Heydər Əliyev Azərbaycan xalqının



Yüklə 323,83 Kb.
Pdf görüntüsü
səhifə10/79
tarix26.05.2018
ölçüsü323,83 Kb.
#46270
1   ...   6   7   8   9   10   11   12   13   ...   79

31
pressorlar təmir olunub, onlardan 13 ədədi 1-ci pillə kimi işləyir, 3 ədədi isə 2-ci 
pillə kimi işlədilməsi üçün rekonstruksiya olunub və KS-da 2-ci pillə kimi işlədilməsi 
üçün əlavə 2 ədəd kompressor quraşdırılıb. Bu da qazvurma mövsümündə YQA-ya 
qazın 150 atm. qədər təzyiqlə vurulmasını təmin edir;
- Qaradağ və Qalmaz YQA-larda aparılmış işlər nəticəsində 3,1 milyard kub metr 
qazın tədarükünə imkan yaranmışdır;
 -  Rusiya  Federasiyasına  ixrac  olunan  qazın  gələcəkdə  tələb  olunan  həcmdə 
və  təzyiqdə  nəqlini  təmin  etmək  məqsədilə  Siyəzən  kompressor  stansiyasında 
yenidənqurma və təmir-bərpa işləri aparılıb, KS-da istismar olunan kompressorlar 
işçi vəziyyətə gətirilmişdir. Bunun hesabına 2011-ci ildə Rusiya Federasiyasına 2,0 
milyard kub metr qazın ixracı nəzərdə tutulub;
 - İran İslam Respublikasına nəql olunan qazın gələcəkdə tələb olunan həcmdə və 
təzyiqdə nəqlini təmin etmək məqsədilə Astara KS-da əlavə kompressor aqreqatları 
quraşdırılmaqla genişləndirmə işləri aparılmışdır;


32
Qazın Respublika daxilində təchizatı sahəsində görülən tədbirlər
 ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi Azərbaycan Respublikası Prezidentinin 01 iyul 
2009-cu il tarixli 366 nömrəli “Neft və qaz sənayesində idarəetmə mexanizmlərinin 
təkmilləşdirilməsi haqqında” Sərəncamı ilə “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin 
maddi texniki bazasında yaradılmışdır.  
 “Azəriqaz” İB Azərbaycan Respublikası ərazisində təbii qazın nəqli, paylanması və 
satışını həyata keçirir. 
 “Azəriqaz” İB ARDNŞ-nin hasil etdiyi təbii qazın İran İslam Respublikasına, Gür-
cüstana və Rusiya Federasiyasına nəqlini təmin edir. Birlik il ərzində xaricə və Res–
publika daxilində 12,6 millyard m
3
 qaz nəql edir.   “Azəriqaz”  İB-nin  respublikanın 
energetika sahəsində böyük əhəmiyyəti vardır, Birlik ölkə ərazisindəki bütün İstilik 
elektrik stansiyalarını təbii qazla təmin edir. 
 Tərkibində istehsalat funksiyalarını yerinə yetirən 6 idarə və təşkilatı birləşdirən 
“Azəriqaz”  İB-də  alim,  mühəndis,  qulluqçu  və  texniki  heyətdən  təşkil  olunmuş 
13929 (01.01.2011-ci il tarixinə) əməkdaş fəaliyyət göstərir.
 Bakı  şəhəri  və  respublikanın  rayon,  qəsəbə,  kənd  yaşayış  məntəqələrinin  fərdi 
yaşayış  evlərinin,  kommunal-məişət  və  sənaye  (kommersiya)  müəssisələrini 
qazlaşdırılması  üçün  layihə-smeta  sənədlərinin  hazırlanması  “Azəriqaz”  İB-nin 
tərkibində olan Layihə-Konstruktor Bürosu tərəfindən həyata keçirilir. 
 Respublika ərazisində təmir-tikinti və yeni qazlaşma istiqamətində aparılan işlər, 


33
fərdi layihələr əsasında evlərin və qeyri-yaşayış obyektlərinin qazlaşdırılması, me–
xaniki qaz sayğaclarının “smart-kart” tipli qaz sayğacları ilə əvəz olunması işlərini 
İstehsalat Birliyinin Təmir-tikinti İdarəsi həyata keçirir.
 “Azəriqaz” İB-nin balansında olan qaz kəmərlərinin korroziyadan mühafizə edilməsi 
üçün 236 ədəd elektrokimyəvi mühafizə qurğularına texniki xidmətin göstərilməsi, 
onların səmərəli istifadəsinin təmin edilməsini və cari təmir işlərini qaz kəmərlərinin 
korroziyadan mühafizə xidməti həyata keçirir.
 “Azəriqaz” İB-nin Qazsazlama İdarəsi respublika ərazisində yerləşən istehlakçıların 
təbii qazdan səmərəli istifadə etməsini, qaz itkisinin qarşısının alınmasını, nəzarət 
ölçü  cihazlarının  və  avtomatika  vasitələrinin  quraşdırma  işlərinin  icrasının  təmin 
olunmasını,  qazdan  istifadə  edən  bütün  müəssisələrdə  qaz  sərfölçən  cihazlarını, 
sənaye  və  məişət  qaz  sayğaclarını  quraşdırılmasını,  təmir  edib  sazlanmasını, 
metroloji təminatını və sınaqdan keçirilməsini həyata keçirir.
 İstehsalat  Birliyinin  elmi-texniki  potensialı  ölkəmizin  müxtəlif  regionlarını  əhatə 
edən 1,3 milyona yaxın  istehlakçının təbii qazla təchizatını təmin edir, bu funkisiyanın 
icrası üçün 8 Magistral qaz kəmərləri sahəsi, 7 Kompressor stansiyası, 67 Qaz is-
tismar  sahəsi,  79  Avtomat  qaz  paylayıcı  stansiya,  77  Qaz  paylayıcı  stansiya,  35 
Qaz paylayıcı məntəqə, ümumi uzunluğu 44 372 kilometr olan boru kəmərləri, o 
cümlədən 3 290 km magistral qaz kəmərləri və digər çoxsaylı texnoloji obyektlərdən 
ibarət olan texniki şəbəkənin optimal idarəetmə mexanizmi mövcuddur.
2010-cu il ərzində cəmi 1558 km qaz kəmərləri və 17 qaz paylayıcı stansiya əsaslı 
təmir  edilmişdir,  o  cümlədən  magistral  qaz  kəmərləri  -  64  km,  regionların  qaz 
təchizatı şəbəkəsində - 536 km, Bakı şəhərinin qaz təchizatı şəbəkəsində - 958 km 
qaz kəməri. 
2010-cu il ərzində cəmi 4242,1 km uzunluğunda yeni qaz kəmərləri  quraşdırılmışdır, 
o cümlədən magistral qaz kəmərləri - 98,6 km, regionların qaz təchizatı şəbəkəsində 
– 3767,8 km, Bakı şəhərinin qaz təchizatı şəbəkəsində - 375,7 km qaz kəməri.
Əhali abonentlərində cəmi 158561 ədəd mexaniki və smart-kart tipli məişət qaz  
sayğacı  quraşdırılmış  və  əvəz  olunmuşdur,  o  cümlədən  Bakı  şəhərində  -  51882 
ədəd, regionlarda - 106679 ədəd. Ümumən respublika üzrə təbii qazla təmin olunan 
əhali abonentlərində sayğaclaşma səviyyəsi 98,2 faizə çatdırılmışdır.
Əhali abonentlərində 33349 ədəd “smart-kart” tipli məişət qaz  sayğacı quraşdırılmış 
və əvəz olunmuşdur, o cümlədən Bakı şəhərində - 21344 ədəd, regionlarda - 12005 
ədəd.
Qazlaşdırılmış əhali abonentlərinin sayı 76713 abonent olmuşdur, o cümlədən re-
gionlarda - 50158 abonent, Bakı şəhərində - 26555 abonent. 
Aşağıdakı qrafiklərdə (Qrafik VIII-1 və Qrafik VIII-2) il ərzində qazlaşdırılmış əhali 
abonentlərinin və təbii qazdan istifadəçi abonentlərin sayı göstərilmişdir.


Yüklə 323,83 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə