41
göndərdi, özü isə Təbrizə daxil o ldu. Lakin 1391-ci ildə Mah mud Xalxali yenidən
Sultaniyyədən Təbrizə yürüĢ etdi, Altun ilə qanlı vuruĢmalar apard ı və qalib
gələrək Təbrizdə hakimiyyəti ələ aldı. O, 6 aydan sonra Əmir Məlik Nizaməddin i
Ģəhərdə qoyub Xalxala qayıtdı. Vəziyyətdən istifadə edən Qara Yusif Xoydan
Təbrizə gəldi, Ģəhəri tutdu və bir neçə gündən sonra əmirlərini burada qoyub geri
qayıtdı. Az sonra Əmir Altun bir daha Əlincə qalasından Təbrizə hücum etdi,
Ģəhəri ələ keçirdi. O da öz nümayəndələrini Ģəhərdə qoyub geriyə - Əlincəyə
qayıtdı. Bu vaxt Mah mud Xalxali Təbrizə yürüĢ edərək, Altun ilə 12 günlük
vuruĢmadan sonra qələbə çaldı və Ģəhərə daxil o ldu. Lakin o, bu dəfə də Təbrizdə
möhkəmlənə bilməd i. 1392-ci ildə Alatağ yaylağından Təbrizə irəliləyən Qara
Yusif Ģəhəri tutdu, Mahmud Xalxala çəkildi. Təbriz b ir neçə gündən sonra Əmir
Bəstam və onun müttəfiqlərinin (qardaĢı Mənsur və Xalıq ın) əlinə keçdi. Qara
Yusif Ģəhərdən çıxmalı oldu.
Bu zaman Marağada da feodal çəkiĢ mələri gedirdi. Ruyendej qalasında
Əmir Məhəmməd Dəvatin i həbsə almıĢ Yad igarĢah Marağada hökmran lığa baĢladı
və bir neçə gündən sonra Təbrizə yürüĢ etdi. Lakin Ģəhəri tutmaq ona müyəssər
olmadı.
Təbriz Bəstam Cakir və onun müttəfiqlərin in ixtiyarında ço x qalmad ı. Qara
Yusif Ģəhərə yürüĢ edib oranı tutdu və bir aya yaxın Ģəhərdə qaldıqdan sonra Əmir
SatılmıĢı caniĢin təyin edib Ģəhərdən çıxd ı. Bu xəbəri almıĢ Yadigar Ģah bir daha
Marağadan Təbrizə yürüĢ etdi. Bir neçə gün əvvəl baĢ vermiĢ vuruĢmalarda
tərəflərdən heç biri qələbə qazana bilmədi. Bu əsnada Teymurun qoĢunları
Azərbaycan sərhədlərində göründü. Qaraqoyunlular Təbrizi tərk ed ib öz
vilayətlərinə tərəf çəkild ilər. Yadigar Ģah isə Marağaya getdi. Teymurun qoĢunu
1392-c i ildə Təbrizə da xil o ldu.
Cəlairi sultanı Əh mədin Azərbaycanda yeganə istinadgahı Əlincə qalası idi.
Cəlairilərin xəzinəsi qalada saxlanılırdı. Qala Su ltan Əh mədin oğlu Sultan Tahirin
baĢçılığı ilə Əmir Altun və qalabəyi Xacə Cövhər tərəfindən müdafiə olunurdu.
Burada Cəlairilərin 300-dən artıq əsgəri var id i. A zərbaycanı zəbt etmiĢ Tey mur
Sultan Əh mədə tabe olmaq barədə məktub yazdı, lakin rədd cavabı aldı. Buna görə
də o, Bağdada hücuma keçd i, oranı qarət etdikdən sonra geri qayıdıb Əlincəy ə
qoĢun göndərdi. Qalanın müdafiəçiləri mərdliklə döyüĢürdülər. Teymur qalanın
mühasirəsini daha da gücləndirdi və bütün giriĢ yollarını nəzarət altına aldı. Əmir
Teymur Gü rcüstana yürüĢ etdi, oranı viran qoydu və 1393-cü ildə ġəki vilayətinə
soxuldu. ġəki hakimi Seydi Əli düĢmənə müqavimət göstərə bilməd iyi üçün qaçdı.
Teymur buradan Muğana qayıtdı və Mahmudabadda qıĢladı.
42
1395-c i ilin baharında Teymur Dərbəndi keçərək Qızıl Orda üzə rinə hücum
etdi. ġirvanĢah Ġbrahimin və Marağa hakimi Əmir Yad igarın iĢtirak etdiy i bu
yürüĢdən 1396-cı ilin baharında qələbə ilə qayıtmıĢ Teymur Ģimal sərhəd lərinin
qorunması məqsədilə Dərbəndin müdafiə istehkamların ı daha da möhkəmləndird i.
ġirvanĢah Ġbrahim ġirvanın hakimi kimi tanındı və o da Ģimal sərhəddinin
müdafiəsi ilə məĢğul oldu.
Əlincə qalası istisna olunmaqla, bütün Azərbaycanı zəbt etmiĢ Teymur oğlu
MiranĢahı Dərbənddən Bağdada, Həmədandan Ruma qədər olan böyük bir əraziyə
hakim təyin etdi və Sə mərqəndə qayıdaraq Hind istan səfərinə getdi.
Teymur Hind istan səfərində olarkən Azərbaycanın, eləcə də Cənubi
Qafqazın bir ço x yerli feodalları müstəqillik uğrunda mübarizə apararaq
Teymurilərə itaət etməkdən boyun qaçırdılar. Əlincə qalasın ın müdafiəçiləri ilə
birləĢmiĢ ġəki və Gürcüstan hakimləri Tey murilərlə vuruĢdular və hətta bir çox
hallarda onlara qalib gəld ilər.
MiranĢahın yeritdiyi mənfur siyasət bir ço x feodalların və xalq kütlələrin in
narazılığına səbəb olurdu. Azərbaycanda və Cənubi Qafqazda baĢ verən
hadisələrdən xəbərdar olmuĢ və MiranĢahın vəziyyəti nizamlamaqda acizliyin i hiss
etmiĢ Teymur Hindistan səfərindən qayıtdıqdan sonra (1399-cu ilin sentyabr
ayında) Azərbaycana yürüĢ etdi. Bu yürüĢ tarixdə " Yeddiillik müharibə" adlanır.
Azərbaycana gəlmiĢ Teymur Qarabağdan Gürcüstana getdi və Kür çayının
sahillərində məskən saldı. Bu zaman Cənubi Qafqazın bir sıra vilayət hakimləri
onun hüzuruna gedib itaət edəcəklərini bildirdilər. Həmin hakimlərlə Tey mur
arasındakı münasibətlərin yaxĢılaĢdırılmasında ġirvanĢah Ġbrahimin böyük rolu
oldu. Seydi Əli ö ldüyü üçün ġəki vilayətinə hakimlik edən oğlu Seydi Əhməd,
həmçinin gürcü çarı Georgi ġirvanĢah Ġbrahimin vasitəçiliyi ilə Teymurun yanına
gedib, onunla ittifaqa girdilər.
Teymurun bu yürüĢü zamanı uzun müddət cəsarətlə müdafiə olunan Əlincə
qalası da tabe edildi. Qalada baĢ vermiĢ feodal çəkiĢ mələri onun süqutu üçün əsas
səbəb oldu.
Teymur bir müddətdən sonra Səmərqəndə qayıtdı və 1405-ci ildə vəfat etdi.
Azərbaycan bu dövrdə MiranĢahın oğlu Mirzə Ömə rin ixtiyarında, ġirvan isə
Ġbrahimin hakimiyyəti altında id i.
Teymurun ölü mündən sonra onun imperiyası daxilində çəkiĢ mələr baĢlandı
və "Teymur vəliəhdliyi" uğrunda feodal müharibələri Ģiddətləndi. Ġmperiyanın
mərkəzində baĢ vermiĢ hadisələr ətraf v ilayətlərə də təsir göstərdi. A zərbaycan
hakimi M irzə Ömər Tey murun ölü m xəbərini alan kimi ö z ad ına xütbə o xutdurdu
və sikkə zərb etdirməklə imperiyanın təsirindən çıxmağa səy göstərdi. Ġmperiyanın