ki, birincisi, katiblik təsis olunsun, ikincisi də bu katiblik Bakıda, Azərbaycanda 

yerləşsin. Bu, konfransın yekunu olaraq bizə göstərilən böyük etimaddır, qayğı-

dır. Beləliklə, biz bu proqramın həyata keçirilməsi barəsində öz üzərimizə böyük 

məsuliyyət götürmüşük.

Təsəvvür  edin,  indi  dünyada  belə  proqramlar  çoxdur.  Məsələn,  Qara  dəniz 

hövzəsi dövlətlərinin Iqtisadi Əməkdaşlıq Təşkilatı vardır, onun katibliyi Istanbul-

da yerləşir. Bu da təbiidir. Çünki vaxtilə, 1992-ci ildə Türkiyənin Baş naziri Süley-

man Dəmirəlin təşəbbüsü ilə belə bir təşkilat yaranıbdır. Yaxud Iqtisadi Əməkdaşlıq 

Təşkilatı  vardır,  onun  katibliyi  Tehranda  yerləşir.  Bu  da  məlumdur.  Başqa  belə 

təşkilatlar vardır və onların katibliyi ayrı-ayrı ölkələrdə yerləşir. Ancaq Böyük Ipək 

yolu, Avropanı və Asiyanı bir-birinə bağlayan, birləşdirən proqramı həyata keçirən 

təşkilatın katibliyi Azərbaycanda yerləşir. Bir də qeyd edirəm, bu, bizə göstərilən 

böyük etimaddır və bizə bu proqramın həyata keçirilməsi sahəsində səy göstərmək 

üçün imkanlar yaradıbdır. Biz bunu da qiymətləndirməliyik və bu etimadı doğrult-

mağa çalışmalıyıq.

Beləliklə, bizim Avropa Birliyi ilə uğurlu əməkdaşlığımızın nəticəsində, TRA-

SEKA  proqramına  qəbul  olunmuş  ölkələrlə  əməkdaşlığımızın  nəticəsində  və  bu 

sahədə  göstərdiyimiz  təşəbbüslərin  nəticəsində Azərbaycanda  böyük  beynəlxalq 




Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə