Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə49/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   45   46   47   48   49   50   51   52   ...   232

101 

 

tanınmıĢdı.  Qeyri-qanuni  surətdə,  özbaĢına  Ģəkildə  toplanan  vergilər  şiltaqat 



adlanırdı.  Kəndlilər  feodal  ziyafətlərinin  təĢkilin in  ağırlığ ını  da  çəkməli  o lurdular 

(şilənbəha,  süfrəbəha  və  baĢqa  mükəlləfiyyətlər).  Yerli  in zibati-polis  məmurunun 

(dəruğəki),  vergiyığan  məmurların  (mü may izane),  ruhani  baĢçıların  (rəsm  əl-

vüzarə)  xeyrinə  toplanan  vergilər  mövcud  idi.  Feodallar  mü xtəlif  təyinatlı 

tələbatların ı  ödəmək  üçün  mürəkkəb  vergi  sistemi  yaratmıĢdılar.  Maldarlardan 

çobanbəyi vergisi alın mırd ı. 

Azərbaycan feodalları, adətən, Ģəhərlərdə yaĢayır, vergiləri  xüsusi məmu rlar 

vasitəsilə  toplayır,  əldə  olunan  nemətləri  israfçılıq la  istehlak  edirdilər.  Bir  ço x 

hallarda  feodalla r  vergilərin  toplan ması  hüququnu  icarəyə  verird ilər  (müqatiə). 

Ġcarədarlar  mülkiyyət  sahibinin  mənimsəyəcəyi  vergilərin  bütün  məbləğini 

əvvəlcədən  ödəyir,  kəndlilərin  dilənçi  halına  düĢməsi,  müflisləĢ məsi  prosesini 

sürətləndirird ilər. 

ġəhərlər. Sənətkarlıq və ticarət. Pul dövriyyəsi. XIV əsrin 70-ci illərindən 

XV  əsrin  30-cu  illərinədək  Azərbaycanda  Ģəhər  həyatının,  ticarətin   və  xüsusilə 

sənətkarlığın  tədricən  tənəzzü l  etməsi  prosesi  baĢ  vermiĢdir.  Sosial-iqtisadi,  hərbi, 

siyasi,  ideoloji  hadisələrin  zənginliyi  baxımından  bu  dövr  Azərbaycan  tarixin in 

əlamətdar  gerçəkliklərindən  biri  olmuĢdur.  Ən  əhəmiyyətli  Ģəhərlərin  iqtisadi 

səviyyəsinin  enməsi,  həmin  mərkəzlərin  xırdalaĢ ması,  onların  kənd  təsərrüfatı 

təmayülündə tərəqqisi, bəzən bir sıra orta və kiçik  miqyaslı Ģəhərlərin  məhv olması 

bu dövrün səciyyəvi əlamətlərindəndir. Bu proseslər Tey murun yürüĢlərinədək o lan 

tarixi  mərhələdə  baĢlanmıĢdı.  A zərbaycan  ərazisində  baĢ  vermiĢ  hərbi-siyasi 

səciyyəli  proseslər  Ģəhərlərin  dağılmasına,  əhalinin  kütləvi  Ģəkildə  miq rasiyasına 

səbəb  olurdu.  Bu  dövrdə  ġirvan  daha  əlveriĢli  sosial-iqtisadi  və  siyasi  Ģəraitdə 

inkiĢaf edirdi.  Lakin 1434-cü ildə Ġskəndər Qaraqoyunlunun qoĢunu ġirvana hücum 

etdi,  ipək  istehsalı  üçün  zəruri  olan  tut bağları  amansızlıq la  məhv  olundu.  ġamaxı 

Ģəhəri  qarət,  dağıntı  və  talanlara  məru z  qaldı.  Bu,  monqol  yürüĢlərindən  sonra  ən 

viranedici basqın olmuĢdur. 

XV  əsrin  30-80-ci  illəri  ö lkənin  nisbətən  sabit  siyasi  Ģ əraitdə  inkiĢaf 

etməsi  ilə  əlamətdardır.  CahanĢah  Qaraqoyunlunun,  Uzun  Həsən  Ağqoyunlunun 

və  Sultan  Yaqubun  hakimiyyətləri  dövründə  Ģəhər  həyatı  daha  yüksək  inkiĢaf 

səviyyəsində olmuĢdur. Uzun Həsənin islahatı (vergi və mükəlləfıyyətlərin qeydə 

alın ması) Ģəhərlərin yüksəliĢini təmin edən rəsmi tədbir id i. ġirvan,  xüsusilə onun 

paytaxtı ġa ma xı Ģəhər təsərrüfatının in kiĢaf prosesində yeni mə rhələyə da xil oldu.  

XV  əsrin  sonları  -  XVI  əsrin  baĢlanğıcında  Azərbaycanda  feodal 

müharibələri yenidən gücləndi və bunun nəticəsində Ģəhərlərin in kiĢafı prosesi də 

ləngidi. 




