28
xeyli artırıldı. Artıq 1970-ci ildə neft hasilatı 17,3 milyon tona çat-
dırıldı ki, bu da mühüm göstərici idi. Bununla yanaşı, Xəzər dəni-
zində “28 aprel”, “Bahar”, “Günəşli” kimi zəngin ehiyatlara malik
olan neft və qaz yataqları aşkar edildi. Neftçıxarma texnologiya-
sında sürətli təkmilləşdirmə işləri aparıldı. Xəzər dənizində 2800-
6500 metr dərinliyində neft quyuları qazıldı və sualtı neft kəməri
çəkildi. 1972-ci ilədək Azərbaycanda neft yataqlarından bir mil-
yard ton neft çıxarıldı. 1976-cı ildə Yeni Bakı Neftayırma zavodu,
1982-ci ildə isə Bakı Neftayırma zavodunda neftin ilkin emalı
üçün ELOU-AVT qurğusu işə salındı. Bu müəssisələrdə 30 adda
müxtəlif neft məhsulları istehsal olunurdu. Neft sektorunda əldə
edilən bu nailiyyətlər, o cümlədən, dənizdə neft istehsalı üçün ti-
kilmiş “Dərin özüllər” zavodunun yaradılması, əslində, gələcəkdə
“Əsrin müqaviləsi” adlandırılan və müstəqil Azərbaycanın inkişa-
fını təmin edən müqavilənin imzalanmasına gətirib çıxardı ki, bu
da hazırki iqtisadiyyatımızın inkişafında başlıca stimullaşdırıcı
amildir.
Nəticə etibarilə, neft və qaz ehtiyatlarından səmərəli istifadə
edilməsi milli inkişafa mühüm töhfələr bəxş etmiş oldu. Eyni za-
manda, sənaye müəssisələrinin sayının və sənaye istehsalının illik
həcminin artırılması, kənd təsərrüfatında məhsuldarlıq səviyyəsi-
nin yüksəldilməsi, enerji sektorunun mütəmadi inkişafının təmin
edilməsi milli inkişafı təmin etməklə yanaşı, respublikamıza milli
inkişafa sərf etmək üçün əhəmiyyətli dərəcədə kapital gətirmiş
oldu.
Beləliklə, görülən tədbirlərin fonunda tənəzzül meyillərinə son
qoyuldu və respublikamızın sosial-iqtisadi inkişafına, dirçəlişinə
start verildi. Sosial-iqtisadi inkişafın təmin edilməsi mədəniyyət,
təhsil, səhiyyə və digər sahələrdə də görülən fundamental strateji
tədbirlərin uğurluluğunu şərtləndirdi ki, bu da Azərbaycanın SSRİ
səviyyəsində ən yüksək inkişaf tempinə malik olan ölkəyə çevril-
məsinin təminatçısı qismində çıxış etdi.
29
Bunlarla yanaşı, ümummilli inkişafın strateji detallarını aşkar
etmək üçün sosial-iqtisadi tərəqqinin fonunda müxtəlif sahələrin
dinamik inkişaf tempinə nəzər yetirmək məqsədəmüvafiqdir.
İlk növbədə, təhsil sektorunda ardıcıl və davamlı islahatlar hə-
yata keçirildi ki, bu da kadr potensialının formalaşdırılması və tək-
milləşdirilməsi işinə fundamental töhfələr bəxş etmiş oldu. Əvvəla,
təhsil sektorunun maddi-texniki bazası yaxşılaşdırıldı. Xüsusi in-
tellektual təbəqənin formalaşdırılması istiqamətində normativ baza
yaradıldı və buna müvafiq olaraq praktik müstəvidə əhəmiyyətli
tədbirlər görüldü. Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik et-
diyi dövrdə müxtəlif bölgələrdə 350 mindən çox şagird yeri olan
849 ümumtəhsil məktəbi istifadəyə verildi. Eyni zamanda, ümum-
təhsil məktəblərinin maddi-texniki bazası mütəmadi surətdə yaxşı-
laşdırıldı və əhəmiyyətli keyfiyyət dəyişikliklərinə nail olundu.
Bunlarla yanaşı, Ulu öndər Heydər Əliyevin xüsusi diqqət və
qayğısının fonunda kadr potensialının formalaşdırılması və təkmil-
ləşdirilməsi istiqamətində azərbaycanlı gənclər SSRİ miqyasında
fəaliyyət göstərən ali təhsil müəssisələrinə göndərildilər. Belə ki,
azərbaycanlı tələbələr Moskva, Leninqrad, Xarkov, Kiyev, Minsk,
Voronej və s. şəhərlərdə fəaliyyət göstərən nüfuzlu ali təhsil müəs-
sisələrində öz təhsillərini başa vuraraq ölkəmizə qayıdır və kadr
potensialı kimi müxtəlif sahələrdə çalışırdılar. Ümumilikdə Heydər
Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə SSRİ-nin ən nüfuzlu
ali təhsil müəssisələrində 18 minədək yüksək ixtisaslı mütəxəssis
hazırlandı. Bu isə milli inkişafın intellektual əsaslarının möh-
kəmlənməsinə fundamental töhfə idi.
Ulu öndər Heydər Əliyev təhsil sektorunun inkişafının zərurə-
tini məhz bu cür dəyərləndirirdi: “Azərbaycanda yüksək savada,
biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiy-
yətin çox hissəsini təşkil edir. Əgər onlar olmasaydı, Azərbay-
canın iqtisadiyyatı, Azərbaycan elmi inkişaf edə bilməzdi. Bun-
lar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə
edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərlə
əldə etdiyimiz nailiyyətləri heç vaxt unutmamalıyıq”.
30
Bununla yanaşı, azərbaycanlı gənclərin SSRİ miqyasında
fəaliyyət göstərən nüfuzlu ali təhsil məktəblərinə göndərilməsi
milli mədəniyyətimizin təbliği və möhkəmləndirilməsi, milli
diaspor quruculuğunun formalaşdırılması işinə mühüm strateji töh-
fələr bəxş etdi. Sonralar Ulu öndər Heydər Əliyev bu missiya və
prosesi məhz bu cür dəyərləndirirdi: “O vaxtlar azərbaycanlıları
ayrı-ayrı yollarla sovetlər ittifaqının müxtəlif yerlərinə göndər-
məklə dayaq yaratmaq istəyirdim. İndi isə sərhədlər açılıb,
azərbaycanlılar hər yerdə yaşaya bilər. Bir şərtlə ki, gərək,
millətini, dinini, torpağını və ana vətənini unutmayasan”.
Bunlardan başqa, milli-mənəvi dəyərlərin qorunması və dirçəl-
dilməsi istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Musiqi, teatr,
kino, təsviri incəsənət və digər sahələrdə xüsusi dəyişikliklər və in-
kişaf meyilləri qeydə alındı. Mədəniyyət evləri inşa edildi, abidələr
ucaldıldı, incəsənət xadimlərinə fəxri adlar, ordenlər, təqaüdlər
ayrıldı. Bütün bunlar isə cəmiyyətin intellektual təbəqəsinin fəaliy-
yət mexanizminin səmərəlilik səviyyəsini daha da artırdı.
Səhiyyə sektorunda da fundamental yeniliklər həyata keçirildi
və əhəmiyyətli tədbirlər görüldü. 1969-cu ilin dekabr ayında Hey-
dər Əliyevin təşəbbüsü ilə səhiyyə qanunvericiliyinin təkmilləşdi-
rilməsi haqqında qərar qəbul edildi. Bunun ardınca isə Sağlamlıq
Məcəlləsi və “Səhiyyə haqqında” Azərbaycan SSR-in Qanunu qə-
bul edildi. 1970-1980-ci illərdə Heydər Əliyev 30-a yaxın gənc
azərbaycanlı alimin müxtəlif ixtisaslar üzrə SSRİ miqyasında dok-
toranturaya qəbul edilməsinə müvəffəq oldu.
Bundan başqa, Heydər Əliyevin təşəbbüsü ilə paytaxt Bakı
müvafiq sahədə müxtəlif seminar və konfranslara ev sahibliyi etdi.
1970-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının regionlararası se-
minarının Bakıda keçirilməsi barədə qərar qəbul edildi.
Bunlarla yanaşı, səhiyyə işçilərinin çalışma və məişət şəraitinin
yaxşılaşdırılması yönündə də əhəmiyyətli tədbirlər görüldü. Səhiy-
yə sektorunda çalışanların əməkhaqları artırıldı və onlar müxtəlif
orden, medal və fəxri fərmanlarla təltif edildilər.
Dostları ilə paylaş: |