19
müstəqilliy ini itirməmiĢdi. Ali monqol xaqanı Munke istilaları davam etdirmək
məqsədilə 1253-cü ildə Ön Asiyaya qoĢun göndərdi. Munkenin qardaĢı Hülaku
xanın baĢçılıq etdiyi bu yürüĢdə əsas məqsəd Ġranın, Ġraq-i Ərəb in, Suriyanın və
digər vilayətlərin müstəqil fəaliyyət göstərən hakimlərini itaətə cəlb etməkdən
ibarət idi. Hü laku xan iri feodalların kö məy i ilə bu vilayətlərdə bir ço x yerli
hakimləri özünə tabe etdi, iri Ģəhərləri alaraq ço xlu qənimət ələ keçirdi. 1256 -cı
ildə ġima li Ġranda Ġsma ililərin Ələ mut hökmran lığ ı süquta uğradı. 1257-c i ildə isə
Azərbaycan tabe edildi. 1258-ci ilin fevralında Hü laku Bağdadı ələ keçirdi və 500
ildən artıq mövcud olmuĢ Abbasilər xilafətinə son qoyuldu. Zəbt edilmiĢ yeni
ərazilər hesabına beĢinci monqol ulusu - Hülakular (Elxanilər) dövləti yaradıldı. Bu
dövlət Azərbaycanda bir əsr (1357-ci ilədək) fəaliyyət göstərdi.
Hülakular dövlətin in yaranması və yüz il müddətində fəaliyyət göstərməsi
tədricən Azərbaycanın ictimai-iqtisadi, siyasi və mənəvi həyatına təsir etdi, onun
hüdudlarında, əhalisinin etnik tərkib ində, dini görüĢlərində, mədəniyyətində,
dilində nəzərəçarpacaq dəyiĢikliklər baĢ verdi.
Hülakular dövləti Yaxın və Orta ġərqdə geniĢ ərazini əhatə edirdi. Bu
dövlətin sərhədləri Misirdən Amudəryaya, Hörmüz körfəzindən Dərbəndə (Bab əl-
Əbvaba) qədər uzanırdı. Hü laku lar dövlətin in tərkibinə A zərbaycan (Ġraq -i Ərəb,
Ġraq-i Əcəm, Kirman, Gürcüstan, Kiçik Asiya, Rum), Ermən istan, Kürdüstan, Fars,
Xuzistan, Xorasan və s. vilayətlər daxil idi. Azərbaycan Hülakular dövlətinin
siyasi-inzibati mə rkə zinə, Marağa, sonra isə Təbriz onun paytaxt Ģəhərlərinə
çevrild i. XIII-XIV əsrlərdə Arran, ġirvan, ġəki, Muğan, Qarabağ, Naxçıvan,
GuĢtasfı, Qaradağ və Arasbar əraziləri A zərbaycanm tərkib inə daxil o lub, ictimai-
siyasi, etnik, mədəni və mənəvi baxımdan onun ayrılmaz h issələri sayılırdı.
Tarixən Ģərqdən Xəzər dənizi boyu uzanan Azərbaycan cənub -Ģərqdən
Gilan, cənubdan isə Fars vilayətləri ilə həmsərhəd idi. Azərbaycanın cənub
sərhədləri Zəncan, Savucbulaq, UĢnu Ģəhərlərin in və Ruyendej qalasının
cənubundan keçirdi. Qərbdə sərhəd Urmiya, Səlmas, Xoy, Maku Ģəhərlərin in
qərbindən uzanaraq Arrana çatırd ı. Arranın Ermən istan və Gü rcüstanla h əmsərhəd
olduğunu qeyd edən Həmdullah Qəzvin i yazırd ı ki, Naxçıvan Ermənistanla
sərhəddədir, Dvin Ģəhəri Azərbaycanın uzaq hüdudlarında yerləĢir. Həmin
müəllifin məlu matına görə, Göyçə gölü Azərbaycanla Ermənistan arasında, Xunan
isə Azərbaycanla Gü rcüstan arasında sərhəd olmuĢdur.
Azərbaycan sərhədləri daha sonra ġəki v ilayətin in qərbindən və Ģimalından
keçərək Dərbəndə doğru uzanırdı. A zərbaycanın Ģimal sərhədi Dərbənd Ģəhərinin
Ģimalından keçərək Xəzərə qovuĢurdu. Dərbənd Hülakular dövlətinin Ģimal
müdafiə istehkamı id i. Yaqut Həməv inin (XIII əsr) yazdığına görə, Dərbənddə
20
böyük bir dağın üzərində hər il ço xlu odun toplayırdılar ki, düĢmən hücumu zamanı
tonqal qalayıb Arran və ġirvan əhalisini təhlükədən xəbərdar etsinlər. Abaqa xanın
(1265-1282) dövründə Ģahzadə YuĢmutun Dərbənd, ġirvan və Muğana hakim təyin
edildiy ini xəbər verən RəĢidəddin ġirvanĢahların iki min ildən artıq müddətdə
Dərbəndin və ġabranın hökmdarı olduqlarını da bild irir. 1328-ci ildə Əbu Səid
(1316-1335) Əmir Əkənc ini Də rbənd hakimi təyin etdi. Özbək xan ın qoĢunu 1335-
ci ildə ġirvanda məğlubiyyətə uğradı və Dərbəndə doğru çəkildi. Həmdullah
Qəzv ini qeyd edirdi ki, onlar "oradan öz ölkələrinə getdilər". 1367-ci ildə Cəlairi
ġey x Üveys ġirvanı istila etdiy i zaman Dərbənd hakimləri (Hacı Fərəməz və Hacı
Firudin) onun hüzuruna gəlib ö z itaətlərini b ildird ilər.
XIII əsrin anonim məxəzi olan "Əcaib əd-dünya"da məlu mat verilir ki,
türklər Arranda əsas etnik qrup idi: "Arranda 100 000 türk süvarisi vard ı".
Azərbaycanda (xüsusilə Qarabağın dağlıq ərazilərində) alban etnik qrupu da
mövcud idi. Dövrün salnaməçisi Gəncəli Kirakos "Tarix" əsərində albanları
ermənilərdən və gürcülərdən fərqlənən müstəqil etnik qrup hesab edir. Müəllif
1220-c i ilin hadisələrindən danıĢarkən yazırd ı: "Tatarla r Dərbənd qapılarından
keçib Albaniyaya gəldilər ki, oradan Ermənistana və Gürcüstana soxulsunlar".
Deməli, XIII əsrdə "Albaniya" və "Ermənistan" bir-birindən fərqli anlay ıĢlar idi.
XIII əsrin ortalannda Hülaku xan ın hərbi hissələrinin tərkib ində Cənubi
Qafqa za bir ço x türk-monqol mənĢəli qəbilə gəlmiĢdi. Mənbələ rin mə lu matı və
toponimik materia lla r 20-dən artıq qəbilənin, o cümlədən sulduz-çobani, cəla iri,
cığatay, kurqan, sukait, corat, budat, oyrat, tatar, dolan, onqut və s . qəbilələrin
həmin dövrdə Azərbaycana gəlib məskunlaĢdıqlarını təsdiqləyirdi. Onların
tərkib ində türkdilli tayfalar ço xluq təĢkil edird i. Belə tayfaların Azərbaycanda
məskunlaĢ ması türkd illi əhalinin sayının daha da artmasına səbəb oldu. Artıq XIV
əsrdə türklər Hülakular dövləti ərazisində mühüm, Azərbaycanda isə əsas yeri
tuturdular. Türk dili dövlət dili mövqeyi qazandı. Məhəmməd Naxçıvaninin
məlu matına görə, Hü laku lar dövlətində mühü m sənədlər 3 dildə (ərəbcə, farsca və
türkcə) hər xalqa öz dilində, o cümlədən türklərə türk dilində çatdırılırd ı. Monqol
istilaları dövründə Azərbaycana gəlib məskunlaĢmıĢ monqol, türk qəbilələri i lə
yerli əhalinin din i baxıĢlarında ciddi fərq lər mövcud idi. Əsasən bütpərəstlərdən
ibarət olan monqollar ilk dövrdə Azərbaycanda, habelə digər v ilayətlərdə
bütpərəstliyin yayılması və möhkəmlən məsi üçün əməli tədbirlər gördülər. Xoyda,
Marağada və s. yerlərdə bütpərəstlik ab idələri - bütxanalar tikildi, bütpərəst din
xadimlərinin (bə xĢilərin) ha zırlan ması üçün geniĢ imkan lar yarad ıld ı.
Monqollar bütpərəstliyi yaymaq məqsədilə islama qarĢı ciddi mübarizə
apardılar. Onların hakimiyyətinin ilk 30 ili ərzində mərkəzi dövlət aparatında