102 

 

Bütövlükdə  XV  əsr  (əsrin  əvvəli  və  sonu  istisna  olunmaqla)  Azərbaycanda 



Ģəhər  həyatının  nəzərəçarpacaq  dərəcədə  canlanması,  Ģəhərlərin  ticarət -sənətkarlıq 

əhəmiyyətinin  artması  dövrü  kimi  q iy mətləndirilə  bilər.  ġəhərlərin  inkiĢafı  həm 

daxili,  həm  də  xarici  bazarda  əmtəələrə  olan  tələbatın  artması  ilə  əlaqədar  idi. 

Kapitalın  ilkin yığımı prosesinin  xeyli sürətləndiyi Avropa ölkələ rində və Asiyada 

əmtəə-pul  münasibətlərin in  inkiĢafı  hər  iki  qitə  arasında  tranzit  ticarətin 

geniĢlənməsinə  Ģərait  yaratmıĢdı.  Azərbaycan  Ģəhərləri  (xüsusilə  Təbriz)  bu 

inteqrasiya prosesində mühüm rol oynamıĢdı. 

1395-c i ildə HəĢtərxanın və 1400-cü  ildə  Bağdad Ģəhərinin Əmir Tey murun 

ordusu tərəfindən dağıdılması Təbrizin ticarət-sənətkarlıq əhəmiyyətinin artmasına 

Ģərait yaratmıĢdı.  1404-cü ildə Təbrizdə olmuĢ ispan taciri  Klavixo qeyd edird i ki, 

Ģəhərdə 200  minədək ailə vardır. Onun məlu matı əsasında belə bir nəticəyə gəlmək 

olar  ki,  XV  əsrin  baĢlanğıcında  Təbrizdə  1  milyonadək  əhali  yaĢamıĢdır.  Lakin 

ispan səyyahının  məlu matı  gerçəklikdən  uzaqdır.  Ehtimal  edilə  bilər  ki,  o  dövrdə 

Təbriz  əhalisinin  sayı  300  min  nəfərdən  çox  olmamıĢdır.  I  ġah  Ġsmay ılın  anonim 

salnaməçisi göstərirdi ki, 1500-cü ildə Təbrizdə 200-300 min nəfər yaĢamıĢdır. 

Alman səyyahı ġiltberger qeyd edirdi ki, Tey muri hakimi M iranĢahın yalnız 

Təbriz Ģəhərindən əldə etdiyi gəlir həmin dövrün ən güclü Avropa hökmdarlarının 

gəlirindən ço x idi. 

Bakı  XV  əsrin  ikinci  yarısında  Xəzərdə  baĢlıca  limana  çevrilmiĢdi.  ġəhər 

HəĢtərxan ı,  Orta  Asiyanı,  Moskva  dövlətini  ticarət  əlaqələri  ilə  bağlayan  mühü m 

mərkəz  o lmuĢdu.  Burada  neft  hasil  olunur,  sənətkarlıq  və  ticarət  inkiĢ af  edirdi. 

Bakıda sikkəxana fəaliyyət göstərirdi. ġəhər daĢdan tikilmiĢ ikiqat qala divarları ilə 

əhatə  olunmuĢdu.  XV  əsrdə  Bakı  Ģəhəri  ġirvanĢahlar  dövlətinin  siyasi,  iqtisadi 

mərkəzi olmuĢ, bu gerçəklik isə öz ifadəsini ġirvanĢahlar sarayının gözəl memarlıq 

ansamblında  tapmıĢdır.  Bakının  ictimai-iqtisadi,  siyasi,  ticarət  əhəmiyyətinin 

artması  ilə  Dərbənd  Ģəhəri  özünün  keçmiĢdəki  təsərrüfat  əhəmiyyətini  itirməyə 

baĢlamıĢdı. 

ġamaxı  bu  dövrdə  də  Azərbaycanın  mühüm  Ģəhərlərindən  biri  olmuĢdur. 

Barbaronun  verdiyi  məlu matlara  əsasən  belə  nəticəyə  gəlmək  olar  ki,  XV  əsrdə 

ġamaxıda  30-60  min  nəfər  yaĢamıĢdır.  Bu  Ģəhər  Azərbaycan  miqyasında  ən  iri, 

Yaxın ġərq  miqyasında isə orta səviyyəli  iqtisadi  mərkəz id i.  Kontarin i Təbriz və 

ġamaxını  müqayisə  edərək  belə  qənaətə  gəlmiĢdi  ki,  ġamaxı  həyat  üçün  əlveriĢli 

məhsulların ço xluğu baxımından Təbrizdən üstün olmuĢdur. 

Marağa, Ərdəbil,  Gəncə və Xoy Ģəhərləri  XV əsrdə də iri ticarət-sənətkarlıq  

mərkəzləri  id i.  Klav ixo  qeyd  edir  ki,  "Xoy  ətrafında  xey li  bağ  və  bostan  vardı. 

ġəhərə ço xlu kəhriz çəkilmiĢdi". 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə