Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə16/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   12   13   14   15   16   17   18   19   ...   232

35 

 

"Albaniyanın  əzə mətli  sahibi",  "tacdar"  adlandırılmıĢdır.  Həsən -Cə la l  özünü 



"mütləq  hökmdar"  titulu  ilə  nəzərə  çatdırırd ı.  Qan zasar  məbədinin  daĢüstü 

yazısında  o xuyuruq:  "Arsax  ölkəsinin  və  Xaçın   hüdudlarının  təbii  mütləq 

hökmdarı".  Bu hökmdarın ən təmtəraq lı titulu Qan zasar  monastırında, 1240-cı  ildə 

tərtib  olunmuĢ  daĢüstü  yazıda  gös tərilmiĢdir:  "Mən,  Allahın  müti  qulu,  Vaxtanqın 

oğlu,  əzəmətli  Həsənin  nəvəsi,  geniĢ  əraziləri  olan  yüksək  və  böyük  Arsax 

ölkəsinin təbii mütləq hökmdarı Həsən-Cəlal...". 

ġübhəsizdir  ki,  Həsən-Cəlalın  həmin  tarixi  mərhələnin  nüfuzlu  hakim 

sülalələri  ilə  qohumluq  əlaqələri  Xaçın-Arsax  hökmdarının  yüksək  mövqeyini 

səciyyələndirir.  Həsən-Cəlalın  hökmranlıq  illərini  Albaniyanın  iqtisadi,  siyasi  və 

mədəni  intibahı  dövrü  kimi  qiy mətləndirmək  mü mkündür.  Bu  yüksəliĢ 

ədəbiyyatda,  mülki  tikintidə,  memarlıqda,  sitayiĢ  qurğularının  yaradılmasında  öz 

əksini tapmıĢdı.  Gəncəli  Kirakos məhz bu zaman özünün "Tarix" əsərini yazmıĢdı. 

Öz hakimiyyətin in böyük alban Mehraniləri  ilə varislik əlaqəsini sübut etməyə can 

atan, alban hökmdarının hakimiyyətinin fasiləsizliyin i qeyd etməyə çalıĢan  Həsən-

Cəlalın  göstəriĢi  ilə  Moisey  Kalankatlın ın  "Albanların  tarixi"  əsərinin  

(salnaməsinin )  yazılıĢı  davam  etdirild i,  salnaməyə  dörd  yeni  fəsil  əlavə  olundu. 

Həmin  fəsillərdə  Həsən-Cəlalın  hökmran lıq  illəri,  onun  hakimiyyəti  dövründə 

Qanzasar  ko mp leksin in  tikintisi  öz  ə ksini  tap mıĢdır.  Bu  ə məllə  alban  tarixi-ədəbi 

ənənəsi dirçəldildi. 

Həsən-Cəlal  b ir  ço x  ö lkələrin  əsrlər  ərzində  yaradılmıĢ  maddi-mənəvi 

dəyərlərin i tarix səhnəsindən çıxarmıĢ monqollarla yaxĢı  münasibətlər qura bilmiĢ, 

monqol  xanlarının  alban  xalq ına  müsbət  münasibət  bəsləməsini  təmin  etmiĢdi. 

Alban xalqı ağır tarixi sınaqlar dövründə etnik özünüdərkini qoruyub saxlaya bildi 

(özlərini  erməni  deyil,  alban  hesab  edirdilər),  Nax-Dağıstan  dil  qrupuna  aid  olan 

alban dilini, ərazi, siyasi və dini vəhdətini mühafizə etdi.  

Arsax-Xaçın  knya zlığın ın  əhalisi  XII-XIII  əsrlə rdə  mü xtə lif  tipli  yazılı 

abidələri alban və qədim erməni dillərində yaradırdı  (qədim Albaniyanın dü zənlik 

hissəsinin  əhalisi  də  vaxtilə  arran-alban,  türk,  fars  və  ərəb  dillərində  ünsiyyətdə 

olmuĢ,  yazılı  abidələr  yaratmıĢ dır).  Bununla  belə,  yerli  alban  mədəniyyətinin 

ənənəvi  komponentləri  (IX-XIV  əsrlərin  alban  xaç  baĢdaĢılarındakı  dünyəvi 

süjetlər,  il  hesabının  bənzəri  olmayan,  erməni  il  hesabından  fərqlənən  kiçik  alban 

təqvimi) hələ də fəaliyyət göstərirdi. 

Qanzasar  monastır  ko mple ksi  Həsən-Cə lalın  təkidi  ilə   inĢa  edilmiĢdir. 

Qanzasar  monastırının  qədim  hissələri  Həsən-Cəlalın  hakimiyyəti  zaman ından 

xeyli əvvəl  mövcud idi və  Xaçın hakimləri olmuĢ Cəlairilərin nəsli  məzarlığı  kimi 

fəaliyyət  göstərmiĢdir.  Həsən-Cəlalın  özü  1261-ci  ildə  burada  dəfn  edilmiĢdir. 




36 

 

Qanzasar  baĢ  kilsəsi  1216-c ı  ildən  1238-c i  ilədək  a lban  patriarx  katolikosu 



Nersesin  məsləhəti  və  Həsən-Cəlalın  göstəriĢi  ilə  tikilmiĢdir.  Hökmdar  özü  bu 

kilsəni "Albaniyanın (Ermən istanın yox. -  məsul red.) taxt-tac kilsəsi" adlandırırdı. 

Kilsədə olan daĢüstü yazıda bildirilir  ki, bu kilsə albanlar üçün inĢa edilmiĢdir.  Bu 

kilsədə  cəmi  84  daĢüstü  yazı  mövcuddur.  Hazırda  Dağlıq  Qarabağda,  Ağdərə 

rayonunun  Vəngli  kəndində  yerləĢən  Qanzasar  monastır  ko mpleksi  orta  çağların 

alban  memarlığın ın  incisidir  və  ermən i  memarlığında  həmin  abidənin  bənzəri 

yoxdur. 

Həsən-Cəlalın  yaĢadığı  dövr  Qafqaz  tarixində  zənginliyi  ilə  fərqlən ir. 

Həmin tarixi dövrü bir sıra həməsr tarixçilər ətraflı təsvir etmiĢlər. On lardan bəzisi 

(məsələn,  Gəncəli Kirakos) həmin dövrdə baĢ vermiĢ hadisələrdə yaxından  iĢtirak 

etmiĢdir. 

1227-c i  ildə  və  yaxud  bir  qədər  sonra  Cəla ləddin  Məngburnunun  vəziri 

ġərəf  əl-Mülk  tələb  olunan  vergiləri  yığaraq  Xaçın  qalasına  yaxınlaĢdı.  Həsən-

Cəlal bu qalada qərar tutmuĢdu. O,  20  min dinar ödəmək və əsirləri azad etməklə 

yaxasını qurtara bildi. 

1236-c ı ildə bir ço x  knyazların sırasında Həsən-Cəlal da  monqollara  itaətini 

bildirdi. Ġtaət edəcəklərini bildirmiĢ hakimlərin  mü lklərinə to xunulmad ı. Müəyyən 

müddət  ərzində  onlardan  vergi  alın mad ı.  Tezliklə  monqolların  Xaçın  üzərinə 

amansız  yürüĢü  baĢlandı.  Hətta  alınmaz  qalalar  belə  monqolların  güclü  təzyiqi  və 

atəĢi qarĢısında davam gətirə bilmədi. "Torpaq həlak olmuĢ adamların  meyit ləri ilə 

örtülmüĢdü,  qan  su  yerinə  axırd ı,  heç  kəsə  aman  verilmirdi,  sümü k  qalaqları  bu 

hadisədən sonra uzun müddət ərzində daĢlardan əmələ gəlmiĢ dağları xatırladırdı". 

Monqolların  yürüĢündən  xəbər  tutan  Həsən  öz  vilayətinin  sakinləri  ilə 

birlikdə  Ko xanaberd  qalasına  sığındı.  Monqollar  qalanı  mühasirəyə  aldılar  və 

qalanın  çətinliklə  ələ  keçiriləcəyin i  anlayaraq  mühasirədə  olanlarla  danıĢıqlara 

baĢladılar.  Monqollar  "əlavə  ərazilərlə  birgə  Xaçın  hökmdarına  onun  ölkəsini 

təqdim  etdilər".  Həsən-Cəlal  nəhayətsiz  vergilər  verməyin  labüdlüyünü  irəlicədən 

baĢa  düĢərək  tez-tez  onun  ölkəsinə  gələcək  monqol  çaparlarının  qəbul  olun ması 

üçün müəyyən hazırlıq tədbirləri gördü, monqolları hər bir Ģeylə bolluca təchiz etdi 

və  öz  təbəələrinin  canını  qurtardı.  Gü man  etmək  olar  ki,  Cormağunun oğlu  Bora -

Nain in Həsənin qızı Ru zukanla ev lən məsi əhvalatı həmin zaman la bağlıdır. 

Bu  dövr  ərzində  Həsən-Cəlal  monqol  Ali  baĢ  komandanlığın ın  etibarını 

qazana bilmiĢdi və ona müəyyən qədər təsir göstərmək iqtidarında idi.  Lakin bütün 

bunlar  Həsən-Cəla la  qarĢıdakı  ağır  sınaqlardan  yaxa  qurtarmaqda  yardım  et mədi. 

Sonralar Cəlalın  həyatında fəlakətli ro l oynamıĢ Arqunun və Buqayın baĢçılığı  ilə 

monqol  vergiyığanları  gəldilər.  Buqay  bütün  alban  zadəganların ın  iĢti-ra kı  ilə  




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə