1
―Tarixi olduğu kimi qəbul etmək, dərk etmək
və olduğu kimi qiy mətləndirmək lazımd ır‖
HEYDƏ R Ə LĠYEV
2
AZƏRBA YCA N MĠLLĠ ELM LƏR AKADEM ĠYASI
A. BAKIXANOV ADINA TARĠX ĠNST ĠTUTU
AZƏRBAYCAN
T A R Ġ X Ġ
XIII-XVIII əsrlər
YEDDĠ CĠLDDƏ
III CĠLD
DƏST 24684
BAKI. ELM . 2007
3
Bu kitab "Azərbaycan tarixi. Yeddi cilddə. III cild" (Bakı,
Elm, 1999) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır.
Məsul redaktor:
Oqtay Əfəndiyev
AMEA-nın müxbir üzvü
ISBN 978-9952-448-39-9
947. 5402-dc22
Tarix - A zərbaycan
Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII-XVIII əsrlər). Bakı.
"Elm". 2007. 592 səh. + 56 səh. illüstrasiya.
Azərbaycan Elmlər Akademiyası Tarix Ġnstitutu və digər institut
əməkdaĢların ın u zun illər boyu apardıqları axtarıĢların yekunu olan bu cilddə
Vətənimizin orta əsrlər tarixin in XIII əsrdən baĢlayaraq son dövrü iĢıqlandırılmıĢ,
monqol əsarəti və onun nəticələri, burada təĢəkkül tapan Azərbaycan dövlətlərin in
tarixi, onların yaranması və süqutu, xanlıqlar dövrü, xalq ımızın xarici iĢğalçıların
təcavüzünə qarĢı azadlıq mübarizəsi, eləcə də dövrün ictimai-iqtisadi, mədəni
həyatı ətraflı Ģərh olun muĢdur.
"Elm" nəĢriyyatı, 2007
4
GĠRĠġ
"Azərbaycan tarixi"nin III cildi xronoloji baxımdan XIII əsrin 20-ci
illərindən - monqol iĢğalından baĢlayaraq XIII əsrin sonunadək olan dövrü əhatə
edir. XIII əsrin ilk rübündə inkiĢaf etmiĢ Ģəhərlər ölkəsi olan A zərbaycan köçəri
monqolların viranedici hücumlarına məruz qaldı. Xalq ımıza böyük itkilər və
dağıntılar gətirən monqol basqınları Azərbaycanın iqtisadi və mədəni yüksəliĢi
prosesini müvəqqəti olsa da dayandırdı. Qafqa z ölkə ləri, xüsusən ġirvan, Gürcüstan
hakimləri və Azərbaycan Atabəyi bu qorxunc təhlükə qarĢısında öz qüvvələrini
birləĢdirə bilməd ilər. Hətta hər bir Ģəhər qonĢu feodalların kö məyi o lmadan
monqollara qarĢı təkbaĢına vuruĢurdu. ĠĢğalçılar bir sıra Ģəhərləri yerlə yeksan
etdilər. Mühüm tica rət və sənətkarlıq mərkə zinin - Beyləqanın taley i daha faciə li
oldu. ġəhər b ir daha yüksələ bilməyib süqut etdi.
XIII
əsrin ortalarından paytaxtı Təbriz olan monqol imperiyasının
(Hülakülərin ) mərkəzi vilayəti A zərbaycanın siyasi-iqtisadi mövqeyi güclən məyə
baĢladı. Qazan xan ın islahatları nəticəsində Azərbaycanın ġərq, Qərb ö lkələri ilə
iqtisadi əlaqələri bərpa olundu və geniĢləndi. Marko Polo və digər Avropa
səyyahları Təbrizin ġərq in ən iri, möhtəĢəm sənətkarlıq və ticarət mərkəzi
olduğunu qeyd edirdilər.
XIV
əsrin ortalarında Hülakular dövləti daxili böhran nəticəsində
dağılmağa baĢladı. Qızıl Orda xanları bundan faydalanaraq Azərbaycana Ģimaldan
basqın etdilər. Nəticədə Kürdən cənubda yerləĢən Azərbaycan əraziləri Cəlairilər
dövlətinin tərkibinə daxil o ldu. ġirvanĢahlar öz dövlətlərinin müstəqilliyini xarici
düĢmənlərin təcavüzündən qoruya bildilər, ağıllı siyasət nəticəsində, hətta ən ağır
Ģəraitdə belə, sərhədlərin in bütövlüyünü saxlamağa müvəffəq oldular.
XIV əsrin sonlannda Azərbaycan iki qüdrətli fatehin - Tey murun
və ToxtamıĢın müharibə meydanına çevrildi.
XV əsrin əvvəllərində Azərbaycanın yadellilərin ağalığından xilas olması
üçün əlveriĢli beynəlxalq Ģərait yarandı. ġirvanĢah Ġbrahim ö lkən in Ģimal və cənub
hissələrini vahid bir dövlət daxilində birləĢdirmək üçün təĢəbbüs etdi, lakin təəssüf
ki, buna nail ola bilmədi. Tey murilərin zə iflə məsindən istifadə edən
Qaraqoyunlular Təbrizi ələ keçirərə k onların hakimiyyətinə son qoydular.
Azərbaycanın əksər ərazisi Qaraqoyunlu dövlətinin tərkibində birləĢdi.
Azərbaycanda Qaraqoyunluların hakimiyyətin i Ağqoyunlular əvəz etdi. Hər iki
tayfa ittifaqı özlərini eyni etnosa, "rürkman" adlandınlan ulusa mənsub edirdilər.
Onların ana dili A zərbaycan dili olmuĢdur ki, bunun aĢkar edilməsi son illərin