Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə10/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   6   7   8   9   10   11   12   13   ...   232

23 

 

Lakin  ölkədə daxili çəkiĢmələr güclənird i.  1320-ci ildə  Gü rcüstanda, 1322-



ci  ildə  Ru m  vilayətində  mərkəzi  hakimiyyətə  qarĢı  qiyamlar  baĢ  verdi  və  hər  iki 

qiyam  zamanı  səltənətin  yeni  sultanı  elan  olundu.  Sultan  Əbu  Səid  BaĢ  əmir 

Çobanın  kö məyi  ilə  həmin  qiyamları  yatıra  bild i  və  mərkəzi  hakimiyyəti  nisbətən 

gücləndirdi. 

Dövlətin  xa ric i  düĢmənlə rə  qarĢı  mübarizəsi  c iddi  Ģəkil  ald ı.  1319-1325-c i 

illərdə Qızıl Orda dövlətinə yürüĢlər təĢkil olundu və müvəffəqiyyət əldə edildi.  

Əbu  Səid in  azyaĢlı  o lması  baĢ  əmir  Çobana  Elxanilər  dövlətinin  idarəsini 

bütünlüklə  ö z  əlinə  almağa  imkan  verdi.  Əmir  Çoban  Elxanilər  dövlətinin  faktiki 

hökmdarı oldu. Əbu Səid 1328-ci  ildə Çobanilərin nüfuzundan xilas ola bildi,  lakin 

digər  feodalın  (Qiyasəddin  Məhəmməd  RəĢidinin)  baĢçılıq   etdiyi  qrupun  təsirinə 

məruz qaldı. 

1334-cü  ildə  Sultaniyyədə  mərkəzi  hakimiyyətə  qarĢı  çıxıĢlar  baĢ  verdi  və 

bu  çıxıĢlar  çətinliklə  yatırıldı.  1335-ci  ildə  Qızıl  Orda  xanlarının  Azərbaycana 

növbəti yürüĢü oldu. Sultan Əbu Səid dövlətin əsas qüvvələrin i qızılordalılara qarĢı 

mübarizəyə səfərbər etdi və  Kür çayın ın sahillərinə gəldi.  Bunu eĢidən Qızıl Orda 

xanı  Özbək geri çəkildi.  Lakin  Sultan  Əbu Səid  çəkiĢmələr nəticəsində öldürüldü. 

Onun ölümündən sonra Elxanilər dövləti tədricən tənəzzülə uğradı və parçalandı.  

Azərbaycan  uğrunda  Qızıl  Orda  xanlarının  Hülakularla  mübarizəsi. 

Azərbaycanda Hülakular dövləti yarandığı  zamandan etibarən həmin dövlətlə Qızıl 

Orda  xanları  arasında  tez-tez  hərbi  toqquĢmalar  baĢ vermiĢdir.  Ərəb  tarixçiləri  bu 

mübarizənin səbəbini din i təfriqə  ilə əlaqələndirirlər. Tarixi faktlardan görünür ki, 

iki  dövlət  arasındakı  ziddiyyətlər  Hülakuların  islam  dinin i  qəbul  etdikdən  (XIII 

əsrin  sonu)  sonra  da  davam  etmiĢdir.  Bu  da  həmin  dövlətlər  arasındakı 

münaqiĢənin dinlə əlaqədar olmadığın ı göstərir.  

Qızıl  Orda  xan ları  Azərbaycanı  öz  əraziləri  hesab  etmiĢ  və  bu  ərazin in 

Elxan ilər  dövlətinə  daxil  edilməsin i  qeyri-qanuni  saymıĢlar.  Onlar  ö z  iddialarını 

Çingiz  xanın  vəsiyyətinə  görə  Azərbaycanın  Batı  xanın  payına  düĢməsi  ilə 

əsaslandırmağa çalıĢmıĢlar. 

ġərqlə  Qərbi b irləĢdirən əsas karvan yollarından biri Azərbaycandan keçirdi 

və  Qızıl  Orda  dövlətinin  Misirlə  ticarətinin  əsas  hissəsi  bu  yolla  gedirdi. 

Azərbaycanda  Elxan ilər  dövləti  təĢkil  edild ikdən  sonra  Qızıl  Orda  tacirlərin in 

Misirlə,  digər  ġərq  və  Qərb  ölkələri  ilə  ticarət  əlaqələrinə  cidd i  maneə  yara ndı. 

Azərbaycan  ərazisindən  keçən  tacirlər  böyük  məb ləğdə  gömrü k  haqqı  verməli 

oldular. 



24 

 

Azərbaycanda xeyli təbii otlaq vardı və bu, köçəri tayfalar üçün əlveriĢli  idi. 



Qızıl  Orda  xan ları  da  Azərbaycanın  bu təbii  üstünlüyünü nəzərə  alaraq  ölkəni  ələ 

keçirməyə can atırdılar. 

Elxan ilər dövləti Azərbaycanda ticarətdən, sənətkarlıqdan çoxlu vəsait əldə 

edirdi.  Qızıl Orda  xanlan Azərbaycanı istis mar etmək, onun təbii sərvətlərinə sahib 

olmaq istəyirdilər. 

Azərbaycan tarix boyu əlveriĢli strateji  mövqeyə  malik olmuĢdur.  Elxan ilər 

Ģimaldan  təhlükəsizliy i  təmin  etmək  üçün,  ilk  növbədə,  Azərbaycanda 

möhkəmlən məli  və  ölkənin  təbii  üstünlüklərindən  müdafiə  məqsədilə  istifadə 

etməli  idilər.  Qızıl  Orda  dövləti  də  bu  cəhəti  nəzərə  alaraq  Elxaniləri 

Azərbaycandan məhrum etməyə və onları daim təhlükə qarĢısında saxlamağa cəhd 

göstərirdi. 

Beləliklə,  Elxanilər  dövlətinin  təĢəkkül  tap ması  və  Azərbaycanın  həmin  

siyasi  qurumun  mərkəzi  vilayətinə  çevrilməsi  Qızıl  Orda  dövlətinin  mənafeyinə 

zidd idi. 

Azərbaycanın  malik  olduğu  üstünlüklər  Elxan ilərlə  q ızılordalılar  arasında 

uzun müddət gedən müharibələrin əs as səbəbi idi.  Qızıl  Orda  xan ları Azərbaycana 

olan iddia larından əl çəkmədilər və dəfələ rlə bu ö lkəyə hərbi yürüĢlər etdilər.  

Qızılordalıların hər bir yürüĢü zamanı A zərbaycan ərazisi (xüsusilə ġirvan) 

iĢğalçılar  tərəfindən  tapdalanır,  əhalisi  qarət  edilir,  iqtisadiyyatına  böyük  ziyan 

vurulurdu. Qızıl  Orda qoĢunu çox halda  Kür çayın ın sahillərinə kimi gəlir və belə 

vaxtlarda Kür çayı  iki  monqol qoĢunu arasında sərhəd xətti rolun u oynayırdı. Qızıl 

Orda  xanları  Azərbaycanın  yerli  feodallrı  ilə  ə laqə  sa xlay ır,  onlarla  ə lbir  olub, 

ölkəni ələ  keçirməyə cəhd göstərirdilər. ġirvanĢahlarla qızılordalıların ittifaqı daha 

sıx  id i.  Bu  hal  ġirvanın  həmin  dövlətlə  bilavasitə  həmsərhəd  olmasından  irəli 

gəlird i.  Qızılo rdalıların  Təbrizədək  gedərək  bütün  Azərbaycanı  zəbt  etdikləri 

vaxtlar o lmuĢdur. 

Qızılordalılarla  Elxan ilər  arasında  ilk  toqquĢma  hələ  Hülaku  xanın  (1256-

1265)  hakimiyyəti  dövründə  baĢ  verdi.  Qızıl  Orda  hökmdarı  Bərkə  xan  (1256-

1266)  sərkə rdə  Noqayın  baĢçılığı  ilə  30  min lik  qoĢunu  ġirvana  göndərdi.  Hüla ku 

xan  vilayətlərdən  qoĢun  topladı  və  ġirvana  yola  saldı.  Dərbənd  Hülaku  xan 

tərəfindən  tutuldu.  Elxan ilərin  qoĢunu  qızılordalıların   izləyərək  Terek  çayına 

yetiĢdi. Bərkə  xan Elxanilərin üzərinə yeni qüvvələr göndərdi. 1263-cü il yan-varın 

13-də  Tere k  çayı  sahilində  baĢ  vermiĢ  qanlı  vuruĢmada  Hü laku  qoĢunu 

məğ lubiyyətə  uğradı  və  ġabrana  doğru  geri  çəkildi.  Dərbənd  Ģəhəri  yenidən 

qızılordalıların əlinə keçdi. 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə