Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə6/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   2   3   4   5   6   7   8   9   ...   232

15 

 

Ģamaxılılar  barədə  yazırdı  ki,  əhali  "qılınca  sarılmaq  lazımdır,  b izə  ö lü mdən 



qurtuluĢ yoxdur, döyüĢmək və Ģərəflə ö lmə k hər Ģeydən yaxĢıdır" deyərək düĢmənə 

ciddi  müqavimət  göstərirdi.  Mübarizə  üç  gün  davam  etdi.  Sayca  üs tün  olan 

monqollar  Ģəhəri  ələ  keçirə  bildilər.  Ġbn  əl-Əsirin  ifadəsi  ilə  desək,  "Ģəhərdə 

əhalinin kökü kəsildi". 

Monqollar  1222-ci  ildə  ġa ma xıdan  Ģimala   tərəf  yönəldilə r.  Dərbənddən 

keçməyin  çətin liy ini  anlayaraq  hiyləyə  əl  atdılar  və  danıĢıqlar  üçün  ġ irvanĢaha 

xəbər göndərdilər.  ġirvanĢah təklifi qəbul etdi və  10 nəfərlik elçi heyəti gönd ərdi. 

Monqollar elçilərdən birini öldürdülər, digərlərini  isə məcbur etdilər  ki, onları gizli 

yollarla  Dərbənddən  Ģimala  keçirsinlər.  Beləliklə,  monqol  qoĢunları  1222-ci  ildə 

Azərbaycan  ərazisini  tərk  etdilər  və  Monqolustana  qayıtdılar.  Monqolların  ilk 

yürüĢləri  kəĢfiyyat  xarakteri  daĢıyırdı.  Lakin  bu  yürüĢlər  A zərbaycanda  siyasi 

pərakəndəliy in  hökm  sürdüyünü  bir  daha  sübut  etdi.  DüĢmənə  qarĢı  yekd il liklə 

mübarizə  aparılmaması  monqolların  qələbəsini  təmin  etdi.  Monqolların  ilk 

yürüĢləri  Azərbaycanın  ictimai-iqtisadi,  siyasi  və  mədəni  həyatına  böyük  zərbə 

vurdu.  Monqolların  keçdikləri  ərazidə  mədəniyyət  abidələri,  ticarət  yolları 

dağıdıldı, kənd təsərrüfatı talan edildi, əkin yerləri tapdalandı,  xırmanlar yandırıld ı, 

ma l-qara  sürülüb aparıld ı. 

Ġqtisadi  və  siyasi  qüdrətini  itirmiĢ  Eldənizlər  dövləti  ö lkədə  və ziyyəti 

nizama  salmaq  iqtidarında  deyildi.  A zərbaycanda  yaranmıĢ   ağır  vəziyyət  yeni 

istilaçıların  həmlələri  üçün  imkan  yaratdı.  1223-cü  ildə  qıpçaq  dəstələri  ġimali 

Qafqaz çöllərindən keçərək Dərbəndə gəldilər və buradan Azərbaycana soxuldular. 

ġirvanda  qarətçilik  edən  qıpçaqlar  Arrana  gəlib  Qəbələ  və  Gəncəyə  tərəf 

irəlilədilər.  Qəbələ  Ģəhəri  qıpçaqların  yürüĢündən  böyük  zərər  çəkd i.  Qıpçaqlar 

Gəncə  hakimi  ilə  danıĢıqlar  apardılar,  onun  nüfuz  dairəsində  olan  ərazidə 

yaĢamalarına razılıq istədilər və buna nail oldular. Lakin tezliklə q ıpçaqlar Gəncədə 

yerli  əhaliyə  əziyyət  verməyə  baĢladılar,  onların  əmlakın ı  talay ıb  özlərin i  qul 

etdilər.  Qıpçaqlara  qarĢı  Arran,  ġirvan,  Gürcüstan  və  Dağıstan  əhalisi  arasında 

ittifaq  yarandı  və  nəticədə  qıpçaq  dəstələri  məğ lub  edildilər.  Lakin  A zərbaycanın 

ağır  vəziyyətindən  istifadə  edən  gürcü  feodalları  1225-ci  ildə  Gəncəyə  hücum 

etdilər, Ģəhər qarət olundu. 



XarəzmĢah  Cəlaləddinin  Azərbaycanı  zəbt  etməsi  və  istilaçılara  qarĢı 

mübarizə.  1225-ci  ildə  Azərbaycan  XarəzmĢah  Məhəmmədin  oğlu  Cəlaləddinin  

hücumuna  məru z  qald ı.  Monqolların  Orta  Asiyaya  hücumu  nəticəsində 

hakimiyyətdən  məhru m  olmuĢ  Cəlaləddin  Ġranı  və  qonĢu  ölkələri  zəbt  etməyi 

qərara aldı.  O, Azərbaycana basqın etdi, Marağanı ələ keçirdi və əhalin i öz tərəfinə 

çəkmək  məqsədilə Ģəhərdə bərpa iĢləri apardı. Cəlaləddin buradan Təbrizə yönəldi. 



16 

 

Atabəy Özbək ailəsini də Ģəhərdə qoyub Gəncəyə qaçdı, sonra isə Əlincə qalasında 



gizləndi  və  orada  vəfat  etdi.  Onun  ölümü  ilə  (1225)  A zərbaycanda  Eldənizlər 

dövləti sona çatdı. 

Cəlaləddin  Təbrizə  yaxınlaĢdı.  Təbrizlilər  7  gün  ərzində  mərd liklə 

vuruĢdular. La kin Cə laləddin onların müqavimət ini qırdı,  1225-c i ilin iyulun 25-də 

Ģəhəri ələ keçirdi. Nizaməddin Tuğray i Ģəhər rəisi təyin olundu. 

Atabəylərin  Gəncədəki  caniĢini  Cəmaləddin  əl-Qu mi  Ģəhəri  Cəlaləddinin 

sərkərdəsi Urxana təslim etdi. Urxan Arran ın bir sıra Ģəhərlərini  (Beyləqan, Bərdə, 

ġəmkir, ġutur) də ələ  keçirdi. Tezliklə Azərbaycanın baĢqa yerləri də Cəlaləddin in 

əlinə  keçdi,  Ağsunqurilər  dövləti  süqut  etdi.  ġirvanĢahlar  isə  ildə  yüz  min  dinar 

xərac vermək Ģərti ilə Cəlaləddinin hökmranlığın ı qəbul etməli oldular.  

Azərbaycanın  Cəlaləddin  tərəfindən  zəbt  edilməsi  qonĢu  vilayətləri  ciddi 

təhlükə  qarĢısında  qoydu.  Gürcüstanın  bir  hissəsi  qarət  olundu,  ölkənin 

təsərrüfatına ağır zərbə endirild i.  Cəlaləddin  Gü rcüstanda ikən Təbrizdə  istilaçılara 

qarĢı  mübarizə geniĢləndi.  Bunun əsas səbəbi Cəlaləddin in vəziri ġərəf əl-Mülkün 

Ģəhər  əhalisindən  qeyri-qanuni  vergilər  y ığ ması  idi.  Bu  barədə  ġərəf  əl-Mülkdən 

məktub alan  Cəlaləddin Təbrizə qayıtdı. ġəmsəddin Tuğrayi  zindana salındı, onun 

qardaĢı  oğlu  Nizaməddin  isə  edam  edild i.  Lakin  tezliklə  ġəmsəddin  həbsdən  azad 

edildi və yenidən öz malikanəsinə sahib oldu. 

Cəlaləddinin  A zərbaycanda  abadlıq  iĢi  aparacağı  və  əhalinin  vəziyyətini 

nizama  salacağı  barədə  verd iyi  vədlərinin  həyata  keçirilməsi  üçün  heç  bir  tədbir 

görülmədi.  Əksinə,  XarəzmĢahlar  sarayını  istismar  aparatını  saxlamaq  üçün 

Azərbaycan və ümu miyyətlə, Cənubi Qafqaz əhalisi üzərinə ağır vergilər qoyuldu. 

Cəlaləddin  Ġraqa  səfər  etdiyi  dövrdə  yerli  feodallardan  bir  qrupu  Təbrizdə 

hakimiyyəti ələ almağa və  Eldənizlər dövlətini bərpa et məyə cəhd göstərdi. On lar 

Özbəkin  həbsdə  saxlan ılan  nəvəsini  azad  etdilər  və  onu  səltənətə  çıxarma q  

istədilər.  Lakin Təbriz ətrafında baĢ vermiĢ qanlı döyüĢdə üsyançı dəstələr  məğlub 

oldular. 

Vaxtını  daim  hərb i  yürüĢlərdə  keçirən  Cəlaləddinin  vəziri  ġə rəf  əl-Mü lk 

Azərbaycanı  aĢkar  Ģəkildə  qarət  edirdi.  Zülm  və  qəsbkarlığa  məru z  qalmıĢ  xalq  

kütlələri  Təbrizdə  Ģəhər  rəisi  Bəhaəddin  Məhəmməd  ibn  BəĢir  Yarbəyin  baĢçılığı 

ilə  üsyana  qalxd ılar.  Lakin  Təbriz  əyanları  (xüsusilə  ġəmsəddin  Tuğrayi) 

xarəzmlilərə  qarĢı  açıq  mübarizədən  çəkindilər.  Xalq  hərəkatı  bütün  Azərbaycanı 

bürüdü. Nəsəvinin məlu matına görə, Azərbaycanın digər Ģəhərlərində də insan qanı 

axıd ılır, XarəzmĢahların xəzinəsi torbalarla, çantalarla daĢınırd ı. 

Cəlaləddinə  qarĢı  baĢ  vermiĢ  1231-ci  il  Gəncə  üsyanı  xalq  hərəkatın ın  ən 

yüksək  zirvəsi  oldu.  Hadisələrin  Ģahidi  olan  Nəsəvi  yazırdı  ki,  Cəlaləddinin  




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə