Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə41/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   37   38   39   40   41   42   43   44   ...   232

85 

 

qaraman lılar tərəfındən məğlub edildi.  Lakin Qaraman tayfa baĢçılarından olan Pir 



Əh məd  və  Qasım  yeni  hücumlara  keçən  sultan  qoĢunları  ilə  daha  ciddi  vuruĢmaq 

məqsədilə  Uzun  Həsənə  müraciət  edərək  ondan  kömək  istədilər.  Uzun  Həsən  Pir 

Əh məd və Qasım ilə ittifaq yaratdı, sultanla döyüĢə hazırlaĢmağa baĢladı. 

Kiçik  Asiyada  Toqat  adlanan  yerdə  ağır  döyüĢlər  baĢ  verdi.  Qeysəriyyə 

Ģəhəri ətrafında və  Kiçik Asiyanın digər yerlərində Ağqoyunluların qaraman lılarla 

birləĢmiĢ qüvvələri sultan qoĢununa güclü zərbə vura bildilər.  

Ağqoyunlu qüvvələrinin bu qələbələri II Meh medi qorxuya saldı.  1472-c i  il 

avqustun  18-də  Konya  yaxınlığında  II  Meh med in  oğlu  Mustafanın  baĢçılıq  etdiyi 

sultan  qoĢunları  ilə  baĢ  vermiĢ  döyüĢlərdə  Ağqoyunlu  qüvvələri  məğlub  o ldular. 

Ağqoyunlu sərkərdələrindən olan Uzun Həsənin oğlu Yusif M irzə digər  iki qardaĢı 

ilə birlikdə əsir alındı və edam edildi. 

Sayca az olan Ağqoyunlu qüvvələrini  məğlub etmiĢ II Mehmed özünün əsas 

arzusunun  (Azərbaycanı  tutmaq  məqsədinin)  həyata  keçirilməsi  üçün  qüvvələrini 

yenidən  təĢkil  etməyə  baĢladı.  O,  100    minlik  ordusunu  Ağqoyunlulara  qarĢı 

yeritdi.  Vəziyyətin  ağırlığ ını  h iss  etmiĢ  Uzun  Həsən  də  öz  qüvvələrini  yenidən 

topladı  və  düĢməni  sərhəddən  xeyli  uzaqlarda  qarĢılad ı.  II  Meh medin  qoĢunu 

Qaramana yetiĢərkən Uzun Həsən də öz qüvvələri ilə Fərat çayı sahillərinə çatdı və 

döyüĢə hazırlaĢ mağa baĢladı. 

1473-cü il avqust ayının 4-də Malat iya yaxn lığ ında II Meh medin sərkərdəsi 

Xasmurad ın  qoĢunları  ilə  Uzun  Həsənin  hərbi  qüvvələri  arasında  döyüĢ baĢlandı. 

Ağqoyunlu qoĢunu düĢməni aldatmaq  məqsədilə bir az geriyə çəkildi.  Bu hərəkəti 

zəiflik sanan Xasmurad ın qüvvələri  mühasirəyə alındılar,  Uzun Həsən qalib gəldi, 

Osmanlı sərkərdəsi isə həmin döyüĢdə öldürüldü. Lakin Uzun Həsənin osmanlılara 

qarĢı apardığı hərbi əməliyyatlar nəticə etibarilə uğursuz oldu. 1473-cü  il avqustun 

11-də  Tərcanda  (Ot luqbeli  adlanan  yerdə)  Osmanlı  qüvvələri  Ağqoyunluları 

məğ lub etdi. 

Ağqoyunlu  qüvvələrinin  məğ lubiyyətinin  bir  səbəbi  Uzun  Həsənin 

ordusunda  kifayət  qədər  odlu  silahın  olmaması  id i.  Osman lılar  əleyhinə  ittifaqa 

daxil  olmuĢ  Avropa  dövlətlərinin  mənafeyi  də  bir-biri  ilə  toqquĢduğu  üçün  bu 

ittifaq  Uzun  Həsənə  kö mək  edə  bilmədi.  Ağqoyunlu  qoĢununun  məğlubiyyətinin 

əsas  səbəblərindən  biri  də  Uzun  Həsənin  osmanlılara  qarĢı  mübarizə  aparmaqda 

olan Misir və Suriya qüvvələrindən istifadə edə bilmə məsi  ilə izah olun ma lıd ır. O, 

hətta  Ağqoyunlu  dövləti  ilə  iqtisadi,  siyasi  və  diplomatik  əlaqə  saxlayan  qonĢu 

Gü rcüstanla osmanlılar əleyhinə ittifaq yarada bilməd i. 




86 

 

Uzun  Həsənin  osmanlılara  qarĢı  apardığı  mübarizən in  tarixi  əhəmiyyəti 



bundan  ibarətdir  ki,  Osman lı  qoĢunlarına  ağır  zərbə  vu ruldu,  onların  Ģərqə  doğru 

yürüĢlərinin qarĢısı alındı. 

1471-c i  ildə  Ġosafat  Ba rbaronun  baĢçılığ ı  ilə  A zərbaycana  yola  düĢmüĢ 

Venetsiya səfarəti  (elçilik  heyəti)  üç  ildən sonra  (1474-cü  ilin  əvvəllərində)  Uzun 

Həsənin  qərargahına  gəlib   çatdı.  Lakin  Uzun  Həsən  onu  hörmətlə  qarĢılamadı. 

Katerino  Zeno  vas itəsilə  bağlanmıĢ  müqavilə  əsasında  Venesiya  Respublikası  öz 

vədinə  əməl  etməmiĢdi  və  buna  görə  də  Uzun  Həsən  Ġosafat  Barbaro  ilə  y eni 

danıĢığa  girmək  istəməd i.  Barbaronun  nəticə  əldə  edə  bilməd iyini  anlayan 

Venetsiya senatı  Ambroco  Kontarinini  fövqəladə  səfir  kimi  Uzun  Həsənin  yanına 

yola  saldı.  Kontarinin  heyəti  Alman iya,  PolĢa,  Moskva  dövlətləri  və  Krımdan 

keçərək beĢ ay yol qət etdikdən sonra, 1474-cü  il avqustun 4-də Təbrizə çatdı. O, 

Təbrizə  yetiĢərkən  Uzun  Həsənin  oğlu  Uğurlu  Məhəmməd  Ağqoyunlu  dövlətinə 

qarĢı qiyam qaldırmıĢdı.  Kontarini özünün "Səyahətnamə"sində yazmıĢdı: "Təbrizə 

yetiĢdikdən  sonra  bir  karvansaraya  düĢdük.  Küçələrdə  bərk  çaxnaĢma  vardı. 

Məlu m  oldu  ki,  Uzun  Həsənin  oğlu  Məhəmməd  ġirazı  tutub  öz  qayınanasına 

vermiĢ,  Uzun  Həsən  də  onu  dəf  etmək  üçün  ġiraz  səmtinə  qoĢun  göndərmiĢdir. 

Uğurlu  Məhəmməd in  tərəfdarlarından  biri  ö z  dəstəsi  ilə  Təbrizə  qədər  gələ 

bilmiĢdi.  Təbrizdən  hərəkət  edib  padĢah ordusu  olan  yerə  getmək  istədim.  Lakin 

gördüm  ki,  bu  ço x  çətind ir.  Ona  görə  də  həmin  karvansarada  qalmağa  məcbur 

oldum.  Karvansara  sahibi  də  müvəqqəti  olaraq  çıxmağımı  məsləhət  görmədi.  Bu 

zaman  Uzun  Həsənin  oğlanlarından  biri  (Maqsud  bəy)  min  nəfər  atlı  ilə  Təbrizə, 

atasının  köməyinə  gəldi.  Mən  də  xeyli  zəh mətdən  sonra onunla  görüĢə  bildim  və 

gətirdiyim  hədiyyələri  verdim.  Uzun  Həsənin  yanına  getmək  üçün  məni  min ik 

vasitəsi ilə təmin etməsini ondan  xahiĢ etdim. Maqsud bəy hədiyyələri qəbul etdi, 

lakin  baĢqa sözlərimə  əhəmiyyət  vermədi.  ġəhərin  vəziy yəti  çox  p is  idi.  Maqsud 

bəy  qoĢun  hazırlamaq  üçün  camaatdan  pul  tələb  edirdi.  Lakin  camaat  onun  bu 

tələbini rədd etdi və dükan-bazarı bağladı. Çö rək, su tapılmadı". 

1474-cü  il  sentyabrın  5-də  Venesiya  Respublikası  tə rəf indən  Azərbaycana 

müəyyən tapĢırıqla göndərilmiĢ Bartolo meo Lio mpardo da Təbrizə gəldi. Kontarini 

Təbrizdə  rast  gəldiyi  ağır  vəziyyət  haqqında  topladığı  mə lu matı  Lio mpardo 

vasitəsilə  Venesiyaya  göndərdi.  Sonra  o,  Uzun  Həsənin  olduğu  Ġsfahan  Ģəhərinə 

tərəf  yollandı  və  ay  yarımdan  sonra  oraya  çatdı.  O  vaxtlar  Barbaro  da  Ġsfahana 

gəlmiĢdi. Uzun  Həsən 1474-cü il noyabrın  4-də  Venesiya elçilərin in hər  ikisini öz 

sarayına çağırdı və onları qəbul etdi. 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə