“heydəR ƏLİyev və azərbaycan nitq məDƏNİYYƏTİ” Kİtabinin



Yüklə 12,2 Mb.
Pdf görüntüsü
səhifə6/6
tarix10.07.2018
ölçüsü12,2 Mb.
#54733
1   2   3   4   5   6

16 dekabr 2015-ci il

http://www.amu.edu.az

7

Tibb elmi daim inkişaf etməkdə və yeniləşməkdədir. Bu dinamik prosesə qoşulmaq, dünya tibb elminin hər bir yeniliyini, nailiyyətini mənimsəmək, 

bu bilikləri tələbələrə çatdırmaq üçün dərsliklərin və dərs vəsaitlərinin yazılması günün ən vacib məsələlərindən biridir.  

Dərslik ümumi və xüsusi hissələr olmaq-

la 27 fəsildən ibarətdir.Ümumi hissəyə 8 

fəsil daxildir. Burada onkologiyanın ümu-

mi məsələləri (şişlərin bioloji xassələri, 

morfologiyası, nomenklaturası və təsnifatı, 

bədxassəli şişlərin epidemiologiyası və 

profilaktikası, etiologiyası və patogenezi, 

kanserogenez, şişəleyhinə rezistentlik və 

ümmunitet, bədxassəli şişlərin diaqnostika 

və müalicə üsulları Azərbaycanda onkoloji 

xidmətin təşkili, onkologiyada deontologiya 

və reabilitasiya) barədə ətraflı məlumat 

verilmişdir. 

Dərsliyin 19 fəsildən ibarət ikinci-xüsusi 

hissəsində bədxassəli şişlərin ayrı-ay-

rı nozoloji formaları tədris proqramına 

uyğun olaraq ardıcıllıqla, tələbənin tədris materialını mənimsəməsini asan-

laşdıracaq şəkildə ətraflı şərh edilmişdir. Burada hər bir nozoloji forma izah 

edilərkən əvvəlcə giriş xarakterli məlumat verilmiş, sonra isə orqanın klinik 

anatomiyası, xəstəliyin epidemiologiyası, etiologiyası və patogenezi, pro-

filaktikası,  patoloji  anatomik xarakteristikası, histoloji quruluşu, böyüməsi 

və yayılması, TNM sistemi üzrə Beynəlxalq təsnifatı, klinikası, diaqnostika-

sı, diferensial diaqnostikası, müalicəsi, müalicənin nəticələri və proqnozu, 

dispanser müşahidə məsələləri geniş işıqlandırılmışdır.  Dərslikdə onkoloji 

xəstəliklərin epidemiologiyasına dair mütəxəssislərin  şəxsi tədqiqat işlərinin 

nəticələri də öz əksini tapmışdır. 

Təqdim olunan kitab müəlliflərin onkologiyaya dair çoxillik təcrübələrinə 

əsaslanaraq yazılmış irihəcmli orijinal dərslik olub, çoxsaylı şəkillərlə illüstra-

siya edilmiş və elmin son nailliyyətlərini özündə əks etdirir. 

    Dərslik Tibb Universitetində təhsil alan  tələbələrlə yanaşı, onkoloq-

lar, onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi ilə məşğul olan 

mütəxəssislər, onkologiya ixtisası üzrə rezidenturada təhsil alan  həkimlər və 

təbabətin müxtəlif sahələrində çalışan və gündəlik fəaliyyətlərində onkoloji 

xəstələrlə rastlaşan həkimlər  də istifadə edə bilərlər.

Baş-boyun nahiyəsinin şişləri onko-

loji xəstəliklərin kliniki və bioloji ola-

raq mürəkkəb bir qrupunu təşkil edir. 

Bu nahiyənin şişləri olan xəstələrin 

müalicəsinin nəticələri hələ də qənaətbəxş 

deyil. Bu ilk növbədə, xəstələrin ixtisas-

laşmış klinikaya gec müraciət etməsi 

ilə əlaqədardır. Xəstəliyin gecikmiş 

mərhələlərdə aşkar olunmasının əsas 

səbəbi isə ümumi müalicə şəbəkəsi  

həkimlərində sayıqlığın olmamasıdır. Ona 

görə də ölkəmizdə ilk dəfə olaraq hazırla-

nan bu dərslik mühüm aktuallıq kəsb edir.

   Dərslikdə onkologiyanın ümumi 

problemləri, bədxassəli şişlərin diaqnostika 

və müalicəsinin müasir aspektləri araşdı-

rılmış, baş-boyun nahiyəsinin bədxassəli 

şişlərinin epidemiologiyası, etionopatoge-

nezi, onların diaqnostika və müalicəsinin 

müasir alqoritmləri işıqlandırılmışdır.      

Dərslikdə həmçinin baş-boyun xərçənginin 

regionar metastazlarının profilaktikası və 

müalicəsin 

ən müasir 

aspektləri 

öz əksini 

tapmış, o 

cümlədən 

bu nahiyənin 

bədxassəli 

şişlərinin 

rekonsturk-

tiv-plastik 

cərrahiyyəsi 

metodları 

haqqında məlumat verilmişdir.

Dərslik Tibb Universitetinin tələbələri 

və rezidentləri üçün nəzərdə tutulmuşdur. 

Dərslikdən həmçinin onkoloqlar, cərrahlar, 

radioloqlar, otorinolarinqoloqlar, stomato-

loqlar, üz-çənə cərrahları və digər ümumi 

şəbəkə  həkimləri də istifadə edə bilərlər.

Hazırladı: M.ƏLƏKBƏRLİ

Qarın boşluğu üzvlərinin bədxassəli 

şişləri ümumi bədxassəli şiş təsadüflərinin 

1/3-dən çoxunu təşkil edir və hər il dün-

yada 3 milyona yaxın insan qeyd olunan 

xəstəliklərdən dünyasını  dəyişir. Qarın 

boşluğu üzvlərinin bədxassəli şişləri uzun 

müddət heç bir klinik əlamət üzə çıxarma-

dığından xəstələrin çoxu prosesin gecikmiş 

dövrlərində həkimə müraciət edirlər.

Bu kitabın tərtib olunmasında qarın 

boşluğu üzvlərinin bədxassəli şişlərini risk 

amillərinə, epidemioloji xüsusiyyətlərinə, 

müasir diaqnostika və müalicə prinsiplərinə 

dair çoxsaylı müasir tədqiqat işlərinin 

nəticələrindən istifadə olunmuşdur. Ki-

tabda qarın boşluğu üzvlərinin onkoloji 

xəstəliklərində irsi meylliklərin və genetik 

dəyişikliklərin araşdırılmasındakı ən son 

elmi nailiyyətlərə xüsusi diqqət verilmiş-

dir. Son illərin  diaqnostika vasitələrinin 

təkmilləşməsi daxili üzvlərin bədxassəli 

şişlərinin daha erkən mərhələdə aşkar 

edilməsinə imkan yaratmışdır. Müasir 

müayinə 

üsullarının 

həssaslıq 

və dəqiqliyi 

kitabda çox 

geniş təhlil 

edilmiş, 

müalicə 


üsullarının 

effektivlikləri 

prospektiv 

randomizə olunmuş tədqiqatların nəticələri 

əsasında dəqiqliklə qiymətləndirilmişdir.

    Kitab qarın boşluğu üzvlərinin bütün 

xoş və bədxassəli şişlərinin patogenezinə,  

yayılma qanunauyğunluqlarına,  müasir 

diaqnostika və müalicə prinsiplərinə həsr 

edilmişdir. 

    Kitab onkoloqlar, qastroenteroloqlar, 

cərrahlar, patomorfoloqlar üçün nəzərdə tu-

tulmuşdur. Kitabdan həmçinin Tibb Univer-

sitetinin tələbələri əlavə bilik mənbəyi kimi 

istifadə edə bilərlər.

Ali tibb təhsili sistemi üçün nəzərdə 

tutulmuş “Uşaq onkologiyası” dərsliyi 

Azərbaycan dilində bu sahəyə dair ilk 

dəfə yazılmış dərslik olmaqla  ümumi və 

xüsusi hissələrdən ibarətdir.

Ümumi hissəyə 9, xüsusi hissəyə 

11 fəsil daxildir. Ümumi hissədə uşaq 

onkologiyasının ümumi məsələləri- 

şişlərin bioloji xassələri,  morfologiya-

sı və təsnifatı, uşaq onkologiyasının 

xüsu-siyyətləri uşaqlarda bədxassəli 

şişlərin etiologiyası, epidemiologiyası,  

diaqnostika və müalicə üsulları, uşaqlara 

onkoloji xidmətin təşkili, deontologiya və 

reabilitasiya məsələləri  ətraflı şərh edil-

mişdir. Xüsusi hissədə uşaqlarda təsadüf 

edilən bütün şiş formaları (hemoblas-

tozlar, mərkəzi sinir sisteminin şişləri, baş və boyun şişləri,nefroblastoma, 

neyroblastoma, retinoblastoma, yumşaq toxuma və sümük şişləri, cinsiyyət 

orqanlarının şişləri, dəri şişləri, qaraciyər şişləri və nadir təsadüf edilən digər 

bədxassəli epitelial şişlər) haqqında məlumat verilmişdir.

Dərslik quruluşuna görə bu sahəyə dair mövcud olan xarici 

ədəbiyyatlardan fərqlənir. Hər bir nozoloji forma vahid ardıcıllıqla yazıl-

mışdır ki, bu da fənnin tədrisini və mənimsənilməsini asanlaşdırır. Belə ki, 

ümumi hissə kifayət qədər geniş yazlımış, xüsusi hissədə nozoloji formalar  

yazılarkən əvvəlcə qısa, giriş xarakterli məlumat verilmiş, sonra xəstəliyin  

cinsiyyət və yaş xüsusiyyətləri, etiologiyası, təsnifatı, klinikası, diaqnostikası 

müalicəsi və müalicənin nəticələri ətraflı işıqlandırılmışdır. Dərslikdə uşaq 

onkologiyasına dair test tapşırıqları verilmişdir ki, bunların da tələbələrin 

fənni mənimsəmə səviyyəsinə nəzarət etməyi asanlaşdırır. Dərslikdə 

müəlliflərin uşaq onkoloji xəstəliklərinin epidemiologiyasına dair şəxsi 

tədqiqat işlərinin nəticələri də öz əksini tapmışdır. 

Müəlliflər kitabın ön sözündə dərsliyi hazırlayarkən uşaq onkologiyasının 

bütün sahələrini əhatə etməyə çalışdıqlarını və elmin son nailiyyətlərinin 

burada öz əksini tapdığını  qeyd edirlər. 

Dərslikdən ali tibb təhsili sistemində təhsil alan tələbələrdən başqa onko-

loqlar, uşaqlarda şiş xəstəliklərinin diaqnostikası və müalicəsi ilə məşğul olan 

mütəxəssislər və təbabətin müxtəlif sahələrində çalışan həkimlər də istifadə 

edə bilərlər.

Tərtib edilən 

bu monoqra-

fiya qığırdaq 

şişlərinin 

müasir 

problemləri, 



təsnifatı, 

diaqnostika 

və  müalicə 

üsulları proq-

nozunun tək 

və çoxmilli analiz əsasında müəyyənləşməsi 

kimi mühüm məsələlərə həsr olunmuşdur.

Səhv diaqnostikanın bir tərəfdən böyük 

şikəstedici əməliyyatlara, digər tərəfdən 

isə prosesin düzgün qiymətləndirilməsi 

zamanı metastazların meydana gəl-

məsinə, residivlərə və xəstəliyin ölümlə 

nəticələnməsinə gətirib çıxarması qənaətinə 

gələn müəlliflər qeyd edirlər ki, sümüyün 

zədələnməsi sahəsini geniş həcmli seqmen-

tar rezeksiyanın və onun endoprotezlərlə 

əvəz olunması ilə aparılan əməliyyatların 

tətbiqi  qığırdaq mənşəli  şişlərin 

müalicəsində yeni istiqamətdir.

Monoqrafiyada  giriş fəsli ilə yanaşı, 

“Qığırdaq toxumasının  şişləri- problemin 

müasir vəziyyəti”, “Klinik müşahidələr və 

tədqiqat metodlarının ümumi xarakteristi-

kası” və s. bu kimi mövzuların geniş şərhi 

öz əksini tapmışdır. Bundan əlavə “Sümük 

xondrosarkoması olan xəstələrdə  proq-

nozu müəyyənləşdirən amillər”, “ İkincili 

xondrosarkomalı  xəstələrdə  proqnozu 

müəyyənləşdirən amillər ” və “İkincili  

xonrosarkomalı  xəstələrdə residivin fərdi 

proqnozlaşdırılması” başlıqlı bölmələrdə  

aparılan müşahidələr ədəbiyyatda verilən 

məlumatlarla müqayisəli şəkildə araşdırıl-

mışdır.  

Kitab onkoloqlar, ortoped-travmatoloqlar, 

cərrahlar və tibb elminin müvafiq sahəsi 

ilə maraqlanan digər mütəxəssislər üçün 

nəzərdə tutulmuşdur.  



Kafedranın kitab rəfi

Əmiraslanov  Ə. T., Qazıyev A.Y.: “Onkologiya ” Elmi redaktor: 

G. Mehdiyeva;  Rəyçilər: akademik C. Əliyev, akademik B. Ağayev; 

(Dərslik)  Bakı – “Təhsil”,  2010.- 912 səh.

 Əmirəliyev N. M., Əmiraslanov A. Ə.: “Baş-boyun 

şişləri” Elmi redaktor: Ə. Ağamirzəyev;  Rəyçilər: 

professor Ə.M. Məmmədov, professor Ç.R.Rəhimov; 

(Dərslik) Bakı – “Mütərcim” nəşriyyatı,  2012.- 4 36 səh. 

 Əmiraslanov  Ə. T., Bayramov R. B.: “Abdominal 

onkologiya ” Elmi redaktor: G. Mehdiyeva;  Rəyçi: 

akademik C. Əliyev; (Dərslik)  Bakı – “Təhsil”,  2004.- 

320 səh. 

Əmiraslanov  Ə. T., Qazıyev A.Y.: “Uşaq onkologiyası ” Elmi 

redaktor:dosent F. İslamzadə;  Rəyçilər: akademik C. Əliyev, akademik 

A. Namazova, professor Ş. Quliyev; (Dərslik)  Bakı – “Maarif” 

nəşriyyatı,  2010.- 648 səh.

Əmiraslanov  Ə. T., Qasımov N. V.: Qığırdaq şişləri” 

Elmi redaktor: dosent F. İslamzadə;  Rəyçilər: akademik 

C. Əliyev, professor Q. Canbaxışov; (Monoqrafiya)  

Bakı- “Təbib”nəşriyyatı,  2001.- 200 səh, şəkilli.


http://www.amu.edu.az

16 dekabr 2015-ci il

Redaksiyamıza 

Bakı 

sakini 


Nəriman 

Hü­


seynovun 

minnətdarlıq 

məktubu 

daxil 


olub. 

Məktubda  qeyd  edilir  ki, 

bu ilin oktyabrın 23­də Mil­

li  Onkologiya  Mərkəzinin 

Neyrocərrahiyyə şöbəsinin 

müdiri  həkim  Rasim  Ba­

bayev  tərəfindən  cərra­

hi 


əməliyyat 

olunub. 


N.Hüseynov  Rasim  həki

­

min  gülərüz,  xoş  xasiyyət 



və  eyni  zamanda    şəfalı 

əlləri  olmasından  yazır. 

İstəyirik  ki,  yenidən  onu 

ağrısız həyata qaytaran Rasim Babayevə qəzetimiz vasitəsi 

ilə minnətdarlığını bildirsin. 

Qeyd edək ki, Rasim həkim geniş iş təcrübəsinə malik, dün­

yanın qabaqcıl ölkələrinin təcrübəsini ölkəmizə gətirərək tətbiq 

edən  həkimlərimizdəndir.  O,  uzmanlığı  Türkiyənin  Mərmərə 

Universitetində alıb. ABŞ, Kanada, Almaniya, İsveçrə, Fransa 

və başqa ölkələrdə kurs və konfranslarda iştirak edib. 

Stomatologiya fakültəsinin               

II kurs, 720

b

 qrup tələbəsi Mert-



can Akdönerin  adına verilmiş 

tələbə bileti itdiyi üçün etibarsız 

sayılır.

I  müalicə-profilaktika  fakültə-

si nin  IV  kurs,  108

a

  qrup  tələbəsi  



Əliyeva  Türkan  Rizvan  qızının 

adına verilmiş tələbə bileti itdiyi 

üçün etibarsız sayılır.

Stomatologiya fakültəsinin              

V kurs, 795

b

 qrup tələbəsi Milad 



Eşqi Qulaməli oğlunun  adına 

verilmiş tələbə bileti itdiyi üçün 

etibarsız sayılır.

I    müalicə-profilaktika  fakül təsi-

nin III kurs, 79

a

 qrup tələbələri  Ağa-



sıyeva  Günel  İkirəm  qızı,  Alıyeva 

Fəridə  Şükür  qızı,  Babayev  Baxşəli 

Fəxrəddin  oğlu,  Cahangirova  Ay-

sel  İravandar  qızı,  Əliyeva  Ülkər 

Fuad  qızı,  Hüseynzadə  Nərmin 

Əlisa  qızı,  Mehdiyeva  Türkan  Azad 

qızı,  Mehtiyeva  Şəlalə  Vaqif  qızı  və 

Süleymanzadə  Nərgiz  Teyyub  qızı-

nın adına verilmiş qiymət kitabçaları 

itdiyi üçün etibarsız sayılır.

II  müalicə-profilaktika  fakültəsi nin 

III  kurs,  290

b

  qrup  tələbəsi    Babaye-



va  Aytac  Fariz  qızının  adına  verilmiş 

tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Baş redaktor

ELDAR İSMAYIL

Müəlliflərlə  redaksiyanın 

mövqeyi  üst-üstə düşməyə bilər.

Əlyazmalar  geri  qaytarılmır.

Qəzet “Təbib”  qəze ti nin  

kompyuter mər kə zində yığılır, 

səhi fə lənir, “Bəxtiyar-4” İKŞ-də 

çap olunur. 

   


  

Ü N V A N I M I Z:

Mərdanov qardaşları - 100

2-ci mərtəbə,

Tel.: 595-24-97

tabibqazeti@gmail.com

Lisenziya Н - 022633

İndeks -0269

Sayı 4000

Sifariş: 278

Bizə yazırlar

 Kafedraların professorları (elmlər doktorları): 

     

- I MPF-nin II daxili xəstəliklər kafedrası - 1 yer (0,5 vahid)

- Terapevtik stomatologiya kafedrası - 1 yer

 Kafedranın dosenti: 

 

- Ortopedik stomatologiya kafedrası - 1 yer (0,5 vahid)

 

Kafedraların assistentləri: 

 

-  I MPF-nin II daxili xəstəliklər kafedpası - 1 yer

- I MPF-nin III daxili xəstəliklər kafedrası - 1 yer (0,5 vahid )

- III cərrahi xəstəliklər kafedrası - 1 yer (0,75 vahid)

- Terapevtik və pediatrik propedevtika 

   kafedrası - 1 yer (0,5 vahid)

- Terapevtik və pediatrik propedevtika 

  kafedrası - 1 yer (0,5 vahid)

-  İnsan anatomiyası kafedrası - 1yer

- Normal fiziologiya kafedrası - 1 yer (0,5 vahid)

- Şüa diaqnostikası və terapiyası kafedrası  - 1 yer (0,5 vahid)

- Şüa diaqnostikası və terapiyası kafedrası - 1 yer

- I uşaq xəstəlikləri kafedrası - 1 yer (0,5 vahid)

- Pediatriya fakültəsinin daxili xəstəliklər 

  kafedrası - 1 yer (0,75 vahid)

- Histologiya, embriologiya və sitologiya kafedrası - 1 yer

- Bioloji kimya kafedrası- 1 yer (0,5 vahid)

Kafedranın müəllimi:

 

- HTF-nin tibbi profilaktika kafedrası - 1 yer 



Müsabiqədə iştirak etmək üçün sənədlərin təqdim olunma 

müddəti elan qəzetdə («Təbib» qəzeti, 16 dekabr 2015-ci il) dərc 

olunduğu gündən 30 gün keçənədəkdir. Sənədlər rektorun adına 

yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir: 

Bakı şəhəri- Az 1022, Bakıxanov küçəsi 23. Telefon: 597-10-08

AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ

AZƏRBAYCAN TİBB UNİVERSİTETİ

ÊÀ ÔÅÄ RÀ ËÀR ÜZRƏ 

ÀŞÀ ĞÛ ÄÀ ÊÛ ÉÅRËƏRİ ÒÓÒÌÀà Ü×ÜN 

ÌÜÑÀ ÁÈÃß ÅËÀN ÅÄÈR

Dekabrın 5-6-da

 Azərbaycan 

Memarlıq və İnşaat Universitetinin 40 

illik yubileyi münasibəti ilə təntənəli 

idman tədbiri keçirilib.

AMİU-nun  idman  turnirində  6  ali  məktəbin 

87  tələbəsi  qatılıb.  Azərbaycan  Tibb 

Universiteti  turnirdə  “Yunan-Roma”  güləşi 

üzrə  10  nəfərdən  ibarət  komanda  ilə  təmsil 

olunub. Həmin turnirdə tələbələrimizin biri II, 

beşi isə III yerə layiq görülüb. 

“Təbib”  idman  klubunun  sədri,  professor 

Kamal  Kəbirlinski  komandanın  qaliblərini, 

müəllim-məşqçi,    ə.i.x.,  p.f.d.,  professor  

Zakir Məmmədovu təbrik edib və onlara yeni 

qələbələr arzulayıb.

Nazirlər Kabinetinin

 2015-ci il 1 dekabr 

tarixli qərarına əsasən 2016-cı ilin yanvar 

ayından etibarən sertifikasiya imtahanı bir 

mərhələdə keçiriləcək.

Səhiyyə 

Nazirliyinin 

mətbuat 

xidmətindən 

AZƏRTAC-a  bildirilib  ki,  artıq  müsahibə  mərhələsi 

aparılmayacaq.  Sertifikasiya  imtahanının  sualları  iki 

müxtəlif  variantda  60  test  və  5  klinik  tapşırıqdan 

ibarət  olmaqla  2  hissəyə  bölünür.  Sualların  test 

hissəsi  informasiya  texnologiyaları  və  xüsusi  optik 

cihazlar  vasitəsilə  oxunur.  Klinik  tapşırıq  hissəsi  isə 

sertifikasiyaya  cəlb  edilən  səhiyyə  mütəxəssisinin 

ixtisasına aid, habelə onun praktiki bilik səviyyəsini 

və peşə vərdişlərini müəyyən edən 5 klinik tapşırıqdan 

ibarət  olur  və  sual  vərəqəsində  göstərilir.  Klinik 

tapşırıqlar səhiyyə mütəxəssislərinin klinik məntiqini, 

konkret verilmiş halda klinik qərarvermə qabiliyyətini 

müəyyən etməyə imkan yaradır.

Test üzrə 40 bal, klinik tapşırıq üzrə 16 bal toplamış 

şəxslər sertifikasiyadan keçə biləcəklər.

Dekabrın 14-də V çağırış Milli Məclisin

  

səhiyyə 


komitəsinin ilk 

iclası keçirilib.

Ə

vvəlcə Xəzər 



dənizindəki 

“ G ü n ə ş l i ” 

yatağının  10  say-

lı  özülündə  baş 

ver  miş  qəza  nə ti-

cəsində  həlak  olan 

neftçilərin  xatirəsi 

bir dəqiqəlik sükutla yad edilib.

Komitə  sədri  Əhliman  Əmiraslanov  gündəlikdə 

duran  məsələlər  barədə  məlumat  verib.  Komitənin 

fəaliyyətindən  danışan  Əhliman  Əmiraslanov  bil-

dirib  ki,  ölkəmizdə  səhiyyənin  inkişafına,  əhalinin 

sağlamlığının qorunmasına göstərilən diqqət prioritet 

istiqamətlərdən biridir. Son illər bu sahədə çox böyük 

işlər görülüb. Bütün regionlarda ən müasir tələblərə 

cavab verən yeni xəstəxanalar inşa olunub.

İclasda “Əhalinin sağlamlığının qorunması haqqında” 

Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə 

baxılıb. Bildirilib ki, Qanunun 49.1-ci maddəsinə edilən 

əlavəyə görə sertifikasiya zamanı praktik tibb və ya 

əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərə (işçilərə) 

onların  fəaliyyət  sahəsinə  bilavasitə  aid  olmayan 

sualların  verilməsi,  habelə  onların  siyasi  baxışlarına 

və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonra  iclasda  komitənin  2016-cı  il  yaz  sessiyası 

üçün  təsdiqlənmiş  qanunvericilik  işləri  planına  və 

digər məsələlərə baxılıb. Bildirilib ki, iş planına daxil 

olan “Reproduktiv sağlamlığın qorunması haqqında” 

qanun  layihəsi  reproduktiv  hüquqların  həyata 

keçirilməsi üçün hüquqi əsasları müəyyən edir. Çıxış 

edənlər  sənədin  əhəmiyyətindən  danışaraq  bildirib 

ki, bu qanun ailənin sağlamlığının qorunmasına, ana 

və uşaq ölümü hallarının qarşısının alınmasına xidmət 

edəcək. Qeyd edilib ki, layihə artıq növbəti sessiyanın 

gündəliyinə salınıb.

Bildirilib  ki,  iş  planına  “Optika  haqqında”  qanun 

layihəsi  də  daxil  edilib.  İclasda  bu  qanun  layihəsi 

müzakirə edilib, təkliflər səsləndirilib.

Məşhur sovet və Rusiya həkimi,

 ürək 

cərrahı, ixtiraçı, 



professor, 

Rusiya Elmlər 

Akademiyasının 

və Rusiya 

Tibb Elmləri 

Akademiyasının 

akademiki, 

RF Səhiyyə 

Nazirliyinin Baş 

kardiocərrahı 

Leo Bokeriya ənənəvi pəhrizlər barədə 

təsəvvürü alt-üst edib.

H

əkimin  sözlərinə  görə,  pəhrizlər  və 



qida  rejimi  barədə  sabitləşmiş  təsəvvür 

yanlışdır və insana faydalı deyil.

 Bununla yanaşı, 20-dən çox uşaq üzərində 

mürəkkəb  açıq  ürək  əməliyyatlarının  icrası 

gözlənilir.  Bu  əməliyyatların  12-si  Heydər 

Əliyev  Fondunun  ayırdığı  maliyyə  vəsaiti 

hesabına həyata keçiriləcək.

Həkim  deyib:  “Səhərlər  doyunca  yeməyi 

nəzərdə  tutan  “Səhər  yeməyini  özün  ye” 

anlayışı tam cəfəngiyatdır. Çünki siz yuxudan 

oyananda  orqanızm  ancaq-ancaq  işlək 

vəziyyətə  gəlir,  siz  süfrəyə  oturursunuz,  bir 

boşqab  ət,  yaxud  xəmir  yeməyi  yeyirsiniz, 

üstündən böyük stəkanda nəsə içirsiniz. Sonra 

geyinib  işə  yollanırsız.  Onda  daha  sizdən  nə 

işçi?”Kardiocərrah bildirib ki, hələ cavanlıqda 

Qərbdəki  həmkarlarından  örnək  götürüb: 

onlar  səhərlər  bir  fincan  qəhvə  içir,  naharda 

buterbrod,  axşamlar  doyumlu  şam  yeməyi 

yeyir,  sonra  idmanla  məşğul  olurmuşlar. 

L.Bokeriya  deyib:  “Mən  deyərdim  ki,  səhər 

yeməyini  düşməninə  ver,  naharda  qəlyanaltı, 

axşam isə normal yemək ye, sonra da idmanla 

məşğul ol”.



Azərbaycan Tibb Universitetin 

güləşçilərin turnirdə uğurlu iştirakı

Gələn ildən tibb işçilərinin sertifikasiya 

imtahanları bir mərhələdə aparılacaq

“Əhalinin sağlamlığının qorunması 

haqqında”  Qanunda dəyişiklik 

müzakirə edilib

Məşhur həkim Leo Bokeriya pəhriz 

haqqında anlayışı alt-üst edib

MİNNƏTDARLIQ

Yüklə 12,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə