15
Ģamaxılılar barədə yazırdı ki, əhali "qılınca sarılmaq lazımdır, b izə ö lü mdən
qurtuluĢ yoxdur, döyüĢmək və Ģərəflə ö lmə k hər Ģeydən yaxĢıdır" deyərək düĢmənə
ciddi müqavimət göstərirdi. Mübarizə üç gün davam etdi. Sayca üs tün olan
monqollar Ģəhəri ələ keçirə bildilər. Ġbn əl-Əsirin ifadəsi ilə desək, "Ģəhərdə
əhalinin kökü kəsildi".
Monqollar 1222-ci ildə ġa ma xıdan Ģimala tərəf yönəldilə r. Dərbənddən
keçməyin çətin liy ini anlayaraq hiyləyə əl atdılar və danıĢıqlar üçün ġ irvanĢaha
xəbər göndərdilər. ġirvanĢah təklifi qəbul etdi və 10 nəfərlik elçi heyəti gönd ərdi.
Monqollar elçilərdən birini öldürdülər, digərlərini isə məcbur etdilər ki, onları gizli
yollarla Dərbənddən Ģimala keçirsinlər. Beləliklə, monqol qoĢunları 1222-ci ildə
Azərbaycan ərazisini tərk etdilər və Monqolustana qayıtdılar. Monqolların ilk
yürüĢləri kəĢfiyyat xarakteri daĢıyırdı. Lakin bu yürüĢlər A zərbaycanda siyasi
pərakəndəliy in hökm sürdüyünü bir daha sübut etdi. DüĢmənə qarĢı yekd il liklə
mübarizə aparılmaması monqolların qələbəsini təmin etdi. Monqolların ilk
yürüĢləri Azərbaycanın ictimai-iqtisadi, siyasi və mədəni həyatına böyük zərbə
vurdu. Monqolların keçdikləri ərazidə mədəniyyət abidələri, ticarət yolları
dağıdıldı, kənd təsərrüfatı talan edildi, əkin yerləri tapdalandı, xırmanlar yandırıld ı,
ma l-qara sürülüb aparıld ı.
Ġqtisadi və siyasi qüdrətini itirmiĢ Eldənizlər dövləti ö lkədə və ziyyəti
nizama salmaq iqtidarında deyildi. A zərbaycanda yaranmıĢ ağır vəziyyət yeni
istilaçıların həmlələri üçün imkan yaratdı. 1223-cü ildə qıpçaq dəstələri ġimali
Qafqaz çöllərindən keçərək Dərbəndə gəldilər və buradan Azərbaycana soxuldular.
ġirvanda qarətçilik edən qıpçaqlar Arrana gəlib Qəbələ və Gəncəyə tərəf
irəlilədilər. Qəbələ Ģəhəri qıpçaqların yürüĢündən böyük zərər çəkd i. Qıpçaqlar
Gəncə hakimi ilə danıĢıqlar apardılar, onun nüfuz dairəsində olan ərazidə
yaĢamalarına razılıq istədilər və buna nail oldular. Lakin tezliklə q ıpçaqlar Gəncədə
yerli əhaliyə əziyyət verməyə baĢladılar, onların əmlakın ı talay ıb özlərin i qul
etdilər. Qıpçaqlara qarĢı Arran, ġirvan, Gürcüstan və Dağıstan əhalisi arasında
ittifaq yarandı və nəticədə qıpçaq dəstələri məğ lub edildilər. Lakin A zərbaycanın
ağır vəziyyətindən istifadə edən gürcü feodalları 1225-ci ildə Gəncəyə hücum
etdilər, Ģəhər qarət olundu.
XarəzmĢah Cəlaləddinin Azərbaycanı zəbt etməsi və istilaçılara qarĢı
mübarizə. 1225-ci ildə Azərbaycan XarəzmĢah Məhəmmədin oğlu Cəlaləddinin
hücumuna məru z qald ı. Monqolların Orta Asiyaya hücumu nəticəsində
hakimiyyətdən məhru m olmuĢ Cəlaləddin Ġranı və qonĢu ölkələri zəbt etməyi
qərara aldı. O, Azərbaycana basqın etdi, Marağanı ələ keçirdi və əhalin i öz tərəfinə
çəkmək məqsədilə Ģəhərdə bərpa iĢləri apardı. Cəlaləddin buradan Təbrizə yönəldi.
16
Atabəy Özbək ailəsini də Ģəhərdə qoyub Gəncəyə qaçdı, sonra isə Əlincə qalasında
gizləndi və orada vəfat etdi. Onun ölümü ilə (1225) A zərbaycanda Eldənizlər
dövləti sona çatdı.
Cəlaləddin Təbrizə yaxınlaĢdı. Təbrizlilər 7 gün ərzində mərd liklə
vuruĢdular. La kin Cə laləddin onların müqavimət ini qırdı, 1225-c i ilin iyulun 25-də
Ģəhəri ələ keçirdi. Nizaməddin Tuğray i Ģəhər rəisi təyin olundu.
Atabəylərin Gəncədəki caniĢini Cəmaləddin əl-Qu mi Ģəhəri Cəlaləddinin
sərkərdəsi Urxana təslim etdi. Urxan Arran ın bir sıra Ģəhərlərini (Beyləqan, Bərdə,
ġəmkir, ġutur) də ələ keçirdi. Tezliklə Azərbaycanın baĢqa yerləri də Cəlaləddin in
əlinə keçdi, Ağsunqurilər dövləti süqut etdi. ġirvanĢahlar isə ildə yüz min dinar
xərac vermək Ģərti ilə Cəlaləddinin hökmranlığın ı qəbul etməli oldular.
Azərbaycanın Cəlaləddin tərəfindən zəbt edilməsi qonĢu vilayətləri ciddi
təhlükə qarĢısında qoydu. Gürcüstanın bir hissəsi qarət olundu, ölkənin
təsərrüfatına ağır zərbə endirild i. Cəlaləddin Gü rcüstanda ikən Təbrizdə istilaçılara
qarĢı mübarizə geniĢləndi. Bunun əsas səbəbi Cəlaləddin in vəziri ġərəf əl-Mülkün
Ģəhər əhalisindən qeyri-qanuni vergilər y ığ ması idi. Bu barədə ġərəf əl-Mülkdən
məktub alan Cəlaləddin Təbrizə qayıtdı. ġəmsəddin Tuğrayi zindana salındı, onun
qardaĢı oğlu Nizaməddin isə edam edild i. Lakin tezliklə ġəmsəddin həbsdən azad
edildi və yenidən öz malikanəsinə sahib oldu.
Cəlaləddinin A zərbaycanda abadlıq iĢi aparacağı və əhalinin vəziyyətini
nizama salacağı barədə verd iyi vədlərinin həyata keçirilməsi üçün heç bir tədbir
görülmədi. Əksinə, XarəzmĢahlar sarayını istismar aparatını saxlamaq üçün
Azərbaycan və ümu miyyətlə, Cənubi Qafqaz əhalisi üzərinə ağır vergilər qoyuldu.
Cəlaləddin Ġraqa səfər etdiyi dövrdə yerli feodallardan bir qrupu Təbrizdə
hakimiyyəti ələ almağa və Eldənizlər dövlətini bərpa et məyə cəhd göstərdi. On lar
Özbəkin həbsdə saxlan ılan nəvəsini azad etdilər və onu səltənətə çıxarma q
istədilər. Lakin Təbriz ətrafında baĢ vermiĢ qanlı döyüĢdə üsyançı dəstələr məğlub
oldular.
Vaxtını daim hərb i yürüĢlərdə keçirən Cəlaləddinin vəziri ġə rəf əl-Mü lk
Azərbaycanı aĢkar Ģəkildə qarət edirdi. Zülm və qəsbkarlığa məru z qalmıĢ xalq
kütlələri Təbrizdə Ģəhər rəisi Bəhaəddin Məhəmməd ibn BəĢir Yarbəyin baĢçılığı
ilə üsyana qalxd ılar. Lakin Təbriz əyanları (xüsusilə ġəmsəddin Tuğrayi)
xarəzmlilərə qarĢı açıq mübarizədən çəkindilər. Xalq hərəkatı bütün Azərbaycanı
bürüdü. Nəsəvinin məlu matına görə, Azərbaycanın digər Ģəhərlərində də insan qanı
axıd ılır, XarəzmĢahların xəzinəsi torbalarla, çantalarla daĢınırd ı.
Cəlaləddinə qarĢı baĢ vermiĢ 1231-ci il Gəncə üsyanı xalq hərəkatın ın ən
yüksək zirvəsi oldu. Hadisələrin Ģahidi olan Nəsəvi yazırdı ki, Cəlaləddinin