16 dekabr 2015-ci il
http://www.amu.edu.az
5
“Atəşgah” sığorta
şirkəti
idarə heyətinin
sədr müavini Fuad İs-
mayılov və Tibb de-
partamentinin bir qrup
əməkdaşı Tədris Tera-
pevtik Klinikada oldu.
K
linikanın direk-
toru
profes-
sor Sur xay Musayev ilə
görüşən qonaqlar qarşılıqlı
əməkdaşlığın gələcək pers-
pektiv lərini mü zakirə etdilər.
S.Musayev Klinikada son illər
tətbiq olunan müasir elektron
idarəetmə sistemləri, diaq-
nostika və müalicə protokol-
ları, xəstəliklərin beynəlxalq
təsnifata əsasən müəyyən
olunma mexanizmləri haq-
qında məlumat verdi.
Daha sonra Klinikamı-
zın baş həkimi, dosent Ramin
Bayramlının müşaiyəti ilə kli-
nikanı gəzən sığorta şirkətinin
əməkdaşları şöbələrin işi-
ni yaxından izlədilər. Kli-
nikaya “Atəşgah” sığorta
şirkəti vasitəsilə daxil olmuş
xəstələrə yaradılan şəraitlə
tanış oldular. Sonda tibbi sı-
ğorta olunmuş xəstələrə daha
yüksək xidmətin göstərilməsi
üçün təkliflər səsləndirildi.
Günel ASLANOVA
“Atəşgah” sığorta şirkəti ATU-nun qonağı olub
T
ələbələrə Avropa Ko mis -
siyasının ali təhsil proq-
ramları haqqında məlumat
verilib. Azərbaycan Tibb
Uni versitetinin Tədris Cər-
ra hiyyə Klinikasında Av-
ropa Komissiyasının Ali təh-
sil sahəsində əməkdaşlıq
və mobillik proqramlarına
dair məlumatlandırma günü
keçirilib.
Tədbiri
ATUnun
Bey
nəlxalq əlaqələr üzrə prorek
toru, dosent Rəhimə Qabu
lova açaraq “Erasmus Mun
dus” proqramının məqsəd
və məramı haqqında iştirak
çılara ətraflı məlumat verib.
Xanım prorektor bildirib ki,
layihənin məqsədi Avropa
da ali təhsilin keyfiyyətini
artırmaq, üçüncü ölkələrlə
əməkdaşlıq vasitəsilə insan
lar və mədəniyyətlər ara
sında dialoqu və qarşılıqlı
anlaşmanı təşviq etməkdən
ibarətdir.
ATUnun ilk dəfə iştirak etdi
yi MEDEA layihəsi haqqında
məlumat verən dosent Qabu
lova, proqramın 20132017
ci illəri əhatə etdiyini qeyd
edib. Onun sözlərinə görə,
ötən tədris illərində Tibb Uni
versitetinin 3 bakalavr, 3 ma
gistr və 2 müəllimi Avropanın
Pol Sabatye Tuluza, Perugia,
Humbolt, Kardiff, Vilnyus
universitetlərində təhsillərini
davam etdirməklə ixtisasları
nı artırıblar.
Sonra
prorektor
R.Qa
bulova Azərbaycan Dillər
Universitetinin
Bey nəl xalq
əlaqələr ofisinin əmək daşları
İlham Abbasov və Aysel
Həmidzadəni
auditoriyaya
təqdim etdi. Qeyd olundu ki,
neçə illərdir ki, universitetlər
arasında Avropa İttifaqının
müxtəlif qrant proqramları
çərçivəsində sıx əməkdaşlıq
formalaşıb.
Qonaqlar öz növbəsində
ADUnun HERMES və EM
BER layihələri haqda geniş
məlumat verdilər, ATUnun
tələbələri və magistrlərini bu
proqramlarda ikinci hədəf
qrupu kimi iştirak etməyə
çağırdılar. Tədbirdə iştirak
edən tələbə, müəllim, dokto
rantların diqqətinə çatdırıldı
ki, ötən dəfəki seçimlərdə
ATUnun bir magistri ADU
nun ALRAKİS layihəsi ilə ha
zırda Almaniyanın Göttingen
universitetində magistratura
pilləsində təhsil alır.
Tədbirdə ATUnun Beynəl
xalq əlaqələr şöbəsini mü
diri, dosent Nadir Zeyna
lov, Azərbaycan Həkimləri
Təkmilləşdirmə
İnstitutu
nun Beynəlxalq əlaqələr
şöbəsinin müdiri Dr .Nəriman
Səfərli iştirak ediblər.
ATU-da məlumatlandırma
günü keçirildi
Azərbaycan Tibb Universitetinin Tədris
Cərrahiyyə Klinikasının həkimləri Azər-
baycanda ilk dəfə olaraq hamilə qadının
ürəyində əməliyyat apararaq mexaniki klapanı
dəyişiblər. Bu, dünyada üçüncü belə uğurlu
əməliyyat olub.
K
linikanın baş həkimi, dosent Asiman
Həsənov əməliyyatın böyük uğurla
keçdiyini, bunun nəinki Azərbaycan,
ümumiyyətlə bütün dünya üzrə böyük bir
nəticə olduğunu bildirir. Çünki bundan əvvəl
cəmi iki dəfə belə əməliyyat sayəsində
həm ananın, həm də onun bətnindəki dö
lün həyat fəaliyyətini davam etdirməsi ha
lına rast gəlinib: “Adətən klapan dəyişmə
əməliyyatının özü kifayət qədər ciddi bir
əməliyyatdır. Bundan əlavə, bu xəstəmizdə
ikincili klapan dəyişmə əməliyyatı planlaş
dırılırdı. Bu, işin ciddiyyətini daha da artı
rırdı. Xəstə qadının hamilə, ana bətnində
dölün olduğunu nəzərə alsaq, belə
əməliyyatın həddən artıq məsuliyyətli ol
duğunu deyə bilərik. Çünki əməliyyat ana
və dölün həyatı üçün riskli idi. Böyük fəxrlə
qeyd etmək istərdim ki, dünyada üçüncü
dəfə məhz biz hamilə qadında dölün həyat
fəaliyyətini davam etdirməsi ilə belə uğur
lu əməliyyatı icra etdik. Belə bir ilkə məhz
Tədris Cərrahiyyə Klinikasında imza atıldı
ğına görə qürur hissi keçiririk”.
Azərbaycan üçün bir ilk olan bu əməliyyatın
gedişi haqqında Tədris Cərrahiyyə Klinika
sının ürəkdamar cərrahiyyəsi şöbəsinin
müdiri, uzman həkim Mirəli Məcidov
məlumat verib. Onun sözlərinə görə, 35
yaşlı qadın 3 il əvvəl aorta qapaq steno
zu problemi ilə həkimlərə müraciət edib.
“Bu xanımda ürəyin aorta qapağının
protezləşdirilməsi əməliyyatı icra edildi,
mexaniki klapan yerləşdirildi. Əməliyyatdan
sonrakı dönəmdə hansısa bir problem ya
ranmadı”.
Lakin əməliyyatdan sonra bu xanım
hamilə qalmaq istəyib. Həkimlər buna eti
raz edərək hamiləliyin həmin xanıma əks
göstəriş olduğunu bildirib. Həmin xanıma
dölün salamat qalması ehtimalının çox az
olduğu izah edilib. Buna baxmayaraq, özü
də həkim olan bu xanım hamiləliyə qərar
verib.
Mirəli həkim bildirir ki, belə tip xəstələrin
izlənməsi çox çətindir. Çünki xəstənin
ürəyindəki mexaniki klapanın işləməsi
üçün lazım olan dərmanlar uşağın inkişafı
üçün zərərlidir. Bu dərmanların bəzilərinin
əvəzedicisi isə dünyada yoxdur. Onları
yalnız qismən əvəz edən dərmanlar var.
Həkim qeyd edir ki, bu müddət ana ilə
yanaşı həkimlər üçün də çox önəmli və
təhlükəlidir.
“Hər an ananın ürəyindəki klapanın da
yanması riski var. Və bu da xəstənin həyatı
üçün çox önəmli bir riskdir. Bu 6 ay ərzində
həm döl, həm ana nəzarət altına alındı,
mütəmadi olaraq kardioqram çəkilirdi”.
Lakin 10 gün öncə xəstənin vəziyyəti
pisləşərkən dölün müayinəsi zamanı
məlum olub ki, dölün həyat fəaliyyəti po
zulmayıb. Amma anaya qoyulan mexani
ki klapanın trombozlaşması aşkarlanıb.
M.Məcidov deyir ki, bu cür hallarda tək çı
xış yolu xəstənin yenidən əməliyyat olun
masıdır.
“Bu, çox ağır bir qərar idi. Həmin vaxt
klinikanın aparıcı heyətindən ibarət komis
siya yaradıldı. Konsilium zamanı xəstənin
yaxınlarının da razılığı ilə əməliyyata qərar
verildi. Burada əsas ananın həyatını qur
tarmaq idi. Bu cür əməliyyatlarda ananın
ürəyi dayandırılır, süni ürək damarlarına
klapan qoşulur və xəstə soyudulur. Bu cür
əməliyyatlarda dölü itirmək təhlükəsi çox
böyükdür. Lakin əməliyyat uğurla keçdi
həm ananı, həm dölü qurtara bildik”.
Qeyd edək ki, əməliyyatda həmçinin
ATUnun Tədris Cərrahiyyə Klinikasının
ürəkdamar cərrahı, tibb üzrə fəlsəfə dok
toru Seymur Musayev də iştirak edib. Onun
sözlərinə görə, bu, çox çətin bir əməliyyat
olmasına baxmayaraq, həkimlərin səyi
nəticəsində proses uğurla başa çatıb: “Ha
zırda ananın da, dölün də vəziyyəti yaxşıdır
və onlar evə buraxılıblar. Ürəyi əməliyyat
olunan xanım normal doğuş keçirə biləcək”.
ATUnun Tədris Cərrahiyyə Klinikasının
II mamalıqginekologiya şöbəsinin müdiri
Turab Canbaxışov qeyd edir ki, hamiləliyin
çox riskli olduğu xəstəyə əvvəlcədən izah
edilmişdi. Buna baxmayaraq, ailə hamiləliyi
davam etdirmək qərarını verib. Hamiləliyin
24cü həftəsinə qədər hər şey normal getsə
də, bundan sonra xəstənin ayağında çox
cüzi şişkinlik və təngnəfəslik əmələ gəlib.
“Xəstəxanada konsulium toplandı, uşaq
həkimi, ürək cərrahı həkimləri, anestezio
loqlar, reanimatoloqlar fikirlərini bildirdilər.
Hətta hamiləliyə son verilməsi təklifləri
səsləndi. Lakin mən bununla razılaşma
dım. Hamılıqla hamilə ikən əməliyyatın icra
olunmasına qərar verildi”.
T.Canbaxışov deyib ki, bundan əvvəl
Tədris Cərrahiyyə Klinikasında ürək
əməliyyatları keçirilib. Lakin ilk dəfədir ki,
hamilə qadında belə əməliyyat aparılıb.
“Əməliyyat uğurla həyata keçirildi. Hi
potermiya icra olundu ürək dayandırıla
raq əməliyyat olundu. Bu, dünyada 3cü,
Azərbaycanda isə ilk belə əməliyyat idi.
İnkişaf etmiş ölkələrə nəzər salsaq, orada
da 90 faiz hallarda əməliyyatlar dölü itirmə
ilə nəticələnib. Çünki bu tip əməliyyatlarda
ananın ürəyi dayandırılır, xəstə soyudulur.
Biz də bu cür riski göz önünə aldıq”.
T.Canbaxışov deyir ki, belə hallar
da cərrahi briqadadan çox şey asılıdır.
ATU Tədris Cərrahiyyə Klinikası isə bu
cür peşəkar, öz işinə diqqətlə yanaşan,
məsuliyyətli həkimləri ilə qürur duyur. On
lar daim xəstələrin sağlamlığının keşiyində
dayanmağa hazırdırlar.
Azərbaycanda ilk dəfə hamilə qadının
ürəyində əməliyyat aparılıb
ATU-nun mətbuat xidməti